Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5371/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)2637/2019 saylı qərardadından X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər: E.Ə.Mehdiyev, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) Ərizəçi hüquqi faktın müəyyən olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadınd an maraqlarına toxunulan şəxs X2 vəkili tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İşin halları: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim R.Y.Həsənov, iş 2(010)-8559/2017) Ərizəçi N saylı evə dair 1963-cü ildə tərtib edilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un xx xxxxxx 1970-ci il tarixdə vəfat etmiş X1 məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilmişdir. X3 həmin qətnamədən apelyasiya şikayəti vermiş və iş baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə apelyasiya qaydasında baxılarkən X3 ərizə ilə müraciət edərək apelyasiya şikayətindən imtina etməsini və bununla əlaqədar apelyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadı ilə X2 apelyasiya şikayətindən imtinası qəbul edilmiş, apelyasiya icraatına xitam verilmişdir. Maraqlarına toxunulan şəxs Q.Ərizəçi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması barədə şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərardadından X3 təkrar şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə X3 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. X3 xx xxxx 2019-cu il tarixli qərardadın ləğv edilməsi və işə apelyasiya şikayətinə əsasən mahiyyəti üzrə baxılması barədə yenidən şikayət vermiş, yuxarıda qeyd olunduğu kimi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Q.Ərizəçi vəkili tərəfindən verilmiş ərizə geri qaytarılmışdır. Kassasiya şikayətinin dəlilləri: X3 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və apelyasiya şikayətinə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra he sab edir ki, iş kassasiya baxışından çıxarılmalı və geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər Göründüyü kimi qanunda tərəfin apelyasiya şikayətindən imtina etməsi nəticəsində apelyasiya icraatına xitam verilməsi barə də qərardadından kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Bununla əlaqədar kollegiya hesab edir ki, iş kassasiya baxışından çıxarılaraq apelyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə görə kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: X2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tari xli qərardadından vermiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. X3 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadından verilmiş kasasiya şikayətinə baxılması istisna olunduğundan iş kassasiya baxışından çıxarılaraq apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5371/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-5371/2020
04.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver