Məhkəmə qərarları › İş №2(102)-5377/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5377/2022

06.12.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5377/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin cavabdeh X4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin cavabdeh X4 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1304/2022 nömrəli xx.xx. 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə 6 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 nömrəli bağ evi X6 mülkiyyətində olmuşdur.

2. Cavabdeh X5 iddiaçı bank arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı bank tərəfindən ünvan 1 nömrəli bağ evinin alınması məqsədilə cavabdehə illik 7 faiz ödəmək şərtilə 300 ay müddətinə 78400 manat məbləğində kredit verilmişdir.

3. Mübahisəli bağ sahəsinin satın alınmasına dair alıcı-ipoteka qoyan X5, X3 və ipoteka saxlayan Bank VTB (Azərbaycan) ASC arasında xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən satı cı müvafiq bağ sahəsinini alıcı qismində çıxış edən cavabdehin mülkiyyətinə vermiş və həmin bağ sahəsi cavabdehlə iddiaçı banka arasında bağalanılmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin icrasının təminatı qismində iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 98000 manat məbləğində müəyyən edilmişdir.

4. Girovların qiymətləndirilməsi və monitorinqi şöbəsi tərəfindən verilmiş 26 noyabr 2019-cu il tarixli ekspert rəyi ilə girov qoyulmuş ünvan 1 saylı bağ evinin dəyəri 85.000 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı “Bank VTB (Azərbaycan) ASC cavabdeh X4 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi və idd ia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018- ci il tarixli 251128-1-31401 saylı kredit müqaviləsinə əsasən 14 dekabr 2020-ci il tarixə Banka borclu olduğu 77.405,85 (yetmiş yeddi min dörd yüz beş manat 85 qəpik) AZN məbləğində əsas borc, 5.315,36 (beş min üç yüz on beş manat 36 qəpik) AZN məbləğində faiz borcu olmaqla, ümumilikdə 82.721,21 (səksən iki min yeddi yüz iyirmi bir manat 21 qəpik) AZN pul məbləğinin, 30 (otuz) manat məhkəmə üçün və 30 (otuz) manat ipotekanın predmetinə tutmanın qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun Cavabdeh “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətin xeyrinə tutulmasına; ipoteka predmetinin ilkin sa tış qiyməti 80.000 (səksən min) manat məbləğində müəyyən edilməklə Cavabdeh tutulmalı olan pul məbləğinin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m. ümumi sahədən ibarət 3562E saylı bağ evinə yönəldilməsinə, bağ evinin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə, bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılmalarına və bağ evinin boşaldılmasına dair qətnamə çıxarılmasın ı xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 251128-1-31401 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 22 may 2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınması məqsədi ilə illik 7 (yeddi) faiz hesablanması şərti ilə 300 (üç yüz) ay müddətinə 78.400 (yetmiş səkkiz min dörd yüz) AZN məbləğində ipoteka krediti verilmişdir. X3, alıcıipo teka qoyan Cavabdeh və ipoteka saxlayan Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti aralarında bağlanılmışxx.xx.2018-ci il tarixli 251129-NEDVİJ-4759 №-li “Alqısatqı və ipoteka müqaviləsi”nə əsasən satıcı ona məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə vermiş, alıcı-ipoteka qoyan isə bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış xx.xx.2018-ci il tarixli 251128-1- 31401 saylı “Kredit müqaviləsi” üzrə yaranmış öhdəliyin icrasını təmin edilməsi məqsədi ilə kreditor-ipoteka saxlayana, yəni Banka ipotekaya vermiş və Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini 05 avqust 2019-cu il tarixdən lazımınca icra etməmişdir.

7. Cavabdeh X5 bildirmişdir ki, əslində mən zil dayısınındır. Sadəcə bankla müqavilə onun adına bağlanılmışdır. Dayısının dediyinə görə o bankla razılığa gəlib. Hazırda 6-cı aydır ki, ödəniş edilmir, buna səbəb isə dayısının işini itirməsi, işsiz olması olmuşdur, mənzilin açıq hərracdan satılmaısnı istəmir, razılıq əldə olunması üçün vaxt verilməsini xahiş etmişdir.

8. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında "xxxx" MMC-nin 08 sentyabr 2020-ci il tarixli, ƏEM/S 17-439/20 saylı rəyi ilə ünvan 1 saylı bağ evinin bazar qiymətinin 85.000 manat, likvid qiymətinin 80.000 manat təşkil etdiyi müəyyən edilmişdir.

9. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2020-ci il tarixli, e-2(002)-693/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 77.405,85 manat əsas borc, 5.315,36 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 82.721,21 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 60 manat məbləğində bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun məbləğinin tutularaq iddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh tutulmalı olan borcun məbləği öhdəliyinin təminatı kimi İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında olan 0,025 ha torpaq sahəsində yerləşən, 75,6 kv.m ümumi sahədən ibarət olan 3562E saylı bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərrac yolu ilə realizə edilməsi, bağ evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul və saiti qalarsa, həmin vəsaitin Cavabdeh verilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri Novxanı bağ massivi ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m ümumi sahədən ibarət 3562E saylı bağ evinin ilkin satış qiymətinin 80.000 (səksən min) manat müəyyən olunması, Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m. ümumi sahədən ibarət 3562E saylı bağ evinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin bağ evindən məcburi qaydada çıxarılması və bağ evinin boşaldılması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, müvafiq kredit müqaviləs i üzrə iddiaçı öz öhdəliyini icra etdiyi halda, cavabdeh tərəfindən öz üzərinə götürüdüyü öhdəliklər lazımi qaydada və vaxtında icra edilməmiş, bununla da onun iddiaçı qarşısında həmin kredit müqaviləsindən irəli gələn və onun mülki hüquqi məsuliyyətinin yaranmasının əsası qismində çıxış edən borc öhdəliyi yaranmışdır və cavabdehin verdiyi izahatda müvafiq kredit məbləğinin əslində dayısına aid olduğunu, indi isə dayısı işsiz qaldığından həmin kredit müqaviləsi üzrə aylıq ödənişləri 6 ay müddət olar ki, ödəmədiyini qeyd etdiyindən iddia tələbi kredit borcunun tutulması hissəsində əsaslıdır

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl ed ilmiş, borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Bu halda, ipoteka haqqında qanunvericiliyin tələblərini əsas götürərək, məhkəmə hesab etmişdir ki, iddia tələbi borcun ipoteka predmetinə yönəldilməsi və iddia tələbinin müvafiq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində əsaslıdır və ilkin satış qiyməti ekspert rəyi əsas götürülməklə, həmin rəy əsasında müəyyən edilmiş müvafiq daşınmaz əmlakın likvid dəyəri əsasında müəyyən edilməlidir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, ipoteka predmetinə tutma yönəldilməsi halı ipoteka haqqında qanunun 59-cu maddəsinədə göstərilmiş şərtlər mövcud olduqda ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsini 1 ay ərzində tərk etməsi, tərk etmədiyi halda qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi qaydada çıxarılması üçün əsasdır və bu norma imperativ norma kimi müəyyən edilmişdir. Hazırki mülki iş üzrə də tutmanın ipoteka predmetinə yönəldilməsi halı müəyyən edilmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 269.7, 317.1, 317.2, 385.1, 386.1, 425.1, 427.3, 428.2, 428.4, 442, 443.1, 445, 448.1, 448.2, 739.1, 739.2, 743-cü, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 34, 36.3, 39.1, 39.3.3, 41.1, 59.3, 59.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 124.1, 217.4-cü maddələrinə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə” dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərardadına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühim əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İlk növbədə cavabdeh İİ Qarabağ müharibəsində iştirak edərək yaralandığından hərbi əməliyyatlarda olduğu müddətdə məhkəmə iş üzrə icraatı dayandırmalı idi. Bundan başqa, iddiaçı ilə imz alanmış ipoteka və kredit müqaviləsi üzrə öhdəliyə görə cavabdeh olan X7r. Beləliklə, hazırki cavabdeh əsl cavabdeh X8 ilə əvəz edilməli və bütün maraqlı şəxslər işə cəlb olunmalıdır. Həmçinin, iddiaçı digər cavabdehləri müvafiq pretenziya məktubu ilə xəbərdar etməli idi. Bundan başqa, cavabdeh ipoteka predmetinin qiymətləndirilməsi hissəsində də məhkəmənin gəldiyi nəticəni əsassız hesab edərək ipoteka predmetinin qiymətləndirilməsinə dair ekspertiza keçirilməsini xahiş etmişdir. 16. "xxxx" MMC-nin 24 may 2022-ci il tarixli, H/03-PLS saylı rəyi ilə ünvan 1 saylı bağ evinin bazar qiyməti 115.000 manat, likvid qiyməti 95.000 manat müəyyən edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1304/2022 nömrəli iş üzrə 30 iyu n 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) apellyasiya şikayəti qismən təmin edilmiş, ipoteka predmeti olan ünvan 1 saylı bağ evinin ilkin satış qiymətinin dəyişdirilərək 95000 (doxsan beş min) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 400 manatın 200 manatının iddiaçıdan, 200 manatının isə cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia ərizəsindən və bildirişlərdən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuş, məhkəmə bildirişləri və ekspertiza təyin olunması barədə qərardad ca vabdehin məhkəməyə məlum olan ünvanına göndərilmiş, bu barədə müvafiq reyestr və xəbərnamə işə əlavə edilmişdir. Yalnız iş üzrə icraatın təzələnməsi və sonrakı məhkəmə iclasları İkinci Qarabağ müharibəsi dövrünə təsadüf etmişdir. Cavabdeh müharibədə iştirakı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirsə də, müharibədən əvvəl məhkəmə iclasında iştirak etməməsinin səbəblərini əsaslandıra bilməmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, məhkəmə cavabdehi rəsmi qaydada məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar etdiyindən, göstərilən prosessual əsaslarla qətnamənin ləğvi üçün əsas yoxdur. Bundan başqa, cavabdeh iddiaya cavab verməli olmayan şəxs olduğunu bildirsə də kredit və ipoteka müqavilələri məhz cavabdehin sərbəst iradə ifadəsi ilə qarşılıqlı razılıq əsasında bağlanmış və sonuncu Bank qarşısında öhdəlik götürmüşdür.

19. Bununla yanaşı, məhkəmə kollegiyası iş üzrə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə ipoteka predmeti olan əmlakın yenidən qiymətləndirilməsi həyata keçirilmiş, "xxxx" MMC-nin 24 may 2022-ci il tarixli, H/03-PLS saylı rəyi ilə ünvan 1 saylı bağ evinin bazar qiyməti 115.000 manat, likvid qiyməti 95.000 manat müəyyən edilmişdir. Bu qiymətləndirmə rəyinin mötəbərliyini şübhə altına ala biləcək hər hansı hal aşkar edilmədiyindən, hazırkı iş üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi zamanı "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyinə istinad edilməli, həmin rəylə müəyyən edilmiş likvid qiy məti ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti kimi müəyyən edilməlidir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 385, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 39.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – ipoteka predmetinin ilkin satış qiymətinin dəyişdirilərək 95 000 (doxsan beş min) manat müəyyən edilməsi və aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 400 manatın 200 manatının İddiaçı ASCdən tutulması hissələrində ləğv ed ilməsi və həmin hissələrdə iş üzrə yeni qərar qəbul edilərək ipoteka predmetinin ilkin satış qiymətinin 80 000 (səksən min) manat müəyyən edilməsi, aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 400 manatın cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxan zaman həmin dövrə, yəni 2020-ci ilə olan əmlakın likvid dəyərinə əsasən ilkin satış qiymətini müəyyən etmişdir, apellyasiya instansiyası məhkəməsi isə ilkin satış qiymətini dəyişdirərək 2022-ci ilə olan likvid dəyəri ilə müəyyən etmişdir. Məhkəmə kollgeiyası nəzərə almamışdır ki, sözügedən əmlak birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən müəyyən edilmiş ilkin satış qiyməti (likvid qiyməti) – 80.000 (səksən min ) manat ilə açıq hərraca çıxarılmış, lakin keçirilən ilkin hərrac zamanı həmin qiymətə, təkrar hərrac zamanı isə 68.000 (altmış səkkiz min) manata satılmadığı üçün ipoteka saxlayana, yəni İddiaçı ASC-yə təklif olunmuş və onun tərəfindən 51.000 (əlli bir min) manata əldə olunmuşdur (Hərrac təşkilatının İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə protokolu № 23/01 iş materiallarına əlavə olunmuşdur). Belə olan halda isə birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC tərəfindən verilmiş 08 sentyabr 2020-ci il tarixli ƏEM/S 17-439/20 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən müəyyən edilmiş ilkin satış qiymətini dəyişdirilməsi əsassızdır.

23. Bundan başqa qeyd edilmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş rəy digər sübutlarla yanaşı düzgün qiymətləndirilməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m ümumi sahədən ibarət 3562E saylı bağ evinin bazar dəyəri 85.000 (səksən beş min) manat, likvid dəyəri isə 72.000 (yetmiş iki min) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli 251129-NEDVİJ-4759 №-li “Alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən alqı-satqı zamanı sözügedən daşınmaz əmlakın satış qiyməti 98.000 (doxsan səkkiz min) manat olmuşdur (müqavilənin 1.4-cü bəndi). Daha sonra X1 və Monitorinqi Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə ipoteka predmeti olan daşınmaz əmlak yenidən qiymətləndirilmiş və həmin əmlakın dəyəri 85.000 (səksən beş min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş 08 sentyabr 2020-ci il tarixli ƏEM/S 17-439/20 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0.025 ha torpaq sahəsində yerləşən, 75.6 kv.m ümumi sahədən ibarət 3562E saylı bağ evinin bazar dəyəri 85.000 (səksən beş min) manat, likvid dəyəri isə 80.000 (səksən min) manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, "xxxx" MMC tərəfindən müəyyən edilmiş ipoteka predmeti olan daşınmaz əmlakın hazırki bazar və likvid dəyərləri həqiqəti əks etdirmir. "xxxx" MMC tərəfindən həmin daşınmaz əmlak həqiqi də yərindən yuxarı şişirdilmiş şəkildə qiymətləndirilmiş, daşınmaz əmlakın iqtisadi əsasları düzgün nəzərdən keçirilməmiş, qiymətləndirmə konyukturasına əməl edilməmiş, qiymətləndirilən daşınmaz əmlak eyni regionda yerləşən oxşar və eyni daşınmaz əmlakların bazarda satış qiyməti və bu əmlaklara olan istehlakçı tələbatı düzgün araşdırılmamışdır

24. Həmçinin apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan əldə edilməsi ilə əlaqədar olaraq hərrac təşkilatçısı olan "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına xx.xx.2021-ci il tarixli 47 nömrəli hesab-fakturaya əsasən 2161,01 (iki min bir yüz altmış bir manat 01 qəpik) AZN məbləğində xidmət haqqı və X2 hesabına 388,98 (üç yüz səksən səkkiz manat 98 qəpik) AZN məbləğində ƏDV, X2 hesabına Sumqayıt şəhəri üzrə İcra İdarəsinin məktubuna əsasən 3.570,00 (üç min beş yüz yetmiş manat 00 qəpik) AZN məbləğində 7 faiz icra ödənişi köçürülmüşdür. Bundan sonra, Hərrac təşkilatının İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə 23/01 №-li protokoluna əsasən həmin daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüququ Bankın adına daşınmaz əmlakın müvafiq dövlət reyerstrində qeydiyyata alınmış və AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Göründüyü kimi, Bank ipoteka predmeti olan daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qanuni əsaslarnan əldə etmişdir, yəni Bank vicdanlı əldə edəndir.

25. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikyəti apellyasiya şikayətinə uyğun məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qətnamə ipoteka predmeti olan əmlakda yaşayan digər şəxslərin hüquq və mənafelərinə birbaşa toxunduğu halda onlar işə cəlb olunmadan çıxarıldığı üçün məhkəmə tərəfinən kobud pozuntuya yol verilmiş, həmçinin ipoteka predmetinin ilkin satış qiyməti dəyişdirilsə də, hərracın yenidən təşkili ilə bağlı məsləyə baxılmamış və buna görə də cavabdeh ayrıca icraatda məhkəmədə iddia qaldırmış, o cümlədən məhkəmə tərəfindən ilkin satış qiyməti müəyyənləşdirilərkən əmlakın bazar qiymətinin (115000 manatın) deyil, likvid dəyərinin (95000) əsas götürülməsi əsaslan dırılmamış, həmçinin cavabdeh ilə Rauf Adıgözəlov arasında ipoteka predmetinə dair əldə edilmiş razılaşmaya, cavabdehin Rauf Adıgözəlova etibarnamə verməsinə və iş materiallarına əlavə edilmiş ipoteka predmetinin oğurlanmasına dair polis tərəfindən verilmiş arayışda zərərçəkmiş kimi R.Adıgözəlovun tanınmasına hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

28. Maddə 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

29. Maddə 269.4 İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara ə şya hüquqlarının məhdudlaşdırılmasıdır.

30. Maddə 295 Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

31. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

36. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməs i borclunun icranı gecikdirməsi sayılır.

37. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

38. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

39. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qayta rmağı öhdəsinə götürür. “İpoteka haqqında” Qanun

40. Maddə 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

41. Maddə 33 Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

42. Maddə 34.1.1 Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır

43. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüquq unun yaranması anıdır

44. Maddə 39.3.3 İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

45. Maddə 41.1 İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

46. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinli k yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki Prosessual Məcəllə

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvv əsi yoxdur.

50. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli s ürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətlərində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətna mə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

62. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Bank VTB (Azərbaycan) ASC və cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1304/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar