Məhkəmə qərarları › İş №2(102)-5378/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5378/2022

18.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5378/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 və X2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər:: tikilidən və torpaq sahəsindən çıxarılma ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri, Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 və X2 qarşı “torpaq sahəsində inşa edilmiş tikilidən və həmin torpaq sahəsindən çıxarılma və pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-54/2022 nömrəli, 30 iyun 2022-ci il ta rixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 18 oktyabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən Təsərrüfat hesablı təmir-tikinti sahəsini İddiaçı 19 may 1998-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Əmlak komitəsi tərəfindən keçirilən auksionda 13.329.0 manata almış, 1998-ci il tarixli həmin auksion protokolu əsasında 26 may 1998-ci il tarixdə satıcı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə həmin müəssisənin alqı-satqıыж müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh1 oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 oğlunun, onun ailə üzvlərinin və d igər şəxslərin ona məxsus ünvan 2 ünvanda yerləşən (hazırki Elçin Əzizov ev 8), ümumi sahəsi 2766,0 kv.metr olan torpaq sahəsində inşa edilmiş tikilidən və həmin torpaq sahəsindən çıxarılması və cavabdehlərdən 7200 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onlar iddiaçının əmlakını zəbt etməmişlər. Həmin bir otaqlı qeyri-yaşayış sahəsini yaşayış üçün yararsız halda 2013-cü ildə iddiaçıya 15.000 manat pul verib almışdır. Bu məbləğdən əlavə, iddiaçıya məxsus 12 fərdi yaşayış evinin təmir işlərini görmüşdür. Bu işin müqabilində iddiaçı ona 10.000 manata yaxın pul verməli idi. Həmin məbləği də ona satdığı qeyri-yaşayış sah əsinə hesablayıb çıxmışdır. Beləliklə, iddiaçı sözügedən 1 otaqlı qeyri-yaşayış sahəsini ona 25000 manata satmışdır. Cavabdehin yaşamaq üçün onlara verdiyi qeyri-yaşayış sahəsi heç bir şəraiti, pəncərəsi olmayan 1 otaqdan ibarət olmuşdur. Həmin qeyri-yaşayış sahəsinə bitişik onun qarşısında o, öz əlləri ilə bir otaq tikmiş, arxa tərəfdə isə hamam-tualet düzəltmişdir. Onların başqa mənzili və yaxud fərdi yaşayış evləri yoxdur. Yeganə yaşayış yerləri bu evdir. Hazırda da iddiaçı bu evin alınmasını tələb edir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Mədinə Bağırova) 2(009)1869/2019 saylı, 09 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 oğlu, X4, Cavabdeh2 və X1 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 2766,0 kv.m olan torpaq sahəsində inşa edilmiş tikilidən və həmin torpaq sahəsindən çıxarılması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 152, 157, 158 və 180-ci maddələri, Torpaq Məcəlləsinin 84 və 111-ci maddələri, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələri, "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2 saylı qərarının 6-cı bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

6. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmas ını xahiş etmişlər.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi heç bir əsası olmayan müqaviləyə və onun əsasında verilmiş şəhadətnaməyə əsaslanaraq qanunsuz qətnamə çıxarmışdır. Sənədlərin onları verən təşkilat tərəfindən təsdiqlənməməsi, arxivdə aşkarlanmaması həmin sənədlərin uydurma və saxta olduğunu sübut edir.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), S.İ.Bəktaşi və A.S.Hüseynov) 25 may 2022-ci il tarixli, 2(103)-21/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə-iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqey i ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli qeyri yaşayış sahəsi cavabdehlərin qanunsuz istifadəsindədir. Cavabdehlər tərəfindən həmin qeyri-yaşayış sahəsinə bitişik əlavə özbaşına tikililər tikilmişdir.

10. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilmiş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 152, 157, 158 və 180-ci maddələri, Torpaq Məcəlləsinin 84 və 111-ci maddələri, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlillə ri a)Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh1 (Vəkil Abıəli oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işdəki sübutları tam və hərtərəfli araşdırmamış, onlara lazımi hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

15. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsədə mənsubdur.

18. Maddə 158.1.2. Əmlakdan istifadə hüququda mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır.

19. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşmmaz əmlak özbaşına tikinti sayılır.

20. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlama q ixtiyarı yoxdur.

21. Maddə 180.3 Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Torpaq Məcəlləsi

22. Maddə 84, bənd 1 Torpaq mülkiyyətçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

23. Maddə 84, bənd 3 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir.

24. Maddə 111, bənd 1 Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

25. Maddə 111, bənd 3 Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçir ilir. Mülki Prosessual Məcəllə

26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1 Kassasiya instans iyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, məhkəmə aktının qanuniliyi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

35. Məhkəmə kollegiyası kassasiya şi kayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 4 16, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-54/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar