Məhkəmə qərarları › İş №2(102)-538/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-538/2022

07.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-538/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X1 B.V.” şirkətinin Azərbaycan Respublikasında Filialına qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə ödənişin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, ştatların ixtisarı, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2(103)7843/ 2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı 02 dekabr 2008-ci il tarixdə “X1 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Kommersiya və Marketinq üzrə Koordinator vəzifəsinə işə qəbul edilmiş, 01 iyun 2014-cü il tarixdə onunla müddətsiz əmək müqaviləsi bağlanılmışdır. 14 aprel 2021-ci il tarixdə İddiaçı ünvanlanmış bildirişdə qeyd edilmişdir ki, Şirkətdə aparılan struktur dəyişiklikləri ilə əlaqədar olaraq Kommersiya və Marketinq üzrə Koordinator ştatının ixtisarı nəzərdə tutulmaqla, iddiaçı 6 həftə xəbərdarlıq müddəti ərzində hər həftə bir iş günü əmək haqqı saxlanılmaqla əmək funksiyasının icrasından azad edilmiş və xəbərdarlıq müddəti başa çatdıqda onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. İşəgötürənin 26 may 2021-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “X1 B.V.” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 may 2021-ci il tarixli, TO-930341-571 saylı əmrin ləğv edilməsi, İddiaçı tutduğu vəzifəyə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqına əsasən hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiy i ştatın ixtisar olunması işçinin işdən uzaqlaşdırılmaq məqsədini daşımış, cavabdeh tərəfindən göndərilmiş xəbərdarlıq bildirişində ştat ixtisarının hansı zərurətdən yarandığı əsaslandırılmamış, bu ştatın ləğv olunmasından bir müddət əvvəl eyni əmək funksiyalarını icra edən, lakin rəsmi adı fərqli olan başqa ştat yaradılmış və əcnəbi vətəndaş işə qəbul edilmişdir. İddiaçı ADNA-da idarəetmə ixtisası üzrə bakalavr təhsili almış, İtaliyada magistr təhsilini başa vurmuş, PMP sertifikatını əldə etmiş, eləcə də CFA proqramı üzrə ilk mərhələni tamamlamışdır. İddiaçının öhdəsində işləməyən həyat yoldaşı və iki azyaşlı uşağı vardır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(009)-1713/2021 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia təmin edilməmişdir. Birinci instansi ya məhkəməsi iddiaçının mübahisələndirdiyi əmr qəbul edilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçının işlədiyi koordinator vəzifəsi tək ştat vahidi olmaqla, ümumiyyətlə ləğv edilmiş və artıq belə bir ştat olmadığından işəgötürənin işçilər arasında seçim etmək imkanı olmamış, hazırkı işdə Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşən hallar müəyyən edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(009)-1713/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 avqust 2021-ci il i tarixli, 2(103)-7843/2021 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və F.F.Babayevdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(009)1713/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. İddiaçının, ştatların ixtisarı həyata keçirilərkən işdə saxlanılan işçilərin ixtisasının və peşəkarlıq səviyyələrinin ondan yuxarı olmaması, həmçinin öhdəsində yetkinlik yaşına çatmamış 2 övladının olduğu arqumentlərinə münasibətdə kollegiya qeyd etmişdir ki, Əmək Məcəlləsi nin 78-ci maddəsinə görə, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır. Həmçinin, iddiaçının işlədiyi koordinator vəzifəsi tək ştat vahidi olmaqla ümumiyyətlə ləğv edilmiş və artıq belə bir ştat olmadığından işəgötürənin işçilər arasında seçim etmək imkanı da olmamışdır. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan işçilər kateqoriyasına da aid olmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 avqust 2021-ci il i tarixli, 2(103)-7843/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmas ı üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı tərəfindən ümumilikdə ştat ixtisarının formal, işçinin müddətsiz əmək müqaviləsinə xitam vermək xarakterı daşıması və qanunsuz olduğu üçün ləğv olunmalı olduğu bildirilmişdir. Eyni zamanda apellyasiya məhkəməsi hər hansı sübut olmadan belə hesab etmişdir ki, iddiaçının işlədiyi ştat vahidi təkdir. Halbuki bununla bağlı ştat cədvəli cavabdehdən tələb olunmamış, eyni və ya oxşar əmək funksiyalı bütün ştatlar araşdırılmamışdır. Bundan əlavə, ap ellyasiya instansiyası məhkəməsi qanunvericiliyin normalarına yalnız formal yanaşmaqla belə hesab etmişdir ki, qanunvericilikdə ştat ixtisarına dair məhdudiyyət nəzərdə tutulmamış və bu, işəgötürənin səlahiyyətinə aiddir. Cavabdeh tərəfindən göndərilmiş xəbərdarlıq bildirişində qanunvericiliyə zidd olaraq ştat ixtisarının hansı zərurətdən yarandığı əsaslandırılmamış, müvafiq ştat üzrə əmək funksiyalarının necə həyata keçiriləcəyi göstərilməmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, haz ırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən l əğv edilə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq – beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi əvvəl rəsmi xəbərdar edilməlidir. 77-ci maddəsinin 2-ci hissəsinə əsasə n xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzg ün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti tə min etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının tələbinin əsası ondan ib arət olmuşdur ki, həqiqətdə işəgötürən müəssisədə ştatların ixtisarı baş verməmiş, bu onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədi ilə süni xarakter daşımışdır. Lakin həmin məsələ aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və təqdim olunmuş sübutlar qiymətləndirilərkən belə nəticəyə gəlinmişdir ki, iddiaçı iddia tələbinin əsasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin razılaşır ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən iddianın təmin edilməli olmasına dair iddiaçının dəlili əsassızdır. Belə ki, işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, iddiaçının işlədiyi koordinator vəzifəsində tək ştat vahidi mövcud olmuş, həmin ştat ləğv edilmiş və işəgötürənin ƏM-nin 78-ci maddəsinə uyğun işçilər arasında seçim etmək imkanı olmamışdır. Bu səbəbdən, məhkəmə kollegiyası apell yasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 avqust 2021-ci il i tarixli, 2(103)-7843/2021 nömrəli qətnaməs i dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar