Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-538/2023 28.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma, maneələrin qadağan edilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5436/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 fevral 2023-cü il tarixdə Ali Məhkəmən in binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. İddiaçı və Cavabdeh1 09 aprel 2002-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, ailə həyatı qurmuşlar və birgə nikahlarından onların xx xxxx 2003-cü ildə İlkin adlı uşaqları anadan olmuşdur. Onlar rəsmi nikaha daxil olduqdan sonra 06 iyun 2002-ci il tarixdə mübahisəli olan ünvan 1 köçmüşlər.
2. Sonradan tərəflər arasında münasibətlər pisləşdiyindən, onlar 2003-cü ilin fevral ayından ayrılmış, mənzildən birgə istifadə edilməsi məsələsində fikir ayrılıqları yaranması səbəbindən Cavabdeh1 sözügedən mənzilə istifadə hüququnun tanınması barədə məhkəməyə müraciət etmiş, Xocalı Rayon Məhkəməsinin 2-3/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi ilə x ünvan 1 ünvanında yaşayış sahəsindən istifadə hüququnun t anınması və pasport qeydiyyatına alınması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8000 manat məbləğində kompensasiya ödənilməklə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X ilə 09 aprel 2002-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, ailə həyatı qurmuş v ə birgə nikahdan xx xxxx 2003-cü il tarixdə İlkin adlı uşaqları anadan olmuşdur. Cavabdeh1 ilə rəsmi nikaha daxil olduqdan sonra 06 iyun 2002-ci ildə mübahisəli olan ünvan 1 köçmüşlər. Sonralar ailə münasibətləri kəskinləşdiyindən 2003-cü ilin fevral ayından ayrılmışlar və cavabdeh atası evinə getmiş və bu günə kimi orada yaşayır. 01 mart 2021-ci ildə Nərimanov Rayon Məhkəməsində nikahları rəsmi qaydada pozulmuşdur. Mübahisəli mənzil valideynlərinin vəfatından sonra onun və digər ailə üzvlərinin istifadəsində qalmışdır. 21 yanvar 2002-ci il tarixli 1 MK143/02 saylı Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu Dəmirçizadə küçəsində yerləşən, ümumi səhəsi 76,19 kv.m olan 5 otaqlı, 73 saylı mübahisəli mənzilin hər biri 16,6 kv.m olan iç-içə 2 otağı X6 və X2 4 nəfərdən ibarət ailəsinin istifadəsinə verilmişdir. Qalan mənzilin 3 otağı digərlərinin istifadəsinə verilmişdir. Cavabdeh1 məhkəmə qaydasında (Xocalı Rayon Məhkəməsinin 23/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi) sözügedən mənzilə, yəni ünvan 1-ə yaşayış sahəsindən istifadə hüququ tanınmışdır. Cavabdeh1 istifadə hüququna xitam verilməsi ilə bağlı dəfələrlə bazar qiymətinə uyğun kompensasiya təklif etsə də, o, bundan imtina etmişdir.
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı, digər cavabdehlər X8, X9, X4 və X5 qarşı “maneələrin qadağan edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzildən istifadələrinə maneələrin cavabdehlərə və qeyrilərinə qadağan edilməsi barə də qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə xx.xx.2002ci il tarixində rəsmi nikaha daxil olmuş və iddiaçı el adəti ilə toy edərək cavabdehin yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilə öz cehiz əmlakı ilə birlikdə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2003-cü il tarixində İlkin adlı övladları doğulmuşdur. Daha sonra 2003-cü ildə cavabdehin başqa qadınla yaşaması ilə əlaqədar qeyd edilən mənzildən çıxıb getməsi nəticəsində cavabdehin qardaş və bacıları iddiaçının öz azyaşlı övladı ilə orada yaşamasına mane olmağa başlamışlar. İddiaçı məcburiyyətdən sözügedən mənzilə istifadə hüququnun tanınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə onun azyaşlı oğlunun sözügedən mənzildə - yaşayış sahəsind ən istifadə hüququ Xocalı Rayon Məhkəməsinin 23/2004 saylı, xx.xx.2004-cü il tarixli məhkəmə qətnaməsi ilə tanınmışdır. Tərəflərin faktiki münasibətləri 2003-cü ildə bitsədə, rəsmi olaraq xx.xx.2021ci il tarixdə nikahları pozulmuşdur. Lakin, bütün qeyd edilənlərlə yanaşı cavabdeh İddiaçı hazırda qeyd edilən mənzildə yaşayaraq birgə iddiaçılarla bərabər hüquqludur. Belə ki, iddiaçının gəlin köçdüyü, sonradan isə məhkəmə qətnaməsi ilə istifadə hüququ əldə edərək pasport qeydiyyatına alındığı ünvan 4 ünvanında yerləşən mənzil Dövlət Mənzil Fonduna aid mənzil olmaqla cavabdehlə bərabər həm də iddiaçıların istifadəsinə verilib. Cavabdeh hər vasitə ilə həm özü həm də bacı və qardaşı qardaşı arvadları vasitəsilə bütün ömrü boyu iddiaçının və onun övladının həmin mənzildə sakit yaşamasına icazə ve rmirdilər. Dəfərlərlə belə hallar olur ki, iddiaçı mənzilə daxil olmaq üçün polis sahə müvəkkili ilə birlikdə gələrək qapının açılmasına təmin edirdi. Dəfələrlə ailə üzvləri tərəfindən su və işığın verilməsinimanual müdaxilələrlə dayandırırdılar, yəni bir sözlə, iddiaçının öz uşağı ilə sözügedən mənzilə buraxılmaması üçün üxtəlif tədbirlər görülürdü. Cavabdehlərlə iddiaçı və onun övladının birgə istifadəsində olan sözügedən mənzil Dövlət Mənzil Fonduna aid olmaqla həm iddiaçıların həm də cavabdehlərin istifadəsinə verilmiş mənzildir. Həmin mənzilin üzərində olan hüquq bərabər istifadə hüququ müəyyən edir. Ona görə də cavabdehlərin həmin mənzilə münasibətdə iddiaçı ilə onun yetkinlik yaşına çatmayan oğluna qarşı olan və müxtəlif qəbildən olan maneələri özündə ehtiva edən hərəkətlər qanuni s ayıla bilməz və heç bir hüquqi əsasa söykənmir. Ona görə iddiaçı və onun yektinlik yaşına çatmayan övladının sözügedən mənzilə köçürülməsinə tam hüquqi əsas mövcuddur. İddiaçının cehiz əşyaları yataq mebeli, xalçaları və digər cehiz əşyaları bu günədək ona ayrılmış mənzildə qalmaqdadır. Sırf cavabdehlər iddiaçıya mənzildə yaşamağa imkan vermədikləri üçün necə illərdir ki, köçəri həyat tərzi sürərək qohumlarının və tanışlarının evində qalmaq məcburiyyətində qalmışdır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-84/2022 saylı, 25 aprel 2022ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova), ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatına əsasən Bakı şəhəri Dəmirçizadə küçəsi ev 2, 73 saylı mənzildə ilkin iddia üzrə cavabdehlər də daxil olmaqla 6 nəfər qeydiyyatdadır. Burdan müəyyən edilir ki, İddiaçı tərəfindən bu ünvanda qeydiyyatda olan hər iki cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaları müqabilində təklif edilən 8000 manat kompensasiya məbləği yetərli deyil. Nəzərə alınmalıdır ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Bu səbəbdən qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən etmişdir. Hazırki iş üzrə ilkin iddiaçının irəli sürdüyü kompensasiya məbləğinin yetərli olmaması, qanunvericiliyin tələbləri baxımından yetərli məbləğin verilməsinin təklif edilməməsi səbəbindən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməlidir.
8. Mülki işin materiallarından göründüyü kimi, qeyd edilən mənzilə ilkin iddia üzrə cavabdehlərin hüquqları vardır. Onların həmin mənzildən istifadə hüququnun olması Xocalı Rayon Məhkəməsinin 2-3/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsi ilə təsbit edilmişdir. Lakin, bu hüququn realizə edilməsi məqsədi ilə ilkin iddia üzrə cavabdehlərin sözügedən mənzilə köçürülməsi həmin mənzilin sahəsi, mənzildə olan otaqların və orda qeydiyyatda olub yaşayan şəxslərin sayı nəzərə alınmaqla real olaraq ağlabatan deyil. Qarşılıqlı iddia ərizəsinin təmin ediləcəyi halda, qətnamənin icrası mümkün süz olacaqdır.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 228.2-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 15.2, 15.3, 77.1, 78.1, 80, 81, 82.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Qətnamədən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, qətnamənin ləğv edilməsini, İddiaçı ilk iddianın, Cavabdeh1 qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
11. İddiaçı apellyasiya şikayətində göstərilmişdir ki, mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı onun tərəfindən cavabdehə təklif onunan kompensasiya məbləğinin müəyyən edilməsinin bir necə səbəbləri mövcuddur. Belə ki, 21 yanvar 2002-ci il tarixli 1 MK-143/02 saylı Bakı Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının qətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu Dəmirçizadə küçəsində yerləşən, ümumi səhəsi 76,19 kv.m olan 5 otaqlı, 73 saylı mübahisəli mənzilin ümumi sahəsi 32,12 kv.m. təşkil edən 2 otağı X6 və X2 4 nəfərdən ibarət ailəsinin istifadəsinə verilmiş və X həmin mənzil sahəsinə olan mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmişdir. Qalan mənzilin 3 otağı (44,7 kv.m.) digərlərinin, yəni onun, X7, X3, X1 və onun azyaşlı uşağının istifadəsinə verilmişdir. Beləliklə, həmin qətnaməyə əsasən, ümumi sahəsi 44,7 kv.m. olan 3 otaqlı mənzildən hər bir istifadəçiyə (44,7 kv.m.: 5 nəfər) 8,94 kv.m. yaşayış sahəsi düşmüşdür. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatına əsasən, mübahisə predmetini təşkil edən mənzilin qiymətləndirilmə tarixi nə olan likvid dəyəri 64.000 manat, bazar dəyəri isə 73.600 manat təşkil etmişdir. xx.xx.2002-ci il tarixli 1 MK-143/02 saylı qətnamə ilə müəyyən edilmiş qaydada, ümumi sahəsi 44,7 kv.m. olan 3 otaqlı mənzildən onun payına mütanasib olaraq (73.600 manat: 5 nəfər) 14.720 manat məbləğində vəsait düşmüşdür. Belə olan halda, onun payına düşən cəmi 14.720 manat vəsaitdən 8000 manat məbləğində kompensasiyanın cavabdehə təklif olunması ədalətli və bazar qiymətinə uyğundur. Cavabdehlərin, mənzilin əvəzsiz olaraq şəxsi mülkiyyətə keçməsinə razılıq verməmələri, digər mənzil kirayə müqaviləsi bağlamış 4 nəfər vətəndaşın mülkiyyət hüququnun pozulmasına səbəb olur.
12. Cavabdeh1 apellyasiya şikayətində qətnaməsinin qismən- qarşılıqlı iddianın təmin edilmədiyi hissədə ləğv edilməsini, qarşılıqlı iddian ın təmin edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh1apellyasiya şikayətində göstərilmişdir ki, mənzil 5 otaqdan ibarətdir, mənzilin 2 otağına X, X, Xr və x hüquqları, digər 3 otağa isə onun və onun oğlu Cavabdeh2, İddiaçı və x hüquqları vardır. Mənzil mənzil fonduna aid olmaqla mənzildə istifadə hüququ olan hər kəsə bərabər hüquqlar əsasında məxsusdur. Mənzildə digər şəxslərin hüquqularının təmin edilməsi həmin mənzilə eyni hüquqları olan onun və Cavabdeh2 hüquqlarının pozulması ilə baş verməməlidir. Hazırki halda Məhkəmə onun və Cavabdeh2 sözügedən mənzilə istifadə hüququnun tanınması barədə qüvvədə olan məhkəmə qərarını heçə saymışdır ki, bu da yolverilməzdir. Qarşılıqlı iddia tələbi mənzilə köçürülmə dey il, mənzildən istifadəyə yaradılan maneələrin qadağan edilməsidir. Lakin buna baxmayaraq məhkəmə verilmiş iddia tələbindən hər hansı bir müstəsna hal olmadan kənara çıxmış, qətnamənin əsaslandırma hissəsində qarşılıqlı iddiaçının iddia tələbləri mənzildən istifadə hüququna məneələrin aradan qaldırılması olduğu halda mənzilə köçürülmə kimi qiymət vermişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5436/2022 nömrəli iş üzrə 20 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.Əsgərov sədrlik edən, məruzəçi, A.İmanov və F.Talışinski) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2 5 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmişdir.
15. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, ilk iddia tələbi üzrə mübahisəni həll edərək qiymətləndirilməli olan birinci məsələ kimi, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ mövcud deyil, mənzil dövlət mülkiyyətindədir, iddiaçı və digər şəxslərin həmin mənzildən istifadə hüququ vardır. Mülki qanunvericiliyin yaşayış binasının tərkib hissəsindən (Mülki Məcəllənin 228.2-ci maddəsi) istifadə hüququna kompensasiya verilməklə xitamını tənzimləyir və bu zaman həmin hüququ mülkiyyətçiyə aid edir. Lak in iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ mövcud deyildir və bu səbəbdən də onun hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun olmamasına diqqət yetirməmiş, maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş və iş üzrə düzgün olmayan nəticəyə gəlmiş, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır, ilk iddia tələbi rədd edilməlidir.
17. Məhkəmə kollegiyası qarşılıq iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbində qanuni qüvvədə olan məhkəmə qətnaməsilə istifadə hüququ tanınaraq mübahisəli mənzilə istifadə hüquqlarına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsindən ibarətdir. M əhkəmə kollegiyası hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibət bildirməmiş, tələb olmadığı halda qarşılıqlı iddiaçının tələbini mübahisəli mənzilə köçürülmə tələbi kimi qiymətləndirmiş və bunun səbəblərini qətnamədə əsaslandırmamış, bununla da iddia tələbindən kənara çıxaraq, olmayan tələbi qiymətləndirərək, qarşılıqlı iddianı rədd etməklə prosessual pozuntuya yol verdiyindən, qətnamə həmin hissədə də qanunsuz olmuşdur.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin mübahisələndirilməyən halına görə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli mənzildən istifadə hüququ tanınmışdır. Hazırda qarşılıqlı iddiaçı mübahisəli mənzildən istifadə hüququna yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. Mübahisəli mənzi l mənzil fonduna aid olmaqla, mənzildən istifadə hüququ olan hər kəsə bərabər əsaslarla məxsusdur. Mənzildə digər şəxslərin hüquqlarının təmin edilməsi, həmin mənzilə eyni hüquqları olan qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 hüquqlarının pozulması ilə baş verməməlidir.
19. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mənzil Məcəlləsinin 2.1, 5.1-ci maddələrinə, Mülki Məcəllənin 228.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya insta nsiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları
23. Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mənzil Məcəllə
24. Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını (Mənzil Məcəlləsinin 2-ci maddəsi) öz mülahizələrinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdi rilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır.
25. Maddə 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla nəzərdə tutulmuş əsaslar olmadan, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Mülki Məcəllə
26. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib his səsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş halla ra və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədl ərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, ilk iddia tələbi üzrə mübahisəni həll edərək qiymətləndirilməli olan birinci məsələ kimi, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olub-olmaması aydınlaşdırılmalıdır.
40. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüququ mövcud deyil, mənzil dövlət mülkiyyətindədir, iddiaçı və digər şəxslərin həmin mənzildən istifadə hüququ vardır. Mülki qanunvericiliyin yaşayış binasının tərkib hissəsindən (Mülki Məcəllənin 228.2-ci maddəsi) istifadə hüququna kompensasiya verilməklə xitamını tənzimləyir və bu zaman həmin hüququ mülkiyyətçiyə aid edir. Lakin iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ mövcud deyildir və bu səbəbdən də onun hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.
41. Apellyasiya instansiyası məhkəməsi həmçinin işin hallarını nəzərə alıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun olmamasına diqqət yetirməmiş, maddi hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Belə olan halda iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır və bu səbəbdən də ilk iddia tələbi rədd edilməlidir.
42. Apellyasiya instansiyası məhkəməsi həmçinin qarşılıq iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbində qanuni qüvvədə olan məhkəmə qətnaməs ilə cavabdehin istifadə hüququ tanınan mübahisəli mənzilə istifadə hüquqlarına yaradılan maneələrin cavabdehlərə qadağan edilməsindən ibarətdir.
43. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibət bildirməmiş, tələb olmadığı halda qarşılıqlı iddiaçının tələbini mübahisəli mənzilə köçürülmə tələbi kimi qiymətləndirmiş və bunun səbəblərini qətnamədə əsaslandırmamış, bununla da iddia tələbindən kənara çıxaraq, olmayan tələbi qiymətləndirərək, qarşılıqlı iddianı rədd etməklə prosessual pozuntuya yol verdiyindən, qətnamə həmin hissədə də qanunsuz olmuşdur.
44. Apellyasiya instansiyası məhkəməsi, yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib düzgün olaraq qeyd etmişdir ki, işin mübahi sələndirilməyən halına görə cavabdehin mübahisəli mənzildən istifadə hüquq vardır və Hazırda cavabdeh mübahisəli mənzildən istifadə hüququna yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. Mübahisəli mənzil mənzil fonduna aid olmaqla, mənzildən istifadə hüququ olan hər kəsə bərabər əsaslarla məxsusdur. Mənzildə digər şəxslərin hüquqlarının təmin edilməsi, həmin mənzilə eyni hüquqları olan Cavabdeh1 və Cavabdeh2 hüquqlarının pozulması ilə baş verməməlidir. Ona görə də qarşılıqlı iddia ərizəsi təmin edilməlidir.
45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı mülki iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni o lmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq onlara düzgün hüquqi qiymət vermişdir, bu səbəbdən də həmin dəlillərin təkrar araşdırılmasına lüzum görmür. Bu baxımdan həmin dəlillər əsassız olduğundan, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyirşdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 sentyabr 2022-ci il tarixli, 2(103)-5436/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.