Məhkəmə qərarları › İş №2(102)-538/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-538/2024

02.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-538/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Maraqlı şəxs, Ağstafa rayon DTİ və MHQ idarəsinə, Ağstafa rayon Dövlət notariat kontoruna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2321/2018 nömrəli, 25 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. ünvan 1 ünvanda yerləşən yaşayış evi şəxsi mülkiyyət hüququ ilə Ağstafa rayon Dövlət Notariat Kontorunun 1282 nömrəli, 04 mart 1992-ci il tarixli sərəncamı əsasında X3 adına qeydə alınmışdır.

3. X4 21 oktyabr 1999-cu ildə vəfat etmişdir.

4. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 21 oktyabr 1999cu ildə vəfat etmiş X3 ünvan 1 ünvanda yerləşən, 1958-ci ildə tikilmiş, bir mərtəbəli, dörd otaqlı, yaşayış sahəsi 42,6 kv.m, ümumi sahəsi 73,0 kv.m fərdi yaşayış evinin altıda iki hissəsi Maraqlı şəxs verilmişdir. Altıda dörd hissəsi isə vərəsəlik şəhadətnaməsi verilmədən açıq buraxılmışdır.

5. Qanun üzrə vərəsəlik hüququ h aqqında şəhadətnaməyə əsasən 21 oktyabr 1999cu ildə vəfat etmiş X3 ünvan 1 ünvanda yerləşən 1958-ci ildə tikilmiş, bir mərtəbəli, dörd otaqlı, yaşayış sahəsi 42,6 kv.m, ümumi sahəsi 73,0 kv.m fərdi yaşayış evinin altıda bir hissəsi Maraqlı şəxs verilmişdir. Altıda üç hissəsi isə vərəsəlik şəhadətnaməsi verilmədən açıq buraxılmışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Ağstafa şəhəri, Heydər Əliyev küçəsi, 53/1 nömrəli mənzil 1/3 hissəsi ilə Maraqlı şəxs adına qeydiyyata alınmışdır.

7. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Ağstafa şəhəri, Heydər Əliyev küçəsi, 53/1 yerləşən 60.2 kvm. ibarət olan mənzil Maraqlı şəxs adına qeydiyyata alınmışdır. 8. 01 sentyabr 2000-ci il tarixli, 24 nömrəli texniki pasporta və 25 avqust 2000-ci il tarixli, 24 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanda yerləşən köşkmağaza (qeyri-yaşayış binası) Maraqlı şəxs mülkiyyətindədir.

9. Ağstafa rayon Dövlət Notariat kontorunda 28 avqust 2000-ci ildə 3 M-71 reyestr nömrə ilə təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən köşkmağaza qeyri-yaşayış binası Maraqlı şəxs tərəfindən Cavabdeh3 Cəfər oğluna satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Ağstafa şəhəri, Azadlıq kü çəsi 53 ünvanda yerləşən, üstünə “Reklam evi” yazılmış köşkdən və onun ətrafındakı torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası X4 xx.xx.1999-cu ildə vəfat etmişdir. xx.xx.2004-cü il tarixdə onun müraciəti əsasında ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən ünvan 4 ünvanında yerləşən mülkiyyətin altı da bir hissəsi ona məxsusdur. Qeyd olunan ünvanın yanında miras əmlak olan yardımçı tikili vardır və həmin tikilidən cavabdeh hazırda reklam agentliyi kimi istifadə edir. Cavabdeh eyni zamanda həmin köşkün qarşısında yerləşən və iddiaçıya məxsus olan torpaq sahəsini də özbaşına çəpərləyib. Cavabdeh köşkdən və torpaq sahəsindən istifadə etməsi müqabilində iddiaç ıya və onun qardaşının ailəsinə heç bir haqq vermir. Köşkü və torpaq sahəsini könüllü tərk etmir.

12. Daha sonra Həsənov X1 Elşən Məmməd oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağstafa şəhər bələdiyyəsinin 19 fevral 2004-cü il tarixli sərəncamının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı vərəsəlik hüququ əsasında ünvan 5 ünvanda yerləşən mülkiyyətin 1/6 hissəsini almışdır. Həmin ünvanda yerləşən miras əmlakın yanında olan və Cavabdeh3 məxsus olan köşkün ərazisi də daxil olmaqla 72 kv.m olan torpaq sahəsi də Ağstafa şəhər bələdiyyəsinin verdiyi 19 fevral 2004-cü il tarixli sərəncamlı ilə ona verilməsi nəzərdə tutulmuşdur. Həmin sərəncam qanunsuzdur. Həmin torpaq sahəsi əvvəlcə Cavabdeh3 təklif edilməli idi. Digər tərəfdən həmin sahə boş sahə deyildir, Cavabdeh3 istifadəsindədir və o, həmin yerdən reklam evi kimi istifadə edir.

14. Sonradan İddiaçı cavabdehlər Cavabdeh3, Maraqlı şəxs, Ağstafa rayon DTİ və MHQ idarəsinə, Ağstafa rayon Dövlət notariat kontoruna qarşı əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən, üstünə “Reklam evi” yazılmış köşkə dair iddiaçının qardaşı Maraqlı şəxs adına verilmiş qeydiyyat vəsiqəsinin və texniki pasportun, həmin köşkün Cavabdeh3 satılmasına dair Ağstafa rayon Dövlət notariat kontorunda 28 avqust 2000-ci ildə reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin və Cavabdeh3 adına göstərilən köşkə dair verilmiş qeydiyyat vəsiqəsinin və texniki pasportun ləğv edilməsini xahiş etmişdir. 1

5. Məhkəmə iclasında Cavabdeh3 iddianı etiraf etmiş və göstərmişdir ki, o, İddiaçı və iş üzrə digər cavabdeh Maraqlı şəxslə yaxın qohumdur. Hazırkı iş üzrə mübahisəli köşkə dair alqı-satqını həyata keçirərkən aralarında tam razılaşma olmalı olduğu halda bunu etməmişlər. Hazırda aralarında tam razılaşma əldə etdiklərindən göstərilən köşkün torpaq sahəsinin İddiaçı verilməsinə dair Ağstafa şəhər bələdiyyəsinin sərəncamının ləğv edilməsi tələbi barədə verdiyi qarşılıqlı iddiadan imtina etməklə əsas iddianın təmin olunmasına razı olduğunu bildirmişdir.

16. Məhkəmə iclasında cavabdeh Ağstafa rayon DNK-nun Dövlət notariusu Sabir Cəfərov izahat verərək göstərmişdir ki, iş üzrə mübahisəli hesab edilən köşkə dair alqısatqı müqaviləsini 28 avqust 2000-ci ildə 3M-71 reyestr nömrə ilə təsdiq edərkən m övcud qanunvericilikdə nəzərdə tutulan sənədlər onun tərəfindən tələb edilmişdir. Belə hesab etmişdir ki, həmin vaxt heç bir qanunsuzluğa yol verməmişdir. Hazırda tərəflər öz aralarında razılığa gəldiklərindən alqı-satqı müqaviləsinin ləğv edilməsinə etiraz etmədiyini bildirmişdir.

17. Məhkəmə iclasında cavabdeh DƏDRX-nin Tovuz rayon Ərazi İdarəsinin Ağstafa şöbəsinin nümayəndəsi izahat verərək bildirmişdir ki, təqdim olunmuş sənədlər əsasında onun tərəfindən ünvan 6 ünvanda yerləşən köşk-mağaza qeyri-yaşayış binasına dair Maraqlı şəxs adına 25 avqust 2000-ci il tarixdə 24 reyestr nömrəli qeydiyyat vəsiqəsi və 108 invertar nömrəli texniki pasport verilmiş, həmin köşkün Maraqlı şəxs tərəfindən Cavabdeh3 satilmasına dair Ağstafa rayon Dövlət Notariat Kontorunda 28 avqust 2000-ci ildə təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında isə Cavabdeh3 adına 01 sentyabr 2000ci il tarixdə, 24 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Hazırda tərəflər öz aralarında razılığa gəldiklərindən həmin qeydiyyat vəsiqələrinin və texniki pasportların ləğv olunmasına etiraz etmirlər.

18. Ağstafa Rayon Məhkəməsinin 26 may 2006-cı il tarixli, 2-89/2006 nömrəli qərardadı ilə (hakim İ.Nuriyev) Cavabdeh3 İddiaçı qarşı Ağstafa şəhər bələdiyyəsinin 14 fevral 2004cü il tarixli, 172 nömrəli sərəncamının ləğv olunması tələbinə dair qarşılıqlı iddiadan imtina etməsi təsdiq edilmiş və qarşılıqlı iddia üzrə icraata xitam verilmişdir.

19. Ağstafa Rayon Məhkəməsinin 26 may 2006-cı il tarixli, 2-89/2006 nömrəli qətnaməsi ilə (hakim İ.Nuriyev) iddia təmin edilmiş, Ağstafa rayon Dövlət texniki inve ntarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən ünvan 3 ünvanında yerləşən köşk-mağaza qeyri-yaşayış binasına dair cavabdeh Maraqlı şəxs adına verilmiş 25 avqust 2000-ci il tarixli, 24 reyestr nömrəli qeydiyyat vəsiqəsinin və 108 invertar nömrəli pasportun, Cavabdeh3 adına verilmiş 01 sentyabr 2000-ci il tarixli, 24 reyestr nömrə ilə qeydiyyat vəsiqəsinin və 108 inventar nömrəli texniki pasportun, həmin köşkə dair Ağstafa rayon Dövlət notariat kontorunda 28 avqust 2000-ci ildə 3M-71 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh3 həmin köşkdən və onun ətrafındakı torpaq sahəsindən çıxarılması qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilən halları ilə təsdiq edilir ki, hazırkı iş üzrə cavabdehlər Maraqlı şəxs və Cavabdeh3 iddianın etiraf etmələrinin qəbul olunması mümkündür. Ona görə də cavabdehlərin iddianı etiraf etmələri təsdiq edilməli, iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarılmalıdır.

21. Məhkəmə mövqeyini Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar tam aydınlaşdırılmamış, məhkəmə müəyyən edilmiş faktla rdan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və nəticədə maddi hüquq normaları pozulmaqla qətnamə çıxarılmışdır.

24. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2321/2018 nömrəli, 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Azər Bayramov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və İspəndiyar Şəfiyev) apelyasiya şikayəti təmin edilmiş, Ağstafa Rayon Məhkəməsinin 26 may 2006-cı il tarixli, 2-89/2006 nömrəli qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir.

25. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, 21 oktyabr 1999-cu ildə vəfat etmiş X2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi vərəsələri Maraqlı şəxs və İddiaçı miras qalmışdır. Belə ki, qeyd edilən əmlaka dair Maraqlı şəxs və İddiaçı qanun üzrə v ərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, mərhum X2 miras qalmış ünvan 1 ünvanda yerləşən, 1958-ci ildə tikilmiş, bir mərtəbəli, dörd otaqlı, yaşayış sahəsi 42,6 kv.m, ümumi sahəsi 73,0 kv.m fərdi yaşayış evinin altıda iki hissəsi üçüncü şəxs Maraqlı şəxs, altıda bir hissəsi İddiaçı verilmişdir. Həmin evin yaxınlığında yerləşən iddiaçının mübahisələndirdiyi köşk-mağaza, qeyri-yaşayış sahəsi isə 25 avqust 2000-ci il tarixli, 24 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən üçüncü şəxs Maraqlı şəxs adına qeydə alınmışdır. İddiaçı qeyri-yaşayış sahəsinin də miras əmlaka aid olmasını iddia edərək bu tələblə məhkəməyə müraciət etmişdir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi araşdırma apararkən iddiaçının iddia etdiyi qeyri-yaşayış binasının iddiaçıya məxsu s olubolmamasını müəyyən etmədən iddia tələbinin təmin edilməsi qənaətinə gəlmiş və nəticədə maddi hüquq normalarının pozulması ilə müşayiət edilən qətnamə çıxarmışdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs və İddiaçı miras əmlak kimi mərhum ataları X2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi qalmışdır. Belə ki, həmin fərdi yaşayış evinə dair Maraqlı şəxs və İddiaçı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasən onların miras əmlakda payları müəyyən edilmişdir. Qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən də görünür ki, mirasın predmeti yalnız X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi olmuşdur. Hazırkı mübahisənin predmeti olan qeyriyaşayış sahəsi isə mərhum Məmm əd Musayevdəm miras qalmamış, bu səbədən də həmin əmlak vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilməmişdir. Mübahisələndirilən qeyri-yaşayış sahəsi 25 avqust 2000-ci il tarixli, 24 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən üçüncü şəxs Maraqlı şəxs adına qeydə alınmışdır. Sonradan Ağstafa rayon Dövlət Notariat kontorunda 28 avqust 2000-ci ildə 3 M-71 reyestr nömrə ilə təsdiq edilmiş alğı-satqı müqaviləsi ilə ünvan 3 ünvanda yerləşən köşk-mağaza qeyriyaşayış binası Maraqlı şəxs tərəfindən Cavabdeh3 Cəfər oğluna satılmış və Cavabdeh3 Cəfər oğluna 01 sentyabr 2000-ci il tarixdə, 24 nömrəli texniki pasport və 25 avqust 2000ci il tarixli, 24 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsi miras aktivinə daxil olmamış, od ur ki, mirasın predmeti kimi qiymətləndirilə bilməz. Müstəqil əmlak kimi üçüncü şəxsin mülkiyyəti qismində dövlət reyestrində qeyd alınmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən qeyri-yaşayış sahəsinə dair qeydiyyat vəsiqəsinin, texniki pasportun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiasının hüququ əsası yoxdur.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası üçüncü şəxs Maraqlı şəxs mülkiyyətinə qanuni əsaslarla alınmışdır. Həmin qeyriyaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət qeydiyyatı orqanın 25 avqust 2000-ci il tarixli, 24 reyestr nömrəli qeydiyyat vəsiqəsinin və texniki pasportun etbtasız hesab edilməsinin əsası yoxdur.

28. Üçüncü şəxslə cavabdeh arasında mübahisələndi rilən qeyri-yaşayış sahəsinin alqısatqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə Ağstafa rayon Dövlət Notariat kontorunda 28 avqust 2000-ci ildə 3 M-71 reyestr nömrə ilə qeydiyyata alınmışdır. Müqavilənin bağlanmasına tərəflərin razılaşdırılmış iradə ifadəsi olmuşdur. Tərəflər daşınmaz əmlakın alqı-satqısına dair qanunla müəyyən edilmiş qaydalara riayət etmişlər. İşin həqiqi halları ilə məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və səlahiyyətli dövlət orqanı olan notariat kontorunda təsdiq edilmiş alqı-satqı muqaviləsinin etibarsız hesab edilməsi ucun da əsaslar müəyyən edilməmişdir.

29. Mübahisələndirilən qeyri-yaşayış sahəsi üçüncü şəxsin mülkiyyətində olmuş, o, öz əmlak barəsində sərəncam verərək satmışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin hüquqi mövqeyini əsaslı hesab etmir.

30. Birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən düzgün hüquqi qiymət verilməməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə çıxarılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 527, 528, 530, 532-ci maddələrinə, hazır da qüvvədə olan Mülki Məcəllənin 1151, 139. 146, 178, 324, 331, 334, 394, 567, 152-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1. 2.2, 8.0.2, 8.0.3, 11.1, və 12.1-ci maddələrinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17 və 18-ci maddələrinə, “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (Vəkil) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək qətnamənin ləğv edilib işə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Şik ayətdə işin faktiki hallarına istinad olunaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutları tam və hərtərəfli araşdırmamış, onlara lazımi hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Şikayətdə həmçinin qeyd edilmişdir ki, cavabdehlər iddia tələbini etiraf etmiş, onlar tərəfindən verilmiş qarşılıqlı iddia geri götürülmüş və birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə qətnamə çıxarmışdır. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Bu hal onu təsdiq edir ki, eyni şəxslər tərəfindən eyni predmet barədə şikayət olunması istisna olunur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipi pozularaq və digər vacib əhəmiyyəti hallar nəzərə alınmadan apellyasiya şikayəti t əmin edilmişdir. İş üçün əhəmiyyətli hallardan biri də odur ki, mübahisəli obyektdən əvvəllər iddiaçının mərhum atası istifadə etmişdir. Bu obyekt onların yaşadığı həyətyanı sahənin daxilində olmuşdur. Atası dünyasını dəyişdikdən sonra evə və həmin obyektə nəzarəti iddiaçı həyata keçirmişdir. İddiaçı Bakı şəhərində, qardaşı isə Rusiya Federasiyasında yaşadığına görə mübahisəli obyekt müvəqqəti olaraq Cavabdeh3 istifadəsinə verilmişdir. Cavabdeh Kəmaləddin Səfərov iddiaçının qardaşı Elçin Səfərovu inandırıb ki, ona etibarnamə versin və o, həmin obyekti Elçinin adına sənədləşdirsin. Səfərov Kəmaləddin mübahisəli obyekti əvvəl Elçinin adına və bundan 3 gün sonra öz adına rəsmiləşdirilməsinə nail olmuşdur. Maraqlı şəxs bu barədə iddiaçıya məlumat verdikdən sonra iddiaçı Kəmaləddin Səfərova v ə qardaşı Maraqlı şəxs qarşı məhkəmədə iddia qaldırmış, Kəmaləddin Səfərovun çəkdiyi xərcləri ona qaytarmış, aralarında barışıq razılaşması imzalanmış, buna görə də Kəmaləddin Səfərov məhkəmədə qaldırdığı qarşılıqlı iddianı geri götürmüşdür. Gəncə Apellyasiya Məhkəməsi iddiaçının iştirakı olmadan, çəkişmə prinsipini pozmaqla, işə qeyri-obyektiv baxaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Maraqlı şəxs Cavabdeh4 kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin əsassız olduğunu bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının 2000-ci ildək qüvvədə olan Mülki Məcəlləsi:

35. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.

36. Maddə

530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.

37. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüqu qlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

39. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

40. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

41. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın d aşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

42. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

43. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

44. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

45. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında tə sdiqlənməlidir.

46. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gə ldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəf indən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, Elşən və Maraqlı şəxslərin aldıqları vərəsəlik şəhadətnamələrdə mirasın predmeti yalnız X2 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi olmuşdur. Hazırkı mübahisənin predmeti olan qeyri-yaşayış sahəsi isə mərhum Məmməd Musayevdəm miras qalmamış, bu səbədən də həmin əmlak vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilməmişdir. Mübahisələndirilən qeyri-yaşayış sahəsi 25 avqust 2000-ci il tarixli, 24 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən üçüncü şəxs Maraqlı şəxs adına qeydə alınmışdır. Sonradan Ağstafa rayon Dövlət Notariat kontorunda 28 avqust 2000-ci ildə 3 M-71 reyestr nömrə ilə təsdiq edilmiş alğı-satqı müqaviləsi ilə ünvan 3 ünvanda yerləşən köşk-mağaza qeyri-yaşayış binası Maraqlı şəxs tərəfindən Cavabdeh3 Cəfər oğluna satılmış və Cavabdeh3 Cəfər oğluna 01 sentyabr 2000-ci il tarixdə, 24 nömrəli texniki pasport və 25 avqust 2000-ci il tarixli, 24 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsi miras aktivinə daxil olmamış, odur ki, mirasın predmeti kimi qiymətləndirilə bilməz. Müstəqil əmlak kimi üçüncü şəxsin mülkiyyəti qismində dövlət reyestrində qeyd alınmışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisələndirilən qeyri-yaşayış sahəsinə dair qeydiyyat vəsiqəsinin, texniki pasportun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiasının hüququ əsası yoxdur (§ 26).

56. Kollegiya bildirir ki, s übutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar tədqiq olunmuş, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

57. Qanuna əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (§ 38-39, 41, 45).

58. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2321/2018 nömrəli, 25 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar