Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-538/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində cəlb etdiyi iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və X4 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1550/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(034)-965/2015 nömrəli qətnaməsi ilə X8 1974-cü ildən 1993-cü ilin noyabr ayına qədər Zəngilan rayon «T.İsmayılov» adına kolxozda mexanizator işləməsi faktı müəyyən edilmişdir;
3. X9 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1987-ci ildən 1992-ci ilə kimi Zəngilan rayonu, “Engels” adına kolxozda işləmişdir;
4. X14 məxsus əmək kitabçasının surətinə əs asən o, 1986-cı ildən 1993-cü ilə qədər Zəngilan rayonu, “Engels” adına kolxozda qaynaqçı işləmişdir;
5. X3 məxsus əmək kitabçasının surətinə əsasən o, 1987-ci ildən 1993-cü ilə kimi Zəngilan rayonu, “Tofiq İsmayılov” adına kolxozda iqtisadçı, baş mühasib və son olaraq isə kolxoz sədri işləmişdir;
6. Məcburi köçkün vəsiqəsinin notarial təsdiq edilmiş surətinə əsasən Məmmədov X6 rayonundan məcburi köçkündür;
7. Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən keçmiş «F.Engels» adına kolxoz Zəngilan rayonun Yenikənd və Rəbənd kəndlərini əhatə etmiş, sonradan həmin kolxoz ləğv olunaraq barəsində yaradılan kolxozlardan biri olan «T.İsmyaılov» adına kolxoz Yenikənd kəndində, «Rəbənd» kolxozu isə Rəbənd kəndində yerləşmişdir;
8. Zəngilan rayon İcra Hakimiyyəti Zəngilan Rayon Dövlət Arxivi tərəfindən Ərizəçi sorğu əsasında ünvanlanmış xx.xx.2024-cü il tarixli arayışa əsasən Zəngilan rayonu 1993cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin, o cümlədən Zəngilan rayon “Engels” adına kolxozun sənədləri arxivə daxil olmadığı üçün sorğunun cavablandırılması mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində işə cəlb edərək, onun xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Yenikənd kəndində yerləşən «Engels» adına heyvandarlıq və tütünçülük kolxozunda sürucu işləməsi faktının müəyyən etməklə, həmin illərin əmək stajına daxil olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bundan sonra, ərizəçinin vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, hazırda tələblərini dəqiqləşdirmək zəruriətinin yaranmasını bildirmiş, belə ki, kolxoz əvvəllər «Engels» adını daşısa da, sonradan kolxozun adı dəyişdirilərək, «T.İsmayılov» adını almışdır. Odur ki, məhkəmədən Ərizəçi 01 yanvar 1983-cü il tarixdən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Tofiq İsmayılov» adına kolxozda sürücü işləməsi faktının mü əyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Ərizəçi xahişini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Zəngilan rayonu, Yenikənd kəndində anadan olmuşdur. O, xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Yenikənd kəndində yerləşən «Engels» adına heyvandarlıq və tütünçülük kolxozunda sürücü işləmişdir. Belə ki, heyvanlara sahələrdən maşınla ot daşımış, sağıcıları kolxoza gətirib-aparmışdır. Məntəqəyə tütün aparmış, Horadizdən kolxoza kəpək daşımış, maşınla gedib Əlibayramlıdan çiyid qabığı gətirmişdir. Bir sözlə kolxoza aid olan hər işi görmüşdür. Həmin kolxozda o, rayon işğal olunana kimi işləmişdir. Onunla həmin kolxozda həmkəndlisi olan X11 da işləmiş, o, orada 1987-ci il tarixdən 1991ci il tarixə kimi briqadir vəzifəsində işl əmişdir. Onun tabeliyində olan fəhlələri işə aparmış, həmçinin onun nəzarətində olan tikinti materiallarını rayondan kolxoza aparıb-gətirmişdir. Onun bu barədə əmək kitabçası da vardır və orada qeyd olunmuşdur. Onlar onunla həmkəndlidirlər. Həmçinin həmyerlisi X1 rayon Yenikənd uşaq bağçasında qabyuyan işləmiş, o, orada 2011-ci il tarixə kimi işləmişdir. Bağçalarda sürücü olmadığı üçün o, bağçalara ərzaq daşımaq üçün də kolxozdan sürücü kimi göndərilmişdir. O, Pəri xanımın işlədiyi baxçaya hər həftə ərzaq daşımışdır. Onun xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixə kimi Zəngilan rayonu, Yenikənd kəndində yerləşən «Engels» adına heyvandarlıq və tütünçülük kolxozunda sürücü işləməsini Vaqif müəllim və Pəri xanım şahid qismində öz ifadələri ilə məhkəmədə təsdiq edə bilərlər. O, arxivə d ə müraciət etmis və ona şifahi olaraq bildirmişlər ki, sənədlər rayon işğal olunan zaman işğal zonasında qalmışdır. xx.xx.2024-ci il tarixdə cavabdeh onun ərizəsi ilə əlaqədar imtinaedici inzibati akt qəbul etmişdir. Cavabdeh imtinaedici aktını onunla əsaslandırmışdır ki, ona 1 noyabr 2022-ci il tarixindən Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (quru mun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişillərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının miniumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyudun 1-dək yaşa görə əmək pensiya təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirmişlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tar ixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanma; yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin 1-ci hissəsinə əsasən 1 yanvar 2006-ci il tarixənədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyətlərindən və müddətində asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontrakt) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işə götürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin möhtəbərliyi nə əsaslı şübhələr olduğu hallarda Fond tərəfində işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların nəticəsində tərtib olunan akta əsasən, 4.1.1-ci yarımbəndinin 5-d hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti, kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən sosial sığorta stajına aid edilir. Qeyd olunanları nəzərə alaraq, müraciətdə qeyd etdiyi 1983-1993-cü il tarixləri arasındakı dövr ərzində Zəngilan rayonu, Yenikənd kəndində yerləşən «Engels» adına kolxozda işləmsinə dair məlumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq tərəflərindən Mərkəzi Filiala təqdim edildikdən sonra güzəşlti şərtlərə yaşa görə əmək pensiyasının yenidən hesasblanması məsələsinə baxıla bilər. Ma raqlı şəxs ona imtina verməklə onun sosial təminat və mülkiyyət hüququnu pozmuşdur.
12. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondununun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinatı üzrə mərkəzi filialı cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Mərkəzi Filiala müraciət etmiş, əri zəçinin xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayon “Engels” adına kolxozda işləməsini təsdiq edəcək sənədlər təqdim edilmədiyi üçün müraciətdən imtina edilmişdir. Daha sonra ərizəçi xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayon “Engels” adına kolxozda işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, 2(034)344/2024 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq işə dair etirazlarını təqdim edirlər. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası ƏƏSMNnin kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başq a növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan R espublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblərə görə arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Beləliklə, iş stajının məhkəmə qərarı əsasında müəyyən edilməsi o halda qanuni hesab edilməlidir ki, məhkəmə qərarı ilə göstərilmiş şərtlər gözlənilmişdir. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019- cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən “əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzə rə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 104.3-cü maddəsinin tələbinə görə alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən yerilən məlumatlar sübut hesab edilmir. Ərizəçinin işləmə faktının təsdiqlənməsi Ərizəçi ilə eyni illərdə, eyni idarədə işləmiş və əmək kitabçası olan ən azı iki şahidin iştirakı ilə mümkündür. Şahid qismində qeyd edilmiş şəxslərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər. Ərizəçi iddia ərizəsində X7 Zəngilan rayon Yenikənd uşaq bağçasında işlədiyini, bağçanın sürücüsü olmadığı üçün özünün bəzən bağçaya sürücü kimi ərzaq da şıdığını, buna görə də P.Əlvəndovanın onun “Engels” adına heyvandarlıq və tütünçülük kolxozunda işləməsi faktına şahidlik edə biləcəyini qeyd etmişdir. P.Əlvəndovanın əmək kitabçasının surətinə əsasən, o, xx.xx.1988-ci il tarixdən xx.xx.2011 -ci il tarixədək Zəngilan rayon Yenikənd uşaq bağçasında qab yuyan vəzifəsində işləmişdir. Qeyd edirlər ki, P.Əlvəndovaya məxsus əmək kitabçası xx.xx.1988-xx.xx.2011-ci il tarixlərə məxsus əmək fəaliyyəti dövrünü əks etdirsə də, xx.xx.2007-ci il tarixdə doldurulmuşdur. Həmçinin, işə daxilolma və işdən azadolma qeydlərinə vurulmuş möhür oxunmur. Xüsusilə vurğulayırlar ki, yuxarıda qeyd edilən qanunvericilik normalarına və Ali Məhkəmənin qeyd olunan Plenum Qərarına əsasən, iş stajının təsdiqlənməsi üçün ifadə verən şahidlər ərizəçi ilə eyni müəssisə və y a təşkilatda birlikdə işləməli, bu hal zəruri sübutlarla təsdiqlənməlidir. Lakin, göründüyü kimi Ərizəçi xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayon “Engels” adına heyvandarlıq və tütünçülük kolxozunda, şahid P.Əlvəndova isə xx.xx.1988-ci il tarixdən xx.xx.2011-ci il tarixədək tamamilə başqa müəssisə olan Zəngilan rayon Yenikənd uşaq bağçasında çalışmışdır. İddia ərizəsində digər şahid kimi 1987-1991-ci illərdə «Engels” adına heyvandarlıq və tütünçülük kolxozunda briqadir vəzifəsində işlədyi iddia edilən X9 aid əmək kitabçasında 1987-ci ilə dair qeydlər və möhürlərin oxunulması mümkün deyildir. Həmçinin, sözügedən əmək kitabçasında V.Həsənovun 1991-ci il tarixdə işdən azad olunması ilə bağlı qeyd yoxdur. Əlavə olaraq, ərizəçinin iş stajı kimi təsdiq edilməsini tələb etdiyi dövr xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövr olmasına baxmayaraq, ərizəçi tərəfindən şahid kimi göstərilən P.Əlvəndovanın Yenikənd uşaq bağçasında çalışdığı dövr xx.xx.1988-xx.xx.2011-ci illəri, V.Həsənovun “Engels” adına heyvandarlıq və tütünçülük kolxozunda çalışdığı iddia edilən dövr isə 1987-1991 -ci illəri əhatə edir. Beləliklə, yuxarıda qeyd edilənlərdən bir daha aydın olur ki, adları qeyd edilən şahidlərin ifadəsi ilə Ərizəçi xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Zəngilan rayonu “Engels” adına heyvandarlıq və tütünçülük kolxozunda işləməsi faktını təsdiq etmək mümkün deyildir.
13. Şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, ərizəçi ilə eyni kənddəndirlər, heç bir qohumluq əlaqələri yoxdur. Ərizəçi ilə eyni kolxozda işləmiş lər. O,1987-ci ildən 1992-ci ilə kimi kolxozda inşaat briqadiri işləmişdir. Onların kolxozu tütünçülük və maldarlıq ilə məşğul olmuşdur. Ərizəçi kolxozda sürücü işləmişdir. Ərizəçi ondan əvvəl 1983-cü ildən kolxozda işləmişdir, o isə texnikumu qutarandan sonra tikintidə işləmiş, sonradan 1987-ci ildə “Engels” kolxozuna inşaat briqadiri kimi işə başlamışdır. Kolxozun adı “Engels” olmuş, sonradan Tofiq İsmayılovun adını daşımışdır. Ərizəçi 1983cü ildən 1993-cü ilə kimi kolxozda sürücü işləmişdir. O məcburi köçkün düşəndə əmək kitabçasını özü ilə gətirmişdir. Əmək kitabçası onda 1983- cü ildən var.
14. Şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, ərizəçi ilə eyni kənddə qonşuluqda yaşamışlar, bir yerdə kolxozda işləmişlər. O, ”Engels” adına kolxozda iqtisadçı, baş mühasib, ən s onda isə kolxoz sədri işləmişdir. Ərizəçi həmin kolxozda sürücü işləmişdir. Ərizəçidən başqa kolxozda 8 sürücü işləmişdir. O, 1987-ci ildən 1993-cü ilin may ayına kimi “Engels” adına kolxozda işləmişdir. Ərizəçi hərbi xidmətdən qayıdandan sonra kolxozda sürücü işləmişdir. Kolxozun adı “Engels” olmuş, sonradan Tofiq İsmayılovun adını daşımışdır. Kolxoz tütünçülük-maldarlıq işi ilə məşğul olmuşdur. Ondan öncə kolxozun sədri Şəmil İsmayılov olmuş, ondan da öncə Muradov Saleh olmuşdur. Ərizəçi ilə qonşu olmuşdur. O, işləyən zaman ərizəçinin kolxozda şəxsi işi var idi. Ərizəçi əmək kitabçasını özü ilə gətirə bilməmişdir. Möhür özün də olduğu üçün əmək kitabçasını gətirə bilmişdir. Məcburi köçkünlük dövründə çox adam əmək kitabçasını gətirə bilməmişdir.
15. Şahid qismində dindirilmiş X15 ifadəsi ndə bildirmişdir ki, ərizəçi bibisi oğludur. O, “Engels” adına kolxozada fəhlə işləmişdir. O, kolxozda 1979-cu ildən mexanizator, suçu işləmişdir. O, kolxozda ərizəçidən qabaq işləmiş, ərizəçi sonradan, 1983-cü ildən kolxozda sürücü kimi işləmişdir. Onun əmək kitabçası rayonda qalmış, gətirə bilmədiyi üçün məhkəmə qaydasında təsdiqlətmişdir. Kolxoz onlarda 1976-cı ilə kimi pambıq, sonradan isə tütünçülük və maldarlıqla məşğul olmuşdur. Ərizəçi kolxozda “Qaz 53“ sürmüşdür.
16. Şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, ərizəçi ilə eyni kənddə yaşamışlar. Ərizəçi ilə “Engels” adına kolxozda işləmişlər. Kolxoz tütünçülük və maldarlıq ilə məşğul olmuşdur. O, 1976-cı ildən 1993-cü ilə qədər kolxozda qaynaqçı işləmişdir. Ərizəçi 1980-ci illərdən sonra kolxozda sürücü işləmişdir. O, əmək kitabçasını gətirmişdir. Ərizəçi əmək kitabçasını rayondan gətirə bilməmişdir.
17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəçiyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-93429/2024 nömrəli imtina məktubundan aydın olur ki, ərizəçiyə 1 noyabr 2022-ci il tarixindən Mərkəzi Filial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanunun 9.1 ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlə rin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişillərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş hədd il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının miniumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyudun 1-dək yaşa görə əmək pensiya təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-c tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanma; yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin 1-ci hissəsinə əsasən 1 yanvar 2006-ci il tarixənədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqqlırının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsussiyyətlərindən və müddətində asılı olmayaraı müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontrakt) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işə götürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin möhtəbərliyinə əsasıl şübhələr olduğu hallarda Fond tərəfində işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların nəticəsində tərtib olunan akta əsasən, 4.1.1-ci yarımbəndinin 5-d hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiı sənədə (kolxozçunun əmək kitabçası) əsasən sosial sığorta stajına aid edilir. Qeyd olunanları nəzərə alaraq, müraciətdə qeyd etdiyi 1983-1993-cü il tarxləri arasındakı dövr ərzində Zəngilan rayonu, Yenikənd kəndində yerləşən «Engels» adına kolxozda işləmsinə dair məlumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq tərəflərindən Mərkəzi Filiala təqdim edildikdən sonra g üzəşlti şərtlərə yaşa görə əmək pensiyasının yenidən hesasblanması məsələsinə baxıla biləcəyi qeyd edilmişdir.
18. Zəngilan Rayon Məhkəməsinin (hakim Gülsarə İmanova) 31 iyul 2024-cü il tarixli, 2(034)-344/2024 nömrəli qətnaməsi ilə ərizənin təmin olunması, Ərizəçi 01 yanvar 1983cü il tarixdən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Tofiq İsmayılov» adına kolxozda sürücü işləməsi faktının müəyyən edilməsi qət edilmişdir.
19. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Zəngilan rayonu, Yenikənd kəndində anadan olmuş, hərbi xidməti başa vurduqdan sonra 1983-cü ildən əmək fəaliyyətinə başlamışdır. O, əmək fəaliyyətinə Zəngilan rayonu, Yenikənd kəndində yerləşən “Tofiq İsmayılov” («Engles») adına heyvandarlıq və tütünçülük kolxozunda sürücü kimi başlamış və 1993-cü ilə kimi əmək fəaliyyətinə davam etmişdir. Lakin məlum hadisələrlə əlaqədar olaraq 1993-cü ildən Zəngilan rayonundan məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışdır. Ərizəçi özünə məxsus olan əmək kitabçasını özü ilə gətirə bilməmiş, hətta bu barədə arxivə müraciət etmiş, şifahi olaraq ona bildirilmişdir ki, sənədlər rayon işğal olunan zaman işğal zonasında qalmışdır. Ərizəçi ona verilən əmək pensiyasının yenidən hesablanması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin marqlı şəxs onun ərizəsi üzrə imtinaedici inzibati akt qəbul etmiş və bildirmişdir ki, ərizəçiyə 1 noyabr 2022-ci il tarixindən Mərkəzi Fi lial tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişillərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş hədd il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının miniumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyudun 1-dək yaşa görə əmək pensiya təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinin 1-ci hissəsinə əsasən 1 yanvar 2006-ci il tarixənədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibət ləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyətlərindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontrakt) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işə götürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin möhtəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların nəticəsində tərtib olunan akta əsasən, 4.1.1-ci yarımbəndinin 5-ci hissəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan dövr üzrə kolxozlarda iş müddəti kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmə k kitabçası) əsasən sosial sığorta stajına aid edilir. Ərizəçinin müraciətdə qeyd etdiyi 1983-1993-cü il tarxləri arasındakı dövr ərzində Zəngilan rayonu, Yenikənd kəndində yerləşən «Engels» adına kolxozda işləmsinə dair məlumatlar dövlət arxivinin arayışı əsasında təsdiq olunaraq tərəflərindən Mərkəzi Filiala təqdim edildikdən sonra güzəşlti şərtlərə yaşa görə əmək pensiyasının yenidən hesasblanması məsələsinə baxıla bilər. Araşdırma zamanı Ərizəçi 1983-cü ildən 1993-cü ilə kimi “Tofiq İsmayılov” («Engles») adına kolxozda sürücü işləməsini onunla birlikdə həmin kolxozda işləyən və məhkəmə iclasında şahid qismində dindirilmiş X11, X5, X16 və X18 öz ifadələri ilə təsdiq etmişlər. «Engels» adına kolxoz sonradan adı dəyişərək “Tofiq İsmayılov” adına kolxoz olmuşdur. Bu da onu göstərir ki, Ə rizəçi həqiqətəndə 01 yanvar 1983-cü ildən Zəngilan rayonu işğal olunana kimi, yəni 29 oktyabr 1993-cü il tarixə kimi Zəngilan rayon Yenikənd kəndində yerləşən «Tofiq İsmayılov» adına kolxozda sürücü vəzifəsində işləmiş, lakin məlum hadisələrlə əlaqədar Zəngilan rayonundan məcburi köçkün düşdüyündən əmək kitabçası işğal olunmuş ərazidə qalmış və bu səbəbdən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır.
20. Ərizəçi 01 yanvar 1983-cü il tarixdən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu “Tofiq İsmayılov” («Engles») adına kolxozda sürücü işləməsi faktı məhkəmə araşdırması zamanı ərizəçinin və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə tam sübuta yetirildiyindən onun 01 yanvar 1983-cü il tarixdən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu “Tofiq İsmayılov” («Engles») adına kolxozda sürücü işləməsi faktını təsdiq edən lazımi sənədləri bərpa etmək mümkün olmadığından, həmçinin bu hüquqi əhəmiyyətli olduğundan, məhkəmə hesab etmişdir ki, onun ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinə 1-ci bəndi, 71-ci maddəsinin 6-cı və 7-ci bəndləri, 127- ci maddəsinin 4-cü bəndi, «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 saylı qərarının 1.1-ci maddəsi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsi, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 saylı Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11, 308, 14.2, 88, 217.4, 216-220, 308 və 309.1-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(034)-344/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, ərizəçinin ərizəsinin təm in edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş stajı barədə sənədlər olmadıqda, idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələ rinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə min miş qərarı əsasında müəyyən edilir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məx sus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qeyd edir ki, iş materiallarına əlavə edilmiş şahid X2 əmək kitabçasında “Tofiq İsmayılov” adına kolxoza aid latınca tərtib edilmiş möhürdən istifadə edilsə də, digər şahidlər X18 və X9 məxsus əmək kitabçalarında “Engels” adına kolxoza aid kiril qrafikasından istifadə edilmiş möhürdən istifadə edilmişdir. Məhkəmə eyni dövrdə eyni kolxozda çalışmış şəxslərin əmək kitabçalarının birində kolxozun yerində təşkil edilmiş “Tofiq İsmayılov adına” koxlozun, digərlərində isə “Engels adına” kolxozun möhüründən istifadə edilməsi faktını aydınlaşdırmamışdır. Şahid qismində çıxış edən X18 ona məxsus əmək kitabçasına əsasən xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək, digər şahidlər X5 ona məxsus İT-İ № ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, X11 ona məxsus əmək kitabçasına əsasən xx.xx.1987-ci il tarixdən 1992-ci il tarixədək, X15 isə xx.xx.2015-ci il tarixli 2(034)-965/2015 nömrəli Zəngilan Rayon Məhkəməsinin qətnaməsinə əsasən 1974-cü il tarixdən 1993-cü ilin noyabr ayınadək “Engels” adına kolxozda işləmişdir. Göründüyü kimi, ərizəçi xx.xx.1983- cü il tarixdən xx.xx.1993-cü il tarixədək müvafiq kolxozda işlədiyini iddia etsə də, məhkəmə iclasına gətirilmiş şahidlərin əmək kitabçalarına və Zəngilan Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən yalnız bir şahid – N.Hüseynov ərizəçinin hüquqi fakt qismində işləməsinin müəyyən olunmasını tələb etdiyi dövrlərdə - xx.xx.1983- xx.xx.1993-cü illərdə “Engels” adına kolxozda çalışmışdır. Lakin məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərinə əməl etmədən, iddiaçının tələb etdiyi bütöv dövr üzrə ərizəni təmin etmişdir. Həmçinin, Ərizəçi tərəfindən hüquqmüəyyənedici sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpası nın mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin müvafiq sənədlərin əldə olunması üçün məhkəmə tərəfindən tədbir görülməmişdir.
24. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Almaz Süleymanova – sədrlik edən və məruzəçi, Lalə Rəhimli və Fuad Məmmədov) 2(105)1550/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə maraqlı tərəf Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Zəngilan Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(034)-344/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağ lı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, tərəfin apellyasiya şikayətində göstərdikləri dəlillər əsassızdır, həmin dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
26. Kollegiya şikayətin ərizəçinin hüquqmüəyyənedici sənədləri ala bilməməsi, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməməsi barədə dəlilini əsassız hesab edir. Belə ki, ərizəçi tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş Zəngilan rayon İcra Hakimiyyəti Zəngilan Rayon Dövlət Arxivi tərəfindən Ərizəçi sorğu əsasında ünvanlanmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş, Zəngilan Rayon Dövlət Arxivinin həmin tarixədək olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin, o cümlədən Zəngilan rayon “Engels” adına kolxozun sənədləri arxivə daxil olmadığı üçün sorğunun cavablandırılması mümkün olmamışdır.
27. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, ərizəçi tələb olunan faktı təsdiq edən lazımi sənədləri məhkəmədən kənar qaydada əldə etməyə cəhd etmiş, lakin həmin sənədlərin əldə edilməsi və ya bərpa edilməsi məlum səbəblərdən mümkün olmamışdır.
28. Apellyasiya instansiyası məhkəməsi şikayətin, ifadə verən şahidlərin ərizəçinin istinad etdiyi müddətdə həmin idarədə işləm ələri barədə sənədləri olmadığı halda ərizəçinin tələb etdiyi bütöv dövr üzrə ərizəni təmin etməsinin qanuni olmaması barədə dəlillərini də əsassız hesab etmişdir. Belə ki, şahid qismində dindirilmiş X15 barəsində olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(034)- 965/2015 nömrəli qətnaməsinin surətindən görünür ki, X15 1974-cü ildən 1993-cü ilin noyabr ayına qədər Zəngilan rayon «T.İsmayılov» adına kolxozda mexanizator işləməsi faktı müəyyən edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, şahidlər “Engels” («T.İsmayılov») adına kolxozda işləmişlər və bu hal müvafiq sənədlərlər öz təsdiqini tapır. Bununla yanaşı qeyd olunmalıdır ki, həmin şahid ifadələrindən görünür ki, adları çəkilən şəxslər ərizəçi ilə eyni kənd sakinləridirlər, həmkəndli olaraq bir-bi rilərini yaxından tanımışlar, bir-birilərinin işlədikləri yer barədə məlumatlı olmuşlar. Şahidlər (biri istisna olmaqla) «Engels» adına kolxozda əmək fəaliyyətinə 1986-1987-ci illərdən başlasalar da, ərizəçinin onlardan əvvəl həmin kolxozda işləməsini təsdiq etmişlər. Kollegiyanın qənaətincə kənd sakini olan şəxsin həmin kənddə müvafiq müəssisədə işləməsi onunla birlikdə işləməyən, lakin eyni kənddə yaşayan şəxslərə məlum olması inandırıcı və ağlabatandır.
30. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Ərizəçi xx.xx.1983xx.xx.1993-cü illərdə «T.İsmayılov (“Engels”)» adına kolxozda işləməsi faktı müvafiq sübutlarla öz təsdiqini tapmaqla iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qət naməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur.
31. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 445.7, 462.1, 464.1, 560.2 və 560.3.3cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X22 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (Vəkil2) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsi və Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəyə baxılması ilə əlaqədar ola raq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, işdə olan sübutlar düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməyərək ərizəçinin dəlillərinə düzgün münasibət bildirilməmişdir. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Bu səbəbdən də qətnamə ləğv edilməli və ərizənin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.
34. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, ərizəçi xx.xx.1983-cü il tarixdən xx.xx.1993-cü il tarixədək müvafiq kolxozda işlədiyini iddia etsə də, məhkəmə iclasına dəvət edilmiş şahidlərin əmək kitabçalarına və Zəngilan Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən yalnız bir şahid – N.Hüseynov ərizəçinin hüquqi fakt qismində işləməsinin müəyyən olunmasını tələb etdiyi dövrlərdə - xx.xx.1983-xx.xx.1993-cü illərdə “Engels” adına kolxozda çalışmışdır. Apellyasiya instansiya məhkəməsi iş üzrə obyektiv və ədalətli qətnamə qəbul edilməsi üçün üzərinə düşən vəzifələri icra etməmiş, ümumiyyətlə hazırkı iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
40. Maddə 307.2.11. Məhkəmə qanunvericil ikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
41. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, Ərizəçi 01 yanvar 1983-cü il tarixdən 29 oktyabr 1993-cü ilədək olan müddət ərzində Zəngilan rayonu «Tofiq İsmayılov» adına kolxozda sürücü işləməsi faktı işdəki sübutlarla təsdiq olunur. Ərizəçi hüquqi əhəmiyyəti olan həmin faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi üçün ərizənin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmişdir.
48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və maraqlı şəxsin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
49. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayət i təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1550/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.