Məhkəmə qərarları › İş №2(102)-5380/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5380/2019

07.08.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5380/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli 2(106)-1496/2019 saylı qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Füzuli rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırov, iş № 2(064)-1748/2018) Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəy yən olunması tələbinə dair ərizəsi təmin edilərək onun 01.07.1975-ci il tarixdən 28.09.1987-ci il tarixədək Füzuli rayon “Qırmızı Oktyabr” sovxozunda fəhlə işləməsi ilə bağlı sosial sığorta stajı müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.X.Heydərov, T.S.Kərimov və F.N.Abbasov) maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Füzuli rayon məhkəməsinin 30 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Ərizəçi əlilliyə görə əmək pensiyası təyinatı üçün Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə müraciət etmiş, əmək kitabçası olmadığından 27.07.2018-ci il tarixli məktu bla ərizənin təmin edilməsindən imtina edilmişdir. 2018-ci ilin mart ayında Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 01.07.1975ci il tarixdən 28.09.1987-ci il tarixədək Füzuli rayon “Qırmızı Oktyabr” sovxozunda fəhlə işləməsi ilə bağlı sosial sığorta stajının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə ic lasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, ərizəçiyə iddia etdiyi hüquqi faktın müəyyən olunması ona əmək pensiyasının təyin olunması ilə bağlıdır. Ərizəçi Füzuli rayon “Qırmızı Oktyabr” sovxozunda fəhlə işləməsi barədə Sosial Müdafiə Fonduna müvafiq təsdiqedici sənədlər təqdim edə bilməmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 və X5 Ərizəçi tanıdıqlarını bildirərək ərizəçinin Füzuli rayon “Qırmızı Oktyabr” sovxozunda fəhlə işləməsi faktını təsdiq etmişlər. İş materiallarında olan Füzuli rayon İHB-nın X4 Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 08.01.2018-ci il tarixli aktdan görünür ki, ərizəçi 01.07.1975-ci il tarixdən 28.09.1987-ci tarixədək Füzuli rayon “Qırmızı Oktyabr” sovxozunda fəhlə işləmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Fü zuli filialı tərəfindən verilmiş 06.03.2018-ci il tarixli arayışdan görünür ki, Füzuli rayon “Qırmızı Oktyabr” sovxozunun 1975-1986-cı ilə aid sənədləri tamamilə 23 oktyabr 1993-cü il tarixdə erməni işğalı zamanı Horadiz qəsəbəsində yandırılaraq məhv edilmişdir. Həmin sovxozun 1987-1993-cü illərə aid sənədləri arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi Füzuli rayon “Qırmızı Oktyabr” sovxozunda fəhlə işləməsinə dair lazımi sənədləri başqa qaydada ala bilmədiyindən o, həmin faktın müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, onun iddia etdiyi illərdə işləməsi şahid ifadələri ilə təsdiq olunduğundan məhkəmə düzgün olaraq ərizənin təmin olunması barədə qətnamə qəbul etmişdir. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 23 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar