Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5381/2019 07.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2019-cu il tarixli 2(106)-1100/2019 saylı qətnaməsindən iddiaçı N qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Salyan rayon məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ə.B.Paşayev, iş № 2(057)-1375/2018) iddiaçı Əliyeva Səbirə Oqtay qızının Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilərək cavabdehdən 5000 manat və 2000 ABŞ dollarının ödəniş gününə mövcud olan məzənnəyə uyğun olaraq tutulub iddiaçıya ödənilməsi qət olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: T.X.Heydərov, T.S.Kərimov və F.N.Abbasov) cavabdehin apellyasiya şikayəti təmin edilərək Salyan rayon məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: 2018-ci ilin aprel ayında N qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaxın tanışı Cavabdeh 03 fevral 2009-cu il tarixdə 2000 ABŞ dolları, 29 mart və 08 aprel 2009cu il tarixlərdə isə 5000 manat məbləğində 4 ay müddətinə qaytarmaq şərti ilə borc verməsini, lakin cavabdehin indiyə kimi həmin borcu qaytarmamasını əsas göstərməklə həmin pul məbləğlərinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı N qızı kassasiya şikayəti verərək cavabdehin ondan borc alması barədə yazılı iltizamlar verməsini, məhkəmə kollegiyasının sübutlara düzgün qiymət vermədən, maddi və prosessual hüquq normalarının pozulması ilə işə baxaraq qətnamə qəbul etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc münasibəti mövcud olmuşdur. İddiaçı Cavabdeh 2009-cu ildə ayrı-ayrı vaxtlarda 2000 ABŞ dolları və 5000 manat məbləğində borc verməsini iddia edərək bunu təsdiq edən sübut kimi cavabd eh tərəfindən verilmiş qəbzləri təqdim etmişdir. Həmin qəbzlərdə müxtəlif vaxtlarda 2000 ABŞ dolları və 5000 manat məbləğində borc almasını cavabdeh etiraf etmiş və qəbzdə göstərilənlərin doğru olmasını imzası ilə təsdiq etmişdir. Həmin qəbzlərin məzmunundan eyni zamanda görünür ki, cavabdeh aldığı borcun təminatı olaraq özünə məxsus evin, avtomobilin sənədlərini və şəxsiyyətinə aid sənədləri iddiaçıya vermişdir. İddiaçı borcun ödənilməməsini əsas göstərməklə cavabdehdən 2000 ABŞ dolları və 5000 manatın tutulması barədə tələb irəli sürmüşdür. Cavabdeh isə yalnız borcun məbləğinə aid hissədə iddia ilə razılaşmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tələb etdiyi məbləğdə cavabdehə borc vermiş, lakin sonuncu borcun qaytarılmasını təmin etməmişdir. Azərbaycan Respubl ikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, işdə iddia tələbinin əsaslı olması barədə qənaətə gəlmək üçün kifayət qədər sübutlar olsa da iddia müddətinin ötürülməsi səbəbindən tələb təmin oluna bilməz. İşdən görünür ki, iddia olunan borc cavabdehə 2009-cu ilin fevral-mart aylarında verilmiş, iddiaçı isə həmin borcun tutulması tələbi ilə məhkəməyə 2018-ci ilin aprel ayında, təxm inən 9 ildən sonra müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçı heç bir üzrlü səbəb olmadan 3 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşdən görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermiş və işə baxan apellyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 19 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi and
Məhkəmə qərarları › İş №2(102)-5381/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5381/2019
07.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver