Məhkəmə qərarları › İş №2(102)-5381/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5381/2022

22.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5381/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının və mənəvi zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının və mənəvə zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4012/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən idd iaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. ASC "xxxx" X3 İdarəsinin rəisi X6 ASC "xxxx" X11 sədri K.N.Məcidova ünvanladığı xx.xx.2021- ci il tarixli, 356 saylı xidməti məktubuna əsasən, rəhbərlik etdiyi idarənin funksiya və öhdəliklərindən irəli gələrək 2020-ci ilin noyabr ayından etibarən iş vaxtı ərzində mütəmadi olaraq İddiaçı məxsus olan plastik karta xüsusi müştəri kodlu hesabdan pul mədaxillərinin olması müşahidə olunmuşdur ki, bu da idarənin rəhbərliyində şübhə yaratmışdır. Məsələyə aydınlıq gətirilməsi ilə bağlı İddiaçı izahat alınmış və izahatda işçi ona məxsus olan plastik karta mədaxil olunan pulların mərc oyunlarından daxil olduğunu etiraf etmiş dir. İzahatda işçi yuxarıda adıçəkilən əməliyyatların aparılmasının yaxın qohumuna aid olmasını iddia etmişdir... İddiaçı isə Əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək Filialın kassiri kimi məsuliyyətli işindən mütəmadi olaraq yayınmış və bununla da müvafiq əməli ilə işin normal gedişinə mane olmuşdur. Misal olaraq qeyd edilməlidir ki, İddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankına qablaşdırıb təhvil verdiyi bağlamada yararsız əskinaz aşkar edilmişdir”. Göstərilənlərə əsasən İddiaçı fəaliyyətinə münasibət bildirilməsi xahiş edilmişdir.

2. Bankın "xxxx" filialının müştəri xidməti şöbəsinin böyük kassiri İddiaçı tərəfindən ASC "xxxx" X11 sədrinin müavini N.F.Şahverdiyeva ünvanladığı xx.xx.2021-ci il tarixli izahatına əsasən, xx.xx.2021-ci il tarixdə q ablaşdırılmış bağlamada 1 ədəd 10 (on) manat tədavülə yararsız dəyəri ödənilməyən əskinaz aşkar edilmişdir. Yol verilmiş nöqsanın üzrlü hesab edilməsi xahiş edilmişdir. 3. xx.xx.2021-ci il tarixli ASC "xxxx" Bankı üzrə XB-K1/105 nömrəli əmrinə əsasən Bankın "xxxx" filialının Müştəri xidməti şöbəsinin böyük kassirinin əmək müqaviləsinə xx.xx.2021-ci il (son iş günü) tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. Əsas: İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini əks etdirən X5 İdarəsi, İdarə Heyətinin üzvü K.A.Quliyevin xidməti məktubu. 4. 23.02.2022-ci il tarixli cari hesabdan çıxarışa əsasən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərini əhatə edən döv r ərzində İddiaçı məxsus kart hesabına mərc oyunları və müxtəlif saytlardan çoxlu sayda mədaxillər olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "Xalq Bank” ASC-yə qarşı iddia ərizəsi və iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli, XB-K1/105 saylı əmrin ləğv edilməsi, iddiaçının cavabdeh "xxxx" filialının böyük kassiri vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2021-ci il tarixdən işə bərpa edildiyi günədək olan müddətə əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 10000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildən "xxxx" Bankı ASCdə işləyir. Əmək müqaviləsi və qanunvericilik üzrə heç bir pozuntu törətməmişdir. 2021-ci ilin sentyabrında rəhbərlikdən ona bildirmişlər ki, onun bankda olan hesabı üzrə iş vaxtı mərc oyunları üçün pul köçürülməsi həyata keçirilib və bununla əlaqədar izahat vermişdir. İzahat verərək bildirmişdir ki, qohumu ödənişlər etmək üçün ondan hesab kartını istəmiş, iddiaçı da vermişdir. Baxmayaraq, o, hər hansı pozuntu törətməmişdir, işəgötürənin kartın məlumatlarının başqa şəxsə verilməsini və onun da mərc oyunu üzrə ödəniş etməsini irad kimi bildirməsini qəbul edib, bunu təkrarlamayacağını bildirmişdir. Sentyabrın ayının 28 iş gününün sonunda ondan əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək haqqında ərizə yazm ağını tələb etmişlər. Əks halda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsinin səbəblərini anlaya bilməmişdir. Sentyabr ayının 29da vaxtında işə gəlmiş, lakin filialdan baş idarədən ona bildirilmişdir ki, işdən çıxmaq ərizəsi yazılmayınca o, içəri buraxılmayacaq. İddiaçı qeyd etmişdir ki, əgər bank hesab edirsə ki, əsas var, iddiaçı ilə əmək müqaviləsinə özü xitam versin. Həmin gün ona əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qeyd edilən imzasız əmr göstərmişlər və təkrar bildirmişlər ki, ərizə yazmasa bu qaydada xitam veriləcək. İddiaçı ərizə yazmaqdan imtina etmişdir. 30 sentyabrda ona bildirilmişdir ki, qeyd edilən əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. İddiaçının əmrin əsası barədə sənəd tələb etməsi nəticəsiz qalmışdır. Əmrin verilməsi və əmək müqaviləsinə bu əsasla xitam verilməsi qanunsuz olmaqla yanaşı, obyektiv həqiqət aşağıdakılardan ibarətdir: 1) İddiaçının mərc oyunları oynamağı qanunsuz olsa idi, o, bunu başqa bankda hesab açıb, o hesabla həyata keçirərdi. 2) Hesabını işlədiyi bankda açması məhz elə öz bankına etimad və onun maraqlarını güdməkdən irəli gəlmişdir. 3) İlk öncə mərc oyununda iştirakı qanunsuz deyil, ikincisi mərc oyunlarını o, yox, qohumu oynamışdır və sadəcə olaraq iddiaçının kartı olduğuna görə, ödənişlər üçün iddiaçıdan kömək xahiş etmişdir. 4) Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Əmək Məcəlləsinin 72-ci m addəsində göstərilmişdir. İddiaçı qanunla və əmək müqaviləsi ilə nəzərdə tutulmuş heç bir pozuntu etməmişdir. Əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmək halı baş verməmişdir. 5) Ümumiyyətlə əmək müqaviləsinə xitam verilməsi səbəbləri ona rəsmi qaydada bildirilməmiş, heç əmrdə də qeyd edilməmişdir. Sadəcə şifahi bildirilən məlumata görə ehtimal edir ki, guya iş vaxtı mərc oyunları oynamışdır. Əmrdə əsas kimi göstərilən xidməti məktubun surəti də ona təqdim edilməmişdir. Əlavə olaraq işəgötürənin qanunsuz əmr verməsi və əmək müqaviləsinə qanunsuz xitam verilməsi ilə ona mənəvi zərər vurulmuşdur.

7. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia tələbini tam müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qət namə çıxarılmasını xahiş etmişlər.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək izahatında göstərmişdir ki, X5 İdarəsinin funksiya və öhdəliklərindən irəli gələrək 2020-ci ilin noyabr ayından etibarən iş vaxtı ərzində mütəmadi olaraq İddiaçı məxsus olan plastik karta xüsusi müştəri kodlu hesabdan pul mədaxillərinin olması müşahidə olunmuşdur ki, bu da Bankda işçiyə münasibətdə müəyyən şübhələrin yaranmasına səbəb olmuşdur. Məsələyə aydınlıq gətirilməsi ilə bağlı iddiaçıdan izahat alınmış və izahatda işçi ona məxsus olan plastik karta mədaxil olunan pulların mərc oyunlarından daxil olduğunu etiraf etmişdir. İzahatda işçi yuxarıda adıçəkilən əməliyyatların aparılmasının yaxın qohumuna aid olmasını iddia etmişdir. Bankda “Xüsusi kart hesabının açılması və b ank kartının istifadəy verilməsi haqqında” müqavilə İddiaçı ilə şəxsən bağlanılmışdır. Kart sahibi həmin müqaviləyə görə Bank kartını istifadə etmək üçün digər şəxslərə verməməyi öz öhdəsinə götürmüşdür. “ASC "xxxx" X15 məcəlləsi”nin 10.1.5-ci yarımbəndinə əsasən işçilər iş vaxtı ərzində mərc oyunları, qumar və aludəçilik yarada biləcək digər bu kimi hal və hərəkətlərə yol verməməlidir”. Eyni zamanda Bankla İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 48 nömrəli Əmək müqaviləsinin 3.3-cü maddəsinin 5-ci hissəsinə əsasən işçilər işgötürən tərəfindən təsdiq olunmuş Bankın işçiləri üçün davranış qaydalarına riayət etməlidir. Lakin İddiaçı həm Əmək müqaviləsinin, həm də yuxarıda qeyd edilən “Etik davranış məcəlləsi”nin müvafiq tələblərini kobud şəkildə pozmuşdur. Bank işi maliyyə sek torunda daha çox ciddi hesabatlığın, məsuliyyət və dəqiqliyin olduğu sahədir. Bu səbəbdən bankın əməkdaşları tərəfindən əmək funksiyalarının icrasından ən azı kənarlaşma belə əmək və ica intizamının normal ahənginin pozulmasına səbəb ola bilər. İddiaçı isə Əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək Filialın kassiri kimi məsuliyyətli işindən mütəmadi olaraq yayınmış və bununla da müvafiq əməli ilə işin normal gedişinə mane olmuşdur. Misal olaraq qeyd edilməlidir ki, İddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankına qablaşdırıb təhvil verdiyi bağlamada yararsız əskinaz aşkar edilmişdir”. Göstərilənlərlə yanaşı, işçinin Bankdakı fəaliyyət müddəti ərzində barəsində intizam tənbeh tədbiri haqqında qərar verilməsi də işin normal gedişatına mane olma faktını t am şəkildə sübut edir. İddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Mərkəzi Bankının pul nişanının səthini təyin etmək üçün 2286/21 nömrəli xx.xx.2021-ci il tarixli ekspertiza aktına əsasən B04425597-B04425597 seriya nömrəli, 10 manat nominal, ölçüsü – 135mm*70mm, kredit təşkilatı ASC "xxxx" Bankı, Kredit Təşkilatının filialı – Mingəçevir, Xəzinədar İddiaçı, Vasitəçi mənbə - MB Emal şöbəsi-1 N, CMS Barkod – XBUA**********100001: Rəyə əsasən “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”nın 4.4-cü bəndinə əsasən pul nişanı tədavülə yararsızdır və nominal dəyəri ödənilmir.

10. Bakı şəhər Yasamal rayon məhkəməsinin (X1) -2(004)-1239/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. 1

1. Məhkəmə iddiaçının ona məxsus bank kartının qohumuna verməsi və özünün mərc oyunları oynamaması barədə dəlillərini həqiqətə uyğun hesab etməyərək qeyd etmişdir ki, iddiaçının izahatında göstərdiyi qohumu 1999-cu il təvəllüdlü bacısı oğlu X10 özü də bankla müqavilə bağlaya və bank kartı ala bilərdi. Beləliklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı cavabdeh ASC "xxxx" Bankında işlədiyi bir ilə yaxın müddətdə öz əmək vəzifələrini kobud şəkildə pozmuş, iş vaxtı öz əmək funksiyasını yerinə yetirmək əvəzinə mərc oyunları oynamış, nəticədə saxta əskinaz qəbul etmiş və bununla da cavabdehə maddi zərər vurmuşdur. Odur ki, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir.

12. Məhkəmə öz mö vqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68.1, 68.2, 70, 71, 72-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı şəhər Yasamal rayon məhkəməsinin (X1) -2(004)-1239/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsasaslandırmaqla yanaşı göstərmişdir ki, kartla iş vaxtı ödəniş edilməsi iş vaxtı işçinin mərc oyunu oynaması nəticəsinə gəlməyə əsas deyildir. İşəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsası ilə ləğv etməsinin zəruriliyini əsaslandırmamışdır. İşçi tərəfindən əmək vəzifələrinin k obud şəkildə pozulması halı baş verməmişdir. İşçi kassirdir və bütün iş vaxtı işəgötürənin müşahidə kamerası onu izləyir. Əgər o iş vaxtı mərc oyunu oynasa idi, bu kamera vasitəsilə qeydə alınardı. Bundan başqa işçi mərc oyunu oynamamaq öhdəliyi götürməmişdir. Bunu müəyyən edən daxili Məcəllə 2019-cu ildə təsdiq edilmiş və iddiaçı bu daxili Məcəllə ilə tanış etdirilməmişdir. Bank iddiaçının işçi kimi deyil, fiziki şəxs kimi mülki – hüquqi müqavilə bağlayaraq, bankda açdığı bank hesabı üzrə əməliyyat məlumatlarını qanunsuz olaraq çıxartmışdır və istifadə etmişdir (həyata keçirilən ödənişlərin vaxtı, miqdarı, istiqaməti və sair). Halbuki, o məlumatlar bank sirridir və ancaq qanunla müəyyən edilmiş rejimə əməl edilməklə əldə edilə və istifadə edilə bilinər.

14. Məhkəmə iclasında iştirak edə n İddiaçı iddia tələbinin eyni zamanda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə yanaşı qeyd etdi ki, iş vaxtı mərc oyunları oynamamış, kartından edilmiş ödənişlər isə qohumu tərəfindən edilmişdir. Bu barədə ona irad bildirilmiş və bu halın bir daha təkrarlanmayacağını bildirmişdir. Bundan sonra onun barəsində əsassız olaraq əmr verilmişdir. Həmçinin cavabdeh tərəfin onun kartından çıxarış edilməsi qanunsuz olmuşdur. Eyni zamanda tərəfindən xəta törədilmişdirsə belə həmin tarixdən 6 ay ərzində əmr verilə bilərdi ki, cavabdeh qanunun bu tələbinə də əməl etməmişdir.

15. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin eyni zamanda apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Cavabdeh "xxxx" ASC-nin vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı iş vaxtı mərc oyunları oynamış, bu zaman bank tərəfindən verilən və ona məxsus plastik karta xüsusi müştəri kodlu hesabdan pul mədaxillərinin olması müşahidə olunmuşdur. Bununla bağlı iddiaçıya xəbədarlıq edilmiş, lakin iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək işindən mütəmadi olaraq yayınmış və bununla da müvafiq əməli ilə işin normal gedişinə mane olmuşdur.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (Hakimlər: X4 (sədrlik edən və məruzəçi), X2 və X8) 2(103)-4012/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən qətnamə dəyişdirilmədən saxlanılmışdır.

18. Kollegiya qeyd e tmişdir ki, iddiaçı ona məxsus bank kartının qohumuna verməsi və özünün mərc oyunları oynamaması bildirsə də, bu mərc oyunlarının məhz qohumu tərəfindən oynanılmasına dair hər hansı sübut təqdim edə bilməmişdir, eləcə də ASC "xxxx" X15 Məcəlləsinin 10.1.5.-ci bəndinə əsasən vaxtından (iş və qeyri-iş vaxtı) və məkanından (bankın daxilində və xaricində, o cümlədən, sosial şəbəkələrdə) asılı olmayaraq bankın işgüzar nüfuzuna, maddi və ya qeyri-maddi maraqlarına xələl gətirə biləcək istənilən fəaliyyətdən çəkinməli, həmçinin iş vaxtı mərc oyunları, qumar və aludəçilik yarada biləcək digər bu kimi hal və hərəkətlərə yol verməməlidir.

19. Kollegiya qeyd etmişdir ki, digər tərəfdən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı ona məxsus 548762** ****6239 nömrəli bank kartı ilə qumar oyu nlarda iştirakla bağlı beynəlxalq ödəniş sistemlərinin təyin etdiyi 7995 və 7994 saylı təyinat kodları ilə ödəniş əməliyyatları aparmışdır. 7995 nömrəli beynəlxalq xidmətlər kateqoriyası kodu ilə aşağıdakı əməliyyatlar təsvir edilir: ATM vasitəsilə əməliyyat istisna olmaqla, mərclərin yerləşdirilməsini, lotereya biletinin alınmasını, mərclərin paylanmasını, uçuş zamanı kommersiya oyunlarını və ya kazino, hipodromlar, kart salonları kimi mərc qoymaq üçün nəzərdə tutulmuş təşkilatlardan qumar oyunları üçün istifadə edilən fişkaların (oyun daşların) və ya digər dəyərlilərin satın alınmasını əhatə edən hər hansı əməliyyat. 7994 nömrəli beynəlxalq xidmətlər kateqoriyası kodu işə aşağıdakı əməliyyatlar təsvir edilir: veb səhifə və/və ya mobil telefonuna yüklənən oyunlar üzrə hər – hansı ödəniş ə məliyyatı. Həmin əməliyyatlar həmçinin 22 iyul 2021-ci il tarixədək dövrü əhatə etmişdir. İddiaçının barəsində əmr isə xx.xx.2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən ona məxsus kartdan etdiyi ödənişlər məhz mərc oyunlarının yüklənməsi eləcə də həmin oyunlarda istifadə edilən fişkaların (oyun daşların) və ya digər dəyərlilərin satın alınmasını əhatə etmişdir. Həmçinin yol verilmiş pozuntular müəyyən edildikdən 6 ay ərzində onun barəsində əmr verilmişdir.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı kart hesabına qanunsuz müdaxilə edilməsini qeyd etsə də bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Beləlilklə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı cavabdeh ASC "xxxx" Bankında işlədiyi bir ilə yaxın müddətdə öz əmək vəz ifələrini kobud şəkildə pozmuş, iş vaxtı öz əmək funksiyasını yerinə yetirmək əvəzinə mərc oyunları oynamış və iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmişdir.

21. Kollegiya öz mövqeyini əsaslandırarkən Əmək Məcəlləsinin 70, 71, 72, 186, 187-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4012/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ədalət mühakiməsi həyata keçir ilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bank iddiaçının işçi kimi deyil, fiziki şəxs kimi mülki – hüquqi müqavilə bağlayaraq, bankda açdığı bank hesabı üzrə əməliyyat məlumatlarını qanunsuz olaraq çıxartmışdır və istifadə etmişdir (həyata keçirilən ödənişlərin vaxtı, miqdarı, istiqaməti və sair). Halbuki, o məlumatlar bank sirridir və ancaq qanunla müəyyən edilmiş rejimə əməl edilməklə əldə edilə və istifadə edilə bilinər. Məhkəmə qeyd etmişdir ki, “Bundan başqa iddiaçı kart hesabına qan unsuz müdaxilə edilməsini qeyd etsə də bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir.” Bu absurd yanaşmadır. Bu halda hüquq mühafizə orqanlarına müraciət etmək şəxsin vəzifəsi yox, hüququdur və onun bu hüququndan istifadə etməməsi məhkəməyə ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə etməyə əsas vermir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona məxsus bank kartının qohumuna verməsi və özünün mərc oyunları oynamaması bildirsə də, bu mərc oyunlarının məhz qohumu tərəfindən oynanılmasına dair hər hansı sübut təqdim edə bilməmişdir...” Halbuki, müvafiq maddəyə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh işəgötürən işçinin mərc oyunu oynamamaq öhdəliyi götürdüyün ü və bu öhdəliyi (əgər güya götürübsə) pozduğunu sübut edə bilməmişdir. Yəni sübutetmə yükü qanunla işəgötürənin üzərində olmasına baxmayaraq, məhkəmə bu yükü işçinin üzərinə qoymuşdur.

24. Kassator bildirmişdir ki, məhkəmə həmçinin qətnamədə qeyd etmişdir ki, iddiaçı cavabdeh ASC "xxxx" Bankında işlədiyi bir ilə yaxın müddətdə öz əmək vəzifələrini kobud şəkildə pozmuş, iş vaxtı öz əmək funksiyasını yerinə yetirmək əvəzinə mərc oyunları oynamış...” məhkəmənin gəldiyi bu nəticə heç bir mötəbər sübutla əsaslandırılmamışdır və sübutların mötəbərliyi və qiymətləndirilməsi, qətnamənin əsaslandırılması ilə bağlı prossesual tələblərə uyğun deyil. Əksinə, iddiaçı işçi kimi müsbət xarakterizə edildiyinə görə, 2021 – ci ilin iyununda xidməti məktub da yazılmaqla, vəzifəsi artırılmışdır

25. Kassator belə qənaətə gəlmişdir ki, İşçinin əmək hüquqları və qanun pozulduğuna görə işçiyə vurulan zərər ödənməlidir. b) Kassasiya şikayətinə etirazın dəlilləri 26. cavabdeh ASC "xxxx" Bankı kassasiya şikayətinə etiraz edərək, kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyul 2022-ci il tarixli, 2(103)-4012/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş edilməsini xahiş etmişdir.

27. Etiraz onunla əsaslandırılmışdır ki, X5 İdarəsinin funksiya və öhdəliklərindən irəli gələrək 2020 - ci il noyabr ayından etibarən iş vaxtı ərzində mütəmadi olaraq İddiaçı məxsus olan plastik karta xüsusi müştəri kodlu hesabdan pul mədaxillərinin olması müşahidə olunmuşdur. Bununla bağlı İddiaçı izahat alınmış və izahatda işçi ona məxsus olan plastik karta mədaxil olunan pulların mərc oyunlarından daxil olduğunu etiraf etmişdir. İzahatda işçi yuxarıda adıçəkilən əməliyyatların aparılmasının yaxın qohumuna aid olmasını iddia etmişdir. Bankda “Xüsusi kart hesabının açılması və bank kartının istifadəyə verilməsi haqqında” müqavilə İddiaçı ilə şəxsən bağlanılmışdır. Kart sahibi həmin müqaviləyə görə Bank kartını istifadə etmək üçün digər şəxslərə verməməyi öz öhdəsinə götürmüşdür. “ASC "xxxx" X15 məcəlləsi” nin 10.1.5-ci yarımbəndinə əsasən işçilər iş vaxtı ərzində mərc oyunları, qumar və aludəçilik yarada biləcək digər bu kimi hal və hərəkətlərə yol verməməlidir. Eyni zamanda Bankla İddiaçı arasında bağlanmış xx.xx.2012- ci il tarixli, 48 nömrəli Əmək müqaviləsinin 3.3-cü maddəsinin 5- ci hissəsinə əsasən işçilər İş əgötürən tərəfindən təsdiq olunmuş Bankın işçiləri üçün davranış qaydalarına riayət etməlidir. Lakin İddiaçı həm Əmək müqaviləsinin, həm də yuxarıda qeyd edilən Etik Davranış Məcəlləsinin müvafiq tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı isə Əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək Filialın kassiri kimi məsuliyyətli işindən mütəmadi olaraq yayınmış və bununla da müvafiq əməli ilə işin normal gedişatına mane olmuşdur. Məhz özünün əmək funksiyalarını lazımınca yerinə yetirmədiyinin bir nəticəsini misal olaraq göstərmək olar ki, “İddiaçı xx.xx.2021 - ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankına qablaşdırıb təhvil verdiyi başlamada yararsız əskinas aşkar edilmişdir. ” Bankın "xxxx" filialının müştəri xidməti şöbəsinin böyük kassiri İddiaçı ASC "xxxx" X17 sədrinin mü avini N.F.Şahverdiyevaya ünvanladığı xx.xx.2021 -ci il tarixli izahatından görünür ki, xx.xx.2021- ci il tarixdə qablaşdırılmış bağlamada 1 ədəd 10 (on) manat tədavülə yararsız dəyəri ödənilməyən əskinas aşkar edilmişdir. Yol verilmiş nöqsanın üzrlü hesab edilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

28. Maddə 68.1 əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

29. Maddə 68.2-in a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarına aiddir.

30. Maddə 70-in ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda iş əgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir.

31. Maddə 71.2 bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

32. Maddə 72 aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli v ə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etm ədən saxlaya bilər.

40. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının işin faktiki hallarına qiymət verməklə gəldiyi qənaəti ondan ibar ət olmuşdur ki, tərəflər arasında yaranmış əmək münasibətləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından ləğv edildiyindən, iddiaçının əmrin ləğv edilərək işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunvericiliyin tələblərinə uyğundur.

46. Kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus kart vasitəsilə iş vaxtı ərzində internet resursları üzərindən mərc oyunları oyna nılması faktı iddiaçının özü tərəfindən etiraf edilmiş, lakin mərc oyunları üzrə əməliyyatların bacısı oğlu tərəfindən aparıldığı da qeyd edilmişdir. Belə olan halda, iş vaxtı ərzində iddiaçının özü tərəfindən internet resursları üzərindən mərc oyunları üzrə əməliyyatların aparılmadığı halının sübuta yetirilməsi yükü iddiaçının üzərinə düşmüş, lakin o, istinad etdiyi bu halları sübuta yetirə bilməmişdir.

47. Bundan başqa, kassator dəlillərində qeyd etmişdir ki, o əmək müqaviləsi üzrə öhdəliklərin icrasından yayınmamış, əmək funksiyalarını pozmamışdır. İddiaçının bu dəlillinə qarşı aşağı instansiya məhkəmələrində işin araşdırılması zamanı cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilmiş, bəlli olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 48 nömrəli Əmə k müqaviləsinin 3.3-cü maddəsinin 5-ci hissəsinə əsasən işçilər İşəgötürən tərəfindən təsdiq olunmuş Bankın işçiləri üçün davranış qaydalarına riayət etməlidir. Lakin İddiaçı həm Əmək müqaviləsinin, həm də Etik Davranış Məcəlləsinin 10.1.5-ci yarımbəndinin tələblərini pozmuşdur.

48. Məhkəmə kollegiyası kassatorun “fiziki şəxs kimi mülki – hüquqi müqavilə bağlayaraq, bankda açdığı bank hesabı üzrə əməliyyat məlumatlarını qanunsuz olaraq çıxartması” barədə dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, Bankla iddiaçı arasında “Xüsusi kart hesabının açılması və bank kartının istifadəyə verilməsi haqqında” müqavilə əmək haqqı kartının açılması üçün deyil, debet kartının açılması üçün bağlansa da, həmin kartla aparılmış əməliyyatlar bankda şübhə doğurmuş, araşdırma nəticəsində bankın sahibinin İd diaçı olması müəyyən edilmişdir. Bununla da, iddiaçının əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozması müəyyən edilmişdir. Məhkəmə araşdırmasına təqdim edilmiş kart məlumatları isə cavabdehin iş üzrə etirazlarının əsası kimi istinad etdiyi halların sübutudur.

49. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasə n, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Əgər hər hansı bir tərəf istinad etdiyi faktı təsdiq etməzsə, bu onun üçün istənilməz qətnamənin çıxarılmasına gətirə bilər.

50. Bununla belə məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, tərəflərin prosessual hüquqlarının həyata keçirilməsində köməklik edir. Əgər tərəfin iş üzrə təqdim etdiyi sübutlar kifayət etmirsə, hakim əlavə sübutların təqdim edilməsi təşəbbüsü ilə çıxış edir və zəruri hallarda həmin sübutların toplanmasına, tələb edilməsinə köməklik göstərir. Lakin bu, o demək deyil ki, tə rəflərin prosessual passivliyi onların xeyrinədir. Məhkəmə faktların mövcudluğunu tərəflərin özündən məlumat alır və sübutun təqdim edilməsinin çətinliyini müəyyən etdikdə köməklik göstərir.

51. Göründüyü kimi apellyasiya məhkəməsi kassasiya şikayətində göstərilən məsələlər üzrə də ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, kassasiya məhkəməsinin hazırki iş üzrə birinci qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

52. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və iddiaçının apellyasiya şikayəti ilə bağlı hazırki qərarı n 18-21-ci bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və bu səbəbdən həmin bəndlərdə əks edilənləri təkrar etməyə zərurət görmür.

53. Odur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. 54. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə q əbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

55. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. H eç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4012/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar