Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5383/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" QSC adından İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5383/21 (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, 28 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-606/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən v erilmiş kasasiya şikayəti üzrə işə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" QSC adından İddiaçı MMC Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13960,97 ABŞ dolları məbləğində əsas borc, 2932,59 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 16893,56 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun “Aqrarkredit’ QSC-nin xeyrinə ödənilməsi, Cavabdeh mülkiyyətində olan **-SP-*** dövlət qeydiyyat nişanlı, “KİA Sorento” markalı minik (buraxılış ili 2012, Ban - KNAKU811DC5338167, rəngi – ağ mirvari) avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti “Aqrarkredif’ QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X1 iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, "xxxx" ASC ilə aralarında 26.12.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə sonuncu ödənişin 05.04.2016-cı il tarixdə edildiyini, hazırkı iddia ərizəsinin 07.10.2019-cu il tarixdə daxil olduğunu, bununla da, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş üç illik iddia müddətinin 6 ay 2 gün ötürüldüyünü göstərmiş, məhkəmədən iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış «Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqavilə»yə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC ilə “X2 Edilməsi Agentliyi” MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən "xxxx" QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh ilə "xxxx" ASC-nin Qaradağ filialı ilə 07.11.2013-ci il tarixdə, 288 saylı kredit müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən cavabdehə illik 19% tətbiq edilməklə, 36 ay müddətinə 22000 ABŞ dolları məbləğində kredit verilmişdir. 07.11.2013-cü il kassa məxaric orderindən də göründüyü kimi, Cavabdeh ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdehnın mükiyyətində olan **-SP-*** dövlət qeydiyyat ni şanlı, “KİA SORENTO” markalı minik avtomobili (buraxılış ili 2012, Ban-KNAKU811DC5338167, rəngi – ağ mirvari) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X3 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 08.11.2013-cü il tarixli, AA seriyalı, 109184 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir.Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 22000 ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür.Həmin Müqavilən in 5.3-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan’ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən əaşlanır. 5.4-cü bəndinə əsasən “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 36 (otuz altı) aydır. 5.4-cü bəndinə əsasən kreditin vəsaitinin istifadə müddəti 07 noyabr 2016-cı il tarixdə bitir. Qeyd olunan kredit müqaviləsinin 6.1 -ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 19 faiz ödəyir.Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə etirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan 13960,97 ABŞ dolları məbləğində əsas borc, üzrə 2932,59 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 16893,56 ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 yanvar 2020-ci il tarixli, 2(010)-179/2020 saylı qərardadı ilə (hakim Səlimə Miriyeva) məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə tapşırı lmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 5574 nömrəli, 29.04.2020-ci il tarixli rəyinə əsasən, 2012-ci il buraxılışlı “Kia Sorento” markalı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiyməti təxminən 24000 manat müəyyən olunur. Birinci instansiya məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 2(010)-179/2020 saylı qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddia tələbi təmin edilərək, Cavabdeh 07.11.2013-cü il tarixli, 288 saylı kredit müqaviləsi üzrə 13960.97 ABŞ dolları məbləğində əsas borc, 2932.59 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 16893.56 ABŞ dolları məbləğində öhdəlik icra olunan zaman üçün Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" QSC- nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan "KİA Sorento" markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə (buraxılış ili 2012, BANKNAKU811DC5338167, rəngi- ağ mirvari) yönəldilməsi, minik avtomobilin ilkin satış qiymətinin 24000 manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borcun Cavabdeh tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi, İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun Cavabdeh tutulаrаq Məhkəmə Ekspertizası Mərkəzini hesaıbna köçürülməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən müddət ödənişlər etsə də, sonradan ödənişlər etməmiş, nəticədə İddiaçı MMC Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələ binə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, 17.11.2013-cü il tarixli, 288 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliyi icra etməməsi və nəticədə əsas borc üzrə 13960,97 ABŞ dolları, 2932,59 ABŞ dolları faiz borcu borcunun yaranması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından cavabdehdən cəmi borc üzrə 16893,56 ABŞ dolları məbləğində pul tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış ipoteka müqaviləsindən irəli gələn öhdəliklərini icra etməmiş, bununla da müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərini pozduğundan və müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən ipoteka saxlayanın (iddiaçının) tələbinin ödənilməsi ip oteka predmeti olan mülkiyyət hüququ üzrə Cavabdeh məxsus 2012-ci il buraxılışlı, tipi universal, mühərrik KNAKU811DC5338167, ağ mirvari rəngli, «KİA SORENTO» minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi,həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunacaq məbləğin cavabdehin İddiaçı MMC-yə qətnamə əsasında müəyyən edilən borc ödənildikdən sonra artıq məbləğ ipoteka qoyan Cavabdeh qaytarılmalı, «KİA SORENTO» minik markalı, **SP-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satıldıqdan sonra Cavabdehnın həmin avtomobilə hüququ itirilməlidır. Ödəniş tam bağlanmayacağı təqdirdə iddiaçının qalmış qalıq üçün tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 317.1, 319.1, 319.6, 385, 386.1, 442, 445.1, 445.2, 739.2-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 222.2-ci maddələri ilə əsaslandırmışdır. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edib borcun tutulması hissəsində dəyişdirilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov- sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) 23 sentyabr 2020-ci il tarixli, 2(103)7235/2020 saylı qərardadları ilə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, eksper tizaların aparılması Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 9/4536 nömrəli, 25.02.2021-ci il tarixli rəyinə əsasən, Cavabdeh14.08.2019-cu il tarixinə İddiaçı MMC-yə olan əsas borc üzrə borcu 14006.7 ABŞ dolları, faiz borcu üzrə borcu 4482.53 ABŞ dolları müəyyən olunur. 2012-ci il buraxılışlı, mühərrik tutumu 2400 kub/sm, 169827 km yürüşlü “Kia Sorento” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 26000 manat müəyyən olunur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov- sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) 05 may 2021-ci il tarixli, 2(103)-606/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsin in iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, apelyasiya şikayətinin dəlillərinə görə məhkəmə mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının rəyi alınmalı olduğu halda, bunu etməmişdir. Cavabdehin apelyasiya şikayətində göstərdiyi hallara əsasən məhkəmə kollegiyası tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2021-ci il tarixli, 9/4536 saylı eksper t rəyinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh 14 avqust 2019-cu il tarixinə iddiaçıya olan borcu 18489,24 ABŞ dolları, o cümlədən: əsas borc üzrə 14006,7 ABŞ dolları, faiz borcu üzrə 4482,53 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə isə cavabdehdən iddia tələbi həcmində 13960.97 ABŞ dolları məbləğində əsas borc, 2932.59 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 16 893,56 ABŞ dolları kredit borcu tutulmuşdur ki, bu da ekspert rəyi ilə müəyyən edilən əsas və faiz borcu məbləğindən azdır. Bu baxımdan birinci instansiya məhkəməsi borcun tutulmasını iddia tələbi həcmində təmin etməkdə haqlı olmuşdur və hazırda ekspert rəyini əsas götürməklə borcun yenidən hesablanması cavabdehin mənafeyinə zidd olardı. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci in stansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya qaydasında mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdeh verdiyi apelyasiya şikayətinin dəlilləri hazırki iş üzrə qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməli olduğu halda bunu etməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə cavabdehin borcu iddiaçının özünün hesablamasından əhəmiyyətli dərəcədə yüksək hesablanmışdır ki, bu da yenidən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi üçün əsas idi. Çünki cavabdehin kredit götürdüyü tarixdən məhkəməyə müraciət olunana qədər müəddət ərzində banka ödədiyi məbləğlər nəzərə alınmamış dır. Bakı Apellyasiya Məhkəməsi işə formal yanaşaraq hərtərəfli araşdırmadan işə baxmış, ədalətsiz qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi və Cavabdeh vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairə sinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin be lə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırda apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətində təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli olması, onun tərəfindən banka ödənilmiş məbləğlərin nəzə rə alınmadığını dəlil olaraq göstərmiş olsa da, iş üzrə əldə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin qeyri-mötəbər olması barədə, həmçinin banka etmiş olduğu ödənişlərin nəzərə alınmadığı barədə hər hansı sübuta istinad edə, həmçinin kasasiya şikayətində yol verilmiş hər hansı maddi və ya prosessual hüquq normasının pozulmasının nədə ifadə olunmasını əsaslandıra bilməmişdir. Ümumilikdə kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyasının hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməsi halı müəyyən edilməmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsin in qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-606/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.