Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5385/2022 14.11.2022 ALİ MƏHKƏMƏ AZərbaycan Respublikası adından AZərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Qurban Pirimov adına Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbinə və AZərbaycan Respublikası Mədəniyyət NAZirliyinin X1 idarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi, diskresiya AZərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Qurban Pirimov adına Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbinə və AZərbaycan Respublikası Mədəniyyət NAZirliyinin X1 idarəs inə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa olunma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4567/2022 nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yAZılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1972-ci il tarixdən etibarən X1 İdarəsinin Ağdam Rayon Qurban Pirimov adına 2 saylı Uşaq Musiqi Məktəbində (bundan sonra - Musiqi Məktəbi) tar müəllimi vəzifəsində işləmiş, 65 yaşı tamam olduqdan sonra Musiqi Məktəbinin direktorunun xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli əmrləri ilə əmək müqaviləsinin müddəti uzadılmış, Musiqi Məktəbinin direktoru nun xx.xx.2021-ci il tarixli 07 nömrəli əmri ilə əmək müqaviləsinə AZərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Fərhad oğlu cavabdehlər Musiqi Məktəbinə və AZərbaycan Respublikası Mədəniyyət NAZirliyinin X1 idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun haqqında Musiqi Məktəbinin direktoru tərəfindən verilmiş tar müəllimi vəzifəsindən AZad edilməsi barədə olan xx.xx.2021-ci il tarixli 07 saylı əmrin etibarsız hesab edilməsi, onun 50 illik vəzifəsinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1973-cü ildən 2021-ci ilin iyul ayına qədər fasiləsiz və qüsursuz olaraq eyni bir müəssisədə, Ağdam şəhər Qurban Pirimov adına 2 saylı Uşaq Musiqi Məktəbində ixtisasına uyğun olaraq tar müəllimi və hAZırda isə həmin məktəbdə “Xalq çalğı alətləri” şöbəsinin müdiri işləmişdir (yalnız 1975- 1977-ci illərdə hərbi xidmətdə olmuşdur). Rəhbərlik tərəfindən dəfələrlə təşəkkür və fəxri fərmanlar almışdır. 2020-ci ildə 65 yaşının tamam olmasına baxmayaraq məktəbdə tar müəlliminə olan zəruri ehtiyacı nəzərə alan məktəbin direktoru Elşad Məmmədovun X1 İdarəsinin rəisi cənab Rza Quliyevə müraciəti əsasında fəaliyyətini davam etdirməyi üçün onunla 3 dəfə müddətli müqavilə bağlanılmışdır. Lakin növbəti sentyabr ayında yeni dərs ilinə başlamaq üçün məktəbə getdikdə, məktəbin direktoru ona bildirmişdir ki, məktəbdə tar müəlliminə böyük ehtiyac olduğu üçün Regional İdarəyə təqdimat g öndərsə də, onunla müvəqqəti müqavilə bağlanmasına icAZə verməmiş və 11 iyun 2021-ci ildən işdən AZad etmişdir. Bunu yalnız 22 sentyabr 2021-ci il tarixdə yeni dərs ilinin başlaması ilə əlaqədar məktəbə gedəndə bildirmişlər və həmin tarixdə də sənədləri və əmək kitabça ona rəsmi qayda təqdim etmişdir. İşə götürən tərəfindən 50 ilə yaxın müddət ərzində eyni müəssisədə tar müəllimi işlədiyi, yaxşı fəaliyyətinə görə şöbə müdiri vəzifəsinə irəli çəkildiyi, dəfələrlə təşəkkür və fəxri fərmanlar aldığı, heç vaxt tənbeh almadığı, məcburi köçkün olduğu, başqa heç bir yerdə işləmədiyi və sair kimi diqqətəlayiq hallar nəzərə alınmamışdır.
4. Birinci instansiya məhkəməsinin iclasında Musiqi Məktəbinin direktoru X3 iddia tələbini əsasız hesab edərək, rədd olunmasını xahiş etmişdir.
5. Məhkəmə iclasınd a AZərbaycan Respublikası Mədəniyyət NAZirliyinin X1 İdarəsinin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının 65 yaşı tamam olduğu üçün öz ərizəsi əsasında xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021ci il tarixli əmrlərə əsasən onunla əmək müqaviləsinin müddəti 3 dəfə uzadılmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçı ərizə ilə İdarəyə müraciət edərək ailə vəziyyətinin və köçkün olduğunun nəzərə alınaraq əmək müqaviləsinin 3-cü dəfə xx.xx.2021-ci il tarixə kimi uzadılmasını xahiş etmiş və həmin müddət bitdikdən sonra ona məlumat verilmədən müqaviləyə xitam verilməsini ərizəsində qeyd etmişdir. Həmin ərizə nəzərə alınaraq onunla bağlanmış müqavilənin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 6 (altı) ay müddətinə uzadılmış, m üddət bitdikdən sonra müqaviləyə xitam verilmişdir. Lakin bundan sonra iddiaçı heç bir hüquqi əsası olmadan məhkəməyə müraciət etmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 mart 2022-ci il tarixli, 2(008)-1910/2022 nömrəli qətnaməsi ilə (hakim: A.N.Cəfərli) iddia təmin olunmuşdur.
7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, əmək qanunvericiliyinin tələblərinə görə Dövlət büdcəsindən maliyyələşən iş yerlərində çalışmanın son yaşı həddi 65-dir və bundan sonra işçinin həmin müəssisədə çalışması üçün işçi ilə işəgötürənin qarşılıqlı rAZılığı əsasında müqavilə bağlanmalıdır. İşəgötürənin əmək müqaviləsi bağlanmasına məcbur edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. İddiaçı 65 yaşına çatdığından və əmək müqaviləsinə çalışmanın son yaş həddinə çatdığı üçün xitam verildiyindən iddia tələbi təmin edilməməlidir.
8. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 390.1.-ci maddəsinə, Əmək Məcəlləsinin 10-1.1, 10-1.2, 70 və 71-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə lAZımi qaydada araşdırma aparmadan, formal mülahizələr və əsassız rəylərə istinad etməklə iddianın əsassız olması qənaətinə gəlmişdir ki, bu da qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan sənədlərlə, həmçinin də aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçının cavabdehlə işg üzar münasibətləri normal olmuş, bu səbəbdən də qısamüddətli də olsa ərizə əsasında əmək müqaviləsi uzadılmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi)14 iyul 2022-ci il tarixli, 2(103)-4567/2022 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov - sədrlik edən və məruzəçi, X.A.Mərdanova və V.N.Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə rAZılaşaraq qeyd etmişdir ki, İddiaçı 65 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuş, beləliklə o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinin təsir dairəsinə düşmüş, Musiqi Məktəbinin xx.xx.2020-ci il tarixli 72 nömrəli əmri i lə onun əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin 10-1 maddəsinə əsasən dərs ilinin sonuna qədər, xx.xx.2020-ci il tarixli 92 nömrəli əmrlə xx.xx.2020-ci il tarixinə qədər, xx.xx.2021-ci il tarixli 01 nömrəli əmrlə xx.xx.2021-ci il tarixinə qədər uzadılmışdır.
13. Əmək Məcəlləsinin 10-1.1, 10-1.2, 10-1.4, 42 və 70-ci maddələrindən göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddətinin uzadılması onun işlədiyi müvafiq dövlət orqanının səlahiyyətinə aiddir və işçinin həmin müəssisədə çalışmasının davam etdirilməsi barədə qərar qəbul etmək imkanı müvafiq dövlət orqanlarının diskresiya səlahiyyəti kimi nəzərdə tutulmaqla, həmin orqan(lar)ın bu səlahiyyət(lər)indən istifadə etmələri (etməmələri) işçinin hüququnun pozulması kimi qiymətləndiri lə bilməz. Kassasiya şikayətinin və ona etirAZın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müvafiq dövlət orqanlarının diskresiya səlahiyyəti daxilində hansı hərəkətləri etməsi və ya etməməsinin qanuniliyini araşdırmaq və yaxud pozuntuya səbəb olmuş qərarın əsaslılığını yoxlamağa ehtiyac olmadığını qeyd etmişdir. Halbuki qanunvericilikdə diskresiya səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü inzibati orqanın diskresiya səlahiyyətləri əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmç inin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresiya səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresiya hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Qanunvericilik müqavilənin uzadılmasını tərəflərin rAZılığı və zərurət nəzərə alınmaqla tətbiqini nəzərdə tutur və imperativ deyildir. Eyni zamanda elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadılmasını ehtiva edir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Eyni zamanda məhkəmə işə baxarkən çəkişmə prinsipini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirAZın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etirAZ verilməmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
17. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
18. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışm a müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
19. Maddə 10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
20. Maddə
42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
21. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:...e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. HAZırkı iş üzrə apellyasiya instansiyası məhkəməsini n qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə rAZılaşır.
31. Məhkəmə kollegiyası işin hallarından asılı olaraq dövlət orqa nlarının qanunla onlara verilmiş diskresiya səlahiyyətlərinin həyata keçirilməsinin qanuniliyi ilə bağlı məhkəmənin yoxlama imkanına malik olduğu barədə kassasiya şikayətinin dəlillərini əsaslı hesab etsə də, bu hal apellyasiya instansiyası məhəməsinin qətnaməsinin ləğvinə əsas vermir.
32. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 65 yaşına çatdıqdan sonra iddiaçı ilə əmək müqaviləsi iki dəfə uzadılmış, bundan sonra iddiaçı yAZılı ərizə verərək ailə vəziyyətini və məcburi köçkün olduğunu nəzərə alaraq əmək müqaviləsinin 3-cü dəfə xx.xx.2021-ci il tarixə kimi uzadılmasını xahiş etmiş və həmin müddət bitdikdən sonra ona məlumat verilmədən müqaviləyə xitam verilməsinə rAZılığını bəyan etmişdir.
33. Bu baxımdan iddiaçı ilə əmək münasibətlərinin növbəti dəfə uzadılmasından imtina döv lət orqanının diskresiya səlahiyyətinin həyata keçirilməsi qaydasında deyil, əmək münasibətlərinin davam etdirilməsi ilə bağlı tərəflər daha əvvəl əldə edilmiş rAZılığı (işçinin bununla bağlı bəyanı) əsasında baş vermişdir.
34. İşə baxılarkən məhkəmə tərəfindən çəkişmə prinsipinin pozulması müəyyən edilməmişdir.
35. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hAZırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4567/2022 nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.