Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5386/2022 04.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məcburi pay Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məcburi pay tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4019/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfind ən verilmiş kassasiya şikayətinə 04 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsindəki 15a nömrəli yaşayış evinin 74 nömrəli mənzili Nümayəndə adına xx.xx.1998-ci il tarixdə qeydə alınmışdır.
2. İddiaçı xx.xx.2010-cu il tarixində Bakı şəhərində anadan olmuşdur. Onun valideynləri qrafasında atası “Nümayəndə” anası “Qanuni nümayəndə” qeyd edilmişdir.
3. İş materiallarında olan satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin surətinə əsasən satıcı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15a saylı evin 74 saylı mənzilini alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15a saylı evin 74 nömrəli mənzili üzərində Cavabdeh1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
5. Ali Məhkəmənin 2(102)-4694/2021 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2496/2021 nömrəli iş üzrə xx.xx.2021ci il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qərar q əbul edilərək iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)2369/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Nümayəndə ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1455 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 299970 saylı çıxarışın (qeydiyyat nömrəsi: 1********) ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)2496/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2369/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh1 (bundan sonra-cavabdeh) qarşı bağışlanmış ünvan 1 ünvanda olan mənzildən və ünvan 24 nömrəli mənzildən İddiaçı düşən məcburi payların müəyyənləşdirilməsi, həmin payların iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının qanunu nümayəndəsi Qanuni nümayəndə ilə faktiki nikahından xx.xx.2010-cu il tarixdə azyaşlı İddiaçı (iddiaçı) anadan olmuşdur. xx.xx.2019-cu il tarixdə Nümayəndə Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən iddiaçının üzərində atalığı müəyyən edilmişdir. İddiaçının hüquqları pozulmaqla, Nümayəndə Ağamehdi oğlu ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4Ə-1455 reyestr nömrəli bağışlama müqaviləsi ə sasında mübahisələndirilən mənzil övladlarından cavabdehə bağışlanmışdır. Bundan başqa, Nümayəndə tərəfindən ünvan 44 nömrəli mənzil də cavabdehə bağışlanmış və onun adına xx.xx.2019-cu il tarixdə əmlakın dövlət reyestrindən çıxarışı verilmişdir. Hər iki mənzilin cavabdehə bağışlanması nəticəsində, digər övlad və birinci növbəli qanuni vərəsə sayılan İddiaçı hüquqları, xüsusilə də yaşayış sahəsi ilə bağlı hüquqları ciddi pozulmuşdur. Sonradan iddiaçının nümayəndəsi Qanuni nümayəndə (bundan sonra-nümayəndə) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh ilə Cavabdeh2 arasında bağlanmış ünvan 44 nömrəli mənzilin xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehə bağışlanmış ünvan 3 ünvanda olan mənzildən və ünvan 44 nömrəli mə nzildən iddiaçıya düşən məcburi payların müəyyənləşdirilməsi, həmin payların xx xxxxxx 2010-cu il təvəllüdlü İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını və Cavabdeh2 cavabdeh qismində cəlb olunmasını məhkəmədən xahiş etmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-517/2022 nömrəli işi üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim L.E.Rəhimli) iddianı rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Nümayəndə oğlu və birinci növbəli vərəsəsi olsa da, lakin onun Nümayəndə məxsus əmlakdan məcburi pay tələb etməsi üçün ilk növbədə vərəsəlik münasibətləri yaranmadığından, iddiaçının qeyd edilən daşınmaz əmlaklardan məcburi pay tələb etmək hüququ da yaranmamışdır. 10.Bundan əlavə birinci instansiya məhkəməsi Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarına istinadən qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin tərəfi olmadığından, onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 1146, 1193, 1194,1200-ci, Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 12.İddiaçının qanuni nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4019/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrliyi və məruzəsi ilə), A.N.İmanov və Q.A.Əsgərovdan ibarət tərkibdə) iddiaçının qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 14.Apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilmişdir ki, iddia edən şəxsin mübahisə edilən mülklərə (Miras qoyana münasibətdə birinci növbəlik üzrə) vərəsəlik hüquqları yaranmamışdır. İddiaçının istinad etdiyi norma (Mülki Məcəllənin 1200 maddəsi) Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxsin, əgər bağışlanmış əşya mirasa daxi l olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilməsini ehtiva edir. Lakin hazırki münasibətlərdə bağışlayan şəxs miras qoyan deyildir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 667.1,1200, 1159.1,1193-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 16.İddiaçının qanuni nümayəndəsi (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərar və AR Ali Məhkəmənin 2(102)-4694/21 saylı, 14 sentyabr 2021-ci il tarixli Qərarında şərh edilənlər əsasında iddianın təmini barədə yeni qərar çıxarılmasını xahiş etmiş dir. 17.Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində Azərbaycan Respublikası Konstitusiyanın 17, 27, 29-cu, Mülki Məcəllənin 667, 1193, 1194 və 1200-ci, Mənzil Məcəlləsinin 30-cu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərarı ilə Mülki Məcəllənin 1193 və 1200-cü maddələri əlaqəli şəkildə şərh edilmişdir. Belə ki, iddiaçının atalığın tanındığı zamandan artıq Nümayəndə adında olan bu mənzilə və digər əmlaklara münasibətdə iddiaçı vərəsəlik hüququ qanunla tanındığından AR Ali Məhkəmənin Mülki Kollegiyasının 13 oktyabr 2021-ci il tarixli, 2(102)-4694/2021 saylı Qərarında AR Konstitusiya Məhkəməsinin Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərarında verilmiş şərhdə əmlakın bağışlanma halında iddiaçının məcburi pay hüquqi olan şəxs he sab edilir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin bu qərardakı mövqeyinə görə cavabdehə əmlakların bağışlanması halında iddiaçı birinci növbədə vərəsə statusunda məcburi pay hüququ olan şəxs hesab edildiyi üçün, həmin bağışlanmış əmlakdan məcburi paylarının tamamlanmasını tələb etməklə, pozulmuş hüquqlarının bərpa edə bilən şəxs sayılır. Həmin şərhə dair qərarda göstərilmişdir ki, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda məcburi paya hüquqi olan şəxs əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onunməcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Belə hallar üçün bağışlanmışəşya xəyali olaraq, miras əmlaka əlavə olunur, məcburi payın həcmi müəyyənləşdirilir. Beləliklə, AR MM-nin 1193 və 1200-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AR Ko nstitusiya Məhkəməsinin Plenumunun şərhinin tətbiq edilməməsi və ya nəzərə alınmaması prosessual hüquq pozuntusu sayılır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4019/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 19.Maddə 1193 Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 20.Maddə 1194 Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gə lir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 21.Maddə 1146 Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 22.Maddə 1200 Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 23.Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.Maddə 7 7.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
28. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri 29.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 30.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya mə hkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Kassasiya şikayətinin dəlili baxımından qeyd edilməlidir ki, Mülki Məcəllənin 1200-cü maddəsi vərəsəlik münasibətlərindən doğan məsələləri tənzimləyir. Əmlakını bağışlamış şəxsin sağ olması bu maddənin tətbiqini istisna edir.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas ı Qərara aldı: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4019/2022 nömrəli, 06 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.