Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-539/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin sökülməsinə görə kompensasiyanın ödənilməsin dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil1, cavabdehin vəkili X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4377/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsindən ca vabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 464 saylı, xx.xx.2014-cü il tarixli Sərəncamına əsasən ünvan 1 ünvanda yerləşən özəlləşdirilmiş 1,04643 ha torpaq sahəsində hündürmərtəbəli kompleks yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün «X2” MMC-nə icazə verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 500 saylı, xx.xx.2016-cı il tarixli Sərəncamının məzmunundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 464 saylı, xx.xx.2014-cü il tarixli Sərəncamı «xxxx» MTK-nın adına rəsmiləşdirilmiş və ayrılmış torpaq sahəsinə bitişik, əlavə olaraq 2,84357 ha torpaq sahəsi icar ə əsasında həmin Kooperativin istifadəsinə verilmiş və torpaq sahəsinin ümumi ölçüləri dəqiqləşdirilərək 3,89 ha müəyyən edilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin 16/139 nömrəli 2016-cı il tarixli «İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktı»ndan görünür ki, «xxxx» MTK-ya Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 500 saylı, xx.xx.2016cı il tarixli Sərəncamı ilə 3,8900 ha torpaq sahəsi yaşayış binalarının tikintisi üçün verilmiş, Ayrıc Aktlarının qeydiyyatı kitabında 16/139 sayla, xx.xx.2017-ci il tarixində qeydiyyata alınmışdır. Bakı şəhəri Cavabdeh2 Başçısının 81 saylı, xx xxxx 2017-ci il tarixli Sərəncamının məzmunundan görünür ki, Səbail rayonu, G.Əliyev küçəsi 9 ünvanında yerləşən, qəzalı vəziyyətdə olan 1 və 2 mərtəbəli yaşayış binalarının söküntüsünün «xxxx» MTK tərəfində n yerinə yetirilməsi və həmin kooperativə sahəsi 3,89 ha olan ərazidə çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisinə icazə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının «xxxx» MTK-nın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 1996-cı ilin iyun ayında tərtib edilmiş və xx.xx.1999-cu il tarixdə korrektə edilmiş «Fərdi yaşayış fonduna daxil olan yaşayış evin in texniki pasportu»na əsasən fərdi yaşayış evi 413.3 kv.m. torpaq sahəsində yerləşməklə, «A», «B», «V», «Q» tikililərindən ibarət olmuşdur. «A» tikilisi (yaşayış evi) 78,8 kv.m., «B» tikilisi (kladovaya) 6,3 kv.m., «V» tikilisi (saray) 19,3 kv.m. təşkil edir. «Q» tikilisi taxta tikilidir. Texniki Pasport Cavabdeh2 xx.xx.1996-cı il tarixli məktubuna əsasən tərtib edilmişdir. xx.xx.2017-ci il tarixli “Ə.Yaqubov və G.Əliyev küçələrində yerləşən yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin texniki vəziyyətləri haqqında” Aktın məzmunundan görünür ki, adıçəkilən ünvanda yerləşən, fiziki şəxslərə məxsus olan yaşayış və qeyri-yaşayış bina və obyektlərinə vizual baxış keçirilərək mövcud olan tikililərin texniki vəziyyətlərinin tikinti norma və qaydalarının tələbləri əsasında yerinə yetirilmə diyi, seysmik tələblərin ödənilməməsi, ara yolların nəqliyyat vasitələrinin hərəkəti üçün çətinlik yaratması, kommunikasiya sistemlərinin qeyri-qənaətbəxş olması normal istismar şəraitinə imkan vermir. X6 Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Texniki şöbəsinin müdir müavini Xürrəm Xanmirzəyev, şöbənin aparıcı mütəxəssisi Məmməd İskəndərov və Cavabdeh2 başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Kamil Məmmədov tərəfindən imzalanmışdır. «xxxx» Mənzil Tikinti Kooperativinin sədri Anar Seyidməmmədov tərəfindən verilmiş xx xxxxxxxx 2017-ci il tarixli, 65 nömrəli məktubdan görünür ki, İddiaçı, Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanda yerləşən özbaşına tikili olan evinin əvəzində “xxxx” MTK tərəfindən qarşılıqlı razılaşmaya əsasən ünvan 3 ünvanda inşası yekunlaşmaqda olan 17 mərtəbəli yaşayış binasının B2 girişinin 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 64,1 kv. metr olan 173 saylı mənzil ayrılmışdır (i.v 113). «xxxx» MTK tərəfindən verilən xx xxxx 2018-ci il tarixli, 72 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanda yerləşən sökülmüş özbaşına tikili olan evinin əvəzində “xxxx” Mənzil Tikinti Kooperativi hazırda ünvan 5 ünvanda tikilməkdə olan 17 mərtəbəli yaşayış binasının B1 girişinin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 96,6 kv. metr olan 1 saylı mənzili Sizə xüsusi mülkiyyət olaraq təklif edir. MTK-ya müraciət etdiyiniz anda, həmin mənzilə dair müvafiq sənədlər dərhal İddiaçı veriləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh2nə qarşı “fərdi yaşayış evinin sökülməsinə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, ünvan 6 ünvanında yerləşmiş, ümumi sahəsi 104,4 kv.m. təşkil edən fərdi yaşayış evinin (bundan sonra – fərdi yaşayış evi) cavabdehlər tərəfindən sökülməsi, qanuni şəkildə tikintisinə icazə verilmiş ümumi sahəsi 121,5 kv.m. təşkil edən qeyriyaşayış binasının (mağazanın) (bundan sonra – mağaza) cavabdehlər tərəfindən sökülməsi, həmin fərdi yaşayış evinin və mağazanın yerləşdiyi, söküntüyə qədər istifadələrində olan 413,3 kv.m. torpaq sahəsinin cavabdehlər tərəfindən ödənişsiz şəkildə alınması ilə əlaqədar olaraq 360.000 mana t məbləğində, vurulmuş mənəvi zərərə görə 200.000 manat məbləğində kompensasiyanın, hüquqi xidmət müqaviləsinə əsasən tərəfindən ödənilmiş 500 manat məbləğində ödəniş haqqının və 31 manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun ümumilikdə 560.531 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olmuş mübahisəli fərdi yaşayış evi 1963-cü ildə inşa edilmişdir. Evin və evin yerləşdiyi torpaq sahəsinin ilkin hüquq müəyyən edən sənədləri olmasa da, həmin tikili 54 il mövcud olmuş və dövlət tərəfindən işıq, su, qaz, kanalizasiya və s. ilə təmin edilmişdir. Cavabdeh2 tərəfindən xx.xx.1996-cı il tarixli məktubla o dövrdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat apar an orqana, yəni Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə sifariş verilmiş və həmin sifariş əsasında 1996-cı ilin iyun ayında «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu» tərtib edilmiş, bundan 3 il sonra 1999-cu ilin 23 iyun tarixində həmin texniki pasport dəyişdirilərək dəqiqləşdirilmişdir. Texniki pasportda əks edilmiş ölçülərə əsasən mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ümumilikdə 413,3 kv.m. təşkil edir. Bundan 108.4 kv.m. hissəsi tikintialtı sahədir. Texniki pasportun “Tikintilərin və qurğuların xarakteristikaları” bölməsində əks olunmuş məlumatlara əsasən, fərdi yaşayış evi “A”, “B”, “V”, “Q” tikililərdən ibarət olmuşdur. “A” tikilisi (yaşayış evi) 78,8 kv.m, “B” tikilisi (kladovaya) 6.3 kv.m., «V» tikilisi (sar ay) 19,3 kv.m. təşkil edir. Beləliklə, tikililərin faydalı sahəsinin 78,8+6,3+19,3 =104,4 kv.m. təşkil etdiyi məlum olur. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, fərdi yaşayış evinin elektrik, su, kanalizasiya, istilik və qaz təchizatı ilə təmin edildiyi də bu bölmədə təsdiqlənir. Beləliklə, faktiki olaraq, istifadələrində olan 413,3 kv.m. torpaq sahəsində yerləşən, faydalı sahəsi 104,4 kv.m. təşkil edən tikililərdən ibarət olan fərdi yaşayış evi 50 ildən artıq mövcud olmuşdur. 2016-cı ildən ərazidə söküntü işlərinə başlanmış, sakinlərə müxtəlif ölçülərdə evlərinə uyğun olaraq mənzillər təklif olunmuşdur. 2017-ci ilin fevral ayının sonlarında ona məxsus fərdi yaşayış evinin də sökülməli olduğu cavabdeh təşkilatın nümayəndələri tərəfindən şifahi olaraq bildirilmiş və əvəzində iddiaçıya y axınlıqda tikilməkdə olan binada 64 kv.m. sahəsi olan mənzil təklif edilmişdir. Təbii ki, bunu qəbul etməmiş və texniki pasportun surətini təqdim edərək, elə texniki pasportun göstəricilərinə əsasən, tikilidə 104.4 kv.m. faydalı sahənin sahibliyində olduğunu, eləcə də 413.3 kv.m. torpaq sahəsinin istifadəsində olduğunu bildirmiş və təklif olunan mənzilin daha kiçik olduğu, onun faktiki şəraitinin əvvəlkindən əsaslı dərəcədə pisləşdirilmiş olacağını nümayəndələrin nəzərinə çatdırmışdır. Bundan sonra, cavabdeh təşkilat tərəfindən 64 kv.m.-lik mənzilin əvəzinə ona 74 kv.m.-lik mənzil təklif edilmişdir. İddiaçı bu təkliflə də razılaşmamışdır, belə ki, elə ancaq tikililərin faydalı sahəsi 104.4 kv.m. olduğu halda, bunun əvəzinə 74 kv.m. olan mənzilin təklif edilməsi ədalətsizdir. Eyni zamanda, fərdi yaşayış evində özü, həyat yoldaşı, ailəli olan oğlu öz ailəsi, yəni həyat yoldaşı və övladı ilə və ailə qurmağa hazırlaşan ikinci oğlu yaşayırlar. Evin otaqlarından biri təcrid olunmuş şəkildə ayrı girişə malik idi və oğlu ailəsi ilə birlikdə orada yaşayırdı. Şərait olaraq sahibliyində olan ev ailə tərkiblərinə uyğun idi. İstifadəsində 413.3 kv. m. torpaq sahəsi var idi. Təklif olunan mənzil isə, iki otaqdan ibarət olmaqla inşa edilməlidir ki, həmin iki otaqla altı nəfərin yaşaması mümkün deyil. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu altı adam faktiki olaraq iki ailədir. Digər subay oğlunun isə belə olan halda ailə qurması ümumiyyətlə mümkünsüz olacaq, çünki, onların başqa evləri yoxdur və ev almaq imkanları da yoxdur. Bu deyilən arqumentlərinə baxmayaraq, cavabdeh təşkilat tərəfi ndən kompensasiya ödənilməsi, yaxud razılaşdırılmış formada kompensasiya əvəzinə yaşayış sahəsi verilmədən, yerli icra hakimiyyəti orqanlarının və hüquqmühafizə orqanlarının iştirakı və dəstəyi ilə əşyaları zorla çıxarılmış və evləri sökülmüşdür. Əvəzinə 74 kv.m. sahəsi olan mənzilin guya tərəflərindən alınması ilə bağlı müqaviləni imzalamaq təklif olunmuşdur ki, bu təklifdən imtina etmişdir. Hal-hazırda kirayədə yaşayır. İddiaçı etiraf edir ki, kirayə tutduqları evin ilk ayı üçün 300 AZN məbləğində kirayə haqqı cavabdeh tərəfindən ödənilmişdir. Lakin, bu ödənişin davam etməyəcəyinə əmindir. Belə ki, cavabdeh tərəfin şərti 74 kv.m. sahəsi olan mənzili qəbul edəcəkləri halda, həmin mənzil tikilib istifadəyə verilməli olan 12 ay ərzində bu ödənilmələrin edilməsindən ibarətdir. Onlar mənzil i qəbul etmədiyi üçün, kirayə haqlarının da cavabdeh tərəfindən ödənəcəyinə inanmır. Alınan torpaq sahəsinin üzərindəki tikililərlə birlikdə 300 000 manata qədər dəyəri var. Belə ki, 413 kv.m torpaq sahəsində 104.4 kv.m fərdi yaşayış evi tikilisindən başqa qeyri-yaşayış binası – mağaza da mövcud olmuşdur ki, söküntü zamanı həmin tikili də dağıdılmışdır. Mağazanın ümumi sahəsi 121,5 kv.m təşkil etmişdir. Mağazanın tikintisinə elə Cavabdeh2 xx xxxx 1994-cü il tarixli, 2385 saylı sərəncamı ilə icazə verilmişdir. Həmin mağaza ilə bağlı məhkəmə qətnaməsi mövcuddur və qətnamənin məzmunundan mübahisəli ünvanda onlara məxsus olan mağazanın mövcud olduğu təsdiqlənir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-170/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (A.Tanrıverdiyev) iddia qismən təm in olunaraq, İddiaçı sahibliyində və istifadəsində olmuş mübahisəli fərdi yaşayış evinin, yeni çoxmənzilli yaşayış kompleksinin tikilməsi ilə əlaqədar sökülməsi nəticəsində kompensasiya olaraq 104,4 kv.m. sahənin hər kvadrat metri üçün 1.500 manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 1.000 manat, hüquqi xidmətin göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 500 manat və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh, iddiaçıya itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili təklif etməli idi. İddiaçıya təklif edilən mənzil keyfiyyət baxımından şübhəsiz ki, daha yaxşı olsa da, ölçü və istifadə imkanı baxımından itirilmiş yaşayış sahəsinə uyğun gəlmir. İddiaçının sahibliyində və istifadəsində olmuş, faktiki mülkiyyəti kimi davrandığı, fərdi yaşayış evi çoxmənzilli yaşayış binasının tikintisi məqsədi ilə sökülsə də, iddiaçıya ədalətli kompensasiya ödənilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə sözügedən yaşayış sahəsi özütikmə olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin fərdi yaşayış evi üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 21. 1 və 21.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7327/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (T.Səmədov, İ.Şirinov, E.Kazımov) apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)170/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnamənin qismən, yəni İddiaçı iddiasının təmin olunmuş hissəsində ləğv olunması, Bakı şəhəri, Səbail rayonu, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində 104.4 kv.m sahənin hər kv.m. üçün 1500 manat, mənəvi zərərə görə 1000 manat, hüquqi xidmət müqaviləsinə görə 500 manat, dövlət rüsumuna görə 31 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” MTK-dan iddiaçının xeyrinə tutulmasına aid hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı adına 1996-cı ilin iyun ayında tərtib edilmiş və xx.xx.1999-cu il tarixdə korrektə edilmiş «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda” göstərilmiş 3 otaqlı, sahəsi 104,4 kv.m. təşkil edən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Belə olan halda həmin texniki pasport faktiki ölçüləri göstərilmiş fərdi yaşayış evinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab oluna bilməz v ə İddiaçı iddia olunan fərdi yaşayış evinə görə kompensasiyanın verilməsi tələbini təmin edilməsini istisna edir. «xxxx» MTK tərəfindən İddiaçı hər hansı hüququnun pozulmaması, MTK tərəfindən onun müvafiq mənzillə təmin olunmasına cəhd edildiyi nəzərə alınaraq onun hər hansı mənəvi iztirab və sarsıntı çəkməsi iş materialları ilə sübut olunmur. İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80, 87, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır Kassasiya instansiyası məhkməsində birinci icraat Azərbaycan Respublkası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3437/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə (E.Vəliyeva, Q.Ə sgərov və G.Quliyev) kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)7327/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kassasiya məhkəməsinin mövqeyinə görə hazırkı iş üzrə sözügedən yaşayış sahəsi özütikmə olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin fərdi yaşayış evi üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin özbaşına tikili olduğu üçün fərdi yaşayış evinə görə kompensasiyanın verilməsi tələbi nin mümkünsüzlüyü barədə mövqeyi ziddiyyətli olmaqla bərabər qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, məhkəmə cavabdehin Bakı şəhəri Cavabdeh2 Başçısının 81 saylı, xx xxxx 2017-ci il tarixli Sərəncamına əsasən sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının nəzərdə tutulduğuna istinad edərək həmin sərəncamın icrası ilə əlaqədar İddiaçı mənzil təklif edilməsinin də kompensasiyanın bir növü olduğunu nəzərə almamış, nəyə görə həmin kompensasiyanın pul şəklində verilməsinin mümkün olmadığını əsaslandırmamış, iddiaçının istifadəsində olan 3 otaqlı fərdi yaşayış evinin əvəzində təklif edilən mənzilin onun mülkiyyət hüquqlarının bərpasına xidmət edib-etməməsinə işin digər halları ilə bərabər düzgün hüquqi qiymət vermə mişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Cavabdeh2 Başçısının 81 saylı, xx xxxx 2017-ci il tarixli Sərəncamının məzmununa istinad etsə də, həmin sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 85 saylı qərarı əsasında verilmişdir. Həmin qərarın tələbləri isə işə baxarkən nəzərə alınmamışdır. Həmin qərarın 1, 1.1-1.3 bəndlərinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayon İcra Hakimiyyətlərinə aidiyyəti üzrə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətlər i tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin halları baxımından iddiaçının mülkiyyəti sayılmalı olan mübahisəli yaşayış sahəsinin sökülməsinə səbəb kimi həmin evin qəzalı vəziyyətdə olması və yaşayış üçün yararsız olmasına istinad etsə də, bu məsələni tənzimləyən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələblərinə riayət edilməməsinə qiymət verməmişdir. İddiaçının istifadəsində olan fərdi yaşayış evi onun qabaqcadan razılığı, hər hansı dövlət və ya ictimai ehtiyac və məhkəmə qərarı olmadan, ədalətli kompensasiya barədə qabaqcadan iddiaçı ilə razılıq əldə edilmədən cavabdeh tərəfindən sökülmüşdür. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1, 1097.3, 1115, Mənzil Məcəlləsinin 28ci maddələrinə istinadla əsaslandırmışdır Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)10287/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (E.Şamayev, M.Məmmədov və A.Hüseyn) apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)170/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnamənin qismən, yəni İddiaçı iddiasının təmin olunmuş hissəsində ləğv olunması və həmin hissədə iddianın rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi «xxxx» MTK qarşı deyil, faktiki mövcud olmayan « xxxx» MMC qarşı yönəlmişdir. Cavabdehin təşkilati-hüquqi formasının düzgün qeyd olunmaması artıq tələbin cavab verməli olmayan şəxsə yönəlməsi nəticəsinə gətirib çıxarır. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəlləsinin 50.1, 50.2, 50.3, 50.4-ci maddələrinə istinadla əsaslandırmışdır Kassasiya instansiyası məhkməsində ikinci icraat Azərbaycan Respublkası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-706/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə (Ə.Əliyev, A.Kalbalıyev, V.İbayev) kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10287/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kassasiya məhkəməsinin mövqeyinə görə hazırkı iş üzrə sözügedən yaş ayış sahəsi özütikmə olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin fərdi yaşayış evi üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir. Cavabdehin təşkilati hüquqi formasının səhv qeyd olunmasına dair dəlilləri il bağlı qeyd edilmişdir ki, cavabdeh təşkilatın adı düzgün qeyd edilmiş və yalnız onun təşkilati hüquqi forması səhv göstərilmişdir ki, bu da cavabdehin əslində başqa hüquqi şəxs olması qənaətinə gəlməyə əsas vermir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1, 1097.3, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya instansiy ası məhkəməsində üçüncü icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4377/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (X.Cəmilova, M.Tağızadə və Ü.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail rayon Məhkəməsinin qəbul etdiyi 2(009)170/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən – iddianın təmin edildiyi hissələrdə dəişdirilmədən saxlanması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh, iddiaçıya itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili təklif etməli idi. İddiaçıya təklif edilən mənzil keyfiyyət baxımından şübhəsiz ki, daha yaxşı olsa da, ölçü və istifadə imkanı baxımından itirilmiş yaşayış sahə sinə uyğun gəlmir. İddiaçının sahibliyində və istifadəsində olmuş, faktiki mülkiyyəti kimi davrandığı, fərdi yaşayış evi çoxmənzilli yaşayış binasının tikintisi məqsədi ilə sökülsə də, iddiaçıya ədalətli kompensasiya ödənilməlidir. Sözügedən yaşayış sahəsi özütikmə olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin fərdi yaşayış evi üzərində olan hüquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1097.1, 1097.3, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı işti rakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (vəkil X3) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4377/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, yenidən baxıması üçün apellyasiya instansiya məhkməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, öhdəlik “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə yönəlmişdir. Onlar isə işin əvvəlindən “xxxx” MTK olduğunu qeyd etsələr də məhkəmə əsl olan tərəf kimi MTK-nı işə cəlb etməmişdir. İşdə ikinci cavabdeh olan Səbail rayon İcra Hakmiyyətinə qarşı tələb yönəls ə də məhkəmə bunu nəzərə almamışdır. Qətnamədə iddiaçının evdən zorla çıxarılması halının hər hansı formada sübut olunması ilə əlaqədar heç bir söz yoxdur. Rəylər arasında fərqin və ziddiyyətlərin aydınlaşdırılması üçün müvafiq ekspertiza təyin olunması barədə vəsatət qaldırılmış, lakin məhkəmə əsassız olaraq vəsatəti rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili X3 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4377/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il ta rixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini edir. İddiaçının vəkili Vəkil1 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verilməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4377/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh “xxxx” MTK kassasiya şikayəti vermişdir. Bu səbəbdən ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi “xxxx” MTK tərəfindən qismən mübahisələndirildiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin “xxxx” MTK şikayətində mübahisələndirdiyi hissədə yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmalakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüqu q pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiy ası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Tələbin düzgün cavabdeh yönəldilməməsi ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilatın adı düzgün qeyd edilmiş və yalnız onun təşkilati hüquqi forması səhv göstərilmişdir ki, bu da cavabdehin əslində başqa hüquqi şəxs olması qənaətinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” MTK tərəfindən verilmiş kass asiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4377/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.