Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-539/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X1 (İddiaçı hüquqi varisi) Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçı X1 (İddiaçı hüquqi varisi) Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə bağlı Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-199/2023 nömrəli iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şika yətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanda ümumi sahəsi 70,8 kv.m, yaşayış sahəsi 35,6 kv.m. olan mənzil Cavabdeh1 adına 25 yanvar 2011-ci il tarixdə qeydiyyata alınmışdır.
2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışa görə, Tovuz şəhəri Nizami küçəsi 14 ünvanda 0,0253 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 130,4 kv.m. olan fərdi yaşayış evinin 3/4 hissəsi İddiaçı adına, 1/4 hissəsi X1 adına 09 aprel 2019-cu il tarixdə qeydiyyata alınmışdır.
3. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası Tovuz Rayon Məhkəməsinin 2(062)-392/2018 nömrəli iş üzrə 6 mart 2018-ci il tarixli qətnaməsi ilə təmin edilərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* nömrəli çıxarışa əsasən, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 70,8 kv.m, yaşayış sahəsi 35,6 kv.m. olan mənzilin pəncərələri qarşısında cavabdehin qanunsuz quraşdırdığı çardağın onun hesabına sökülüb, Cavabdeh1 evindən kənarlaşdırılması və pəncərələrin qarşısının açılması qət edilmişdir. Qətnamə 13 iyun 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir.
4. İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş və ondan miras qalmış əmlaka dair Tovuz Rayon Notariat Ofisində 12 mart 2020-ci il tarixdə oğlu X1 müraciəti ilə V-251 nömrəli vərəsəlik iş i açılmışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2023-cü il tarixli 10/4090 nömrəli rəyinə görə, mübahisəli ərazidə çöl-ölçmə işləri aparılmış və kameral şəraitdə araşdırma zamanı iddiaçı tərəfin istifadəsində kimi təqdim edilən tikilinin **********16-10301 saylı texniki pasportda göstərilmiş tikilinin ölçülərinin daxilındə yerləşməsinə baxmayaraq sənəddə göstərilən ölçülərdən az istifadə etdiyi və cavabdeh tərəfin istifadəsində kimi təqdim edilən tikilinin ölçüləri ilə **********13-05101093001 nömrəli texniki pasportda olan ölçülər arasında uyğunsuzluqlar olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfin istifadəsində kimi təqdim edilən tikilinin 7 kv.m-ə qədər hissəsinin İddiaçı adına olan RX 14714118 nömrəli çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək qanunsuz olaraq inşa etdirilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Tovuz Rayon Məhkəməsinin 2(062)-28/2021 nömrəli iş üzrə 3 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.Mustafayev) iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, Məhkəmə Ekspertizası Mərkəzinin 3 noyabr 2020-ci il tarixli 10/1471 nömrəli ekspert rəyinə əsasən ünvan 1 ünvanda yerləşən Cavabdeh 1 istifadəsində olan 2,2 metr enində, 3 metr uzunluğunda mübahisəli tikili hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışda göstərilən 0,0253 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən olunmasına baxmayaraq, həmin mübahisəli əraziyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, məhkəmə hazırkı iddia tələbini əsaslı hesab etmir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
10. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2907/2021 nömrəli iş üzrə 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məmmədov (sədrlik edən və məruzəçi), F.Mehtiyev, Ə.Abdullayev) apellyasiya şikayəti qismən təmin edil miş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, hakim iddiaçının hüquqi varisinin MPM-in 53-cü maddəsinə əsaslanmaqla iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə verdiyi ərizə üzrə deyil, əvvəlki iddia tələbi üzrə qətnamə çıxarmışdır ki, bununla da MPM-in 218.3-cü maddəsinin tələblərini pozmuşdur, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi barəsində qanuni qüvvədə olan əvvəlki məhkəmə qətnaməsi vardır, həmin qətnamədən sonra əldə edilmiş sənədlərə istinad edilməklə irəli sürülən iddia əsaslı sayıla bilməz. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.
13. Azərbaycan Respublik ası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3764/2022 nömrəli iş üzrə 23 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər V.Həsənov (məruzəçi), Ə.Əhmədov, İ.Şəfiyev) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
14. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, “... iddaçının ilk tələbi onun xüsusi mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş taxta tikilinin sökülməsi, iddianın dəqiqləşdirilməsi ilə bağlı ərzəsində isə tələbi zəbt olunmuş torpaq sahəsində tikilmiş hasarın sökülməsi ilə bağlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qəbul edir ki, iddiaçı iddia tələbini dəqiqləşdirmiş, artıq zəbt edildiyini iddia etdiyi torpaq s ahəsində tikilmiş taxta tikilinin deyil, zəbt olunmuş torpaq sahəsində tikilmiş hasarın sökülməsini tələb edir. Baxılan iş üzrə iddia edilən hasarın hansı torpaq sahəsində tikilməsi, ümumiyyətlə belə hasarın mövcud olub-olması Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qiymətləndirilmiş iddia tələblərinin bir hissəi olması müəyyən edilmir. Birinci instansiya məhkəməsində təyin olunmuş ekspertiza zamanı yalnız iddiaçının ilk tələbi üzrə müəyyən olunmuş suallar tədqiq olunmuş, dəqiqləşdirilmiş iddia tələbi üzrə mühüm əhəmiyyəti olan halların aydınlaşdırılması təmin olunmamışdır. Belə olan halda apellyasiya instansiyası məhkəməsi dəqiqləşdirilmiş iddia tələbinə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmədiyini qəbul edirdisə, tam hüquqlu məhkəmə olaraq iddiaçın ın dəlillərinin araşdırılmasını təmin etməli, zərurətin mövcudluğu halında yeni irəli sürülmüş tələb üzrə ekspertiza təyin olunması məsələsini müzakirə etməli və müvafiq hüquqmüəyyənedici sənədlərə hüquqi qiymət verməli idi. İddiaçı kassasiya şikayətində göstərir ki, “… cavabdehin onun torpaq sahəsini zəbt edərək həmin ərazini hasarlaması keçirilmiş ekspertiza zamanı da öz təsdiqini tapmışdır”. Apellyasiya instansiyası məhkəməsi məhz bu dəlili də araşdırmadan kənarda qoymuş, belə rəyin mövcud olmasını aydınlaşdırmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi iddia tələbini düzgün müəyyən etsə də, həmin iddia tələbinə irəli sürülmüş dəlillər baxımdan qiymət verməmişdir.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-199/2023 nömrəli iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Həsənov, Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, cavabdehin mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək qanunsuz olaraq inşa etdirilmiş hasarın (tikilinin) 7 kv.m-ə qədər hissəsinin (işdə olan sxemə uyğun olaraq) cavabdehin vəsaiti hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... Cavabdeh1 istifadəsində olan tikilinin 7 kv.m-ə qədər hissə si İddiaçı adına olan RX 14714118 saylı çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür və həmin hissədə torpaq sahəsini zəbt edərək, istifadə edir. Ona görə də, iddiaçı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
18. Kassasiya şikayətinin dəlillərinə görə, bu mübahisə üztə zəbt edilmiş torpaq sahəsi yoxdur. Digər bir məsələ apellyasiya məhkəməsinin istinad etdiyi ekspertiza rəyinin verilməsinə əsas omuş 13 oktyabr 2022-ci il tarixli qərardad əsasında verilmiş mütəxəssis rəyində torpaq sahələrinin döngə nöqtələri göstərilməmişdir. Buna görə bu rəylər mötəbər sübut kimi qəbul edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə bir likdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 21. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddət də işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
140. Daşınmaz əmlakın dövlət reyestr inin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir; Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə
67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcbu riliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; Maddə
68. Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; Maddə
111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur;
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri q aytarılmalıdır;
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir; Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haq lıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; M addə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, a raşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə məhkəmə iclasında baxılması barədə cavabdehin vəsatətini əsaslı saymamış və kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənziml əyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
32. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmla k müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur.
33. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
34. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
35. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsi ndə verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddiaçı, əşyaya faktikı sahibliyini itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır.
36. Həmçinin, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnı z obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
37. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəz ərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
38. Qeyd olunan kontekstdə kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin ekspertiza rəyinin mötəbər sübut olmaması barədə dəlili əsassı zdır. Belə ki, cavabdeh tərəfindən ekspertiza rəyinin mötəbər olmaması barədə hər hansı konkret və tutarlı əsasa istinad olunmamışdır, buna dair prosessual əsaslar işdən aşkar edilmir, ekspert rəyinə əsasən isə müəyyən edilmişdir ki, cavabdehin istifadəsində olan mübahisəli tikilinin 7 kv.m-ə qədər hissəsi iddiaçının çıxarışında göstərilən torpaq sahəsi ilə üst-üstə düşür.
39. Şikayətin digər dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət verməd ən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §26).
40. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-199/2023 nömrəli iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.