Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-539/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: müddətli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa və məcburi işburaxmaya görə kompensasiya ödənilməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1307/2024 nömrəli iş üzrə 1 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 20 fevral 2025-ci il tavrixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları:
1. İddiaçı Turab Nuralıyev 01 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-yə vaxtamuzd olmaqla, ayda 370 manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli (üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. 2. 12 yanvar 2022-ci il tarixdə iddiaçı yenidən vaxtam uzd olmaqla, ayda 370 (üç yüz yetmiş) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli (əlavə üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000201 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. 3. 04 aprel 2022-ci il tarixdə iddiaçı yenidən vaxtamuzd olmaqla, ayda 424 (dörd yüz iyirmi dörd) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli, sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000203 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağli əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. 4. “19 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktorunun 01 dekabr 2022-ci il tarixli 162 saylı əmrinə əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 maddəsinin ‘‘b" bəndi-müddətin qurtarmasi əsası ilə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-nin direktorunun xx.xx.2022ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqlarının ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
6. İddiaçı təl əbini onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixdə Bakı şəhəri "xxxx" ASC-nin 73 nömrəli Yol istismarı müəssisəsində sürücü vəzifəsinə işə qəbul olunmuşdur. 2021-ci ilə kimi həmin idarədə işləmişdir. xx.xx.2021-ci il tarixdə müdriyyətin sərəncamı ilə idarə etdiyi avtomaşınla birlikdə müəssisənin Şamaxı rayonunda fəaliyyət göstərən 19 nömrəli xüsusi təyinatlı “Yol istismarı“ MMC-yə işə göndərilmişdir. Bir il iki aydır ki, həmin idarədə işləyir. Bir neçə gün əvvəl İdarənin müdiri Nazim Eynallı onu çağırıb bildirmişdir ki, müqavilə müddəti bitmişdir, onunla yeni müqavilə bağlamır, ona görə də avtomaşını təhvil verilməlidir. Ona bildirmişdir ki, baş idarədən çıxarılıb bura göndərilmiş, burada onunla müqavilə bağlanılması yadına gəlmir. Müqavilə bağlamış olsaydı belə onu işə qəbul olduğ u vaxt yəni xx.xx.2021-ci ildən hesablanmaqla 01 oktyabr 2022-ci il tarixdə, yəni 1 ilin tamam olanda çıxarmış olmalı idi. Amma 1 il 2 aydır ki, burada işləyir. Müqavilə müddəti bitəndən sonra hələ 2 ay işləmiş, bu isə o deməkdir ki, avtomatik olaraq müqavilə növbəti müddətə uzadılmış hesab olunur. Bu gün bu əsasla işdən azad edilməsi qanunsuzdur. Maşın idarəyə məxsus olsa da idarə bu maşının üzərinə bir manat da olsun xərc qoymayıb. Təkərlərini, akkumulyatorunu, bütün sınan hissələri özü öz hesabına təmir etdirmişdir. İndi maşını əlindən alıb, özünü də işdən çıxarır. Mediasiyaya müraciət etmiş, orada aralarında razılıq olmamışdır. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur.
7. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli 180 saylı əmək müqaviləsinin e tibarsız hesab olunması, Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Turab Nuralıyev 01 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-yə vaxtamuzd olmaqla, ayda 370 manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli (üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi Azərbaycan Respu blikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. 12 yanvar 2022-ci il tarixdə iddiaçı yenidən vaxtamuzd olmaqla, ayda 370 (üç yüz yetmiş) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli (əlavə üç aylıq sınaq) sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000201 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. 04 aprel 2022-ci il tarixdə iddiaçı yenidən vaxtamuzd olmaqla, ayda 424 (dörd yüz iyirmi dörd) manat əmək haqqı ilə xx.xx.2022-ci il tarixədək müddətli, sürücü kimi işə götürülmüş və həmin tarixdə xxxxxxx000203 nömrəl i əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağli əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Sonda T.Nuralıyevin əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin bitməsi) əsasən xitam verilmişdir. (Əmr № 162). İkincisi, iddiaçı ərizəsində hər hansı bir müqavilənin olmadığını qeyd edir. Halbuki, cavabdeh tərəfindən iddiaçının ünvanına poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə göndərilmiş xx.xx.2022-ci il tarixli 128 nömrəli xəbərdarliq da onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyi üçün müqaviləyə xitam veriləcəyi bildir ilmişdir. Nuralıyev xəbərdarlığı aldıqdan sonra bu barədə müvafiq qrumlardan və ən azından “ASAN XİDMƏT” dən şəxsiyyət vəsiqəsini təqdim edərək məlumat ala və əmək müqaviləsinin olmadığı barədə rəsmi arayışı məhkəmə əsaslı sübut kimi təqdim edə bilərdi. Güman edir ki, yuxarıda sözügedən məlumatı iddiaçı artıq almış, lakin həmin məlumat onun üçün sərfəli olmadığından yenə də yalnış fikir formalaşdırmaq məqsədilə ərizəsində bu sözləri qeyd etmişdir. Üçüncüsü iddiaçı ərizəsində maşın idarəyə məxsus olsa da idarənin bu maşının üzərinə bir manat da olsun xərc qoymadığını, təkərlərini, akkumlyatorunu, bütün sınan hissələri özü öz hesabıma təmir etdirdiyini bildirmişdir. T.Nuralıyev bu yalnış sözlərlə məhkəmənin diqqətini öz istəyinə uyğun formalaşdırmağa çalışmışdır. 13 oktyabr 2022-ci il tarixd ə tərtib edilmiş təhvil-təslim aktında iddiaçı özü imza edərək idarə etdiyi “Tatra” markalı yük avtomobilinin təmiri üçün dörd ədəd yeni şini təhvil götürmüşdür. Maraqlı məntiqi bir sual yaranır ki, 424 (dörd yüz iyirmi dörd) manat əmək haqqı alan bir şəxs yük avtomobilini necə öz hesabına təmir etdirə ehtiyat hissələri ala bilər? Bundan başqa iddiaçı işlədiyi dövrdə əmək və icra intizamını dəfələrlə pozmuşdur. Belə ki, 02 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Avtomobil X3 "xxxx" MMC-nin Baş Mexaniki Fərid Ağayev tərəfindən həmin MMC-nin direktoru N.Eynallıya hazırki iş üzrə iddiaçı X1 istifadəsində olan “Tatra-815” markalı **-JZ-*** dövlət nömrə nişanlı yük avtomobilini dəfələrlə deyilməsinə baxmayaraq idarənin avtoqarajına gətirməməsi barədə rəsmi xidməti məruzə təqdim etmi şdir. MMC-nin direktoru N.Eynallı tərəfindən həmin xidməti məruzə yə dərkənar qoyularaq nəqliyyat vasitəsinin gətirilməsinin təmin edilməsi MMC-nin Baş Mexaniki Fərid Ağayevə tapşılmışdır. 04 noyabr 2022-ci il tarixdə sözügedən avtomaşın məcburi qaydada idarənin qarajına gətirilərək saxlanılmışdır. Bu barədə MMCnin 5 nəfər işçisinin iştirakı ilə həmin tarixdə AKT tərtib edilmişdir. Həmin AKT-da həmçinin T.Nuralıyevin idarə etdiyi olan “Tatra-815” markalı, 10 JZ-207 dövlət nömrə nişanlı yük avtomobilini öz məqsədləri üçün istifadə etməklə idarəyə tabeçilik göstərməməsi digər işçilər arasında da əmək intizamının pozulmasına səbəb olduğu qeyd edilmişdir. Bundan başqa T.Nuralıyevə 04 dekabr 2022-ci il tarixdə istifadəsində olan “Tatra-815” markalı, **JZ-*** dövlət nömrə nişanlı yük avtomobilin i 01 dekabr 2022-ci il tarixdə qaraja gətirməməsi barədə izahat verməsi təklif edilmiş, lakin o, bu izahatı verməkdən imtina etmişdir. Sözügedən məsələ də MMC-nin aidiyyatı əməkdaşları tərəfindən aktlaşdırılmışdır. Bundan başqa T.Nuralıyev 17 və 18 noyabr tarixlərində bir daha əmək intizamını pozaraq hər iki gün heç bir üzürlü səbəb olmadan 5 saat yarım iş yerini tərk etmiş və məhz bu səbəbdən də "xxxx" MMC-nin direktoru Nazim Eynallının 17 noyabr 2022-ci il tarixli 27 saylı və 18 noyabr 2022-ci il tarixli 28 saylı əmrləri ilə onun əmək haqqı işdə olmadığı saatlara görə az hesablanmışdır. Bundan başqa T.Nuralıyevə 01 dekabr 2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyi üçün müqaviləyə xitam verilməsi barədə əmrin surəti təqdim edilmiş və bu barədə əmrin digər surətinə imza atmaq təklif edilmişdir. O, öncə əmrin surətinə imza atmış lakin sonra imza atığı sənədi götürərək cırmışdır. T.Nuralıyev həmçinin əmək kitabçasını təhvil alması barədə sənədə imza etməkdən imtina etmişdir. Hər iki hal həmin tarixdə iştirakçılar tərəfindən aktlaşdırılmışdır. Qeyd edilən halların mövcudluğu iddiaçının işdən əmrlə qovulmasına tam hüquq vediyi halda rəhbərlik tərəfindən onun əmək müqaviləsinin vaxtının bitməsinə az bir vaxtın qalması səbəbindən T.Nuralıyevə humanistlik göstərilmiş və sonda o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (Əmək müqaviləsinin müddətinin bitməsi) əsasən işdən çıxarılmışdır.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tar ixli rəyinə əsasən tədqiqata təqdim edilmiş xx.xx.2022-ci il tarixli 180 nömrəli əmək müqaviləsinin sonuncu vərəqənin aşağı hissəsində olan “İmza” qrafasındakı imza elektrofotoqrafik çap qurğuda (lazer printer, çoxaldıcı qurğu və s.) çap edilmişdir, sonra üzərinə qələmlə təkrar çəkilmişdir. Ekspertizaya təqdim edilmiş, mülki işin 40-43-cü vərəqlərində olan 01 aprel 2022-ci il tarixli 180 nömrəli əmək müqaviləsinin sonuncu vərəqində “11.2 İşçinin soyadı, adı, atasının adı və ünvanı” hissəsində “İmza:” qrafasındakı imzanı - tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız oluğundan, Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və “Məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanunun 12-ci maddələrinə əsasən, həmin imzanın İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmaması haqqında rəy vermək mümkün deyildir. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixinin, ştempel boya ilə icra olunmuş möhür əksinin, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən “01 aprel 2022-ci il tarixli 180 saylı əmək müqaviləsində olan yazılar (əl və çap üsulu ilə) həmin tarixdə yazılmışdır yoxsa sonradan icra edilmişdir? Sualı üzrə tədqiqat aparılmamışdır.
10. Şamaxı Rayon Məhkəməsinin 2(074)-181/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia qismən təmin edilmiş, 01 aprel 2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2021-ci il il tarixdə "xxxx" MMC-yə sürücü vəzifəsinə işə qəbul edilmiş, 01 dekabr 2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddəti qurtardığından İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixli rəyinə əsasən cavabdeh tərəfindən təqdim edilmiş tərəflər arasında bağlanmış əmək müqaviləsinin İddiaçı tərəfindən imzalanmamış ona aid hissəsində olan “İmza” qrafasındakı imza elektrofotoqrafik çap qurğuda (lazer printer, çoxaldıcı qurğu və s.) çap edilmiş, sonra üzərinə qələmlə təkrar çəkilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, əmək müqaviləsi işçi tərəfindən imzalanmadığından etibarsız sayılmalıdır.
12. Məhkəmə mövqeyini Mülki Məcəllənin 324.4, 324.6, 329.1, 331.1, 331.3, 337.1, 337.3, 337.4-cü maddələrinə, Əmək Məcəlləsinin 44-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, iddianın təmin olunmayan hissəsində ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı (işçi) ilə, cavabdeh (işəgötürən) arasında bağlanmış xx.xx.2022-ci il, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edilirsə, Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmri də ləğv olunmalı idi. İd diaçı Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunmalı və məcburi işburaxma üçün əmək haqqlarının ona ödənilməsi barədə iddia tələbi tam təmin olunmalı idi. Bir daha təsdiq olunur ki, məhkəmə qanunun tələblərini pozaraq yanlış nəticəyə gəlmişdir. Məhkəmə İddiaçı idarə etdiyi “Tatra-815” markalı **-JZ-*** dövlət nömrə nişanlı avtomaşının sürücüsü kimi xx.xx.2011-ci ildən xx.xx.2021-ci il tarixinədək Bakı şəhəri "xxxx" QSC-nin 73 nömrəli Yol istismarı müəssisəsində qüsursuz və fasiləsiz 10 il müddətində işləməsini, "xxxx" MMC-nin balansından avtomaşınla birlikdə "xxxx" MMC-nin balansına verilməsini və "xxxx" MMC-nin ştat cədvəlinə əlavə edilməsini ümumiyyətlə nəzərə almamışdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2023-cü il tari xli, 2(105)-1928/2023 nömrəli qətnaməsi ilə (hakimlər: L.M.Məmmədova (sədrlik edən), A.A.Mahmudov və S.A.Qafaridən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən, Azərbaycan Avtomobil X2 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 162 saylı əmrinin ləğv olunması, iddiaçının Azərbaycan Avtomobil X2 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi barədə iddia tələbini təmin edilməməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissələrdə təmin edilmiş, Azərbaycan Avtomobil X2 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli,162 saylı əmri ləğv olunmuş, İddiaçı Azərbaycan Avtomobil X2 "xxxx" MMC-də sürücü vəzifəs inə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının iddiaçıya işə bərpa olunduğu günədək hesablanaraq ödənilməsi qət edilmişdir.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli 180 saylı əmək müqaviləsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddiaçı xx.xx.2022-ci il tarixli 180 saylı Əmək müqaviləsinin etibarsız hesab olunması tələbinə qiymət verərək tələbi həmin hissədə təmin etmiş, tələbin Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi hissəsinə münasibət bildirməmiş, tələbin həmin hissələrdə təmin edilməməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də əsaslandırmamışdır.
17. Məhkəmə kollegiyası iddia tələbinin həmin hissələrinə qiymət verərək qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2011-ci il tarixdə Bakı şəhəri "xxxx" ASC-nin 73 nömrəli Yol istismarı müəssisəsində sürücü vəzifəsinə işə qəbul olunmuş, 2021-ci ilə kimi həmin idarədə işləmiş, xx.xx.2021-ci il tarixdə müdiriyyətin sərəncamı ilə idarə etdiyi av tomaşınla birlikdə müəssisənin Şamaxı rayonunda fəaliyyət göstərən 19 nömrəli xüsusi təyinatlı “Yol istismarı“ MMC-yə işə göndərilmişdir.
18. İşə əlavə edilmiş Azərbaycan Avtomobil X2 xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Agentliyin vəsaitlərin əvəzsiz olaraq balansdan balansa verilməsi barədə xx.xx.2021-ci il tarixli, 43 saylı sərəncamına əsasın 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansında olan **-JZ-*** dövlət nömrəs nişanlı "xxxx" markalı avtomoblilin 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansına verilməsi ilə əlaqədar olaraq 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin stat cədvəlindən 1 nəfər sürücü (tarif dərəcəsi 8) çıxarılaraq 19 nömrəli Xüsusi Təyinalı Yol İstismarı MMC-nin ştat cədvəlinə əlavə edilmişdir.
19. Birinci instansiya məhkəməs inin qətnaməsi ilə 01 aprel 2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edilmiş, məhkəmənin gəldiyi bu nəticə cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bir halda ki, iddiaçının işdən azad edilməsinə dair 01 dekabr 2022-ci il tarixli, 162 nömrəli əmrin əsasını iddiaçı ilə xx.xx.2022-ci il tarixədək bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi təşkil edir, həmin müqavilə iddiaçı tərəfindən imzalanmaması əsası ilə etibarsız hesab edildiyindən həmin müqavilənin müddətinin qurtarması əsası ilə işçinin fəaliyyətinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 162 nömrəli əmr əsaslı ola bilməz və əmək müqaviləsi etibarsız hesab edildiyindən həmin müqavilənin bitməsi əsası ilə işçinin əmək fəaliyyətinə xitam veril məsi qanuni hesab edilməməlidir.
21. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edildiyindən iddiaçı ilə cavabdeh arasındakı əmək münasibətləri tərəflər bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi və müqaviləyə dəyişiklik edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə tənzimlənməlidir.
22. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə bağlanmış sonuncu müqavilə xx.xx.2022-ci il tarixli müqavilədir və müqavilənin sonu xx.xx.2022-ci il tarixli müəyyən edilmişdir. Qeyd edilən tarixdən sonra iddiaçı ilə hər hansı əmək müqavilə bağlanmamış, işci həmin tarixdən işdən azad olunan tarixədək əmək fəaliyyətinə davam etmişdir.
23. Belə olan halda iddiaçının əmək mü qaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad olunması barədə əmr əsaslı olmamışdır.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, bir-birilə əlaqəli olduğuna görə iddia tələbi əmrin ləğv olunmasına dair hissədə təmin olunduğundan iddia tələbi digər hissələrdə, yəni işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbləri də təmin olunmalıdır.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qeyd edilən hissələrdə təmin etməyərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, mübahisələndirilən əmrin verilməsinə əsas olmuş əmək müqaviləsinin etibarsız hesab edilməsi qənaətinə gəlsə də, nəticədə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə işin hallarına uyğun olmayan qətnamə çıx armışdır. Bu da qətnamənin ləğvi üçün əsasdır.
26. Məhkəmə mövqeyini Mülki Məcəllənin 324, 329, 331, 337-ci maddələrinə, Əmək Məcəlləsinin 5, 42, 43, 44, 45, 68, 73 və 296-cı maddələrinə, “Mediasiya haqqında” Qanunun 32 və 35-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 217 və 384-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya istansiyası məhkəməsindəki birinci icraat
27. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilib kassasiya şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1252/2024 nömrəli iş üzrə 08 may 2024-cü il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva (məruzəçi), Əhliman Xıdırov və Elşad Şamayev) "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilmi ş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 dekabr 2023-cü il tarixli 2(105)-1928/2023 saylı qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
29. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ olub, lakin işəgötürənin istinad etdiyi müqavilə müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə dair xx.xx.2022-ci il tarixli müqavilə etibarsız əqd olduğundan həmin müddət xx.xx.2022-ci il tarixdə deyil, əvvəlki müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə bitəcəyindən xx.xx.2022ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr düzgün verilməmişdir.
30. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin tələblərinə görə, əmək mübahisəsini həll ed ən məhkəmənin iddiaçını əvvəlki vəzifəsinə bərpa etməklə bu barədə qətnamənin icra olunduğu, yəni onun işinə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul etməsi iddiaçının pozulmuş hüquqlarının bərpası baxımından mütənasiblik prinsipini aşmaqla, onun haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin hüquqlarının əsassız pozulmasına gətirib çıxarmışdır.
31. Belə ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir. Bu prinsipdən çıxış edərək qeyd olunmalıdır ki, məhkəmə qaydasında hüquqlar yalnız pozulduğu hədlərdə bərpa edilə bilər. Həmin hədlərin aşılması bir tərəf üçün əsassız əlverişli nəticələr yaratmaqla, qarşı tərəfin hüquqlarının pozulması deməkdir.
32. Əmək hüquq münasibətləri baxımından da işçi və ya işəgötürən tərəfindən yol verilmiş əmək hüquq pozuntularına görə tətbiq edilən məsuliyyət tədbirləri mütənasiblik təşkil etməlidir. Təsadüfi deyildir ki, əmək qanunvericiliyində işçinin yol verdiyi pozuntunun xarakterindən, ağırlığından asılı olaraq fərqli intizam tənbeh tədbirləri nəzərdə tutulub (Əmək Məcəlləsinin 186-cı maddəsi).
33. Hazırkı işdə, işə baxan məhkəmələr iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və bu barədə qətnamənin icra olunduğu, yəni onun işinə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarmaları qeyd olunan prinsipin tələblərinə zidd olmaqla, Əmək Mə cəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin düzgün tətbiq olunmaması deməkdir.
34. İşəgötürən müddətin bitməsinə görə iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermək barədə iradəsini açıq şəkildə ifadə edib və bu barədə müvafiq əmr imzalayıb. Həmin əmrin müqavilənin etibarsız hesab edilməsi əsası ilə ləğv edilməsi işəgötürənin etibarlı əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququnu aradan qaldırmır, sadəcə bu hüququn realizəsini gecikdirir.
35. Yəni bir halda ki, işəgötürən işçi ilə bağladığı əmək münasibətini davam etdirməmək barədə iradəsini ifadə edib və bu iradə ifadəsi əlavə heç bir şərtdən asılı olmadan müqaviləyə xitam verilməsi üçün yetərlidir, bu zaman işçinin onun iradəsinə zidd olaraq əmək müqaviləsinin müddəti bitdiyi halda yeni tarixlə işə bərpa olunması, onunla yeni əmək müqaviləsi bağlanması və bu tarixədək olan bütün müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı tutulması düzgün yanaşma deyil və bu yanaşma açıq-aşkar qeyri-mütənasib olmaqla, iddiaçının haqqı çatmayanları əldə etməsinə və nəticədə işəgötürənin ağır iqtisadi sanksiyaya məruz qalmasına səbəb olur.
36. Əks yanaşma yuxarıda da qeyd olunduğu kimi, işəgötürənin hüquqlarının pozulması deməkdir. Yəni işəgötürən tərəfindən işçiyə müqavilənin müddətini uzatmayacağı barədə iradəsi ifadəsinin olduğu halda, işçi ilə bağlanmış əmək müqaviləsinin davam edəcəyi ən uzun müddət etibarlı müqavilə üzrə uzadılmış müddətin bitdiyi gün olacaq və həmin müddətin sonunda işəgötürən əlavə heç bir əsaslandırma aparmaqdan sahib olduğu hüquqdan istifadə edərək, əmək müqaviləsinə xitam verəcəkdi. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1307/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Almaz Süleymanova) apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-181/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən - xx.xx.2022-ci il tarixli, 162 saylı əmrin ləğv olunması və məcburi işburaxma üçün əmək haqqının ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Avtomobil X2 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 162 saylı əmri ləğv olunmuş, İddiaçı ilə cavabdeh Azərbaycan Avtomobil X2 "xxxx" M MC arasında bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən xitam verilmiş hesab edilmiş və xx.xx.2023-cü il tarixədək məcburi iş buraxmaya görə əmək haqqı cavabdeh "xxxx" MMCdən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
38. İşə təkrar baxan məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi birinci instansiya məhkəməsi tərəfindən etibarsız hesab edilmiş və həmin hissədən cavabdeh apellyasiya şikayəti vermədiyindən qətnamə həmin hissədə qüvvəyə minmişdir. Belə olan halda sonuncu dəyişiklik barədə xx.xx.2022ci il tarixli 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edildiyindən iddiaçı ilə cavabdeh arasın dakı əmək münasibətləri tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsi və müqaviləyə dəyişiklik edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə tənzimlənməlidir. Həmin müqavilələr üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış müvafiq alt sistemdə qeydə alınmış bildirişlərə əsasən xx.xx.2022-ci il tarixli müqavilənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Sonuncu etibarlı müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitsə də, ondan sonra iddiaçı ilə əmək münasibətləri xx.xx.2022-ci il tarixinədək davam etmiş və nəticədə sonuncu müqavilə hər dəfə 3 aylıq müddətə uzadılmış hesab olunmaqla, əmr verilərkən həmin müqavilənin müddəti bitməsə də, onun müddətinin xx.xx.2023-cü il tarixdə bitəcəyinə 1 a y müddət qalmışdır.
39. Nəzərə alınmalıdır ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Əmək qanunvericiliyində təsbit olunmuş prinsiplərə görə, bunun üçün işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin çıxarılması və bu barədə işçiyə məlumat verilməsi kifayətdir, işəgötürənin əlavə bir tələb irəli sürməsinə və ya əsaslandırma aparmasına gərək yoxdur.
40. Göründüyü kimi, hazırkı halda işəgötürənin qeyd olunan maddənin tələbinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ olub, lakin işəgötürənin istinad etdiyi müqavilə müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə dair xx.xx.2022-ci il tarixli müqavilə etibarsız əqd olduğundan həmin müddət xx.xx.2022-ci il tarixdə deyil, əvvəlki müqaviləyə əsasən x x.xx.2023-cü il tarixdə bitəcəyindən xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla verilmişdir. Odur ki, həmin əmrin ləğv olunması hissəsində birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
41. Kollegiya həmçinin qeyd etmişdir ki, həmin əmrin müqavilənin etibarsız hesab edilməsi əsası ilə ləğv edilməsi cavabdehin etibarlı əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququnu aradan qaldırmır, sadəcə bu hüququn realizəsini gecikdirir. Belə ki, cavabdeh müddətin bitməsinə görə iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermək barədə iradəsini açıq şəkildə ifadə etmişdir. Etibarlı müqaviləyə əsasən müddət xx.xx.2023-cü il tarixdə bitdiyindən, məhkəmə kollegiyası hesab edi r ki, əmək müqaviləsi həmin tarixdən xitam verilmiş hesab edilməlidir.
42. Yəni bir halda ki, işəgötürən işçi ilə bağladığı əmək münasibətini davam etdirməmək barədə iradəsini ifadə edib və bu iradə ifadəsi əlavə heç bir şərtdən asılı olmadan müqaviləyə xitam verilməsi üçün yetərlidir, bu zaman işçinin onun iradəsinə zidd olaraq əmək müqaviləsinin müddəti bitdiyi halda yeni tarixlə işə bərpa olunması, onunla yeni əmək müqaviləsi bağlanması və bu tarixədək olan bütün müddət üçün məcburi iş buraxmaya görə əmək haqqı tutulması işəgötürənin ağır iqtisadi sanksiyaya məruz qalmasına və hüquqlarının pozulmasına səbəb olur.
43. Göstərilənlərə əsasən kollegiya həmçinin hesab etmişdir ki, məcburi iş buraxma müddəti üçün əmək haqqı da xx.xx.2023-cü il tarixə hesablanaraq iddiaçıya ödənilməlidir.
44. Kollegiya qeyd etmişdir ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir. Bu prinsipdən çıxış edərək qeyd olunmalıdır ki, məhkəmə qaydasında hüquqlar yalnız pozulduğu hədlərdə bərpa edilə bilər. Həmin hədlərin aşılması bir tərəf üçün əsassız əlverişli nəticələr yaratmaqla, qarşı tərəfin hüquqlarının pozulması deməkdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
45. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib,iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
46. Kassasiya şikayətində qeyd olunmuşdur ki, i ddiaçı xx.xx.2022-ci il tarixli 180 saylı əmək müqaviləsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olunması ve məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2022-ci il tarixli 180 saylı əmək müqaviləsinin etibarsız hesab olunması tələbinə qiymət verərək tələbi həmin hissədə təmin etmiş, tələbin Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli 162 saylı əmrinin ləğv olunması, onun Azərbaycan Respublikası Avtomobil X2 "xxxx" MMC-yə əvvəlki işinə bərpa olu nması və məcburi işburaxma üçün əmək haqqının cavabdehin hesabına ona ödənilməsi hissəsinə münasibət bildirməmiş, tələbin həmin hissələrdə təmin edilməməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də əsaslandırmamışdır. Məhkəmə kollegiyası iddia tələbinin həmin hissələrinə qiymət verərək qeyd etmişdir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2011-ci il tarixdə Bakı şəhəri "xxxx" ASC-nin 73 nömrəli Yol istismarı müəssisəsində sürücü vəzifəsinə işə qəbul olunmuş, 2021-ci ilə kimi həmin idarədə işləmiş, xx.xx.2021-ci il tarixdə müdiriyyətin sərəncamı ilə idarə etdiyi avtomaşınla birlikdə müəssisənin Şamaxı rayonunda fəaliyyət göstərən 19 nömrəli xüsusi təyinatlı "xxxx" MMC-yə işə göndərilmişdir.
47. İşə əlavə edilmiş Azərbaycan Avtomobil X2 xx.xx.2021-ci il tarixli məktubundan görü nür ki, Agentliyin vəsaitlərin əvəzsiz olaraq balansdan balansa verilməsi barədə xx.xx.2021-ci il tarixli, 43 saylı sərəncamına əsasən 3 nömrəli Xüsusi Tayinatlı Yol İstismarı MMC-nin balansında olan **-JZ-*** dövlət nömrə nişanlı "xxxx" markalı avtomoblilin 19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin balansına verilməsi ilə əlaqədar olaraq 3 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin stat cədvəlindən 1 nəfər sürücü (tarif dərəcəsi 8) çıxarılaraq 19 nömrəliXüsusiTəyinalıYol İstismarı MMC-ninştat cədvəlinə əlavə edilmişdir.
48. Həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi ilə 01 aprel 2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edilmiş, məhkəmənin gəldiyi bu nəticə cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir.
49. Məhkəmə kollegiyası qeyd etmişd ir ki, bir halda ki, iddiaçının işdən azad edilməsinə dair 01 dekabr 2022-ci il tarixli, 162 nömrəli əmrin əsasını iddiaçı ilə xx.xx.2022-ci il tarixədək bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi təşkil edir, həmin müqavilə iddiaçı tərəfindən imzalanmaması əsası ilə etibarsız hesab edildiyindən həmin müqavilənin müddətinin qurtarması əsası ilə işçinin fəaliyyətinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 162 nömrəli əmr əsaslı ola bilməz və əmək müqaviləsi etibarsız hesab edildiyindən həmin müqaviləni bitməsi əsası ilə işçinin əmək fəaliyyətinə xitam verilməsi qanuni hesab edilməməlidir.
50. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 180 nömrəli əmək müqaviləsi etibarsız hesab edildiyindən iddiaçı ilə cavabdeh arasındakı əmək münasibətləri tərəflər bağlanmış xx.xx.2021-ciil tarixli əmək müqaviləsi və müqaviləyə dəyişiklik edilməsiilə əlaqədar xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ilə tənzimlənməlidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə bağlanmış sonuncu müqavilə xx.xx.2022-ci il tarixli müqavilədir və müqavilənin sonu xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Qeyd edilən tarixdən sonra iddiaçı ilə hər hansı əmək müqavilə bağlanmamış, işçi həmin tarixdən işdən azad olunan tarixədək əmək fəaliyyətinə davam etmişdir. Belə olan halda iddiaçının əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad olunması barədə əmr əsaslı olmamışdır.
51. Məhkəmə kollegiyası hesab etmişdir ki, bir-birilə əlaqəli olduğuna görə iddia tələbi əmrin ləğv olunmasına dair hissədə təmin olundu ğundan iddia tələbi digər hissələrdə, yəni işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbləri də təmin olunmalıdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qeyd edilən hissələrdə təmin etməyərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, mübahisələndirilən əmrin verilməsinə əsas olmuş əmək müqaviləsinin etibarsız hesab edilməsi qənaətinə gəlsə də, nəticədə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə işin hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Bu da qətnamənin ləğvi üçün əsasdır.
52. Mülki işdən göründüyü kimi məhkəmə tərəfindən tərəflərin çəkişmə prinsipi pozulmuşdur. Əgər məhkəmə tərəfindən çəkişmə prinsipinə riayət olunsaydı, apellyasiya şikayətində göstəril ən xüsusatlar araşdırılardı. Təəssüflər olsun ki, bütün bu hallar aydınlaşdırılmadan qalmışdır. “Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilir, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş hallar sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
54. Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
55. Maddə 45 (4-cü hissə). Əmək funksiyasının y erinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
56. Maddə 45 (5-ci hissə). Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
57. Maddə 47 (“f” bəndi). Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.
58. Maddə 68 (2-ci hissə, “b” bəndi). Əmək müqaviləsinə müqavilə müddətinin qurtarması ilə xitam verilə bilər.
59. Maddə 73 (1-ci hissə). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin be şinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
60. Maddə 73 (2-ci hissə). İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
61. Maddə 83 (1-ci hissə). Əgər işç i ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
62. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
63. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
70. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara i stinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
71. Verilmiş kassasiya şikayətinə əsasən hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosess ual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
73. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatlarda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
74. Kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ olub, lakin işəgötürənin istinad etdiyi müqavilə müddətinin xx.xx.2022-ci il tarixdə bitməsinə dair xx.xx.2022-ci il tarixli müqavilə etibarsız əqd olduğundan həmin müddət xx.xx.2022-ci il tarixdə deyil, əvvəlki müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə bitəcəyindən xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla verilmişdir. Həmin əmrin müqavilənin etibarsız hesab edilməsi əsası ilə ləğv edilməsi cavabdehin etibarlı əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququnu aradan qaldırmır, sadəcə bu hüququn realizəsini gecikdirir. Belə ki, cavabdeh müddətin bitməsinə görə iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermək barədə iradəsini açıq şəkildə ifadə etmişdir. Etibarlı m üqaviləyə əsasən müddət xx.xx.2023-cü il tarixdə bitdiyindən, məhkəmə kollegiyası hesab edir ki, əmək müqaviləsi həmin tarixdən xitam verilmiş hesab edilməli və həmin müddətə uyğun məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir.
75. İddiaçının digər dəlilləri sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlıdır ki, bu hallar kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ib arət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
76. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 oktyabr 2024-cü il tarixli, 2(105)-1307/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.