Məhkəmə qərarları › İş №2(102)-5392/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5392/2019

27.08.2019 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5392/2019 27.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, vəkili X4, Cavabdeh MMC vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(103)13953/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(006)5818/2018 saylı qətnaməsi ilə (sədrlik edən, haki m E.Ə.Mehdiyev) İddiaçı Cavabdeh MMC qarşı “işə bərpa, dəymiş maddi, mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(103)13953/2019 saylı qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və V.T.Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “işə bərpa, dəymiş maddi, mənəvi zərərin əvəzinin ödənilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, cavabdeh təşkilatın Sorğu Xidmətlə rinin İdarə Edilməsi üzrə Bölməsində müştəri sorğu xidmətləri üzrə mütəxəssis vəzifəsində işləyib. İşəgötürənin 28 mart 2018-ci il tarixli, 198 saylı əmri ilə onunla bağlanmış 06 aprel 2017-ci il tarixli, 1035 saylı əmək müqaviləsinə 28 mart 2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) qanunsuz olaraq xitam verilib. Əmrin verilməsinə əsas kimi onun izahatı, Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinə yazdığı 12 fevral 2018-ci il tarixli məktub, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 144-cü maddəsi göstərilib. Ona görə də işəgötürənin 28 mart 2018-ci il tarixli, 198 saylı əmrinin ləğv edilib, onun cavabdeh təş kilatda əvvəlki “mütəxəssis” vəzifəsinə işə bərpa edilməsi, 28 mart 2018-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək məcburi işburaxdığı günlər üçün ona əmək haqqının ödənilməsi və mənəvi zərərin əvəzinə görə cavabdeh təşkilatdan onun xeyrinə 5.000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün a pellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı, vəkili X kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh MMC-nin vəkili X məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasssasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş bir aylıq iddia müddətini ötürməsinə, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcə lləsinin 70, 72, 296-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı 06 aprel 2017-ci il tarixli, 1035 saylı əmək müqaviləsinə əsasən cavabdeh təşkilatda Sorğu Xidmətlərinin İdarə Edilməsi üzrə Bölmədə müştəri sorğu xidmətləri üzrə mütəxəssis vəzifəsində işləyib. İşəgötürənin 28 mart 2018-ci il tarixli, 198 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 28 mart 2018-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilib. Əmrin verilməsinə əsas kimi iddiaçının özünün izahatı, onun Daxili və İnformasiya Təhlükəsizliyi İdarəsinə yazdığı 12 fevral 2018-ci il tarixli məktubu, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 144-cü maddəsi göstərilib. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə e yni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən edib ki, iddiaçı hüququnun pozulduğunu 2018-ci ilin mart ayında aşkar edib, lakin hazırki iddia ərizəsi ilə məhkəməyə 3 aydan sonra, yəni 16 iyul 2018-ci il tarixdə müraciət edib. İddiaçı özü də iddia ərizəsində, apellyasiya və kassasiya şikayətlərində etiraf edib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan 1 aylıq müddəti ötürüb. Belə ki, o, ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin bərpa edilməsini xahiş edib və bunu onunla əsaslandırıb ki, iddia müddətini üzrlü səbəbdən ötürüb. Lakin mülki iş materiallarında onun iddia müddətini üzrlü səbəblərdən ötürməsi barədə heç bir mötəbər yazılı sübut yoxdur. İşə birinci instansiya məhkəməsində baxılması zamanı cav abdeh tərəf ərizə təqdim edərək, hazırkı əmək mübahisəsinə 1 aylıq iddia müddətinin tətbiq edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərini işin yuxarıda müəyyən edilmiş həqiqi hallarına tətbiq edib haqlı olaraq belə qənaətə gəlib ki, iddiaçı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürüldüyündən, habelə iddia müddətinin üzrlü səbəbdən buraxılmasına dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və aşağıdakı maddələrin tələblərini hazırkı əmək mübahisəsinə düzgün tətbiq edib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq həmin maddənin 1-ci hissəsində göstərilən hal dan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi kassasiya şikayət inin dəlilləri ilə razılaşmayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin yazılı ərizəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan 1 aylıq iddia müddətini hazırki əmək mübahisəsinə tətbiq etməklə, iddia tələblərini rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin hazırki əmək mübahisəsinə iddia müddətinin tətbiqi iddia tələblərinin rədd edilməsi üçün birmənalı əsas sayıldığından, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlilləri üzrə əlavə araşdırma aparılmamaqda da haqlı olmuşdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məh kəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, işin həqiqi halları üzrə səhv nəticəyə gəlməsini, özünün və ərinin xəstəliyi ilə əlaqədar olaraq vaxtında məhkəməyə müraciət edə bilməməsini göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozması, işin hansı həqiqi halları üzrə səhv nəticəyə gəlməsi barədə tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, iddiaçının səhhəti ilə əlaqədar olaraq 12 dekabr 2017-ci ildən 16 mart 2018-ci il tarixədək ambulator müalicə alması, eləcə də əri Ramin Səlimovun 21 noyabr 2017-ci il tarixdə “Modern Hospital” klinikasında “sol dizdə ön çarpaz bağ qopması” diaqnozu üzrə əməliyyat olması və 5 ay ev şəraitində ambulator müalicə alması ilə əlaqədar olaraq iddiaçının ona qulluq göstərməsi, 2018-ci ilin mart ayından 16 iyul 2018-ci il tarixədək ötürülmüş müddətin üzrlü sayılaraq bərpa edilməsi üçün əsas sayıla bilməz. Çünki ambulator müalicə aldığı müddətdə iddiaçının kifayət qədər vaxtı olub ki, o, pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etsin. Lakin o, vaxtında məhkəməyə müraciət etməyib və qanunla müəyyən edilmiş müddəti üzrsüz səbəblərdən ötürüb. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya i nstansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmi n edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 yanvar 2019-cu il tarixli, 2(103)-13953/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar