Məhkəmə qərarları › İş №2(102)-5393/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5393/2019

27.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5393/2019 27.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2(103)287/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 21 avqust 2018-ci il tarixli, 2(011)-5721/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.Ə.Misirzadə) İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “47.000 manat pul tələbinə dair” ilk iddia ərizəsi qismən təmin, cavabdehin iddiaçıya qarşı “141.000 manat pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi rədd edilərək, cavabdehdən 44.558,41 manat pulun tutulub iddiaçıya verilməsi və qalan hissədə ilk iddia ərizəsinin rədd edilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2(103)287/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, Z.Ə.Əliyev və F.Ş.Talışinski) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi ilk iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilib, həmin hissədə də ilk ilddia ərizəsi rədd edilib, qalan hissədə qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “47.000 manat pul tələbinə dair” iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, 2013-cü ilin iyun ayında cavabdehlə qarşılıqlı razılaşma əsasında “Maşa və Ayı” adlı uşaq geyimləri və ləvazimatları mağazası açmaq qərarına gəlib. Birlikdə işə başlamaq üçün öncədən xərclənəcək vəsait və iş bölgüsü barədə aralarında şifahi razılaşma olub. Belə ki, birgə fəaliyyət üçün o, 80.000 manat, cavabdeh isə 51.000 manat vəsait qoyub. Razılaşmaya görə, işə nəzarət etmək, dükanı açmaq üçün müqavilə bağlamaqla qeyri-yaşayış sahəsini icarəyə götürmək, işçilərlə əmək müqaviləsi bağlamaq, h əmçinin sahibkarlıq fəaliyyəti üçün tələb olunan bütün sənədləşdirməni aparmaq və bunların icrasına nəzarət etmək cavabdehə həvalə edilib. Əldə olunan gəlirin bərabər şəkildə öz aralarında bölünməsi haqqında qarşılıqlı razılıq əldə edilib. Qoyulan vəsaitin 35.000 manatı dükanın avadanlıqla təmin olunmasına, 96.000 manatı isə uşaq geyimləri və əşyalarının alınmasına xərclənib. Cavabdeh tərəfindən iki mərtəbədən ibarət mağazaya quraşdırılmış avadanlıqların siyahısı tərtib edilib və xərclənən vəsait hesablanaraq müəyyən edilib. Cavabehlə aralarında olan razılaşmaya görə, iş birliklərinə son qoyulduğu halda 80.000 manat pul ona, 51.000 manat pul isə cavabdehə qaytarıldıqdan sonra qalan vəsait öz aralarında bərabər şəkildə bölünməli idi. Bütün bu razılaşmalardan sonra 05 avqust 2013-cü il tar ixdən “Maşa və Ayı” uşaq geyimləri dükanı fəaliyyətə başladı. 2018-ci ilin yanvar ayında bəzi səbəblərdən birgə fəaliyyətə son qoymaq qərarına gəlmiş və 13 yanvar 2018-ci il tarixdə dükanda olan malların dəyəri müəyyən edilməklə, bu barədə akt tərtib edilib. Akta görə dükanda olan malların qalıq dəyəri 167.116,83 manat təşkil edib və həmin akt dükanın işçiləri xxx, xxx və xxx tərəfindən imzalanmaqla təsdiq edilib. Dəyəri 167.116,83 manat olan uşaq geyimləri və əşyaları, eləcə də dükanın içində olan 40.000 manat dəyərində avadanlıqların bölünməsindən ona çatacaq 103.500 manat dəyərində mal və avadanlığın qarşılığında cavabdeh ona cəmi 56.500 manat dəyərində mal verərək dükandan çıxmasını tələb etdi. Qalan 47.000 manat dəyərində mal və avadanlıqları isə verməkdən imtina etdi. Halbuki, dükan bu gün də işləyir və cavabdeh onun razılığı olmadan ona məxsus olan malların satışını davam etdirir. Ona görə də ilk iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh isə məhkəmədə iddiaçıya qarşı “141.000 manat pul tələbinə dair qarşılıqlı iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, 2012-2013-cü illərdə biznes fəaliyyəti ilə məşğul olmaq qərarına gəlib və hədəfi universal uşaq dükanı açmaq olub və bu barədə iddiaçı ilə aralarında razılaşma əldə olunub. İlk əvvəl dükana avadanlıqların qurulması üçün o, iddiaçıya 35.000 manat civarında vəsait lazım olduğunu bildirib və bu işi öz öhdəsinə götürüb. Bundan sonra, o, “xxxx” ASC 20.000 manat, “xxxx” ASC 15.000 manat kredit götürərək dükanı öz vəsaiti hesabına avadanlıqlarla təchiz edib və iddiaçının ona heç bir köməyi olmayıb. Bundan sonra dükana malların alınması üçün təxminən 80.000-100.000 manat vəsait, həmçinin bu tip dükanı idarə etmək üçün rəhbər işçiyə hər ay 1.500 manat əmək haqqı verilməli olduğunu bildirib. Dükanda quraşdırma işləri hazır olduqdan sonra iddiaçı ona 80.000 manat verə bilməyəcəyini və təxminən 50.000 manat verə biləcəyini bildirib. Lakin, o iddiaçı ilə razılaşmayıb və həmin vəsaitə siyahısını tutduğu malları ala bilməyəcəyini bildirib. Bir gün sonra iddiaçı ona 70.000 manat verə biləcəyini bildirib və o, isə buna razılaşmaq məcburiyyətində qalıb. Çünki, artıq özünə məxsus olan mənzili “xxxx” ASC ipoteka qoyaraq götürdüyü 35.000 manat vəsaiti dükanın qurulmasına xərcləmişdi. İddiaçıdan 70.000 manat pul vəsaitini götürüb ayrı-ayrı ölkələrdən mallar alaraq dükanın fəaliyyətə başlamasına çalışıb v ə 08 avqust 2013-cü il tarixdə dükanın açılışını edib. 2013cü ilin oktyabr ayında əlavə olaraq dükana 6.000 manat yatırım qoyub. 2013-cü ilin dekabr ayında yenidən dükana malların alınması üçün 10.000 manat vəsait xərcləyib. Dükanın gəlirindən iddiaçıya ümumilikdə 75.000 manat pul verib. 2015-ci ilin fevral ayında dünyada baş verən infilyasiya nəticəsində dükanın 15.000 ABŞ dolları civarında borcu yaranıb. Bütün bunlara baxmayaraq iddiaçıya hər ay 2.000 manat pul ödəyib. Nəticədə dükanın borcları günü-gündən artmağa başlayıb və bu tendensiya 2017-ci ilin mart ayınadək davam edib. Bu şəraitdə birgə işləmələri mümkün olmadığı üçün 17 yanvar 2018-ci il tarixdə dükanda olan malların dəyəri sayılmağa başlanıb və kompyuter üzrə faktiki olaraq dükanda mal qalığının 167.000 manat, həmin tarixə dük anın faktiki borcunun isə 40.000 manat olduğu müəyyən edilib. Faktiki olaraq onlara düşən mal qalığı 127.000 manat təşkil edib. İddiaçının məqsədi dükanda olan malların dəyərinin sayılaraq bölünməsi olub. O isə, izah etməyə çalışıb ki, dükanın faktiki borcu bağlanmadan orada olan mal bölünə bilməz. 2018-ci ilin fevral ayında dükanda olan malların sayılması prosesi qurtarıb. Bundan sonra iddiaçı yenidən malların təcili bölünməsi söhbətini gündəmə gətirib. 2018-ci ilin mart ayının sonunadək iddiaçı ona borcun bağlanması üçün möhlət verib. Ancaq borcu tam bağlamaq mümkün olmadı, çünki dükanın gündəlik dövriyyəsindən yığılan vəsait buna imkan vermirdi. 15 aprel 2018-ci il tarixdə yenidən bölgü prosesinə start verildi və həmin vaxt kompüter üzrə qalıq malların dəyəri təxminən 127.000 manat təşk il edirdi ki, bunun da təxminən 12.400 manatı firmalara olan borc olmuşdur. Bölgü nəticəsində onların hər birinə 58.000-60.000 manat civarında mal düşürdü və bölgü bu şəkildə də başa çatdı. Belə olan halda iddiaçının əlavə olaraq 27.000 manat dəyrində malın dükanda qalmasını, stellaj və avadanlıqlara görə ona 20.000 manat pulun ödənilməsini iddia etməsi tam əsassızdır. Çünki, həmin stellaj və avadanlıqları o, öz vəsaiti hesabına satın alıb. 2013-cü ilin avqust ayından 2018-ci ilin fevral ayınadək iddiaçının qızı xxx onun yanında “Maşa və Ayı” uşaq geyimləri dükanında malların mədaxili üzrə həftədə 2 dəfə normalaşdırılmamış iş qrafiki üzrə (istədiyi vaxt gedib-gəlib) ayda 300 manat olmaqla, 5 il müddətində cəmi 18.000 manat əmək haqqı almaqla mühasib işləyib. Lakin ötən müddət ərzində dük anın bütün işlərini özü aparıb və heç bir əmək haqqı almayıb. Onun dükanda gördüyü işə görə oxşar dükanlar tərəfindən hər ay azı 1.500 manat əmək haqqı ödənilir. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən- ilk iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilib, ilk iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzürsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilib, həmin hissədə ilk iddia ərizəsi rədd edilməsinə və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmasına baxmayaraq, cavabdeh qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməyib. İddiaçı isə kassasiya şikayətində qətnaməni ilk iddia ərizəsinin rədd edilməsi hissəsində mübahisələndirib. Ona görə kass asiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı iddiaçının kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İşdən görünür ki, 10 may 2013-cü il tarixli icarə müqaviləsinə əsasən Rəvan Allazov istifadəsində olan ünvan 1 ünvanda yerləşən sahəsi 274 kv.metr olan qeyri-yaşayış sahəsini hər ay 800 manat icarə haqqı ödəmək şərti ilə 3 il müddətinə cavabdehə icarəyə verib. Cavabdeh vergi ödəyicisi olmaqla vergi orqanı tərəfindən 28 iyul 2008-ci il tarixdə onun adına “fiziki şəxsin sahibkarlıq uçotu haqqında” Şəhadətnamə verilib və onunla “vergi partnyorluğuna dair” 29 noyabr 2013-cü il tarixli saziş bağlanıb. 2013-cü ilin iyun ayında tərəflər arasında “Maşa və Ayı” adlı uşaq geyimləri və ləv azimatları dükanının açılması və birgə fəaliyyətə başlamalarına dair qarşılıqlı razılaşma əldə edilib. Yəni, tərəflər arasında sözügedən dükanı birgə işlətmək üçün öncədən xərclənəcək vəsait və iş bölgüsü barədə şifahi razılaşma olub. Dükanın fəaliyyətə başlaması üçün iddiaçı tərəfindən 80.000 manat, cavabdeh tərəfindən isə 51.000 manat vəsait qoyulub. 13 yanvar 2018-ci il tarixdə tərəflər birgə ortaqlığa xitam verilməsinə dair razılığa gəlib və dükanda olan qalıq malların dəyərinin dəqiq hesablanması üçün dükanın işçiləri xxx, xxx və xxx, o cümlədən cavabdehin özü tərəfindən imzalanmaqla akt tərtib edilib və həmin akta görə dükanda qalıq malların dəyəri 167.116,83 manat müəyyən edilib. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ilk iddia ərizəsinin təmi n edilməsi hissəsində ləğv edib, həmin hissədə ilk iddia ərizəsini rədd edərkən, yalnız cavabdehin izahatına və iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməməsinə əsalanıb və qeyd edib ki, 13 fevral 2018-ciiltarixdə dükanda olan mal qalığının dəyəri 167.116,83 manat təşkil etsə də, qalıq mallarının dəyərinin sayılması birneçəay davamedib və bumüddətərzindəbəzimalların satılması nəticədə malların qalıq dəyəri, eləcə də kredit borcunun məbləği azalıb və buproses 25 may 2018-ciiltarixədəkdavamedib. Həmintarixə dükanda olan qalıq mallarının dəyəri 117.212 manattəşkil edib. Bundan sonra malların qalığı ikibərabərhissəyəbölünüb və hərəyə 58.506 manat dəyərində mal düşüb. Bununəksi olaraq iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməyi b. İddiaçının istinadetdiyi 13 yanvar 2018-ciiltarixliaktda isə mallarınməhzhəmintarixdə bölünməsinə dair heç bir qeyd yoxdur. Busəbəbdəndəhəminakt qalıq malların faktikiolaraqbölünməsinitəsdiqedənsübutkimi qəbul edilə bilməz. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi hər hansı maddi hüquq normasına istinad etmədən gəldiyi nəticəni yalnız prosessual normalarla əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərfli və obyektiv araşdırmayıb. Belə ki, əvvəla, Azərbaycan Respublikası MPM-nin 106.1 və 106.3-cü maddələrinin mənasına gö rə, işdə iştirak edən şəxslər mülki işə baxılması zamanı meydana çaxın istənilən məsələ üzrə izahat verə və mübahisəyə öz münasibətlərini bildirə bilərlər. Lakin heç də bütün izahatlar mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin işdə iştirak edən şəxslər mübahisə edilən hüquq münasibətini şərh edə, tətbiq olunan hüquq normalarına təfsir verə, müxtəlif prosessual hərəkətlərə münasibət bildirə, habelə öz mövqelərinə uyğun başqa fikir və mülahizələr ifadə edə bilərlər. İşdə iştirak edən şəxslərin yalnız iş üçün əhəmiyyət kəsb edən faktlar (yəni sübutetmə predmetinə aid olan faktlar) barədə izahatları sübut kimi qəbul edilə bilər. Digər tərəfdən işdə iştirak edən şəxslərin izahatlarının sübut əhəmiyyətini qiymətləndirərkən həmin məlumatların işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verildiyinin nəzərə alınması zəruridir. Buna görə də işdə iştirak edən şəxslərin izahatlarının diqqətlə yoxlanılmasına ehtiyac vardır. Göründüyü kimi prosessual qanunvericilik məhkəmələrdən işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə toplanmış digər sübutlarla birlikdə yoxlamağı və qiymətləndirməyi tələb edir. Nəzərə alınmalıdır ki, işdə iştirak edən şəxslərin faktı etiraf etməsi qarşı tərəfi həmin faktı sübut etmək vəzifəsindən yalnız o, halda azad edə bilər ki, iş üzrə sübutetmə vəzifəsinə malik olan və həmin faktı təkzib etmək hüququ olan bütün şəxslər həmin faktı etiraf etsinlər, yaxud həmin faktı təkzib etmək hüququ olan başqa şəxslər olmasın. Hər bir halda məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxslərin izahatlarını dərhal əsaslı hesab edib qəbul edə bilməz. E tiraf hər bir halda məhkəmə tərəfindən yoxlanılmalıdır və aşağıdakılar aşkar olunduqda etirafın qəbul edilməsindən imtina edilməlidir: birincisi, faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; ikincisi, faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; üçüncüsü, faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Apellyasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, tərəflərin tam ortaqlığına əsaslanan dükanın nə vaxtdan fəaliyyətə başlamasını, iddiaçının ortaqlıqda iştirakdan nə vaxtdan imtina etməsini dəqiqləşdirmədən, tərəflərin dükanda şərikli kapitalının miqdarını, tərkibini, eləcə də hər bir iştirakçının şərikli kapitaldakı payının miqdarını müəyyən etmədən, vergi ödəycisi kimi cavabdehin bu barədə vergi orqanına təqdim etdiyi hesabatları məhkəməyə təqdim etməyi ona təklif etmədən, həmin hesabatlara, sənədlərə baxış keçirib onları işdə iştirak edən şəxslərin izahatları ilə müqayisəli şəkildə təhlil etmədən, zərurət yarandığı halda iş üzrə müvafiq ekspertizalar keçirib iddiaçının tam ortaqlıqdan çıxdığı vaxt dükanda olan qalıq malların tərkibini, dəyərini, həmçinin orada olan avadanlıqların ötən 5 il müddət ərzində amortizasiya və köhnəlmə əmsallarını da nəzərə almaqla hazırki real bazar qiymətlərini müəyyən etmədən, göstərilən halları aydınlaşdırmaq, o cümlədən məhkəmə icraatı üzrə əsl həqiqəti müəyyən etmək üçün 13 yanvar 2018-ci il tarixli aktı tərtib etmiş, imzalamış şəxsləri, yəni xxx, xxx və xxxi şahid qismində məhkəmə iclasına dəvət edib dinləmədən, iddiaçının tələb və etirazlarının əsaslandırdığı əksər faktları cavabdehin etiraf etməsini nəzərə almadan və beləliklə də, tərəflərin prosessual hüquqlarının həyata keçməsinə bilavasitə köməklik göstərmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsində də təsbit edilib göstərilib. Həmin maddənin mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onlar ın prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə bilavasitə köməklik göstərməlidir. Eyni zamanda prosessual qanunverciliyə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif etməlidir (MPM-nin 77.3-cü maddəsi). Bundan başqa apellyasiya instansiyası məhkəməsi qətnamədə 13 fevral 2018ciiltarixdə dükanda olan qalıq malların dəyəri 167.116,83 manat təşkil etsə də, qalıq malların dəyərinin sayılması birneçəay davametdiyi üçün bumüddətərzindəbəzimalların satılması nəticədə malların qalıq dəyərinin, eləcə də kredit borcunun məbləğinin azalmasını və buprosesin 25 may 2018-ciiltarixədəkdavamet məsini və həmintarixə dükanda olan qalıq mallarının dəyərinin isə 117.212 manattəşkil etməsini göstərsə də, hansı mötəbər yazılı sübutlara əsasən bu qənaətə gəlməsini qətnamədə əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi bu hallara dair cavabdehin məhkəməyə bu barədə heç bir sübut təqdim etməməsini nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətini n mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Əksinə, işdən görünür ki, tərəflər birgə ortaqlığa xitam verilməsinə dair razılığa 25 may 2018-ci ildə deyil, 13 yanvar 2018-ci il tarixdə gəlmişlər və həmin tarixdə dükanda olan qalıq mallarının dəyəri müəyyən edilməklə, bu barədə dükanın işçiləri xxx, xxx, xxx, o cümlədən cavabdehin özü tərəfindən imzalanmaqla akt tərtib edilib və həmin akta görə dükanda olan qalıq malların dəyəri 117.212 manat deyil, 167.116,83 manat təşkil edib. Göründüyü kimi dükanda olan qalıq mallarının dəyəri 13 yanvar 2018-ciiltarixdə müəyyən edildiyi və bu barədə cavabdehin özünün iştirakı ilə müvafiq akt tərtib edildiyi halda, qalıq mallarının dəyərinin sayılmasının birneçəay davametməklə 25 may 2018-ci il tarixədək uzanması və bumüddətərzindəbəzimalların satılması nəticədə malların qalıq dəyərinin, eləcə də kredit borcunun məbləğinin azalması və sair inandırıcı, ağlabatan görünmür və işdə, bu halları təsdiq edən heç bir mötəbər yazılı sübut yoxdur. Eyni zamanda dükanın kredit borcunun 46.859 manat civarında olması mülki iş materilları ilə təsdiq olunmur, apellyasiya instansiyası məhkəməsi bu məbləği hansı sübuta əsasən müəyyən etməsini qətnamədə göstərməyib. Əksinə, iddiaçının etirafına görə, dükanın kredit borcu 36.000 manat, dükanda cavabdeh tərəfindən quraşdırılmış avadanlıqların dəyəri isə 35.000 manat civarında olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386. 1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlmə əsaslarından biri də müqavilədir. Həmin Məcəllənin 406.1-ci maddəsinə görə, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 392.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 392.3-cü maddəsində göstərilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini pozaraq, cavabdehin öz vəzifəsini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə iddiaçı ilə aralarında olan razılaşmanın şərtlərinə müvafiq surətdə hərəkət etməməsini, eləcə də cavabdehin özünün də bəyənib imzaladığı akta görə 13 yanvar 2018-ci il tarixdə dükanda olan qalıq mallarının dəyərinin 167.116,83 manat, orada olan avadanlıqların dəyərinin isə cavabdehin etirafına görə 35.000 manat, dükanın kredit borcunun iddiaçının etirafına görə 36.000 manat təşkil etməsini, qanuna görə tam ortaqlıqdan çıxmış iştirakçıya şərikli kapitaldakı payına uyğun ortaqlıq əmlakı hissəsinin dəyərinin ödənilməli olmasını, həmçinin çıxan iştirakçıya ortaqlıq əmlakından çatası hissə və ya onun dəyərinin çıxdığı məqamda tərtib edilən balans üzrə müəyənləşdərilməsini və beləliklə də, iddiaçının ilkin ödədiyi 80.000 manat da nəzərə alınmaqla, ona çatası qalıq mallarının dəyərinin 44.558,41 manat təşkil etməsini nəzərə almadan və bu barədə işə əlavə edilmiş sübutlara obyektiv hüquqi qiymət vermədən, ilk iddia ərizəsini mübahisələndirilən hissədə rədd etməklə, əslində qeyd olunan məbləğdə dükanda qalan qalıq malları cavabdehin xeyrinə güzəştə getmişdir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndi rilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullarından biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar eksperti zaların keçirilməsidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən- ilk iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilməli, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxıla rkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, mübahisəyə maddi, prosessual hüquq normalarının düzgün tətbiq edilməsi təmin edilməklə, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2(103)-287/2019 saylı qətnaməsi qismənİddiaçı Cavabdeh qarşı “47.000 manat pul tələbinə dair” ilk iddia ərizəsinin rədd edilməsi hissəs ində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar