Məhkəmə qərarları › İş №2(102)-5394/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5394/2021

22.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5394/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5394/21 (Açar sözlər: borc tələbi, iddia müddəti) Bakı şəhəri, 22 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının vəkili Vəkil, cavabdeh Cavabdeh nümayəndəsi X3 və vəkili Hüseynova Zoya Kərəm qızının iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-943/2021 nömrəli, 19 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının kassasiya şikayətinə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında 17.10.2011-ci il tarixdə, № 453 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən sonuncuya illik 20 faizlə, 24 ay müddətinə 6100 (altı min bir yüz) manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-CG-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 m inik” markalı (buraxılış ili 2011, banXTA210740B3110655, rəngiqara) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. 3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə İddiaçı QSC arasında bağlanmış “Tələb hüququnun güzəşt edilməsinə dair” 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ “Aqrarkredit“QSC-yə keçmişdir. 4. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzər də tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "Aqrarkredit” QSC tərəfindən "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1365 saylı, 10 noyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 4101 (dörd min bir yüz bir) manat, faiz borcu üzrə 4472.63 (dörd min dörd yüz yetmiş iki manat 63 qəpik) manat olmaqla, cəmi 8573.63 (səkkiz min beş yüz yetmiş üç manat 63 qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "Aqrarkredit“ QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-CG-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban-XTA210740B3110655, rəng-qara) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş e tmişdir.

7. İddia tələbi onunla əsaslandırılıb ki, cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, krediti və faizləri vaxtında ödəməmişdir.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 269.1, 296.1, 297, 385.1, 442 və 448.1-ci maddələrinə istinad etmişdir.

9. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6091/2018 nömrəli, 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh əsas borc üzrə 4101 (dörd min yüz bir) manat, faiz borcu üzrə 4472,63 (dörd min dörd yüz yetmiş iki manat altmış üç qəpik) manat olmaqla, cəmi 8573,63 (səkkiz min beş yüz yetmiş üç manat altmış üç qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun tutularaq İddiaçı Q SC Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilməsi, tutmanın ipoteka predmeti olan **-CG-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban XTA210740B3110655, mühərrik – 9833125, rəngi – qara) avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və borcun avtomobilin satışından əldə olunacaq vəsait hesabına İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi qət edilmişdir. (hakim Günel Tanrıverdiyeva)

10. Birinci instansiya məhkəməsi işdəki sübutla əsasən müəyyən etmişdir ki, "xxxx" ASC-nin Sənaye filialı ilə Cav abdeh arasında 17 oktyabr 2011-ci il tarixli 453 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 faizlə, 24 ay müddətinə 6100 manat məbləğində kredit verilmişdir. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə cavabdehin banka borcu yaranmışdır. Hazırda "xxxx" ASC-nin həmin müqavilədən irəli gələn tələb hüququ “AqrarKredit“ QSC-yə keçmişdir. Daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 019358 saylı 17.10.2011-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh məxsus 2011-ci il buraxılışlı, **-CG-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 minik” markalı XTA210740B3110655 ban nömrəli avtomobil ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin Binəqədi filialının xeyrinə ipo teka ilə yüklü edilmişdir.

11. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən iddianın təmin edilməli olması nəticəsinə gəlmiş və mövqeyini də Mülki Məcəllənin 319, 442, 443.1, 445.2.1, 739.2, “İpoteka haqqında” Qanunun 34.1.1, 36.2 və 36.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verib, qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlilləri: - bankda ipoteka ilə yüklü olan “VAZ-21074” minik markalı avtomobillə bağlı Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2013-cü il tarixli qətnaməsi mövcuddur. 2013-cü ildə kreditin ödənilməsi ilə bağlı problem yaranmış, bununla bağlı iddiaçı qismində Cavabdeh məhkəməyə müraciət edərək avtomobilin dəyərinin həmin iş üzrə cavabdehlər olan X4 və X1 müştərək qaydada ödənilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti vermiş, lakin Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 dekabr 2013-cü il tarixli, 2(105)-1434/2013 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamışdır. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bu barədə "xxxx" ASC-nin müvafiq idarələrinə rəsmi qaydada məlumat verilmişdir; - həmin qətnamə ilə əvvəllər Cavabdeh mülkiyyətində olmuş “VAZ-21074” markalı avtomobil qəza nəticəsində sıradan çıxmış və onun dəyəri Cabbarov Faiq və Əhmədov Mahir adlı şəxslər tərəfindən müştərək qaydada ödənilməlidir. Məhkəmə qətnaməsinə əsasən cavabdehlərin bank qarşısında öhdəlikləri yaranmışdır; - məhkəməyə təqdim edəcəyi sənədlərdən görünür ki, Faiq Cabbarov tərəfindən banka 2015-ci ilin sentyabr ayında ödəniş edilmişdir; - iddia ərizəsində göstərilir ki, Cavabdeh və "xxxx" ASC arasında 17.10.2011-ci il tarixdə 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin müddəti 17 oktyabr 2013-cü il tarixdə bitmişdir. Lakin bank tələb etmə ilə bağlı hər hansı bir hərəkət etməmiş və pulunu Cavabdeh qanunla müəyyən olumuş müddət ərzində tələb etməmişdir. Kredit müqaviləsi bitdikdən sonra 2 ay müddətində bank yerdə qalan məbləği tələb edə bilərdi. Müqavilə öhdəliklərində iddia müddəti 3 ildir, belə olan halda bankın tələbetmə müddəti 17 dekabr 2016-cı il tarixdə bitmi şdir; - birinci instansiya məhkəməsi bu hissədə araşdırma aparmalı olsa da, öz üzərinə düşən vəzifəni yerinə yetirməmiş, yalnız iddia ərizəsində göstərilən hallarla kifayətlənmişdir; - cavabdehin məhkəmədə iştirakı təmin edilməmişdir. Bu səbəbdən iddia müddətinin tətbiqi barədə ərizə verə bilməmişlər.

14. Cavabdeh həmçinin iddia müddətinin tətbiqi barədə ərizə verib və ərizəsini onunla əsaslandırıb ki, kredit müqaviləsinin müddəti 17 oktyabr 2013-cü ildə bitmişdir. Sonuncu ödəniş isə 07 sentyabr 2015-ci ildə olmuşdur. İddia müddətinin sonun 2018-ci ilin sentyabr ayının 7-si hesab olunur. İddiaçı isə 22 sentyabr 2020-ci ildə məhkəməyə müraciət etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-943/2021 nömrəli, 19 mart 2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apelly asiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(060)-6091/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, iddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova)

16. Apellyasiya instansiyası məhkəməsi də müəyyən etmişdir ki, "xxxx" ASC-nin Sənaye filialı və Cavabdeh arasında 17 oktyabr 2011-ci il tarixli, 453 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə illik 20 faizlə 24 ay müddətinə 6100 manat məbləğində k redit verilmişdir. Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır.

17. Bununla belə apellyasiya instansiyası cavabdehin iddia müddətinin tətbqi barədə ərizəsini nəzərə alaraq hesab etmişdir ki, iddia müddəti keçdiyi üçün iddia rədd edilməlidir.

18. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasındakı münasibətlər müqavilə öhdəlikərinə şamil edilir ki, bu fəsildən yaranan mübahisələrə 3 illik iddia müddəti tətbiq edilir. Mövcud mübahisə üzrə kreditin ödəmə müddəti 15 oktyabr 2015-ci il tarixə qədər müəyyənləşdirilmişdir. Həmin müqavilədən irəli gələn mübahisələr isə 3 il ərzində, yəni 15 oktyabr 2018-ci il tarixədək qaldırıla bilərdi. Lakin iddiaç ı hazırki iddia ərizəsi ilə məhkəməyə 06 oktyabr 2020-ci il tarixdə müraciət etmişdir.

19. İddia müddətinin tətbiqi barədə ərizəni qəbul etməsini isə apellyaisya məhkəməsi onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən Cavabdeh məhkəmə iclasında iştirakının təmin edilməsi üçün müvafiq tədbirlər görməmiş və çəkişmə, tərəflərin bərabərliyi prinsipi pozulmuşdur. Belə ki, iş materiallarının 30-cu səhifəsində olan DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən 30 sentyabr 2019-cu il tarixdə verilmiş arayışa əsasən Cavabdeh Sumqayıt şəhəri, X9, ev 4177 ünvanda qeydiyyatdadır. Cavabdehə şəxsiyyət vəsiqəsi də 08 iyun 2013-cü il tarixdə verilib.

20. İş materiallarının 31-ci səhifəsində olan 14 may 2008-ci il tarixdə Sumqayıt ŞPİ QŞVŞ tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən isə Cavabdeh Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 8/29, mənzil 16-da qeydiyyatdadır. Cavabdeh ünvanlanmış məhkəmə bildirişləri ünvan 3ası göstərilsə də, sonuncuya məhkəmə bildirişlərinin lazımi qaydada hazırda qeydiyyatda olduğu və yaşadığı ünvana göndərilməsini və onun tərəfindən qəbul edilməsini təsdiq edən heç bir sübut əlavə olunmamışdır.

21. Apellyasiya instansiyası işin müəyyən edilmiş bu hallarına əsasən belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və onun iştirakı olmadan işə baxılmışdır. Belə olan halda Cavabdeh kredit müqaviləsi əsasında tələb üzrə iddia müddətinin tətbiqi barədə ərizə vermək hüququndan məhrum olmuşdur ki, sonuncunun bu barədə ərizəsi qəbul edilib, iş materialları ilə birgə tədqiq edilməlidir.

22. Apellyasiya instansiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edib ki, bank qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən iddia təmin edilə bilməz.

23. Apellyasiya instansiyası mövqeyini əsaslandırmaq üçün Mülki Məcəllənin 372, 373.2, 373.3, 375.2, 377.1-ci, Mülki Prosessual Məcəllənin 135.1, 135.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair“03 iyun 2013-cü il tarixli Qərarlarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraat ı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayətinin dəlilləri: - iş materialları ilə təsdiq edilir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olub. Buna baxmayaraq, cavabdeh məhkəməyə hər hansı müraciət etməyib; - həmçinin cavabdehlə bağlanmış kredit müqaviləsində göstərilib ki, bu müqavilə borcalanın öz üzərinə götürdüyü öhdəliklər tam həcmdə yerinə yetirildikdə xitam edilir. Cavabdeh isə müqaviləni tam yerinə yetirməyib. b) Kassasiya şikayətilərinə qarşı eti razın dəlilləri

26. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi X7 və vəkili Hüseynova Zoya Kərəm qızı kassasiya şikayətinin qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə t ərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

30. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları da müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.

33. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi barədədir.

34. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, müqavilə üzrə son ödəniş 15 oktyabr 2015-ci il tarixdə olub. Müqavilədən irəli gələn mübahisəl ər isə 3 il ərzində, yəni 15 oktyabr 2018-ci il tarixədək qaldırıla bilərdi. Lakin iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 06 oktyabr 2020-ci il tarixdə müraciət etmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası iddia müddətinin ötürülməsini müəyyən etdiyi üçün iddia müddətini nizama salan Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tətbiqi işin hallarına uyğun olmuşdur. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş halları ilə uyğun gəlir.

36. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il Qərarına da diqqəti çəkir. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə kredit müqaviləsində ya lnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edil məsinin vaxtını tənzimləyir.“ Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını t ələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.

37. Məhkəmə kollegiyası Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyi baxımından apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianı iddia müddəti keçməsi əsası rədd edən apellyasiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.

38. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüq uq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair" 27 dekabr 2001-ci il tarixli Qərarı).

39. Məhkəmə kollegiyası iddia müddətinin axımının müqavilən in müddətinin bitdiyi tarixdən hesablanmasının düz olmaması və müqaviləyə borcalanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirildiyi halda xitam verilməli olması barədə kassasiya şikayətinin dəlillərini Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən 3 iyun 2013-cü il tarixli Qərarındakı hüquqi mövqeyi baxımından qəbul etmir. Çünki həmin Qərardakı hüquqi mövqeyə görə göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər – iddia müddətini n tətbiqi barədə ərizənin məhkəmə qərarı çıxarılanadək verilməsi barədə dəlilini də əsassız sayır.

41. Qeyd edilməlidir ki, iddia müddətinin tətbiqi barədə ərizə məhkəmə qərarı çıxarılanadək verilməlidir (Mülki Məcəllə, 375-ci maddə). Lakin cavabdehin birinci instansiya məhkəməsinin iclaslarında iştirakı təmin edilmədiyi üçün ərizənin məhkəməyə təqdim edilməsi cavabdehdən asılı olmayan səbəblərdən mümkün olmamış və belə olan halda, apellyasiya məhkəməsinin həmin ərizəni qəbul etməsi düzgün olmuşdur.

42. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin təqsiri nəticəsində“cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə“ birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir.

43. Hazırki işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından da görünür ki, məhkəmə bildirişlərinin lazımi qaydada cavabdehin hazırda qeydiyyatda oldu ğu və yaşadığı ünvana göndərilməsini və onun tərəfindən qəbul edilməsini təsdiq edən heç bir sübut əlavə olunmamışdır. (hazırki qərarın 19-20-ci bəndləri)

43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-943/2021 nömrəli, 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar