Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5395/2021 23.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh: Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli, 2(105)-1396/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə kassasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialına və digərlərinə qarşı “işəgötürən tərəfindən pozulmuş əmək hüquqlarının bərpa edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Quba Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İşə kassasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, 11 oktyabr 2021-ci il tarixdə İddiaçı Quba rayonunda “Covid-19” xəstəliyindən vəfat edib. Kassasiya instansiyası məhkəməsi, mülki iş materiallarını öyrənib hesab edir ki, aşağıdakılara görə iş üzrə tərəflərdən biri olan İddiaçı öldüyündən və barəs ində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək icraata xitam verilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı cavabdehdə əvəzçilik üzrə yarım ştatda baş müəllim vəzifəsində işləyib və hazırda iddiaçı cavabdehlərə qarşı iddia qaldıraraq, “işəgötürən tərəfindən pozulmuş əmək hüquqlarının bərpa edilməsi”ni iddia edir. Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 417.1, 417.1.5-ci maddələrində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tamamilə ləğv edib, b u Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsi mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə tərəflərdən biri olan iddiaçı öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1, 409-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialına və digərlərinə qarşı “işəgötürən tərəfindən pozulmuş əmək hüquqlarının bərpa edilməsi” iddiasına dair mülki iş üzrə tərəflərdən biri olan İddiaçı ö ldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədiyindən, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli, 2(105)-1396/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5395/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5395/2021
23.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver