Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5397/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “ Respubli ka Gigiyena və Epedemiologiya Mərkəzi” X8rşı QƏRARİ Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu, Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X8rşı işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 4379/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İşdə olan əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X10 avtobazasının təsərrüfat xidmətinə sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən(öz xahişi ilə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
2. İddiaçı tərəfindən Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X10 rəhbəri Sara Həsənovaya ünvanlanmış xx.xx.2020 -ci il tarixli ərizəsində qeyd edilmişdir ki, “Yazıb sizdən xahiş edirəm ki, sürücülük maaşı (250) iki yüz əlli manat olduğuna görə və bu pulla ailəmin xərclərini, xəstə oğlumla qızımın müalicəsini təmin edə bilmədiyimə görə məni öz xoşumla sürücülük vəzifəsindən azad edəsiniz”.
3. İddiaçı tərəfindən “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X10 rəhbəri Sara Həsənovaya ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin məzmunundan əsasən “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 713K nömrəli xx.xx.2020-ci il tarixli əmrin qanunsuz olduğunu bildirərək ləğv olunmasını, əks təqdirdə işin məhkəmə araşdırılması ilə əlaqədar həmin əmrin surətinin ona verilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansi ya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X8rşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı öz tələblərini onunla əsaslandırmışdır ki, Səhiyyə Nazirliyi Cavabdeh Avtobazasının Təsərrüfat Xidmətinə sürücü kimi işə qəbul olunmaq barədə xx.xx.2020-ci il tarixli ərizə yazmış və Mərkəzin rəhbərinin razılıq dərkanarı ilə xx.xx.2020-ci il 646K nömrəli əmri ilə işə qəbul olunmuş, Cavabdeh ilə onun arasında əmək müqaviləsi imzalanmaşdır. Lakin həmin vaxtı işə götürən ona nə əmrin sürətini, nə də müqavilənin sürətini təqdim etməmişdir. O bu barədə kadrlarla iş şöbəsinin rəhbərinə bildirmis, həmin şəxs ona cavab vermişdir ki, “müqavilə və əmrin sürəti sənin nəyinə lazımdır, əsas odur ki, sən işə qəbul olunmusan bəsdir.” O, deyilənləri qəbul edərək razılaşmışdır. Lakin üstündən 12 gün keçəndən sonra Mərkəzin rəhbəri onu otağına çağırtdırmış və stolun üstünə yazılı ərizəni qoyaraq imza etməyi bildirmişdir. O, imtina etdikdə, demişdir ki, onda “səni Əmək Məcəlləsinin 70.”Ç” bəndi ilə işdən çıxaracam və o zaman səni heç bir müəssisə işə qəbul etməyəcək”. O, müəssisənin rəhbərliyi ilə konflikt yaratmamaq üçün təklif olunan ərizəni imza etmişdir. O, heç bilməmişdir nə ərizəsi olub. Onun adından yazılmış ərizənin kim tərəfindən yazıldığını blmir. Ona görə məcbur olub ərizəni oxumadan imza etmişdir. Həmin ərizənin hansı tarixə yazıldığına da əhəmiyyət verməmişdir. O zaman Mərkəzin iki əməkdaşı Şahin Məmmədov və Fidan Həsənova bildirmişd ir ki, 5 iş günü müddətində güya etik qaydalara uyğun olmayan hərəkətlər etmiş, müəssisədaxili qaydaları pozmuşdur və bu işinə görə xəbərdarlıq edilmişdir, həmin ərizə də üzrxaqlıq ərizəsidir. Hazırda ona deyirlər ki, Mərkəzin rəhbərliyi ona imzalatdırdığı ərizə xx.xx.2020ci il tarixində yazılıb və ərizənin məzmununda qeyd edilib ki, “yazıb sizdən xahiş edirəm ki, sürücülük maaşı (250) iki yüz əlli manat olduğuna görə və bu pulla ailəmin xərclərini, xəstə oğlumla qızımın müalicələrini təmin edə bilmədiyimə görə məni öz xahişimlə sürücü vəzifəsindən azad edəsiniz”. O, göstərilən ərizəni yazmamışdır və imzalamamışdır, kimin tərəfindən yazılıb imzalandığını bilmir. Bir neçə gündən sonra isə Səhiyyə Nazirliyi “Respublika Gigeniya və Epidemologiya Mərkəzinin” ƏHR N:713-K saylı xx.xx.2020 -ci il tarixli əmri ilə işdən azad edilib. Sonradan ona məlum olub ki, işdən azad olunmağının səbəbi onun evinin yanına quraşdırılan 132 nömrəli KTM elektrik Transformatorunun ailə üzvlərinə şüanın dərəcəsinin və səs küyün müəyyən edilməsi üçün ölçülməsini xahiş etməsidir. “Mərkəzin ” rəhbərliyi Şahin adlı şəxsi şüanın ölçülməsi üçün göndərmişdilər. Həmin şəxs onun iştirakı olmadan evin içində ölçü işlərini aparıb, halbuki, o ölçü işlərini evin çölündə Stansiya ilə evinin arasında aparmalı idi. Onu da geyd edir ki, bu GEM-i tərəfindən keçirdiyi ikinci onun iştrakı olmadan saxta ekspertiza idi. Birincini Qaradağ rayon GEM-i onun ərizəsi əsasında onsuz keçirilib. Lakin Şahin ölçü işlərini düz aparmadığına görə bu barədə Şahinə öz iradını bildirmişdir və bunun üstündə Şahin “Mərkəzin” rəhbəri Sar a Həsənovaya onun barəsində yalan məlumat verib, onun işə qəbul olunması barədə Avtomobil Nəqliyyat Xidmətinin rəhbərini şantaj edib, bundan sonra “Mərkəzin” rəhbəri X7 Xidmətini müdir yanına çağırtdırıb və onu işə qəbul etdiyi üçün ərizəni yazıb işdən çıxmağı tələb edib. O zaman Xidmətin rəisi onu yanına çağırtdırıb və əvvəlcədən yazılan ərizəni stolun üstünə qoyaraq imza etməyi tələb edib, sonra onu 103 TY-stansiyasına işə qəbul olmağa kömək köstərəcəyinə söz verib, əks təqdirdə onu “ maddə” ilə işdən kənarlaşdıracağını bildirib. İşdən azad olunmasına baxmayaraq, onun işlədiyi iş yeri hər hansı formada ixtisar edilməmişdir. Deməli müəssisə onu formal mülahizəyə əsasən işdən azad edib və onunla bağlanan əmək müqaviləsinə xitam verilməsi məqsədli xarakter daşıyır. İşdən azad olunmağı ilə ə laqədar əmrin surətini tələb etmişdir, lakin əmrin surətini ona təqdim etməyiblər ki, həmin əmrdən şikayət versin. Ona görə də ilk olaraq iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərardadı ilə iddia ərizəsi geri qaytarılıb və bildirilib ki, hazırda güvvədə olan “Mediasiya haqqında Qanuna” görə işin məhkəmədən əvvəl barışıq yolu ilə həll edilməsi üçün cavabdehə müraciət göndərilməlidir. Ona görə xx.xx.2021-ci il tarixli məktubla cavabdehə məsələnin barışıq yolu ilə həll edilməsi üçün dəvət göndərilib. Lakin cavabdeh müəssisə məsələnin həll edilməsi üçün dəvətə cavab verməyib. xx.xx.2021-ci il tarixində “İlkin Mediasiya” sessiyasında iştirakı dəvət olunmuşdur, lakin cavabdeh dəvətə cavab verməyib. Belə olan təqdirdə mübahisənin məhkəmədə araşdırılması zərurəti yaranıb. “Mərkəz” onu Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə işdən azad edib. Qeyd olunan hallar onu göstərir ki, onun işdən azad edilməsi qanunsuzdur və “Mərkəzin” rəhbərliyinin ona qarşı qərəzli olmasına dəlalət edir. O, işdən azad olunduqdan sonra onun işlədiyi sahədə yerinə yetirdiyi işi başqa işçiyə həvalə ediblər. Qeyd olunanlara əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Səhiyyə Nazirliyi Respublika Gigeniya və Epidemologiya Mərkəzinin xx.xx.2020-ci il 646K nömrəli əmrinin ləğv olunması, xəstə övladlarını, himayəsində ruhi xəstə olan bacısını nəzərə alaraq işə bərpa olunması və əsassız işdən azad olunduğu xx.xx.2020-ci il tarixdən bu vaxta qədər ödənilməyən əmək haqqının ödənilməsi barədə q ətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil da eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, qarşı tərəf iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim emiş, lakin onu nəzərə almamışdır ki, vətəndaşa işdən çıxma əmri verilmədiyindən o, bu günə qədər məhkəməyə müraciət edə bilməmişdir. Bunun şahidi elə vəkil kimi onun özüdür. Ondan əlavə mediasiyaya müraciət olunmuşdur. İddiaçının təqdim etdiyi disk məhkəmədə dinlənilərsə iddia tələbinin haqlı olması müəyyən olunacaqdır. Mərkəzin əməkdaşı özü deyir ki, “get hüquqşünasına denən biz ona sənəd zad verməyəcəyik, məhkəmə tələb edər verərik”. Uzun süründürməçilikdən sonra məcbur olub əmək kitabçasının surətini iddia ərizəsinə əlavə edib, məhkəmədə iddia qaldırmışlar. Bir vəkil olaraq bu qurumdan əmri ala bilmədiyi halda, adi vətəndaş onu necə alıb məhkəmədə iddia qaldırsın. Bundan əlavə pandemiya dövründə məhkəmələrdə işlərin baxılması müvəqqəti olaraq dayandırılmışdır, həm məhkəməyə iddia verə bilmirdilər, həm də iddiaçının pandemiya dövründə evdən çıxıb-qayıtması üçün icazəsi olmadığından cəmi gündə bir dəfə “sms” icazə alaraq himayəsində olan xəstə övladlarını ya xəstəxanaya aparıb, ya da ki, evin tələbatını ödəmək üçün mağazalara gedib. Bu səbəblərdən iddia qaldırılması indiki vaxta qəlib çatmışdır. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
7. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və izahat verərək göstərmişdir ki, iddia ərizəsinin məzmununda işin taktiki hallarını əsassız olaraq təhrif edilərək gös tərilmişdir ki, guya o, işdən azad edilməsi barədə ərizə yazmağa vadar edilmiş və ona 103 TY stansiyasında işə qəbul olunmasına köməklik göstəriləcəyinə söz verilmişdir. İddiaçı onunla bağlanan əmək müqaviləsinə xitam verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edib və həmin ərizəyə əsasən onunla bağlanan əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə 713-K nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən xitam verilmişdir. İddiaçı ərizəni öz iradəsinə uyğun yazmış, ona heç kim təsir göstərməmişdir. Həmçinin iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər olmadan ötürülmüşdür. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xaziş edir.
8. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunmuş audio-disk tərəflərin iştirakı ilə dinlənilmişdir. Həmin diskdə İddiaçıla cavabdeh müəssisənin kadrlar şöbəsinin rəisi Ülkər Məmmədova arasında olan dialoq öz əksini tapmışdır. İddiaçı vəzifəli şəxsdən onun işdən çıxarılması barədə əmrin surətini tələb edir. Həmin şəxs cavabında bildirir ki,əmrin surətini ona verə bilməz. Ancaq məhkəmə sorğu verərsə məhkəməyə göndərilə bilər. Həmin disk dinlənildikdən sonra verilən suala cavab olaraq cavabdehin nümayəndəsi Nümayəndə bu günədək əmrin surətinin İddiaçı verilmədiyini bildirmiş və demişdir ki, “əmri poçt vasitəsi ilə göndərməmişlər ona görə ki, düşünmüşlər ki, sənəd itə bilər”
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkləmə Ekspertiza Mərkəzinin 16 fevral 2021-ci il tarixli ekspert rəyində qeyd olunur ki, ərizədə “İddiaçı yazıları qar şısındakı imza İddiaçı tərəfindən icra olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X10 rəhbəri Sara Həsənovaya ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizənin mətni İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən imzalanmışdır.
10. Bakı şəhər, Nizami rayon məhkəməsinin (X1) 2(007)-299/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigeniya və Epidemologiya Mərkəzinin xx.xx.2020-ci il N:713-K nömrəli əmri ləğv olunmuş, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X10 RHŞ avtobazasının təsərrüfat xidmətinə sürücü vəzifəsinə işə bərpa olunması, İddiaçı məcburi işburaxmaya görə əmr verilən xx.xx.2020-ci il tarixdən qətnamə çıxarılan 04 aprel 2022-ci il tarixinədək əmək haqqının ödənilməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, İddiaçı evinin yanında quraşdırılmış transformatorun onun və ailə üzvlərinin yaşaması üçün təhlükə yaratması ilə bağlı müxtəlif instansiyalara müraciət etmişdir. İddiaçı işdən çıxarılmasını məhz bu ərizə və şikayətlərlə əlaqədar olduğunu bildirir. İşəgötürənin əmrində bu hal öz əksini tapmasa da, ərizənin mətninin iddiaçı tərəfindən yazılmaması barədə xətşünaslıq ekspertizasının rəyinin olması, işə qəbulla işdən çıxarılma müddətinin cəmi 12 gün çəkməsi, məhkəmə araşdırması bitdiyi tarixədək mübahisələndirilən əmrin iddiaçıya rəsmi qaydada(şəxsən və ya poçt vasitəsi ilə) təqdim edilməməsi və onun verilməsindən imtina olunması, eləcə də İddiaçı himayəs ində xəstə övladları olmaqla maddi durumunun çox pis olması ilə əlaqədar başqa iş tapmadan işdən çıxma barədə ərizə verməsinin inandırıcı olmaması ona dəlalət edir ki, xx.xx.2020-ci il tarixli ərizə İddiaçı tərəfindən imzalansa da, onun iradə ifadəsini əks etdirmir.
12. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsinə qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi əmr bu günə qədər iddiaçıya rəsmi qaydada(şəxsən və ya poçt vasitəsi ilə) təqdim edilməmişdir. Bu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83cü maddəsinin kobud şəkildə pozulması deməkdir, bu səbəbdən Əmək Məcəlləsinin 296cı maddəsində nəzərdə tutulan bir aylıq müddət hazırkı mübahisəyə şamil oluna bilməz. Məhkəmə həm də onu nəzərə alır ki, 2020- 2021-ci illərdə pandemiya ilə əlaqədar uzun müddət məhkəmələr işləməmiş, vətəndaşların evdən çıxması ilə əlaqədar bir sıra məhdudiyyətlər olmuşdur. Bundan başqa, mediasiya sessiyasında iştirak da müəyyən vaxt aparmışdır. Göründüyü kimi, iddianın əsaslı olmasına dəlalət edən çoxsaylı sübutlar vardır. Ona görə də iddia təmin olunmalı, Səhiyyə Nazirliyi Respublika Gigeniya və Epidemologiya Mərkəzinin xx.xx.2020-ci il 646K nömrəli əmri ləğv olunmalı, İddiaçı Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X10 avtobazasının təsərrüfat xidmətinə sürücü vəzifəsinə işə bərpa olunmalı, məcburi işburaxmaya görə ona əmr verilən xx.xx.2020-ci il tarixdən qətnamə çıxarılan 04 aprel 2022-ci il tarixinədək əmək haqqı ödənilməlidir.
13. Məhkəmə öz mövqeyini əsaslandırarkən Az ərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-299/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, 713-K saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə (tərəflərin birinin təşəbbüsü) əsasən İddiaçı müvafiq ərizəsinə istinadən xitam verilmişdir. İddiaçı iddiasının faktiki əsası kimi özünün formal və subyektiv mülahizələrinə istinad edərək göstərmişdir ki, guya o, işdən azad edilməsi barədə ərizəsini oxumadan imzalamışdır. Həmin ərizənin etik qaydalara uyğun olmayan hərəkətlər etməsi və müəssisədaxili qaydaları pozması ilə əlaqədar üzrxahlıq ərizəsi olduğunu zənn etmişdir. İddiaçı iddia ərizəsinə “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ tərəfindən yazılı etiraz mülahizələri məhkəməyə təqdim olunmuşdur. Sözügedən etiraz mülahizələrində Azərbaycan Respublikasının ƏM-nin 296-cı maddəsinin tələblərinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə istinad olunaraq hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülməsinə əsasən mübahisəyə iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Qeyd edilməsi zərurid ir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilməsinə baxmayaraq, o, qanunla müəyyən edilmiş müddəti ötürməklə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir, iddia müddətinin ötürülməsi isə iddianı rədd etmək üçün müstəqil əsasdır. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı mübahisəyə iddia müddətinin tətbiqi xahiş olunmuşdur. İddiaçı məhkəməyə verdiyi izahatında işdən azad olunması barədə əmrin surətinin ona verilmədiyinə və bu səbəbdən də məhkəməyə vaxtında müraciət edə bilmədiyinə istinad etmişdir. İddiaçının əmək kitabçasının əsli, eləcə də onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti X.İddiaçı sonuncu iş günündə ona təqdim edilmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixl i, 713-k nömrəli əmrin surətinin ona təkrarən verilməsi barədə xx.xx.2021-ci il tarixdə, yəni əmrin verildiyi tarixdən 10 ay 27 gün sonra müvafiq ərizə ilə Mərkəzə müraciət etmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verildiyini bilmiş, həmin tarixdən işə çıxmamış və ona bu tarixdən sonrakı aylarda ona əmək haqqı hesablanıb ödənililməmişdir. İddiaçı onun barəsində olan xx.xx.2020ci il tarixli əmri almamış olsa idi, onda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək keçən müddət ərzində əmrin surətinin ona verilməsi üçün Mərkəzə müraciət etmiş olardı. Lakin işin mübahisəsiz halıdır ki, iddiaçı xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək barəsində olan əmrin surətinin ona verilməsini xahiş etmişdir. İddiaçı barəsində olan əmrin surətini təkrarən əldə etmək üçün Mərkəzə müraciət etmişdir. İş materiallarından, eləcə də iş üzrə qəbul olunan məhkəmə qətnaməsinin məzmunundan görünür ki, məhkəmə iddianı təmin edərkən məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunmuş audio diskin tərəflərin iştirakı ilə dinlənməsinə, həmin diskdə İddiaçıla Mərkəzin kadrlar şöbəsinin rəhbəri Ülkər Məmmədova arasında dialoqun öz əksini tapmasına, İddiaçı vəzifəli şəxsdən onun işdən çıxarılması barədə əmrin surətinin tələb edildiyinə, həmin şəxsin isə əmrin surətinin ona verilməsinin mümkün olmamasını qeyd etməsinə, əmrin surətinin ancaq məhkəmə sorğusu əsasında məhkəməyə göndərilməsinin bildirilməsinə istinad etmişdir. Daha sonra məhkəmə qətnaməsində göstərmişdir ki, həmin disk dinlənildikdən sonra verilən suala cavab olaraq cavabdehin məhkəmə də iştirak edən nümayəndəsi Nümayəndə bu günədək əmrin surətinin İddiaçı verilmədiyini bildirmiş və demişdir ki, “əmri poçt vasitəsi ilə göndərməmişlər, ona görə ki, düşünmüşlər ki, sənəd itə bilər”. Nəzərə alınmalıdır ki, nümayəndənin suala cavabı iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsi əsasında əmrin surətinin ona verilməməsi və ya poçt vasitəsi ilə göndərilməməsi ilə əlaqədar olmuşdur. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə hüquqi qiymət verərkən prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Bu audio diskdə olan səs yazısının Ülkər Məmmədovaya aidiyyatı, Ülkər Məmmədovanın səsinin yazılmasına, bu sübutdan istifadəyə razılığının olub-olmamasına məhkəmə tərəfindən əhəmiyyət verilməmiş, eləcə də səs yazısının tam olub olmaması aydınlaşdırılmamışdır. Heç də istisna deyildir ki, iddiaçıya əmrin surəti onun işdən azad edildiyi tarixdə verildiyindən onun müraciəti bu əmrin surətinin təkrarən əldə edilməsi ilə əlaqədar olmuşdur. İddiaçı əmək kitabçasının əslinin ona verildiyini qeyd etsə də barəsində olan əmrin surətinin ona verildiyini inkar etməklə iddia müddətinin ötürülmədiyini sübut etməyə cəhd göstərmişdir. İddiaçı iş üzrə ziddiyyətli, yəni biri digərini inkar edən izahatlar verdiyindən iddiaçının barəsində olan əmrin surətini almaması barədə göstərdikləri inandırıcı hesab edilə bilməz. Belə ki, xx.xx.2020-ci il tarixdə sürücü vəzifəsinə qəbul olunmuş iddiaçı bir tərəfdən izahatında işə qəbul olunduqdan 12 gün sonra Mərkəzin rəhbərinin onu otağına çağırmasına, stolun üstünə yazılı ərizəni qoyaraq imza etməsini ona bildirdiyinə, bu ərizəni, yəni işdən azad olunması barədə ərizəni imzalamaqdan imtina etdiyi təqdirdə onun Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə işdən çıxarılacağının bildirməsinə o, da müəssisənin rəhbərliyi ilə konflikt yaratmaması üçün təklif edilən ərizəni imzalamasını göstərsə də, daha sonra izahatında göstərmişdir ki, xidmətin rəisi (Mərkəzin avtobazanın təsərrüfat xidməti nəzərdə tutulur) onu yanına çağırtdırıb və əvvəlcədən yazılan ərizəni stolun üstünə qoyaraq imza etməyini tələb etdiyini göstərmişdir. İddiaçı bir tərəfdən işdən azad edilmə barədə ərizə yazmağa məcbur edildiyini iddia etsə də, sonradan izahatında guya imzaladığı ərizənin etik qaydalara uyğun olmayan hərəkətlər etməsi, müəssisə daxili qaydaları pozması ilə bağlı üzrxahlıq ərizəsi olduğunu qey d etmişdir. Eyni ilə bir izahatında ərizəni imzalamadığını qeyd edən iddiaçı digər tərəfdən ərizə imzaladığını bildirir. Göründüyü kimi iddiaçının iddia ərizəsinin məzmunu ilə izahatları bir-biri ilə uzlaşmır ki, bu da onun izahatlarının mötəbər hesab edilməsini istisna edir. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə tədqiq olunan sübutlarla müəyyən edilməyən, özünün formal və subyektiv mülahizələrinə əsaslanaraq hesab etmişdir ki, guya xx.xx.2020-ci il tarixli ərizə iddiaçı tərəfindən imzalansa da, onun iradə ifadəsini əks etdirmir. Nəzərə alınmalıdır ki, bu xüsusat işdə olan bu və ya digər sübutla təsdiq olunmur. Məhkəmə hazırkı mübahisəyə hüququn tətbiqində və tətbiq etdiyi hüququn təfsirində yanlışlığa yol vermiş və beləliklə də iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
16. M əhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X3 Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X5) 2(103)-4379/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epedemiologiya Mərkəzi” X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-299/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmuş və İddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir.
19. Apellyasiya məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, işçi yalnız öz iradəsinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini tələb edə bilər. Əgər əmək müqaviləsinə xitam verilməsi barədə ərizə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə yazılmışdırsa və ya imzalatdırılmışsa həmin ərizə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən iddiaçının iddia tələbində əmək müqaviləsinə xitam verilməsinə dair ərizəni işəgötürənin (cavabdehin) məcburiyy ət təsiri altında imzalaması ilə yanaşı, həm də Xİdmət rəisinin onu 103 TYstansiyasına işə qəbul olunacağına kömək edəcəyi vədi altında yazmasını qeyd etdiyini nəzərə almamışdır. İddiaçı müqaviləni imza etməyə məcbur edilməsini onunla əsaslandırır ki, “işdən azad olunmağının səbəbi onun evinin yanında quraşdırılan 132 nömrəli KTM elektrik Transformatorunun yaratdığı şüanın dərəcəsinin və səs küyün müəyyən edilməsi üçün ölçülməsini xahiş etməsidir. “Mərkəzin ” rəhbərliyi Şahin adlı şəxsi şüanın ölçülməsi üçün göndərmişdir. Həmin şəxs onun iştirakı olmadan evin içində ölçü işlərini aparmışdır, halbuki ölçü işləri evin çölündə, stansiya ilə evin arasındakı məsafədə aparılmalı idi. GEMi tərəfindən keçirilmiş ikinci ekspertiza onun iştrakı olmadan keçirilmiş saxta ekspertiza olmuşdur. Bu barədə Şahinə öz iradını bildirmişdir. Bu səbəbdən Şahin “Mərkəzin” rəhbəri Sara Həsənovaya onun barəsində yalan məlumat vermiş və onun işə qəbul olunması ilə bağlı Avtomobil Nəqliyyat Xidmətinin rəhbərini şantaj etmişdir. “Mərkəzin” rəhbəri X7 Xidmətinin müdirini yanına çağırtdırıb və onu işə qəbul etdiyi üçün ərizəni yazıb işdən çıxartmağı tələb etmişdir”. İddiaçı iddia ərizəsində ziddiyyətli mövqe nümayiş etdirməsi onun əmək müqaviləsinə xitam vreilməsi barədə ərizəni məcburiyyət təsiri altında imzalamasında səmimi olmadığını göstərir. Bundan başqa, iş materiallarında da iddiaçının (işçinin) işdən çıxma barədə ərizəsini məcburiyyət təsiri altında imzalamasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir.
20. Birinci instansiya məhkəməsi işdən çıxma barədə ərizənin iddiaçının iradə ifad əsini əks etdirməməsini ərizənin mətninin iddiaçı tərəfindən yazılmaması barədə xətşünaslıq ekspertizasının rəyinin olması, işə qəbulla işdən çıxarılma müddətinin cəmi 12 gün olması, məhkəmə araşdırması bitdiyi tarixədək mübahisələndirilən əmrin iddiaçıya rəsmi qaydada (şəxsən və ya poçt vasitəsi ilə) təqdim edilməməsi və onun verilməsindən imtina olunması, eləcə də İddiaçı himayəsində xəstə övladları olmaqla maddi durumunun çox pis olması ilə əlaqədar başqa iş tapmadan işdən çıxma barədə ərizə verməsinin inandırıcı olmaması kimi halların mövcudluğu ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsi qeyd edilən mövqe ilə bağlı vurğulamışdır ki, sadalanan hallar işdən çıxma barədə ərizənin məcburiyyət təsiri altında imzalanmasını təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Belə ki, ərizənin işəg ötürənin (cavabdehin) hədə-qorxu və məcburiyyət tətbiq etməsi nəticəsində imzalanmasını birbaşa göstərən hər hansı sübut iş materiallarında mövcud deyildir. Həmçinin məhkəmə iddiaçının işdən çıxmasını ona 103 TY-stansiyasına işə qəbul olunacağı vədinə inanması ilə izah etməsinə də qiymət verməmişdir. Bu müstəvidən yanaşıldıqda da, iddiaçının 103 TY-stansiyasına işə qəbul olunması məqsədilə hazırki işindən çıxması prezumpsiyasını da irəli sürmək olardı. Lakin, kollegiya qeyd edir ki, sadalanan ziddiyyətli halların heç biri işdən çıxma barədə ərizənin iddiaçının iradəsini ifadə etmədiyini təsdiq etmir. Qeyd edilən hallarla bağlı sübutetmə yükü iddiaçıya aid olduğundan, həmin halların həqiqətən də mövcudluğunu sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, iş materiallarında həmin halla rı təsdiq edən mötəbər sübutun məhkəməyə iddiaçı tərəfindən təqdim edilməsi görünmür.
21. Apellyasiya məhkəməsi həmçinin iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən verilmiş ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə mübahisəyə iddia müddətini tətbiq etməməkdə haqlı olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Birinci ins tansiya məhkəməsi qeyd edilən normaya istinad etsə də, həmin normanı işin hallarına düzgün tətbiq etməmişdir. Belə ki, həmin maddəyə əsasən hüquqi mahiyyətinə görə işçiyə əmrin verilməsi əslində onun həmin tarixdən əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdar edilməsi məqsədini daşıyır. İş materiallarından görünür ki, iddiaçı əmək kitabçasını almış və əmək kitabçasının surətini iddia ərizəsinə qoşma kimi əlavə etmişdir. Həmin əmək kitabçasına nəzər yetirdikdə görmək olar ki, iddiaçının əmək müqaviləsinə №713-k saylı əmrlə, xx.xx.2020-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-cihissəsinə əsasən (öz xahişi ilə) xitam verilmişdir.
22. Apellyasiya məhkəməsi göstərmişdir ki, qeyd edilən hallar onu deməyə əsas verir ki, iddiaçı əmək kitabçasını almaqla həm də işdən çıxması barədə əmrin verilməsindən xəbərdar olmuşdur. Bundan başqa, əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verildiyindən, həmin tarixdən işçiyə son haqq-hesab verilmiş, sonrakı aylarda isə əmək haqqı hesablanıb verilməmişdir. İddiaçıya sonradan həm də əmrin surətinin təqdim edilməsi onun işdən çıxarılması ilə bağlı əmrin verilməsi ilə bağlı xəbərdar edilməsində hər hansı dəyişikliyə səbəb olmayacaqdı.
23. Məhkəmə daha sonra qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əmrin iddiaçıya verilməsi məsələsi ilə bağlı iş materiallarında olan diskə istinad edərək göstərmişdir ki, “Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunmuş audio-disk tərəflərin iştirakı ilə dinlənilmişdir. Həmin diskdə İddiaçıla cavabdeh müəssisənin kadrlar şöbəsinin rəisi Ülkər Məmmədova arasında olan dialoq öz əksini ta pmışdır. İddiaçı vəzifəli şəxsdən onun işdən çıxarılması barədə əmrin surətini tələb edir. Həmin şəxs cavabında bildirir ki,əmrin surətini ona verə bilməz. Ancaq məhkəmə sorğu verərsə məhkəməyə göndərilə bilər.” İş materiallarında olan CD daşıyıcıya baxış keçirilərkən müəyyən edilmişdir ki, oradakı şəxslərin üzləri görünmür, həmin audio yazı cavabdehin razılığı olmadan, əslində gizli olaraq aparılmışdır. Belə olan halda həmin videoyazının sübut kimi qiymətləndirilməsi və ona istinad edilməsi Mülki Prosessual Məcəllənin tələblərinə ziddir.
24. Sadalanan xüsusatlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia müddətini ötürməklə yanaşı, iddiaçı iddia tələbinin əsası kimi yazılmış və məhkəmə prosesində səsləndirilmiş ziddiyyətli hallara istinad etdiyindən, cavabdeh tərə findən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
25. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİİ hissəsinə, Əmək Məcəlləsinin 83 və 296.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4379/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması və ya iddia tələbimin təmin edilməsi barədə yeni qərar qəbul olunmasına dair qətnamə çıxarılmasını xahiş etmi şdir.
27. İddiaçı kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərdiyi halları təkrar şərh etməklə əlavə olaraq göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətini tətiq etməkdə haqlı olmamış, müəssisənin kadr şöbəsinin rəisi ilə olan telefon danışığının yazısına düzgün qiymət verməmiş, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin ona təqdim olunmasının sübuta yetirilməməsini nəzərə almamış, həm də pandemiya dövründə məhkəmələrdə işlərin baxılması müvəqqəti olaraq dayandırılmasını, Mediasiya haqqında qanunun tətbiqi ilə əlaqədar bir müddət mediasiya qaydasında mübahisənin həlli üçün müraciət etməsini diqqətdən qaçırmışdır. Məhkəmə əmək müqaviləsinə xitam verilməsi barədə onun adına yazılmış ərizəyə də düzgün qiymət verməmiş, həmin ərizə nin onun iradəsinə zidd olduğunu təsdiq edəcək çoxsaylı sübutlara qiymət verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
28. Maddə
32. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsi
29. Maddə 83, 1-ci hissə. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
30. Maddə 83, 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
31. Maddə 296, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
32. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
37. Maddə. 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur.
38. Maddə 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütü n faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
42. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə 17 s entyabr 2020-ci il tarixli ərizəsinin onun iradə ifadəsini əks etdirməməsi barədə dəlilləri iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmaması və iddia müddətinin üzrlü səbəblər olmadan ötürülməsi barədə apellyasiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində göstərilən müddətlərin axımı yalnız əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti işçiyə verildiyi tarixdən deyil, həm də əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) işçiyə verildiyi tarixdən başlanır. 47. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hes ab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4379/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.