Məhkəmə qərarları › İş №2(102)-5398/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5398/2022

25.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5398/2022 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ ( Açar sözlər:: evdən çıxarılma ) 25.10.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri, Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-244/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı dakı qərarı qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01 oktyabr 2020-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsi, 2-ci döngədə yerləşən 0,07 ha torpaq sahəsi və həmin torpaq üzərindəki 109 saylı ev İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin cehiz əşyaları ilə birlikdə onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsi 2-ci döngə, 109 saylı evdən çıxarılması, evdə olan cavabdehə məxsus cehiz əşyalarının cavabdehin hesabına boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaç ı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0,7 ha torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin torpaq sahəsi ona DƏDRX-dən Abşeron Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli 135 №-li əmri ilə ayrılmışdır və onun tərəfindən sözügedən torpaq sahəsində 2 ədəd 1 mərtəbəli yaşayış sahəsi tikilmişdir. Hazırda həmin yaşayış evlərinin yerləşdiyi ünvan ünvan 1 torpaq sahəsinə 16 may 2018-ci ildə DƏDRXdən mülkiyyət haqqında şəhadətnamə verilmişdir. Daha sonra 01 oktyabr 2020-ci ildə torpaq sahəsi üzərində inşa edilmiş 2 ədəd fərdi yaşayış evinə DƏDRX-dən çıxarış verilmişdir. Cavabdeh onun qardaşının keçmiş gəlinidir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh azyaşl ı övladı X4 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda «Bakelektroavtomat» zavodunun arxası, 326 nömrəli məktəbin yanında yerləşən və cehiz əmlaklarının olduğu 3 otaqdan ibarət X1 yaşadığı evə köçürülmüşdür. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6168/2017 nömrəli, 12 iyul 2017-ci il tarixli qətnaməsi ilə Xəzər rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi ləğv edilərək X2 fərdi yaşayış evinə köçürülməsi, istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamə Ali Məhkəmənin qərarı ilə ləğv edilərək apellyasiya instansiyası məhkəməsinə göndərilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12433/2017 nömrəli, 19 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni X2 azyaşlı övladı X4 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda «Bakelektroavtomat» zavodunun arxası, 326 nömrəli məktəbin yanında yerləşən və cehiz əmlaklarının olduğu 3 otaqdan ibarət cavabdeh X1 yaşadığı evə köçürülməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa cavabdeh 2019-cu ilin oktyabr ayından iddiaçının mülkiyyətində olan evdən getmiş, lakin cehiz əşyaları həmin evdə qalmışdır.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim: E.Məmmədli) 2(003)-426/2021 nömrəli, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 228.2.-ci maddəsi, Mü lki Prosessual Məcəllənin 82.3-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri nə uyğun əsaslandırılmışdır.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), A.N.İmanov və Q.A.Əsgərov) 31 may 2022-ci il tarixli, 2(103)-244/2022 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh cehiz əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xətai küçəsi 2-ci döngə, 109 saylı evdən çıxarılması, evdə olan cavabdehə məxsus cehiz əşyalar cavabdehin hesabına boşaldılması qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 29-cu maddələrinə, “Normativ hüquqi aktlar haqqında” Azə rbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə, Mülki Məcəllənin 139-146, 152-164, 228, 560-cü maddələrinə istinadən mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh digər bir şəxslə ailə həyatı qurmuş və həmin şəxsdən övladı olmaqla mübahisəli mənzildən istifadə etmir.

10. İddiaçıya və ona məxsus mülkə münasibətdə cavabdehin hər hansı hüquqları mövcud deyil, iddiaçının mülkiyyət (istifadə, sahiblik və sərəncam) hüquqları qanuni əsas olmayan istənilən maneə və qəsdlərdən müdafiə oluna bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) Kassasiy a şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-244/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

13. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan is tifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət veri r. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

19. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, məhkəmə aktının qanuniliyi bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh başqa şəxslə ailə qurmuş və həmin şəxsdən övladı olmaqla mübahisəli mənzildən öz iradəsinə uyğun getmişdir.

23. Mübahisəli mənzilə mülkiyyət hüququ artıq cavabdehlə qohumluq münasibətində olmayan iddiaçıya məxsusdur. İşin müəyyən olunmuş həmin hallarına əsasən apellyasiya instansiyası məhkəməsi cavabdehin mənzildən çıxarılması barədə İddiaçı iddiasını əsaslı sayaraq təmin etmişdir.

24. Məhkəmə kollegiyası hesab edir ki, apelLyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsas lar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-244/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar