Məhkəmə qərarları › İş №2(102)-5399/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5399/2019

01.08.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5399/2019 01.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2019-cu il tarixli 2(103)2678/2019 saylı qətnaməsindən ilkin iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.R.Burcayev, iş № 2(008)-6310/2018) İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddiası təm in edilərək İddiaçı N küçəsi 22-də yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamə ilə eyni zamanda Cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə qaydasının müəyyən olunması və giriş-çıxış yolunun ayrılması tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Mübahisə predmeti olan N küçəsi, 22-də yerləşən ev 1 otaq və mətbəxdən ibarət olmaqla 1939-cu ildə inşa olunmuş və iddiaçının anası X1 və istifadəsində olmuşdur. X.A.Mirzəyeva 29 mart 1974-cü ildə vəfat etmiş, iddiaçı həmin evdə yaşamaqda davam etmişdir. 11 fevral 1997-ci il tarixdə Cavabdeh İddiaçıla rəsmi nikaha daxil olmuş və onlar birlikdə həmin evdə yaşamışlar. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 01 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh mübahisəli mənzilə köçürülmüşdür. 2018-ci ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun evdən istifadə etməsinə mane olmasını və evə buraxmamasını əsas göstərməklə mübahisəli mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh qarşılıqlı iddia verərək mübahisəli mənzildə əşyalarının olduğu otağın giriş-çıxış yolunun ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia tələbi üzrə Cavabdeh kassasiya şikayəti verərək iddiaçı ilə birlikdə yaşamasının onun sağlamlığı üçün təhlükə yaratmasını, giriş-çıxış yolunun ayrılmadan evdə yaşamağın mümkün olmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şik ayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, mübahisəli ev İddiaçı anasının sahibliyində və istifadəsində olmuş və o, anadan olandan həmin evdə yaşamaqla başqa daimi yaşayış yeri yoxdur. Cavabdehin həmin evə köçürülməsi də iddiaçı ilə ailə qurması ilə əlaqədar baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Mübahisəli ev iddiaçının daimi yaş ayış yeri olduğundan o, hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və məhkəmə kollegiyası əsaslı olaraq iddianı təmin etmişdir. Mübahisəli ev bir otaqdan və mətbəxdən ibarət olmaqla evdən istifadə qaydasının müəyyən olunması texniki cəhətdən mümkün olmadığından, məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin rədd olunmasını əsaslı saymışdır. Göstərilənlərlə əlaqədar kollegiya İddiaçı mübahisəli evə köçürülməsini, evdən istifadə qaydasının müəyyən olunması tələbinin isə rədd edilməsini əsaslı sayır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 19 mart 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar