Məhkəmə qərarları › İş №2(102)-5399/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5399/2022

13.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5399/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı, bağişlama müqavilələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar ƏSəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2022-ci il tarixli, 2(103)3361/2022 saylı qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə İddiaçı (bundan sonra iddiaçı) X2 birinci nikahdan olan övladıdır. Cavabdeh1 (bundan sonra cavabdeh) isə 1996-cı ildə X4 ilə rəsmi nikaha daxil olmaqla ailə qurublar və 20 mart 1970-ci il tarixli, 093806 saylı orderə əsasən X2 istifadəsində olan Bakı şəhəri, M.Abbasov küçəsi, 6 “A” saylı evin 18 saylı mənzilinə gəlin köçüb. 17 iyun 2021-ci il tarixli Çıxarışa əsasən, ünvan 1 saylı evin 24 saylı mənzili mülkiyyət hüququ üzrə X2 adına qeydə alınıb. Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 27 sentyabr 2021-ci il tarixli məktubuna əsasən Cavabdeh1 02 aprel 2021-ci ildə Daxili İşlər Nazirliyinə müraciət edərək, yaşadığı ünvana qeydiyyata alınmasını xahiş edib və o, ünvan 1 saylı evin 24-cü mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınıb. 16 oktyabr 2021-ci il tarixli notarial qay dada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən X4 Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 17 saylı evin 24 saylı mənzilini qızı İddiaçı bağışlayıb. 19 oktyabr 2021-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhər, Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən, 17 saylı evin 24 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 26 oktyabr 2021-ci il tarixli arayışına əsasən Cavabdeh1 02 aprel 2021-ci ildən X4 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 17 saylı evin 24 saylı mənzilində daimi qeydiyyatdadırlar. Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20 iyun 2019-cu il tarixili məktubuna əsasən, Bakı şəhəri, M.Abbasov küçəsi, 6 “A” saylı evin 18 saylı mənzil X4, Cavabdeh1 və X razılıq ə rizələrinə əsasən 19 fevral 1997-ci il tarixdə X2 adına ilkin qeydiyyatdan keçib və həmin mənzil 22 avqust 1998-ci il tarixdə X3 adına özgəninkiləşdirilib və hazırda onun mülkiyyətindədir. 08 oktyabr 1998-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, 6 saylı evin 8 saylı mənzili mülkiyyət hüququ üzrə X2 adına qeydə alınıb. X4 ilə Cavabdeh2 MTK arasında bağlanmış 18 aprel 2016-cı il tarixili müqaviləyə əsasən Nizami rayonu, Ə.Hacıyev küçəsi, 6 saylı evin 8 saylı mənzilini boşaldaraq Cavabdeh2 MTK-nə təhvil verməyi, sonuncu isə bunun müqabilində Bakı şəh, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə inşa edilən 3 saylı binanın, 4-cü mərtəbəsində yerləşən 24 saylı mənzilini təmirli vəziyyətdə X2 m ülkiyyətinə verməyi, yeni yaşayış sahəsi təmir edilənədək kirayə haqqı qismində hər ay 350 manat kompensasiya ödəməyi öhdəsinə götürüb. 11 aprel 2016-cı il tarixili arayışa əsasən MTK tərəfindən 3 saylı binadakı 4-cü mərtəbə,1 otaqlı, 24 saylı 57.85 kv.metrlik yaşayış sahəsini, ünvan 2 ünvanda istismar müddətini başa vurmuş 8 saylı mənzillə əvəzləşdirilib. Cavabdeh1 ilə X4 arasında bağlanmış nikah Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə pozulub. Qanini qüvvəyə minmiş Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Tubu X1rşı “Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 17 saylı evin 24 saylı mənzilinin birgə nikah dövründə əldə edilmiş mülkiyyət olmasının müəyyən edilməsi, həmin mənzilin 1/2 hissəsinə onun mül kiyyət hüququnun tanınması, eləcə də ünvan 1 saylı evin 20 saylı mənzilin satışından əldə edilmiş 85.000 manat pulun 1/2 hissəsinin, yəni 42.500 manat pulun X tutulub ona ödənilməsi” barədə iddiası rədd edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı X4 Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhər, Nizami rayonu, B.Çobanzadə küçəsi 17 saylı evin 24 saylı mənzildən istifadə hüququna xitam verilməsi, Cavabdeh1 mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. X ilk iddia tələbini onunla əsaslandırıb ki, Cavabdeh1 onun keçmiş arvadıdır və sonuncu ilə aralarında bağlanmış nikah Bakı şəhəri, Ni zami rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən pozulub. Qanini qüvvəyə minmiş Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ona qarşı “Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 17 saylı evin 24 saylı mənzilinin birgə nikah dövründə əldə edilmiş mülkiyyət olmasının müəyyən edilməsi, həmin mənzilin 1/2 hissəsinə Cavabdeh1 mülkiyyət hüququnun tanınması, eləcə də ünvan 1 saylı evin 20 saylı mənzilin satışından əldə edilmiş 85.000 manat pulun 1/2 hissəsinin, yəni 42.500 manat pulun ondan tutulub Cavabdeh1 ödənilməsi” barədə iddiası rədd edilib. Bundan sonra Cavabdeh1 onun razılığı olmadan ona məxsus olan ünvan 1 saylı evin 24 saylı mənzilinə daimi qeydiyyata düşüb. Hazırda Cavabdeh1 onun mülkiyyət hüququnu pozmaqla mə nzildən qanunsuz və onun razılığı olmadan istifadə edir. Belə ki, Cavabdeh1 qanunsuz hərəkətlərini davam etdirməklə onun mülkiyyət hüququnu məhdudlaşdırır və onu mənzilindən çıxararaq faktiki olaraq mənzili zəbt edib. O, sözügedən mənzili qızı İddiaçı bağışladığı və mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alındığı üçün onun razılığı ilə qızı İddiaçı kimi tanınıb. Cavabdeh1 isə cavabdeh İddiaçı və digərlərinə qarşı “alqı-satqı və bağışlama müqavilələrin, Çıxarışların etibarsız hesab edilməsi, mənzil üzərində payların müəyyən olunması və sair” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh qismində cəlb edilməsi, Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsi, 6 saylı evin 08 saylı mənzilinin X4 ilə onun birgə nikahı dövründə əldə edilməsi, həmin mə nzil üzərində paylarının müəyyən edilməsi, X4 ilə Cavabdeh2 MTK arasında, ünvan 3 binanın 08 saylı mənzilinə dair bağlanmış alqı-satqı müqaviləsinin, 08 saylı mənzilin əvəzinə verilmiş yeni binadakı 20 və 24 saylı mənzillərə dair Cavabdeh2 MTK ilə X arasında bağlanmış müqavilələrin və həmin mənzillərdən 20 saylı mənzilin Cavabdeh4 satılması barədə müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 17 saylı evin 24 saylı mənzilinə dair dövlət reyestrində aparılmış ilkin qeydiyyatın əsassız hesab edilməsi və həmin əməliyyata əsaslanmaqla, X4 ilə İddiaçı arasında bağlanmış 16 oktyabr 2021-ci il tarixli bağışlama müqaviləsinin və onun əsasında aparılmış dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Cavabdeh1 qarşılıql ı iddiasını onunla əsaslandırıb ki, mübahisəli 24 saylı mənzil Cavabdeh2 MTK tərəfindən X bağışlanmışsa qarşı tərəf bu barədə məhkəməyə bağışlama müqaviləsi təqdim etməli idi. Cavabdeh2 MTK alqı-satqı müqaviləsinə əsasən 08 saylı mənzili söküb və əvəzində ona iki mənzil verilib. Ona görə də sökülən 08 saylı mənzil birgə nikah dövründə əldə edilmiş mənzil hesab edilməlidir və o, X arvadı kimi həmin mənzildə yaşayır. Sözügedən mənzil X bağışlanmayıb və həmin mənzil onunla X birgə nikahları dövründə əldə edilməklə onların ümumi birgə mülkiyyəti olub. 24 saylı mənzil ünvan 3 evin 08 saylı mənzilinin “pilot layihə üzrə” sökülməsi əvəzinə verilmiş iki mənzildən biridir. Bunu Cavabdeh2 MTK ilə X arasında bağlanmış müqavilələr də təsdiq edir. Bundan başqa, mənzilin mülkiyyətçisinin dəyişməsi həmin mənzilə olan, yaranan hüquqların, o cümlədən istifadə hüququnun xitamına səbəb olmur və hətta həmin hüququn mülkiyyətçinin özünün belə tərəfindən pozmasına yol verilmir. O, mənzilin yaşayış sahəsinə, tam qanuni əsaslarla qeydiyyata alınıb və buna əsas verən sənədlərdən biri də Cavabdeh2 MTK-nin arayışıdır. Mənzilin mülkiyyət hüququ üzrə qeydiyyata alınması tamamilə qanun pozuntuları ilə aparılıb. Buna bir faktı, mənzil dövlət reyestrində qeydiyyata alınarkən həmin mənzildə qeydiyyatda olanların razılığının olub-olmadığının araşdırılmamasını göstərmək kifayətdir. Belə ki, mənzil qeydiyyata alınarkən o, həmin mənzildə qeydiyyatda olub və bu qeydiyyata onun razılığı alınmayıb. Halbuki, dövlət reyestrində qeydiyyat zamanı tələb olunan sənədlərdən biri də mənzilə hüququ olan şəxslərin mənzilin özəlləşdirilməsinə yazılı razılıq vermələrini təsdiq edən sənədin olmasıdır. ünvan 3 evin 08 saylı mənzili dövlət tərəfindən order əsasında verilib və sonradan X mülkiyyətinə keçmiş Bakı şəhəri, M.Abbasov küçəsi, 6 “A” saylı evin 18 saylı mənzilində o, X ər-arvad olaraq yaşayıb. Sonradan həmin mənzil 22 avqust 1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 40.000.000 manata (AZM) X satılıb. Satışdan əldə olunan pul vəsaiti X istəyinə uyğun onun əvvəlki nikahdan doğulmuş övladları arasında bölünüb, yerdə qalan vəsait hesabına isə sonradan Cavabdeh2 MTK tərəfindən sökülmüş, ünvan 3 evin 08 saylı mənzili 48.000.000 manata (AZM) satın alınıb. ünvan 3 ünvanda yerləşən yaşayış binasının sökülməsi səbəbi ilə x Cavabdeh2 MTK arasında bağlanmış yeni mənzillərə dair müqavilələr, onların bağlanma sı zamanı o, tərəf olaraq iştirak etmədiyi üçün qanuni sayıla bilməz. Həmin müqavilələr üzrə mənzillər ünvan 3 evin 08 saylı mənzilinin sökülməsi nəticəsində verilib. Həmin mənzil onunla X birgə nikahda olduqları, ailə təsərrüfatını birgə idarə etdikləri dövrdə qazandıqları vəsait hesabına alınan mənzildir və bu faktlar da sökülən 08 saylı mənzilin 1/2 hissəsinə onun mülkiyyət hüququnun olduğunu təsdiq edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) ilk və qarşılıqlı iddia ərizələri rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, İddiaçı X birinci nikahdan olan övladıdır. X ilə Cavabdeh1 1996-cı ildə nikaha daxil olaraq ailə qurublar. Bu nikah X ikinci nikahı olub. Nikaha daxil olduqdan sonra Cavabdeh1 X istifadəsində olan və Bakı şəhəri, M.Abbasov küçəsi, 6 “A” saylı evin 18 saylı mənzilinə köçüb. Həmin mənzil 20mart 1970-ci il tarixli, 093806 saylı orderə əsasən X istifadəsində olub və 19 fevral 1997-ci il tarixdə Xn adına özəlləşdirilib. Bu mənzil X tərəfindən 22 avqust 1998-ci il tarixdə satılıb və satışdan əldə olunmuş pul vəsaiti hesabına ünvan 3 evin 08 saylı mənzili satın alınıb və həmin mənzil də xüsusi mülkiyyət hüququ üzrə X adına 08 oktyabr 1998-ci il tarixdə qeydiyyata alınıb. Xa Cavabdeh2 MTK arasında bağlanmış 18 aprel 2016-cı il tarixli müqaviləyə əsasən mənzil MTK-nə təhvil verilib və bunun əvəzində MTK Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində yerləşən 2532 saylı məhəllədə inşa edilən 3 saylı binanın, 4-cü mərtəbə sində olan 24 saylı mənzili təmirli vəziyyətdə X mülkiyyətinə verib. Bundan sonra, X və Cavabdeh1 həmin binada yerləşən 20 saylı mənzilə köçərək orada 1 il yaşayıblar, daha sonra 24 saylı mənzilə köçüblər və Cavabdeh1 hazırda həmin mənzildə yaşayır. Göründüyü kimi, Cavabdeh1 sözügedən mənzildən istifadə hüququnun əmələ gəlməsi işin mübahisə olunmayan haldır. Digər tərəfdən, işin mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil Cavabdeh1 istifadə hüququ ilə yüklü qaydada İddiaçı mülkiyyətinə keçib və bu hüquq hazırda da, mövcuddur. Mübahisəli mənzil İddiaçı bağışlanan zaman Cavabdeh1 istifadə hüququndan imtina ilə bağlı razılıq bildirməyib, əksinə həmin vaxtı mənzildə yaşamağa davam edib. Göstərilən əsasla Cavabdeh1 istifadə hüququnun itirilməsi və bunun nəticəsində onun mübahisəli m ənzildən çıxarılması qeyri-mümkündür. Ona görə də ilk iddia rədd olunmalıdır. Məhkəmə, həmçinin qarşılıqlı iddianı əsassız hesab edir. Belə ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, ünvan 3 evin 08 saylı mənzilinin, həmçinin həmin mənzilin sökülməsi nəticəsində əldə olunmuş 20 və 24 saylı mənzillərin həmin dövrdə ər-arvad olmuş X7 Bayramovanın birgə mülkiyyəti olmayıb. Bu baxımdan birmənalı olaraq qəbul edilməlidir ki, Cavabdeh1 ünvan 3 evin 08 saylı mənzilinin onunla X birgə mülkiyyətləri hesab edilməsi tələbi barədə iddiası əsassızdır və həmin mənzilə onun mülkiyyət hüququ olmadığı üçün X ilə Cavabdeh2 MTK arasında həmin mənzilin sökülməsi barədə bağlanmış müqavilənin və əvəzində 20 və 24 saylı mənzi llərin verilməsinə dair sonrakı müqavilələrin etibarsızlılığını mübahisələndirməyə onun müvafiq subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 158.3, 158.4, 169.1, 255.8-ci maddələrininin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni ilk iddianın rədd edilməsi hissəsində ləğv edilib, ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh X apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilib, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov sədrlik edən, məruzəçi, Şeyda Məmmədova və Rəşad Həsənov) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddia ərizələrini rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 158.3, 158.4, 169.1, 255.8-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilib, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən faktlar nöqteyi nəzərindən işə düzgün yanaşılmayıb və hüququn tətbiqində səhv buraxıb. Belə ki, ünvan 3 ünvanda yerləşən yaşayış binasının sökülməsi səbəbi ilə X Cavabdeh2 MTK arasında bağlanmış yeni mənzillərə dair müqavilələr, onun iştirakı olmadan bağlandığı üçün qanuni sayıla bilməz. Həmin müqavilələr üzrə verilmiş yeni mənzillərin əvəzinə sökülmüş ünvan 3 evin 08 saylı mənzili X onun birgə nikahları dövründə ümumi gəlirləri hesabına əldə olunduğundan, sökülən mənzilin 1/2 hissəsinə onun mülkiyyət hüququnun olduğunu göstərir. ünvan 3 ünvanda yerləşən yaşayış binasının sökülməsi ilə əlaqədar həmin binanın, x mülkiyyətində olan 08 saylı mənzilin yeni mənzillərlə əvəzləşdirilməsi ilə əlaqədar Cavabdeh2 MTK ilə müqavilə bağlanarkən X onunla nikahda olub və sökülən mənzildə o, qeydiyyatda olub. Həmin mənzil birgə nikah dövründə əldə edilmiş mənzil olub. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qa ydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdiklər i əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-ci maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası m əhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi); Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutla ra və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın rədd olunması hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələnirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlər inin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, qarşılıqlı iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı X birinci nikahdan olan övladıdır. X ilə Cavabdeh1 1996-cı ildə nikaha daxil olaraq ailə qurublar. Bu nikah Xn ikinci nikahı olub. Nikaha daxil olduqdan sonra Cavabdeh1 X istifadəsində olan və Bakı şəhəri, M.Abbasov küçəsi, 6 “A” saylı evin 18 saylı mənzil inə köçüb. Həmin mənzil 20 mart 1970-ci il tarixli, 093806 saylı orderə əsasən X istifadəsində olub və 19 fevral 1997-ci il tarixdə Xn adına özəlləşdirilib. Bu mənzil X tərəfindən 22 avqust 1998-ci il tarixdə satılıb və satışdan əldə olunmuş pul vəsaiti hesabına ünvan 3 evin 08 saylı mənzili satın alınıb və həmin mənzil də xüsusi mülkiyyət hüququ üzrə AXn adına 08 oktyabr 1998-ci il tarixdə qeydiyyata alınıb. X Cavabdeh2 MTK arasında bağlanmış 18 aprel 2016-cı il tarixli müqaviləyə əsasən mənzil MTK-nə təhvil verilib və bunun əvəzində MTK Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsində yerləşən 2532 saylı məhəllədə inşa edilən 3 saylı binanın, 4-cü mərtəbəsində olan 24 saylı mənzili təmirli vəziyyətdə X mülkiyyətinə verib. Bundan sonra, x və Cavabdeh 1 həmin binada yerləşən 20 saylı mənzilə köçərək orada 1 il yaşayıblar, daha sonra 24 saylı mənzilə köçüblər və Cavabdeh1 hazırda həmin mənzildə yaşayır. Apellyasiya instansiyası məhkəməsi, qarşılıqlı iddianı əsassız sayaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən, ünvan 3 evin 08 saylı mənzilinin, həmçinin həmin mənzilin sökülməsi nəticəsində əldə olunmuş 20 və 24 saylı mənzillərin həmin dövrdə ər-arvad olmuş X7 Bayramovanın birgə mülkiyyəti olmayıb. Bu baxımdan birmənalı olaraq qəbul edilməlidir ki, Cavabdeh1 ünvan 3 evin 08 saylı mənzilinin onunla X birgə mülkiyyətləri hesab edilməsi tələbi barədə iddiası əsassızdır və həmin mənzilə onun mülkiyyət hüququ olmadığı üçün X ilə Cavabdeh2 MTK arasında həmi n mənzilin sökülməsi barədə bağlanmış müqavilənin və əvəzində 20 və 24 saylı mənzillərin verilməsinə dair sonrakı müqavilələrin etibarsızlılığını mübahisələndirməyə onun müvafiq subyektiv hüququ yoxdur. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, kassasiya şikayətinin dəlilləri tam əsassızdır. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və y a vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillə rinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələnldirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 may 2022-ci il tarixli, 2(103)-3361/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar