Məhkəmə qərarları › İş №2(102)-54/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-54/2020

09.01.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-54/2020 09.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Ərizəçi və onun vəkili X2 iştirakı ilə, Ərizəçi tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9792/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin (hakim Leyla Talıbova) xx xxxxxxxx 2018-ci il tarixli tarixli qətnaməsi ilə Ərizəçi xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək və hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Ermənistan Respublikasının Vardenis rayonunun Zod kəndində yerləşən sovxozda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ərizə təmin edimişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlqar Dəmirov) xx xxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikay ətini təmin etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Elşad Şamayev) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə Ərizəçi apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizə ilə Xətai rayon məhkəməsinə müraciət edərək xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək və hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Ermənistan Respublikasının Varde nis rayonunun Zod kəndində yerləşən sovxozda fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Ərizəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul ed ilmişdir. Tərəflərin izahatları: Ərizəçi və onun vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə maraqlı şəxsin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanun un tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, ərizəçinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Ermənistan Respublikası, Vardenis rayonu, Zod kəndində orta məktəbi bitirdikdən sonra xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək və hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək sovxozda fəhlə işləmişdir. Lakin 1988-1993-cü illər ərzində olan erməni zülmləri nəticəsində o da digərləri kimi məcbur olub öz el-obasından didərgin düşmüşdür. Ərizəçi pensiya yaşına çatması ilə əlaqədar olaraq maraqlı tərəfə müraciət etsə də, əmək kitabçası olmadığı və bunu sübut edə bilmədiyi üçün ona pensiya təyin edilməsindən imtina edilmişdir. Həmin illərdə onunla sovxozda işləyən şəxslərin çoxu öldüyündən və onların da əmək kitabçası olmadığı ndan onun həmin sovxozda işləməsi faktını yalnız tanışları təsdiq edə bilərlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, ərizəçini Zod kəndindən tanıyır. Belə ki, o, 1984-cü ildə həmin kəndə, sovxozda kadrlar şöbəsinin rəisi vəzifəsində, ərizəçi isə həmin sovxozun 4 saylı briqadasında fəhlə işləmişdir. Sonradan ərizəçi hərbi xidmətə getmiş və qayıtdıqdan sonra yenidən həmin sovxozda fəhlə olaraq işləmişdir. O, həmin sovxozda kadrlar şöbəsinin rəisi işlədiyindən əmək kitabçaları onun tərəfindən verilirdi və 18 yaşına çatmayanlar mövsümi işlədikləri üçün onlara rəsmi əmək kitabçaları verilmirdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, ərizəçi ilə birlikdə 18 yaşından 4 saylı sovxozda f əhlə işləmişdir, lakin bu barədə əmək kitabçasında qeyd edilməmişdir. İş üzrə maraqlı şəxs olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Xətai Rayon Şöbəsinin ərizəçiyə ünvanlandığı xx.xx.2018-ci il tarixli, 19/5401-01 saylı məktubundan görünür ki, qanuna əsasən onun əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İş materiallarına əlavə edilmiş PT-İ seriyalı, ******* nömrəli “Əmək kitabçasından” görünür ki, ərizəçinin xx.xx.1987-ci il tarixdə işə qəbul edilənə kimi əmək stajı mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 305.1.1-ci maddəsinin mənasına görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların mü əyyən edilməsi haqqında işə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Sadalanan prosessual normaların mənasına görə, hüquqi əhəmiyyəti olan faktlar hüquqların əmələ gəlməsini, dəyişdirilməsini və ona xitam verilməsinin asılı olduğu faktlardır. Qanun hüquqi faktlarla vətəndaşların və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və ona xitam verilməsini əlaqələndirir və məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM; maddə 308.). Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması, ya da faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü, ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə, həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin dublikatını verə bilməsi imkanının olmaması nəzərdə tutulur. Hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçməli, ya da ki, məhkəmə qaydasında müəyyən edilməlidir. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmi ş sənədlərin bərpasının mümkün olmamasını müəyyən etmişdir. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik, şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizəçinin adına verilmiş və iş materiallarına surəti əlavə edilmiş “Əmək kitabçasından” görünür ki, kitabça xx.xx.1987-ci il tarixdə tərtib edilmiş və həmin kitabçadan sözügedən tarixdən daha əvvəl ərizəçinin əmək fəaliyyətinə başlamasına dair heç bir qeyd yer almamışdır. Başqa sözlə, həmin vaxta kimi ərizəçinin Zod kəndində yerləşən sovxozda fəhlə işləməsi faktını təsdiq edən hər hansı bir mötəbər sübut məhkəmələrə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin isə özlərinin, həqiqətən, sözügedən sovxozda xx.xx.1983-cü il tarixdən işləmələrini özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. Ərizəçinin birinci instansiya məhkəməsinə təqdim etdiyi şahidlərin ifadələri ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şahid xxxxxxxxx adına verilmiş “Əmək kitabçasının” surətindən görünür ki, kitabça onun adına xx.xx.1987-ci il tarixdə verilməklə, o, əmək fəaliyyətinə xx.xx.1987-ci il tarixdən başlamışdır. Eləcə də şahid xxxxxxxx adına verilmiş “Əm ək kitabçasının” surətindən görünür ki, kitabça onun adına xx.xx.1988-ci il tarixdə verilməklə, o əmək fəaliyyətinə həmin tarixdən başlamışdır. Bu baxımdan həmin şahidlərin xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək ərizəçinin sovxozda işləməsini təsdiq etmələri mötəbər sübut kimi qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ərizəni təmin etməyən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslandırılmamaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ərizəçinin apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsin in qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2 xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Ərizəçi kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9792/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar