Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-54/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-54/22 (Açar sözlər: işə bərpa, məcburi işə buraxmağa görə əmək haqqı tələbi) Bakı şəhəri, 17 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müd afiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1rşı “işə bərpa və ödənişlərin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4715/2021 nömrəli, 26 may 2021-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1rşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciə t edərək, DSMF sistemində əvvəlki işlədiyi vəzifəyə bərpa olunması və əmək müqaviləsinə xitam verildiyi 23.11.2020-ci il tarixindən sonrakı dövr üçün çatacaq ödənişlərin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan sturuktur islahatları nəticəsində 24.08.2016-cı il tarixdə Dövlət Sosial Müdafiə Fondu Oğuz rayon şöbəsinə müdir müavini vəzifəsinə təyin olunmuş, Dövlət Sosial Müdafiə X8 şəxsi tərəfindən 23.11.2020-ci il tarixdə əsassız olaraq işdən azad edilmişdir. 14.08.2020-ci il tarixdə X7 Şəxsə çevrilməsi ilə əlaqədar DSMF-nun rayon şöbələri ləğv edilmiş və rayon filialları yaradılmış, bütün işçilərdən ərizə alınaraq (həm işdənçıxma, həm də işə qəbul haqqında) əmək müqavilələrinə xitam verilmişdir.
3. Əslində isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə uyğun (dövlət orqanının ləğv edilməsi) əmək müqaviləsinə xitam verilməli idi. 14.08.2020-ci il tarixdə Əmək Məcəlləsinin 47-ci maddəsinin tələblərinə məhəl qoyulmadan, iddiaçı da daxil olmaqla əsassız olaraq bütün işçilərlə müddətli (3 ay müddətə) əmək müqaviləsi bağlanmışdır. 14.11.2020-ci il tarixdə müqavilə müddəti bitsə də, sonrakı bir həftə ərzində tərəflərin əmək müqaviləsinin xitam verilməsi barədə təklifləri olmamışdır. 25.11.2020-ci il tarixdə yenidən ərazi filiallarının yaranması ilə əlaqədar işçilərdən ərizə (həm işdənçıxma, həm də işə qəbul haqqında) tələb edilmişdir. Şərti olaraq ərizənin surəti göndərilmiş və işə qəbul edildikdən sonra əlyazmanın göndərilm əsi bildirilmişdir. 4. 26.11.2020-ci il tarixdə ailə üzvündə koronovirus testinin pozitiv çıxması səbəbli iddiaçı karantinə alınmış və 27.11.2020-ci il tarixdə koronovirusa yoluxmaya görə test vermişdir. 01.12.2020-ci il tarixdə həm səhhətinin pisləşməsi, həm də testin nəticəsinin pozitiv çıxması səbəbindən iddiaçı Şəki şəhərində yerləşən modul tipli xəstəxanaya yerləşdirilmişdir. 05.12.2020-ci il tarixdə xəstəxanadan buraxılsa da, 21.12.2020-ci il tarixinədək (evdə müalicə) karantində olmuşdur. 23.11.2020-ci il tarixdə heç bir əsas olmadan əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı iddiaçı 11.12.2020-ci il tarixdə idarəyə zəng etdiyi zaman öyrənmişdir.
5. İddiaçı tələbinin əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə və 47-ci maddəsinə istinad etmişdir.
6. Cavabdehin n ümayəndəsi iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsi yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir. Nizamnamənin 1.1-ci bəndinə əsasən, Fond məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 4.11.11 -ci bəndinə əsasən, X6 sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir; - iddiaçı əmək müqaviləsinin xitam edilməsi üçün işəgötürənə öz iradə ifadəsi ilə könüllü şəkildə yazılı ərizə təqdim etmiş, həmin ərizədə tarix göstərmişdir. Bu ərizə 23.11.2020-ci il tarixdə 1/D-3696663 nömrə i lə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinə daxil olmuşdur. Həmin ərizə əsasında işəgötürən qanunvericiliyin tələblərinə əməl etməklə AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə 23.11.2020-ci il tarixli **********3 nömrəli əmr qəbul etmişdir; - bu da göstərir ki, işçi işəgötürən ilə əmək münasibətlərini davam etdirmək istəmədiyi üçün tutduğu vəzifədən azad edilməsi üçün işəgötürənə yazılı müraciət etmiş və işəgötürən də qanuni əsaslarla əmək müqaviləsinə xitam vermişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1948/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Fərid Əyyubov)
8. Birinci instansiya məhkəməsi iddiaçın ın 23.11.2020-ci il tarixli ərizə ilə bir ay xəbərdarlıq müddəti verilmədən tutduğu vəzifədən azad edilməsi barədə ərizə verməsinə istinadən belə nəticəyə gəlib ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
9. Məhkəmə mövqeyini Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsi, 47-ci maddəsinin “f” bəndi, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, 69-cu maddəsinin 3-cü hissəsi, Mülki Prosessual Məcəllənin 14 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılıb və əlavə olaraq göstərilib ki, iddiaçının işdən azad edilməsi barədə əmr 23.11.2020-ci il tarixdə verilmişdir. Halbuki cavabdehin işdən azad edərkən əsaslandığı ərizə 25.11.2020-ci il tarixli ərizənin surəti olmuşdur.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4715/2021 nömrəli, 26 may 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1948/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxs tərəfindən verilmiş 23 noyabr 2021-ci tarixli, **********3 nömrəli əmrin ləğv olunması, İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödən ilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması qət edilmişdir. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi) Tofiq Səmədov, Anar Tanrıverdiyev)
13. Apellyasiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, İddiaçı 28.01.1998-ci ildən 23.11.2020-ci il tarixədək Oğuz rayonunda AR ƏƏSMN-nin tabeliyindədəki müxtəlif strukturlarda işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 X4 sədri H.Məmişovun 14.08.2020-ci il tarixli **********6 nömrəli əmri ilə İddiaçı 17.08.2020-ci il tarixindən tərəflərin razılığı ilə 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə Fondun Oğuz rayon filialına direktor müavini vəzifəsinə təyin olunmuşdur. İddiaçı Dövlət Sosial Müdafiə X8 Şəxsinin Oğuz filialında direktor mü avini vəzifəsində aylıq əmək haqqı 1800 manat təşkil edir. 25.11.2020-ci il tarixli ərizənin surətinə əsasən İddiaçı X6 sədri H.Məmişova müraciət edərək, bir ay xəbərdarlıq müddəti verilmədən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 X4 sədri H.Məmişovun 23.11.2020-ci il tarixli **********3 nömrəli əmri ilə İddiaçı 23.11.2020-ci il tarixindən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 24.07.2020-ci il və 14.08.2020-ci il tarixli əmək müqavilələrinə xitam verilmişdir və əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş 24.11.2020-ci il tarixdə qeydiyyata alınmışdır.
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qey d edib ki, Əmək Məcəlləsinin 69-cu maddəsində əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası nəzərdə tutulub. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər (maddə 69.1). Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur (maddə 69.2). İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv e dilə bilər (maddə 69.3). Yuxarıda qeyd edilən normanın hipotezasından göründüyü kimi, işçinin ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğv edilməsi bir sıra konkret hallarla şərtləndirilmişdir. Hazırkı halda iddiaçı onunla başqa əmək müqaviləsinin bağlanacağı ilə əlaqədar olaraq ərizəsində belə qeyd etdiyini bildirmiş bunun sübutu kimi də ərizənin əslini deyil, surətini işəgötürənə təqdim etdiyini bildirmişdir.
15. Bununla bağlı apellyasiya məhkəməsi göstərib ki, iddiaçı həm iddia ərizəsində, həm də öz izahatında 1998-ci ildən həmin orqanda (müxtəlif vaxtlarda orqanın adı və statusu dəyişmişdir) işlədiyini qeyd edir. Mülki iş materiallarına əlavə edilmiş Əmək kitabçasının surətindən görünür ki, İddiaçı 28.01.1998-ci ildən 23.11.2020-ci il tarixədək Oğuz rayonunda AR ƏƏSMN-nin tabeliyi ndədəki müxtəlif strukturlarda işləmişdir. Həmçinin əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə X8 Şəxsinin Oğuz filialında direktor müavini vəzifəsində çalışır, aylıq əmək haqqı 1800 manat təşkil edir.
16. Apellyasiya məhkəməsi hesab edib ki, həm iddiaçının izahatları, həm də hazırkı məlum iqtisadi çətinlik və böhran şəraitində iddiaçının dəlili, yəni onunla yeni əmək müqaviləsinin bağlanacağı şərti ilə həmin ərizəni yazması və ərizəsində də məhz xəbərdarlıq müddətinin gözlənilmədən əmək müqaviləsinin ləğv edilməsini qeyd etməsi inandırıcıdır, əks yanaşma, yəni Oğuz rayonunda aylıq məvacibi 1800 manat olan şəxsin 69.3-cü maddədə nəzərdə tutulmuş əsaslar olmadığı halda könüllü işdən azad olunmasına dair ərizə verməsi qətiy yən ağlabatan deyildir.
17. Bundan əlavə, iddiaçı 26.05.2021-ci il tarixli məhkəmə kollegiyasının iclasında işdən çıxarılma barədə 25.11.2020-ci il tarixli ərizəsinin əslini məhkəməyə təqdim etmişdir. İşəgötürənə isə həmin ərizənin surəti təqdim edilmişdir. İddiaçı izahatında bildirmişdir ki, onlarda olan qaydaya görə işdən çıxma barədə ərizənin surətini verirdilər, sonra işəgötürənlə yeni əmək müqaviləsi bağlananda həmin ərizənin əslini verirdilər.
18. Beləliklə, müəyyən olunur ki, iddiaçı qeyd etdiyi məqsədlərlə (yenidən işə qəbul olunma şərti ilə) ərizəsini 25.11.2020-ci il tarixdə yazmasına baxmayaraq, işəgötürən tərəfindən həmin ərizəyə istinad edilməklə onun əmək müqaviləsinə iki gün əvvəlki tarixdə, yəni 23.11.2020-ci il tarixli əmrlə xitam verilmişdir.
19. Apellyasiya məhkəməsinin mövqeyinə görə cavabdeh tərəfindən iddiaçının 25.11.2020-ci il tarixli ərizəsinin surətinə əsaslanmaqla həm də geri tarixə, 23.11.2020-ci il tarixli əmrlə iddiaçının əmək müaviləsinə xitam verilməsi qanunauyğun olmamışdır.
20. Bundan əlavə, apellyasiya məhkəməsi onu da vurğulayıb ki, iddiaçının gördüyü iş (yerinə yetirdiyi əmək funksiyası) Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hallara aid olmadığından, onunla müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə zidd olmuşdur.
21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün Əmək Məcəlləsinin 69, 83, 45, 47, 300-cü, Mülki Prosessual Məcəllənin 76.1, 76.2, 88, 89.1 və 89.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassa siya şikayətinin dəlilləri
22. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsi (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş edib.
23. Kassasiya şikayətinin dəlilləri: - iddiaçı 1 aylıq müddətin gözlənilməməsi şərtilə əmək münasibətlərinə xitam verilməsi üçün öz iradəsinə uyğun olaraq cavabdeh orqana müraciət etmiş, həmin müraciət 23 noyabr 2020-ci ildə qeydə alınmışdır. Qeyd edilən ərizə iddiaçının iradə ifadəsi olduğu üçün həmin ərizənin surətinin işəgötürənə təqdim edilməsi onun etibarsızlığına səbəb olmur; - iddiaçını ərizəsinin 23 noyabr 2020-ci ildə də qeydiyyata alınması və ərizədə əmək münasibətlərinə dərhal xitam verilməsi barədə xah işin olması iddiaçının işdən azad edilməsinə dair əsaslı və qanuni əmr verilməsi ilə nəticələnmişdir; - ərizənin rekvizitlərindən biri olan onun tərtib edilmə tarixinin 25 noyabr 20202-ci il kimi göstərilməsi ərizəçinin şəxsi mülahizəsidir və ərizənin etibarsızlğına səbəb olmur. Həm də tərtib edilmə tarixinin 25 noyabr 2020-ci il kimi göstərilməsi həmin müraciətin rəsmi qeydiyyat tarixinin 23 noyabr 2020-ci kimi olmasına hər hansı hüquqi maneçilik törətmir; - bundan əlavə, iddiaçının 1800 manat əmək haqqı aldığı halda onun işdən azad olunma ilə bağlı ərizə yazmasının ağlabatan olmaması kimi yanaşma əsaslı deyil, bu, məhkəmənin və iddiaçının subyektiv mülahizəsidir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
24. Kassasiya şikayətinə etiraz daxil olmuşdur. Etirazın dəlilləri ondan ibarətdir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Həmçinin cavabdeh orqanda bütün yazışmalar elektron sənəd dövriyyəsi əsasında aparılır. İddiaçı işdən çıxma barədə ərizəni elektron qaydada təqdim etməyib. c) Kassasiya icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
26. Məhkəmə kollegiyasının İddiaçı və onun vəkili Vəkil2 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 68. (2-ci hissənin a bəndi). Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Maddə 69
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər Maddə
300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci m addələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsas ı kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təm in etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
31. İddia tələbi işə bərpa barədədir. İddiaçı onun işdən azad edilməsi üçün əsas olan ərizənin 25 noyabr 2020-ci ildə yazıldığına, həmin ərizəni struktur dəyişikliyi ilə bağlı sonradan işə qəbul edilməsi üçün cavabdeh orqanının təklifi ilə yazdığına, onlarda olan qaydaya görə işdən çıxma barədə ilkin olaraq ərizənin surətinin, işəgötürənlə yeni əmək müqaviləsi bağlananda isə ərizənin əslinin verilməsinə, cavabdeh orqana yalnız ərizənin surətinin təqdim edilməsinə, 23 noyabr 2020-ci il tarixli əmrin isə ərizənin yazılma tarixindən əvvələ təsadüf etməsinə istinad etmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulmasının sübut edilməsindən asılıdır.
33. Apellyasiya instansiya məhkəmələrinin müəyyən etdiyi işin hallardan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulub.
34. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı apellyasiya məhkəməsinin hazırki qərarın 13-21-ci bəndlərində əks edilən dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarını əmək qanunvericiliyinin tələblərinə uyğun qiymətləndirmiş, iddiaçının və cabadehin dəlillərinə tam qiymət vermişdir.
35. Apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
36. Tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsinə əsas vermişdir.
37. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya məhkəməsinin hazırki qərarın 13-21-ci bəndlərində əks edilən mövqeyi baxımından əsassız sayır.
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4715/2021 nömrəli, 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.