Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-54/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər:əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(103)4354/2022 qətnaməsindən cavabdeh X şəxsin verdiyi kassasiya şikayəti üzrə işə 10 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallar ına görə, İddiaçı X işləmişdir. Həmin mərkəz ləğv edildikdən sonra yaradılan X İddiaçı arasında 30 mart 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti 3 ay müəyyən edilmişdir. X 3 ay sonra, yəni 30 iyun 2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən azad etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) cavabdeh X (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 30 iyun 2020-ci il tarixli əmrin ləğv edilməsi, onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi, onun cavabdehdə insan resurslarının idarə olunması şöbəsinin aparıcı mütəxəssisi vəzif əsinə bərpa olunması, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehdə müxtəlif vəzifələrdə işləyib və işlədiyi müddətdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və sair) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşürların və tezislərin çap olunması və sair kimi işlərlə məşğul olmuşdur. Sonuncu dəfə cavabdehdə insan resurslarının idarə olunması şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində çalışmış və II qrup əlildir. Yeni yara dılan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada bu qəbildən olan işlərlə məşğul olacaqdır. Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli, 479 saylı Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən X strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 saylı Fərmanının 2.2-ci bəndinə əsasən X ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmışdır. X yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2019-cu il tarixli, 775 saylı Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli, 95 saylı Qərarının tələblərinə uyğun olaraq X şəxs yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin X və digər müvafiq təşkilatlar ilə əlaqədar Fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmitədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox, Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununun Məşğulluq sahəsində dövlətin vəzifələri barədə 8-ci maddəsinin 8.03-ci bəndinə uyğun olaraq işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanmasından ibarətdir. Lakin, aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərinin qüvvədə olan əmək qanunvericiliyin in tələblərinə əməl etməməsi, səriştəsiz və yarıtmaz fəaliyyəti dövlətin apardığı məqsədyönlü struktur islahatlara kölgə salmaqdadır. X ləğvi ilə bağlı yuxarıda qeyd olunan Fərmanın icrasının X tərəfindən guya gerçəkləşdirildiyi vaxt onu 29 mart 2020-ci il tarixdə iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar işçilərə evdə oturmağa icazə vermişdilər) öz xahişi ilə həmin tarixdən işdən azad olunması barədə ərizə yazmağa məcbur etmişlər. Elə həmin tarixdən də ona cavabdehdə işlə təmin olunmasına dair X1 adına ərizə yazdırmışlar. 29 mart 2020-ci il tarixdən ləğv edilməkdə olan təşkilatdan onun öz xahişi ilə işdən azad olunmasına dair ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikası Baş Nazirinin imzaladığı 20 mart 2020-ci il tarixli, 01/411 saylı sənədə əsasən 29 mart 2020 -ci il tarixdən bir ay müddətinə əmək haqqı saxlanılmaqla X əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. 29 iyun 2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar o, yenə evdə olduğuna görə işə çağırılıb işdən azad olunduğu ona şifahi olaraq bildirmişdir. İşdən azad olunduğu gün ona bu barədə bir əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir. Belə bir kobud hüquq pozuntuları ilə əlaqədar onlar 02 iyul 2020-ci il tarixdə X kollektiv müraciət etmişlər. Belə ki, onunla birlikdə 12 nəfər işdən eyni qaydada azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Baş Nazirinin imzaladığı 20 mart 2020-ci il tarixli, 01/411 saylı sənədə uyğun olaraq pandemiya şəraitində işçilərin orta əmək haqlarının X-də saxlanılması və həmin X-in ləğv ed ilməsinin də mütləq olduğu bir vaxtda, ona məcburi ərizə yazdıraraq yeni yaradılan X e-sosial portaldan verilən çıxarışa əsasən 30 mart 2020-ci il tarixdən, 30 iyun 2020-ci il tarixədək əsas iş yeri kimi əmək müqaviləsini bağlamaqda məqsədi ona məlum deyildir. O, ilk öncə X-in əməkdaşları kimi çalışmış, daha sonra X yarandıqdan sonra işçi öz xahişi ilə işdən azad edilmiş və X 3 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsi 3 ay müddətinə bağlanmış və həmin 3 ayın tamamında iddiaçının əmək müqaviləsinə əmək müqaviləsinin vaxtı bitdiyi 3 ayın tamamında əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda ona 3 ay fəaliyyət göstərməsinə baxmayaraq əmək haqqı əskik verilmiş və ya müəyyən məbləğdə kəsirlər baş vermişdir. O, peşəkar, işdə çox geniş səlahiyyətlərə malik olan, eyni zamanda yüksək staja malik şəxsdir. Onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hər-hansı bir əsas mövcud olmamışdır. Bundan əlavə ona təqdim olunan əmək müqaviləsi yalnız əmək müqaviləsinə xitam verildiyi gün təqdim edilmiş və ona imzalatdırılmışdır. Halbuki qanunvericiliyin bu norması da işəgötürən X tərəfindən öncədən pozulmuşdur. Onun hansı əsaslarla işdən azad edilməsi, hansı prosedur qaydalara riayət edilib-edilməməsi məlum deyildir. O, cavabdehin hazırki əməlləri nəticəsində əmək kitabçasını əldə edə bilməmişdir. İşdən azad edildikdən sonra ona X işlə təmin olunacağı bildirilmiş, təxminən 1,3 ay sonra müəssisənin ləğv edilməsi ilə bağlı onun əmək müqaviləsinə xitam verilmiş, ərizə yazaraq öz hesabına məzuniyyətə buraxılmışdır. Pandemiya ilə əlaqədar yalnız 2020-ci ilin iyun ayında işə bağlamışdır, 20 gündən sonra 29 mart 2020-ci ildə ona əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam verildiyi bildirilmişdir. Onunla 3 aylıq müddətli əmək müqaviləsi bağlanması özlüyündə qanun pozuntusudur. Belə ki, onun vəzifə səlahiyyətləri müddətli xarakter daşımır. Həmçinin cavabdeh tərəfindən ayrı seçkiliyə yol verilmişdir. Belə ki, köhnə işçilərin əksəriyyəti ilə 3 aylıq əmək müqaviləsi bağlanaraq daha sonra müddətin bitməsi ilə bağlı müqavilələrə xitam verilmişdir. Bu halı onun yeni iş yerində faktiki olaraq cəmi 15-20 gün işlədikdən sonra əmək müqaviləsinə xitam verilməsi bir daha təsdiq edir. İşdən azad olunduqdan sonra işəgötürən ona başqa iş təklif etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova ) iddia təmin edilərək, işəgötürənin 30 iyun 2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı ilə bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinin müddətli bağlanmış hesab edilməklə, ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməklə cavabdehdə insan resurslarının idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin işəgötürən tərəfindən uzadılmamasının səbəbinin işçiyə tapşırılan işin öhdəsindən gəlməməsi ilə izah etsə də, bu halı da sübuta yetirə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçıya nə vaxt, hansı tapşırığın verilməsi, bu tapşırığın sonuncu tərəfindən icra edilməməsi barədə hər hansı bir sübut təqdim olunmamışdır. 2020-ci ilin mart ayından etibarən Azərbaycan Respublikasında Covid-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin tətbiq olunmasına başlanılması nəzərə alındıqda işəgötürənin işçinin öz əmək funksiyalarını yerinə yetirə bilməsini müəyyən etməsi üçün şərait, vaxt mövcud olmamışdır. Bundan başqa tərəflər arasında bağlanan əmək müqaviləsinin şərtinə əsasən işəgötürən işçinin təhsilini artırmaq üçün zəruri tədbirləri görməyi öhdəsinə götürdüyü halda bu əsasla işçi ilə bağlanan əmək müqaviləsinə xitam verə bilməzdi. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, işəgötürən əmək qanunvericiliyi ilə müəyyən olunmuş şərtlərə əməl etmədən işçi ilə müddətsiz əmək müqaviləsi bağlamalı olduğu halda müddətli əmək müqaviləsi bağlamaqla, da ha sonra özünün təşəbbüsü ilə bağlanmış müddətli əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verməklə iddiaçıya qarşı ayrı-seçkiliyə yol vermişdir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 45, 47, 68, 300cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Mehdiyev sədrlik edən, məruzəçi, X.Sarıyev və N.Cəfərov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməs inin 02 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının bildirdiyi faktiki hallar, onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. İddiaçının, onunla əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olması dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlana bilər və iddiaçı ilə müqavilə də məhz həmin maddi hüquq norması çərçivəsində müddətli bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 42.1, 43.1, 45, 68.2, 73-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 13 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.Əliyev sədrlik edən, məruzəçi, A.Hüseynov və İ.Xələfov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsin də yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmır. Belə ki, həmin Məcəllənin 56-cı maddəsinin 1-2-ci hissələrinə görə, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzər də tutulan əsasla xitam verilə bilər. Göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə) onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Kassasiya instansiyas ı məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 47, 56-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev sədrlik edən, məruzəçi, Ş.Məmmədova və R.Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi, işin yuxarıda müəyyən edilmiş hallarını və onlara tətbiq edilməli olan hüquq normalarını nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olub, maddi və prosessual hüquq normalarının tələblərini hazırki əmək mübahisə sinə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 42, 43, 45, 47, 68, 73-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırıb ki, iddiaçı (işçi) əmək müqaviləsinə imza etməklə onun şərtlərini qəbul etməsi barədə iradə ifadəsini bəyan etmişdir. Digər tərəfdə n, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin kontekstində yanaşdıqda müəyyən olunur ki, işçinin əmək funksiyası daimi xarakterə malik olduğu qabaqcadan bəlli olan iş kateqoriyalarına aid olduğu halda belə tərəflər əmək müqaviləsini qarşılıqlı razılıq əsasında müddətli bağlaya bilərlər. İddiaçı əmək müqaviləsinin müddəti müəyyən edən 2.1-ci bəndini heç vaxt iddia tələbində mübahisələndirməmişdir. Halbuki, iddiaçı həm fiziki formada olan əmək müqaviləsi, həm də AR Prezidentinin 15 aprel 2019cuil tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “e-sosial” portalı, my.gov.az, egov.az portalları vasitəsilə şəxsi elektron kabinetindən əmək müqaviləsinin mühüm şərtəri ilə tanış olmaq imkanına malik olmuşdur. Məhkəmə, iş üzrə iddia tələbinin təmin olunması ilə bağlı qətnamə qəbul edərkən fakt iki olaraq tərəflər arasındakı 2 aktı etibarsız hesab etməklə ləğv etmişdir. Birincisi, iddiaçının iddia tələbi əsasında işəgötürənin əmək müqaviləsinə xitam verilməsinə dair əmrini; ikincisi, öz təşəbbüsü ilə tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddət müəyyən edən normasını uydurma əqd hesab edilməklə ləğvi. Halbuki, qeyd olunan həmin aktın etibarsızlığının mübahisələndirilməsi qanunvericilikdə kəsici müddətlə məhdudlaşır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 42.1 Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz Maddə 43.1 Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Maddə 45.1 Ə mək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 47 işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə ( peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların q arşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 68 Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 73.1 Müddətli əmək müqaviləsinin mü ddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadı nı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanıldı. Kassasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə raz ılaşıb hesab edir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmır. Belə ki, Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-2-ci hissələrinə görə, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümk ün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə) onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz. Kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq edib və həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradıb və iş üzrə məhkəmə qətnaməsini işin müəyyən edilmiş halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün əsaslandırıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2(103)-4354/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.