Məhkəmə qərarları › İş №2(102)-54/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-54/2024

29.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-54/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1028/2023 nömrəli, 05 iyul 2023-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıl arı müəyyən etmişlər. 2. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 231A, kod 30800076 nömrəli şəhadətnaməyə əsasən Abşeron rayonu, Aqrar İslahat Komissiyasının 01 iyul 2005-ci il tarixli, 59 nömrəli qərarı ilə Abşeron rayonu, Qobu qəsəbə sakini X1, İddiaçı (bundan sonra iddiaçı), Cavabdeh, X6, X4, X8, X5 mülkiyyətinə 0,10 ha torpaq sahəsi verilmişdir.

3. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli şəhadətnamənin xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2011ci il tarixdə ölmüş X2 vərəsəsi İddiaçı miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə X3 verilmiş seriya nömrəsi JN 231, KOD 308 00076 olan şəhadətnaməyə əsasən Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,0142857 ha olan torpaq sahəsindən ibarətdir.

4. Hazırda iddiaçı həmin torpaq sahəsində yerləşən evə köçürülməsini tələb edir, cavabdeh isə buna etiraz edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu ilə birgə onların Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən 22-ci evə köçürülməyi və həmin evdə yaşamaq üçün hasar çəkilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 17 oktyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən həmin Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən 22-ci evin 14 hissəsi ona pay kimi düşür. 20112017-ci illərdə 6 il ərzində 4 il yarım müddət olmaqla Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 21-də yaşamışdır. Faktiki hərəkətləri ilə həmin evə sahiblik etmişdir. Belə ki, anası rəhmətə getdikdən sonra vərəsəlik payından imtina etməyə yönələn hər hansı hərəkət etməmişdir. İddiaçı həmçinin ərizəsində qeyd etmişdir ki, onun oğlu nəfəs çatışmazlığından əziyyət çəkir və hazırda yaşadıqları ev həm övladının, həm də özünün sağlamlığına mənfi təsir edir.

7. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, iddiaçı hələ anaları vəfat etməmişdən qabaq ailə qurmaq məqsədilə getmiş və qeyd etdiyi illərdə onlarla yaşamamışdır. İddiaçının övladı, ailəsi var və bu günə kimi də heç vaxt onlarla davamlı olaraq birlikdə yaşamamış dır. Bunu sübut edəcək kifayət qədər şahidlər var. Onu da həmçinin qeyd edir ki, iddiaçı bacısı olsa da onun digər qardaşbacıları ilə münasibəti heç vaxt yaxşı olmamış, aralarında hər zaman mübahisələr olmuşdur. Nəzərə alınmalıdır ki, anaları vəfat etdikdən sonra sağ qalmış digər ailə üzvləri mirasdan cavabdehin xeyrinə imtina etmişdir. İddiaçı isə imtina etmək qarşılığında analarından onlara miras qalmış 8 sot torpaq sahəsini və bununla yanaşı, anasından qalmış qızıl-zinət əşyalarını, sep, hil üzük, saat, anasının matkirov medalını götürmüş və bildirmişdir ki, həmin torpaq sahəsi və qızıl zinət əşyalarının qarşılığında Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən 22-ci evdən imtina edəcəkdir. Onu da qeyd edir ki, mübahisəli evdə hər zaman o və ailəsi anası ilə birlik də yaşamış, iddiaçı isə qeyd etdiyi kimi hətta anasının vəfatından öncə evi tərk etmiş, anasının hansı vəziyyətdə öldüyündən xəbəri belə olmamışdır. Əmlakdan isə özünün də bildiyi, lakin gizlətdiyi kimi rəsmi qaydada notariusda imtina etmişdir. xx.xx.2018-ci il tarixli **********169 nömrəli ərizədən də göründüyü kimi iddiaçı rəsmi qaydada bildirmişdir ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum anası X2 vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakının ona çatası hissəsini qəbul etməmiş, etmir və bu barədə gələcəkdə hər hansı bir iddia qaldırmayacaqdır. Notarius tərəfindən iddiaçıya izah edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268-ci maddəsinə uyğun olaraq mirasdan imtina etmək barədə ərizə geri götürü lə və ya ləğv edilə bilməz və harada yerləşməsindən asılı olmayaraq bütün miras əmlakdan imtina etmiş olur. Belə olan halda mübahisə predmeti olan, anasından miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin olduğunu deməsi qanunvericiliyin tələblərinə ziddir. Cavabadeh əlavə edərək qeyd edir ki, iddiaçı onu aldadaraq anasından qalmış digər torpaq sahəsini və qızıl-zinət əşyalarını aldıqdan, mirasdan imtina barədə ərizə verdikdən 5 il keçəndən sonra hazırda əsl həqiqətdə heç bir hüquqi çatmadığı əmlakdan pay istəməsi, yalan məlumatlar verməsi düzgün deyil. Göründüyü kimi iddiaçının əsl məqsədi onu aldadaraq əmlakı ələ keçirmək, daha sonra isə imtina verdiyi ərizəyə baxmayaraq mirasa hüququ olduğunu deyərək ona məxsus, onun sahibliyində olan əmlakı da böldürməkdir. İddiaçının da bildiyi k imi iddiaçının Yasamal rayonundakı evinin qiyməti təxminən 200000 manatdan çoxdur, yəni bu da sübut edir ki, onun qiymətə başqa yerdə əmlak almaq, yaşamaq imkanı da var.

8. ƏMDX yanında DƏDKR publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Ləğv edilmiş DTXK tərəfindən idarələrinə təqdim edilmiş DBF elektron baza məlumatlarında Cavabdeh və ailə üzvlərinin (6 nəfər subyekt) ümumbirgə mülkiyyətində Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən JN-231A nömrəli şəhadətnamədə qeyd olunan 0,10 ha həyətyanı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir.

9. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il ta rixli, 2(012)-260/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı uzun illərdir ki, sözügedən ünvan 1 ünvanında yaşamır. Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında DƏDKR publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan göründüyü kimi ünvan 1 ünvanında qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmiş, ləğv edilmiş DTXK tərəfindən idarələrinə təqdim edilmiş DBF elektron baza məlumatlarında Cavabdeh və ailə üzvlərinin (6 nəfər subyekt) ümumbirgə mülkiyyətində Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən JN-231A nömrəli şəhadətnamədə qeyd olunan 0,10 ha həyətyanı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. AR MPM-nin 77-ci maddəsinə əsasən, iddiaçının sözügedən evdə yaşamasını təsdiq edən sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşmüş, lakin iddiaçı bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin iddiaçının hal-hazırda mübahisəli evə köçürülməsinə əsas verən hallarla bağlı sübutlar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı iddiaya dəqiqləşmə verd iyi halda məhkəmə, ilk iddia tələbinin rədd edildiyi barədə qətnamə qəbul edib, bu da birinci instansiya məhkəməsinin işin hallarını araşdırmadığını göstərir. İkincisi, birinci instansiya məhkəməsi cavabdeh tərəfin məhkəməyə hər hansı sübutunu təqdim etmədiyi halda qətnamə üzrə əsaslardan biri kimi göstərib ki, guya iddiaçı mirasdan imtina etmişdir. Mübahisənin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1269-cu maddəsinin tələbinə əsasən, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə, mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Həmin Məcəllənin 1256-cı maddəsinin tələbi isə belədir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bi lməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Miras qoyan anası, X7 25 iyul 2022-ci ildə vəfat edib və onun vərəsələrindən biri olaraq mirası faktiki qəbul edən vərəsə olmuşdur. Məhkəmənin istinad etdiyi (guya mirasdan imtina etməyi barədə) sənədin tarixi isə 17 oktyabr 2018-ci il olaraq bildirilir. MM-nin 1269-cu maddəsinin tələbinə görə hətta belə bir imtina ərizəsi olsaydı belə yeddi ildən sonra edilən imtina qanuni sayıla bilməz. Bundan başqa Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlə rə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci və 158.4-cü maddələrinin tələblərində bildirilir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Onun həmin evdə ən azı yaşamaq hüququ olduğu üçün, həmin evə köçürülməyinə maneə olmamalıdır. Əfsuslar olsun ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd etdiyi kimi, işin hallarını düzgün qiymətləndirə bilməmiş və işin tərəflərinin qarşılıqlı münasibətlərinə, işin hallarına tamamilə uyğun olmayan qətnamə q əbul etmişdir.

14. Apellyasiya şikayətinə cavabdeh etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1028/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ə.Məmmədov (sədrlik edən və məruzəçi), L.E.Rəhimli və İ.K.Dəmirov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddia tələbinin İddiaçı oğlu – xx.xx.2019-cu il təvəllüdlü X9 ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qarayev küçəsində yerləşən 22 nömrəli evə köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edi lmiş və iddia tələbi təmin edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, şin mübahisəsiz halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin ümumi birgə mülkiyyətində olan torpaq sahəsində yerləşən mübahisəli ev onların anasına məxsus olmuş və ölən günədək həmin evdə yaşamışdır.

17. İş materiallarından aydın olur ki, mübahisəli evə dair mülkiyyət hüququ dövlət reyestrində heç kimin adına qeydə alınmamışdır. Evin yerləşdiyi torpaq sahəsi isə tərəflərin, o cümlədən mərhum Zərnişan Mirzəyevanın və digər 3 nəfərin ümumi mülkiyyətindədir. Tərəflərin anası Zərnişan Mirzəyeva vəfat etdikdən sonra iddiaçı mirası qəbul etmiş və ondan miras qalmış hissəyə ½ hissədə pay almışdır. Bu barədə iddia çıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

18. Cavabdeh iddiaçının imtina etmək qarşılığında analarından onlara miras qalmış 8 sot torpaq sahəsini və bununla yanaşı, anasından qalmış qızıl-zinət əşyalarını, sep, hil üzük, saat, anasının medalını götürdüyünü və həmin torpaq sahəsi və qızıl zinət əşyalarının qarşılığında ünvan 2 ünvanında yerləşən 22-ci evdən xx.xx.2018-ci il tarixli ərizə ilə rəsmi qaydada notariusda imtina etdiyini bildirsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir.

19. Belə ki, cavabdeh tərəf surət formasında təqdim etdiyi iş materiallarında olan xx.xx.2018-ci il tarixli ərizənin (iş v.45) əslini məhkəmə tərəfindən şərait yaradılsa da, təqdim etməmiş, həmçinin ərizənin üzərində olan QR kod vasitəsilə onun həqiqiliyinin yoxlanması mümk ün olmamışdır. Halbuki, MPM-in 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən, sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Hazırki işdən görünür ki, cavabdeh tərəf iddiaçının miras əmlakdan imtina etdiyini sübuta yetirə bilməmişdir. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliy i baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

21. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi mübahisəli evin yerləşdiyi torpaq sahəsinə cavabdehlə birlikdə iddiaçının da mülkiyyət hüququ vardır. Mübahisəli ev isə həmin torpaq sahəsinin üzərində yerləşir və evdən iddiaçı da müəyyən müddətlərdə yaşayış sahəsi kimi istifadə etmişdir, hazırda da həmin evdə qeydiyyatdadır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mübahisəli ev üzərində iddiaçıdan üstün hüquqa malik deyildir və onun iddiaçının həmin evə köçməsinə mane olması əsassızdır.

22. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi iddiaçının oğlu ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Q.Qara yev küçəsində yerləşən 22 nömrəli mübahisəli evə köçürülməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

23. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 1133.1, 1133.2, 1134.1, 1145, 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3 və 1255-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (vəkil Cavabdeh) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

25. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı iddiasında övladının səhhəti ilə əlaqədar yaşadığı evin əlverişsiz olması səbəbindən mənə məxsus evə köçürülmə barədə iddia qaldırsa da, iddiasını əsaslandıracaq, eləc ə də köçürülməsini tələb etdiyi evə dair hər hansı hüququnun olmasını təsdiq edən heç bir mötəbər fakt, sənəd təqdim edə bilməmişdir.

26. Ərizənin məzmunundan da göründüyü kimi, iddiaçı öz azad iradəsi ilə mirasdan imtina etmişdir. Belə olan halda mübahisə predmeti olan, analarından miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin olduğunu deməsi qanunvericiliyin tələblərinə ziddir. Çünki, sözügedən ərizə ilə iddiaçı əmlakdan rəsmi qaydada imtina etmişdir. Ərizənin olduğu halda, onun verilməsindən bir neçə saat sonra iddiaçıya vərəsəliklə bağlı hər hansı şəhadətnamənin verilməsi və bundan da cavabdehin 5 il sonra xəbərinin olması mübahisə, şübhə doğurduğundan notarius işinin də tələb edilərək məhkəmədə tədqiq edilməsi zəruri olmuş və bu barədə birinci intansiya məhkəməsinə iki dəfə vəsa tətlə müraciət edilmiş, notarius sənədləri göndərmədiyi səbəbindən apellyasiya məhkəməsi yenidən sorğu verərək işi tələb etmiş və lakin notariat ofisi bu məhkəmənin də tələbinə cavab verməmişdir. Cavabdeh həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işin düzgün araşdırılması üçün verilən əsaslı etiraz-mülahizəni təmin etməyərək işə birtərəfli baxmışdır. O cümlədən, apellyasiya intansiya məhkəməsində 4 məhkəmə prosesi təyin edilmişdir ki, həmin proseslər məhz məhkəmənin təşəbbüsü ilə notariat ofisində mirasla bağlı iş materiallarının tələb edilməsi üçün təxirə salınmışdır ki, həmin sənədlər gəlmədən, işi yekunlaşdırmaq olmaz. Lakin dördüncü prosesdə hakim üç dəfə prosesi hansı səbəbə təxirə saldığını nəzərə almadan, yəni sorğuya cavab gəlmədən “işə baxmaq düzgün deyil” dediyini d iqqətə almadan verdiyi sorğuya cavabı gözləmədən işə əslində heç bir aidiyyəti olmayan tərəfdən baxmış, yəni tələbə işin mahiyyətindən kənara çıxmaqla baxmış və nəticədə şübhədən azad olmayan qətnamə qəbul edərək pozuntuya yol vermişdir.

27. Məhkəmə zalındakı video çəkilişə əsasən cavabdeh iddia edir ki, iddiaçı tərəfin evə köçürülməklə bağlı verdiyi iddia ərizəsi uşağının xəstəliyi, ev şəraitinin yaxşı olmaması ilə bağlı olduğu və bunları da təsdiq edən heç bir sübutunun olmadığı halda mirasın qəbulu üzrə notariat ofisi tərəfindən verilmiş iki bir-birinə zidd sənəd də əslində məhkəmə qaydasında mübahisə edilməli olduğu halda, hazırda məhkəmədə onlardan birinə istinad edilərək tələbin təmin edilməsi qanunsuzdur. Cavabdeh tərəf bildirmişdir ki, iddiaçının mirasdan imtinaya dair ərizəsində n sonra mirası qəbulla bağlı şəhadətnamənin verilməsi və hazırda hər ikisinin qüvvədə olması halında işə həmin sənədlərdən hansının qüvvədə qalması, yəni digərinin etibarsız hesab edilməsi başqa məhkəmə mübahisəsi olduğundan hazırda həmin sənədlərdən birinə, yəni iddiaçının haqsız mənafeyinə uyğun olanına istinad edilməsi əsassızdır. Cavabdeh tərəf sənədlərin mübahisə predmetri olubolmadığını müəyyənləşdirmək üçün aidiyyatı üzrə aşağı instansiya məhkəməsində baxılmasını, sonra gərəkli olarsa təkrar apellyasiya icraatına götürülməsini tələb etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

29. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət t ərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.

30. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

31. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obye ktidir.

32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.

34. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

35. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsi yyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

36. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

37. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

38. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

39. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tə nzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. İşə mahiyyəti üzrə baxan məhkəmə iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mübahisənin obyekti olan evin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ vardır. Bundan əlavə, iddiaçı anasından qalan mirasa vərəsəlik şəhadətnaməsi almışdır. Mübahisəli evdən iddiaçı da müəyyən müddətlərdə yaşayış sahəsi kimi istifadə etmişdir, hazırda həmin evdə qeydiyyatdadır. Ona görə də, cavabdeh mübahisəli ev üzərində iddiaçıdan üstün hüquqa malik deyil və iddiaçının həmin evə köçməsinə yaradılan mane əsassızdır.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutula n hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının 2(105)-1028/2023 nömrəli, 05 iyul 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar