Məhkəmə qərarları › İş №2(102)-540/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-540/2020

16.01.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-540/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Hacıyev Sənan Firudin oğlu, Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, nümayəndəsi X3, vəkili Vəkil1,Cavabdeh1 və vəkili Vəkil2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)*****/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz rayon Məhkəməsinin (hakim İ.Xəlilov) xx.xx.2019-cu il tarixli, 2(0 67)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1na qarşı “torpaq sahəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, 100 manat məbləğində ekspertiza xərcinin İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Abasov, A.Abbasov, T.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(067)-*****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsum unun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh1na qarşı “torpaq sahəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi və həmin qanunsuz sahiblikdə olan torpaq sahəsində tikilmiş evin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN:*****nömrəli, ***** kodlu dövət Aktında göstərilmiş torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunan 136 kv.m hissəsinin onun qanunsuz sahibliyindən alınaraq istifadəsinə qaytarılmaqla torpaq sahəsinin tamlığının bərpa edilməsi və həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunan hissəsində tikilmiş ev in cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan iddiaçının təqdim etdiyi sübut əhəmiyyətli sənədləri nəzərə almadan təkrar ekspertiza təyin edilməsinə dair vəsatəti təmin etmədən həqiqətə uyğun olmayan ekspert rəyinə əsaslanaraq qeyri-obyektiv qətnamə qəbul etmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikası MPM-nin 103 və 88-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə xx.xx.2019-cu il tarixli ekspert rəyinə istinad etmişdir ki, həmin rəy də qərəzli və əsassız rəydir. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı, nümayəndəsi X3 və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki,həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə ona sərbəst surətdə sahiblik və maneəsiz istifadə etməyə əsas verir. Başqa sözlə, mübahisə halında əmlak o vaxt istinad olunan hüquq normalarının müdafiəsinin təsiri altına düşür ki, özünü həmin əmlakın mülkiyyətçisi hesab edən şəxs bunu sübut etmiş olsun. İşin tədqiq olunan faktiki hallarından və iş üzrə təyin olunan ekspert rəylərindən görünür ki, İddiaçı və qeyrilərinin paylı mülki yyətinə verilmiş, Xaçmaz rayonu, ***** kəndi ərazisində yerləşən 0.14 ha torpaq sahəsinin hər hansı bir hissəsinin Cavabdeh tərəfindən zəbt olunması və ya onun tərəfindən hər hansı qeyri-qanuni tikintinin aparılması faktı öz təsdiqini tapmamışdır. Eyni zamanda iş üzrə qanuni qüvvəyə minmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(067)-*****/2015 saylı qətnaməsindən də görünür ki, həmin torpaq sahəsinin zəbt edilməsinə dair Cavabdeh qarşı bundan əvvəl iddaçının atası (hazırda iddiaçının nümayəndəsi qismində çıxış edir) tərəfindən iddia qaldırılmış və yekun məhkəmə qərarı ilə hər hansı zəbt faktının olmadığı müəyyən edilmiş, iddia rədd edilmişdir. İş materiallarında olanAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli, ***** saylı və xx.xx.2019-cu il tarixli, ***** saylı ekspert rəylərindən, xx.xx.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X3, X1, İddiaçı, X2 və X4 paylı mülkiyyətinə verilmiş, Xaçmaz rayonunun ***** kəndi ərazisində yerləşən 0.14 ha torpaq sahəsinin hər hansı bir hissəsinin Cavabdeh tərəfindən istifadə edilmədiyi, orada Cavabdeh tərəfindən yaşayış evi və ya başqa tikili inşa edilmədiyi, Cavabdeh inşa etdiyi yaşayış evinin 28 kv.m hissəsinin atası X5 CN ***** saylı, ***** kodlu şəhadətnamə ilə verilən torpaq sahəsinin cizgiləri daxilində, 100.4 kv.m hissəsi isə bələdiyyə mülkiyyətinə məxsus (0.0524 ha) torpaq sahəsinin cizgiləri daxilində inşa edildiyi müəyyən edilmişdir. Beləliklə, apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətinə müdaxilə aşkar olunmadığ ından hazırki halda İddiaçı belə bir iddia ilə çıxış etməsi üçün heç bir əsas yoxdur. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, y əni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onların başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, həyata keçirilməsindən eləcə də cavabdehin torpaq sahəsindən çıxarılmasından, meyvə tinglərinin sökülməsindən söhbət gedə bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin d əlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuşdur. Kassasiya yoxlaması zamanı da apellyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar