Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5401/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1383/2021 nömrəli, 23 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Quba Rayon Məhkəməsinin 2(027)-85/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı, 28.12.2017-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Quba rayonu, İİ Nügədi kəndindəki 0,69639 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1304,5 kv.metr olan əmlak kompleksi kimi müəssisənin torpaq sahəsi ilə birlikdə ƏMDK-nin 13 saylı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş "xxxx" MMC-nin əsas vəsaitlərinin inventarlaşdırılması aktında göstərilən əsas vəsaitlərlə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1383/2021 nömrəli, 24 aprel 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-85/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayə tinin verilməsi üçün ödənilmiş 10,40 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birlikdə kassasiya şikayəti vermişlər. İş materiallarından müəyyən olunur ki, cavabdehlər 15 manat dövlət rüsumu ödəməli olduğu halda, 10 manat dövlət rüsumu ödəmişdir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 8.4.1-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri üzrə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 407.4-cü maddəs inə əsasən kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməmişsə kassasiya şikayəti qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhk əməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 409-cu maddəsi apellyasiya instansiyası məhkəməsinin üzərinə kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini qoymuşdur. Yalnız bundan sonra kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə göndərilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə kassasiya şikayətin verilməsi qaydalarına riayət olunub-olunmamasını yoxlamadan, şikayəti kassasiya instansiya məhkəməsinə göndərmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.3-cü maddəsini n tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.3, 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1383/2021 nömrəli, 23 aprel 2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-5401/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-5401/2021
21.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver