Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5401/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququnun itirilmiş hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu, (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(108)-64/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 06 dekabr 20 22-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli, 04/25 nömrəli məktubda qeyd olunmuşdur ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 60-da yerləşən 11 nömrəli mənzil Naxçıvan şəhər XDS İK-nın 20 iyul 1992-ci il tarixli, 585 nömrəli qərarı əsasında 1992-ci ilin oktyabr ayında X2 adına qeydiyyata alınmışdır. 2. 15.04.2016-cı il tarixdə Naxçıvan şəhər 1 saylı DNK-da qeydiyyata alınan 4ə-220 nömrəli bağışlanma müqaviləsi əsasında həmin mənzil xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinc i instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 60 mənzil 11-ə yaşayış və istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı Naxçıvan şəhəri H.Əliyev prospekti ev 60 mənzil 11-in onun mülkiyyətində olduğunu, həmin evin nənəsi X10 tərəfindən 15 aprel 2016-cı il tarixli bağışlama müqaviləsi əsasında ona bağışlandığını, həmin vaxtdan evi adına keçirdiyini, cavabdehin onun dayısı olduğunu, ümumiyyətlə cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamadığını, cavabdehin 1982-1983-cü illərdə Moskva şəhərinə getdiyini, orada yaşayıb işlədiyini, 1991-ci ildə cavabdehin Moskva şəhərindən gəlib evlənərək sonra ailəsini götürüb təkrarən Moskva şəhərinə getdiyini, orada yaşayıb işlədiyini, bir müddət sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçərək orada yaşadığını, hazırda cavabdehin mübahisəli mənzildə sadəcə qeydiyyatda durduğunu, cavabdehin ana-atasına baxmadığını, onlara özünün, ata və anasının baxdığını, özünün uşaq vaxtından nənə və babasının yanında yaşadığını, onlar tək yaşadıqlarına görə onu yanlarında saxladıqlarını, cavabdehin Moskva şəhərinə getdikdən sonra öz toyunda gələrək bir müddət mübahisəli mənzildə yaşadığını, sonra təkrarən Moskvaya getdiyini, cavabdehin uşaqlarının sünnət toyunu mübahisəli mənzildə etdiyini, həmin toy ərəfəsində mübahisəli mənzildə yaşadığını, lakin onun daimi olaraq həmin mənzildə yaşamadığını, 2018-ci ildə nənə və babasının öldüyünü, cavabdehin həmin vaxt yasa gəldiyini, yasa gəldiyi vaxt mübahisəli mənzildə yaşadığını, hazırda cavabdehin mənzilin pasport qeydiyyatında dayanması səbəbindən özünün artıq kommunal xərclər ödəməli olduğunu, mülkiyyəti üzərində sərəncam verə bilmədiyini göstərərək iddianın təmin edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz verərək bildirmişdir ki, iddianın birinci səhifəsində iddiaçı cavabdehin həmin ünvanda qeydiyyatda olma səbəbindən özünün mülkiyyət üzərində sərəncam hüquqlarını həyata keçirə bilməməsini göstərmişdir. Bunu onunla əsaslandırmaq istəyir ki, guya Qara 20 ildən artıqdır ki, əvvəllər valideynlərinin mülkiyyətində olan yaşayış evində yaşamır. İddianın hüquqi əsaslandırma hissəsində isə iddiaçı Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsaslanaraq qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və AR Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərhi ilə bağlı hüquqi nizama salma norması kimi göstərmişdir. Sonra iddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinin şərhi ilə bağlı 27 may 2008-ci il tarixli qərarlarını əsas götürərək iddia ərizəsində göstərmişdir ki, yuxarıda qeyd olunan normalara görə Qaranın iddia predmeti olan mənzildə yaşayış və istifadə hüququ yoxdur. Təmsil etdiyi şəxs iddiaya qarşı etirazını bildirərək qeyd edir ki, o 1963-cü ildə ünvan 1 ünvanında anadan olmuşdur və daimi yaşayış yeri həmin mənzildir. 1991-ci ildə Qaybalıyeva (Seyid ova) Afət Ələkbər qızı ilə ailə həyatı quraraq həmin mənzildə yaşamışlar. Təxminən 2 ildən sonra işləri ilə əlaqədar müvəqqəti olaraq Bakı şəhərinə getmişlər. H.Əliyev adına Neft emalı zavodunun 236 saylı arayışından göründüyü kimi Qaranın həyat yoldaşı Afət Qaybalıyeva 2006-cı ilin aprel ayından həmin zavodda çalışır. Azneft istehsalat birliyinin neft və qazçıxarma idarəsinin 03/10 saylı arayışından isə göründüyü kimi Cavabdeh 2013-cü ilin mart ayından həmin idarədə işləyir. Bu sənədlər təsdiq edir ki, Cavabdeh və onun həyat yoldaşı işlədikləri üçün müvəqqəti olaraq Bakı şəhərində yaşayırlar. Onların mülkiyyətində hər hansı bir yaşayış evi və ya torpaq sahəsi yoxdur. 2004-cü ildə ilk dəfə olaraq Azərbaycan Respublikasına şəxsiyyət vəsiqəsi verilərkən o şəxsiyyət vəsiqəsini dəyişərkən fərd i uçot kartoçkasının 12ci qrafasında X11 ilə evli olduğu göstərilmişdir. Həmin kartoçkanın 15-ci qrafası boş olduğundan bu bir daha təsdiq edir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi Qara həmin evə sonradan köçməmişdir. Bu mənzil Qaranın və onun həyat yoldaşı Afətin daimi yaşadığı evdir. Əlavə olaraq bildirir ki, Qara və arvadı Afət ailə həyatı quraraq həmin evdə yaşadıqları zaman qeyd olunan mənzil nə Qaranın atası Heydərin, nə də anası Bəyazın mülkiyyətində olmamışdır. 1990-cı ildə mənzil Qara tərəfindən əsaslı təmir olunmuşdur. Bir də bu mənzil təxminən 2016-2017-ci illərdə Naxçıvan şəhərində binaların yenidən üzlənməsi aparılarkən dövlət tərəfindən təmir edilmişdir. Bu mənzil 1992-ci ildə Qaranın anası X3 adına rəsmi qeydiyyata alınmışdır, 2016-cı ildə isə bağışlama müqaviləsi ə sasında İddiaçı mülkiyyətinə keçmişdir. Qaranın atası X8 2018-ci il sentyabrın 1-i, anası X4 isə 15 sentyabr 2018-ci il tarixdə vəfat etmişlər. Hər iki valideynin yas mərasiminin xərclərini Qara, bacısı Mərcan və qardaşı Akif qarşılamışlar. 2021-ci ildə Qaranın bacısı Mərcan Qara ilə danışaraq mənzilin satılaraq pulunun 3 övlad arasında - yəni Qaranın, qardaşının və Mərcanın arasında bölünməsini bildirmişdir. Sonradan isə hansısa ailə üzvləri tərəfindən Mərcan bu məsələdən uzaqlaşdırılmışdır. Qaranın doğum haqqında şəhadətnaməsinin təsdiq olunmuş surətindən və Afətlə aralarında olan nikahla bağlı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən göründüyü kimi Qara doğulduğu tarixdən, Afət isə 1991-ci ildən qeyd olunan yaşayış mənzilində yaşayış və istifadə hüququ əldə etmişlər. Əsas hal ondan ibarətdir ki, iddiaçı iddiasında tətbiq olunmalı olmayan normalara istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair qərarında Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi qeyd edir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsi və Mülki Məcəllənin 228-ci maddəsi ayrıayrılıqda vətəndaşların mənzildən istifadə etmək hüququnun tənzimləyərək bu hüququn müxtəlif şərtlərlə həyata keçirilməsini müəyyənləşdirir. Həmin qərarda qeyd edilir ki, 2000ci il sentyabr ayının 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr qüvvədə olan Mülki Məcəllənin 228-ci maddələrinin qaydal arına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2000-ci il sentyabrın birinədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü icarədarın ailə üzvlərinin hüquq və vəzifələri maddəsində qeyd edilir. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab oluna bilər. Həmin Məcəllənin 123-cü yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri maddəsində qeyd olunur ki, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsində onunla bərabər is tifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılır.
6. Birinci instansiya məhkəməsində şahid X15 ifadəsində Cəlilin onun qonşusu mərhum Bəyazın nəvəsi olduğunu, özünün 1964-cü ildən ünvan 2 ünvanında yaşadığını, mübahisəli mənzildə əvvəllər mərhum Heydər və Bəyazın yaşadığını, onlara baxmaq üçün qızları Mərcanın tez-tez həmin mənzilə gəlib getdiyini, Cəlilin nənə və babası ilə birlikdə yaşadığını, Heydərin və Bəyazın oğlanlarının uzun illərdir ki, mübahisəli mənzildə yaşamadıqlarını, cavabdeh Qaranın hərbi xidmətə Rusiyaya getdiyini, hərbi xidmətdən sonra Rusiyada qalaraq Moskva şəhərində yaşadığını, orada yaşayıb işlədiyini, onun sonradan ailəsi ilə birlikdə Bakı şəhərinə köçdüyünü, o vaxtdan da Bakı şəhərində yaşad ığını, cavabdehi bu illər ərzində 2-3 dəfə mübahisəli mənzildə gördüyünü, cavabdehi mübahisəli mənzildə bir dəfə cavabdehin toyunda, bir dəfə cavabdehin uşaqlarının sünnət toyunda, axırıncı dəfə isə onun ata-anasının yasında gördüyünü, dəqiq müddətini xatırlamasa da cavabdehin toyu olduqdan təxminən bir həftə sonra arvadı ilə birlikdə Moskva şəhərinə qayıdıb orada yaşadıqlarını, daimi olaraq cavabdehin mübahisəli mənzildə yaşadığını görmədiyini, cavabdehin ailəsinin də mübahisəli mənzildə yaşadığını görmədiyini bildirdi.
7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X5 ifadəsində Cəlilin onun qonşusu mərhum Bəyazın nəvəsi olduğunu, 1964-cü ildən ünvan 3 ünvanında yaşadığını, mübahisəli mənzildə əvvəllər daimi olaraq mərhum Heydər və Bəyazın yaşadığını, onların nəvələri Cəlil in nənə və babası ilə birlikdə yaşadığını, nənəsinin Cəlili özünün işlədiyi uşaq bağçasına aparıb gətirdiyini, Heydərin və Bəyazın oğlanlarının uzun illərdir ki, mübahisəli mənzildə yaşamadıqlarını, cavabdeh Qaranın uşaqlıqdan hərbi xidmətə gedənəcən daimi olaraq mübahisəli mənzildə yaşadığını, sonra onun Rusiyaya gedərək orada yaşadığını, cavabdehin Rusiyadan gələrək ata-anasının ona toy etdiklərini, onun bir müddət mübahisəli mənzildə qalıb sonra arvadı ilə birlikdə Rusiyaya getdiyini, cavabdeh Qaranın uzun illərdir ki, mübahisəli mənzildə yaşamadığını, onu həmin ünvanda görmədiyini, onun ata-anasının yasına gəldiyini, yasda iştirak edib Bakı şəhərinə qayıtdığını bildirdi.
8. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində Cəlilin onun qonşusu mərhum Bəyazın nəvəsi olduğunu, 19 90-cı ildən ünvan 5 ünvanında yaşadığını, mübahisəli mənzildə əvvəllər daimi olaraq mərhum Heydər və Bəyazın yaşadığını, onlara baxmaq üçün qızları Mərcanın tez-tez həmin mənzilə gəlib getdiyini, Cəlilin nənə və babası ilə birlikdə yaşadığını, cavabdeh Qaranın Rusiyada yaşadığını, Qaranın dəqiq yadında olmasa da təxminən 1990-cı illərdə Rusiyadan gəldiyini, onun evləndiyini, ona ata-anasının toy etdiklərini, toydan sonra arvadı ilə birlikdə təkrarən Rusiyaya qayıtdığını, Qaranın arvadının qohumu Nazlı müəllimənin özünün müəlliməsi olduğunu, Qaranın toyu ərəfəsində Nazlı müəlliməni həmin blokda gördüyünü, onunla söhbət əsnasında Nazlı müəllimənin qohumunun Qara ilə evlənəcəyini dediyini, Nazlı müəllimənin həmin vaxt Qaranın arvadını da götürərək Rusiyaya qayıdacaqlarını bildirdiyini, qonşul arın toydan bir müddət sonra Bəyaz xaladan oğlunu gəlinini soruşduqda həmçinin onun gəlini və oğlunun Rusiyaya qayıtdıqlarını bildirdiyini, buradan Qaragilin qısa müddət sonra Rusiyaya qayıtmalarının yadında qaldığını, onların təxminən bir həftə sonra Rusiyaya getdiklərini, cavabdehin mübahisəli mənzildə uşaqlarına sünnət toyu etdiyini, sünnət toyundan sonra mübahisəli mənzildə nə qədər müddət qaldıqlarını bilmədiyini, Qaranın mübahisəli mənzildə uzun illərdir ki yaşamadığnı, onun bir neçə dəfə həmin mənzilə gəlib getdiyini bildirdi.
9. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində Cəlilin onun oğlu, Qaranın isə qardaşı olduğunu, mübahisəli mənzilin anası Bəyazın mülkiyyətində olduğunu, anası Bəyazın Cəlili uşaq vaxtından öz yanında saxladığını, Qaranın təxmi nən 1983-1984-cü ildən Moskva şəhərinə Rusiyada olan əmisinin yanında işləməyə getdiyini, sonra orada qaldığını Naxçıvana daimi olaraq qayıtmadığını, təxminən 1990-1992-ci illərdə Qaranın Rusiyadan gəldiyini, evləndiyini, ata-anasının ona toy etdiklərini, toyundan sonra təxminən bir həftə və ya 10 gün mübahisəli mənzildə qaldığını, sonra arvadı ilə birlikdə Rusiyaya getdiklərini, cavabdehin uşaqlarına mübahisəli mənzildə sünnət toyu etdiyini, sonra yenə övladları və arvadı ilə birlikdə Rusiyaya qayıtdığını, bir müddət sonra cavabdehin Bakı şəhərinə köçdüyünü, o vaxtdan da Bakı şəhərində yaşadığını, cavabdehin mübahisəli mənzildə yaşamadığını, ata-anasına baxmadığını, ataanasına özünün və həyat yoldaşının baxdığını, hər iki qardaşının da Bakı şəhərində yaşadıqlarını, anasının 2016-cı ildə mübahisəli mənzili oğlu Cəlilə bağışladığını, 2018-ci sentyabrın 1-də atasının, sentyabrın 15- də isə anasının rəhmətə getdiyini, yasın xərclərini özünün və yoldaşının çəkdiyini, yasdan sonra cavabdehin 500 manat onlara pul verdiyini, Qaranın toyu olması üçün Rusiyadan gəldiyi vaxt özü ilə birlikdə divar kağızı gətirdiyini, həmin vaxt toy olacağı üçün adətlərə uyğun olaraq cavabdehin evi həmin divar kağızı ilə özünün təmir etdiyini, ondan başqa o evə xərc çəkmədiyini, həmin təmiri də öz toyu üçün etdiyini, uzun illərdir ki, cavabdehin özünə başqa yaşayış yeri seçərək mübahisəli mənzildə yaşamadığını bildirdi.
10. Naxçıvan MR Naxçıvan şəhəri Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(078)-89/2022 saylı qətnaməsi ilə (hakim G.KƏliyeva) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 1963-cü ildə mübahisəli mənzildə doğulmuş, 1984-cü ilə qədər həmin mənzildə yaşamış, 1984-cü ildən mübahisəli mənzili daimi əsaslarla tərk etmiş, hətta özünün izahatına əsasən 1987-ci ildə mübahisəli mənzildən qeydiyyatdan çıxmışdır. Bunu məhkəmə iclasında dindirilmiş şahid ifadələri və iş üzrə tərəflərin izahatları təsdiq edir. Cavabdeh hazırda Bakı şəhərində yaşayır. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, 1992-ci ildə mübahisəli mənzil X2 mülkiyyətinə verilmişdir, həmin vaxta qədər o həmin mənzilin icarədarı olmuşdur, cavabdeh də onun ailə üzvü kimi həmin mənzildən istifadə hüququ əldə etmişdir, lakin cavabdeh anası mübahisəli mənzilin mülkiyyətçisi olmadan əvvəl həmin mənzili 6 aydan çox müddətə daimi əsasl arla tərk etmiş, onun həmin mənzildə qeydiyyatı formal xarakter daşımışdır ki, bunun nəticəsində də cavabdehin mübahisəli evdən olan istifadə hüququ itirilmişdir. Cavabdehin mübahisəli mənzilin iddiaçıya bağışlanmasınadək uzun müddət mübahisəli mənzildə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh anası X1 onun tərəfindən mübahisəli mənzil iddiaçıya bağışlanmadan əvvəl mübahisəli mənzildən olan yaşayış və istifadə hüququnu itirmişdir. Məhkəmə bu qənaətə gələrkən cavabdehin mübahisəli evdən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasə n ona münasibətdə bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəalarını əsas tutur.
13. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddia ərizəsindən, iş üzrə məhkəmə araşdırmasından aydın olur ki, mübahisəli mənzil iddiaçının mülkiyyətinə keçənə qədər cavabdeh həmin mənzildən istifadə hüququnu itirmişdir. 2016-cı ildən mübahisəli mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra isə cavabdeh qeydiyyatda olduğu ünvanda - ünvan 6ndə iddiaçının mülkiyyət hüquqları qeydə alındıqdan sonra cavabdehin mənzildən istifadə hüququnun yaranmasına dair tərəflər arasında notarial qaydada təsdiq olunmuş müqavilə bağlanmamışdır.
14. Məhkəm ə hesab etmişdir ki, hazırkı iddia tələbində də cavabdehin mübahisəli mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra da həmin mənzildə qeydiyyatda qalması onun həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmamışdır. Cavabdehin anasının sağlığında mübahisəli mənzilə istifadə hüququnu itirmiş, 2016-cı ildə həmin mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra həmin mənzilə istifadə hüququ yaranmamışdır. Belə olan halda mövcud olmayan istifadə hüququnun itirilmiş hesab edilməsindən söhbət gedə bilməz.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 153.3, 228.1, 228.2, 228.4, 228.5, xx.xx.2000-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54, 60, 87, 123, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərb aycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 may 2016-cı il tarixli Qərarına, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına və “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyini n tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 88, 217.3, 217.5-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(078)-89/2022 saylı qətnaməsi ilə iddia rədd edilsə də, qətnamənin əsaslandırma hissəsində məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı yaşayış və istifadə hüququnu itirmiş şəxsə qarşı iddia qaldırmışdır. Qətnamənin məhkəmənin gəldiy i nəticə hissəsi ilə razı deyillər. Belə ki, cavabdeh uzun müddət ərzində, yəni altı aydan çox Rusiya Federasiyasında yaşamamışdır. 1984-cü ildə işləmək üçün müvəqqəti olaraq Rusiyaya getmiş, 2-3 ay işlədikdən sonra işi bağlandığından Naxçıvana qayıtmışdır. 1989-cu ildə təxminən 4-5 ay müddətinə Rusiyada qalaraq işləmiş, sonra Naxçıvana qayıtmış, hazırkı mənzili təmir etdirmiş, 1991-ci ildə ailə həyatı qurmuş, həyat yoldaşı ilə 2 ildən artıq həmin mənzildə yaşamışlar. Cavabdeh bildirir ki, 1993-cü ilin sonlarında işləmək üçün Bakı şəhərinə getmişdir. Anasının adına olmuş hazırkı mübahisəli mənzildən heç vaxt pasport qeydiyyatından çıxmamışdır (mülki işdə bunu təkzib edəcək hər hansı bir yazılı sübut da yoxdur). 2004-cü ildə övladlarının sünnət toyunu da hazırkı mübahisəli mənzildə etmişdir. Bütün bu faktları iddiaçının anası X9 şahid qismində verdiyi ifadəsində qeyd etmişdir. Əlavə olaraq X7 qardaşı Qaraya qeyd olunan mənzillə bağlı halallıq vermək istədiyini bildirmişdir. Digər hal ondan ibarətdir ki, əgər mərhum Bəyaz Nəcəfova evi 2016-cı ildə Cəlilə bağışlamasaydı, Qara birinci dərəcəli vərəsə kimi həmin əmlakdan miras payı alacaqdı. Məhkəmə bütün bu faktiki halları araşdırmamışdır. İşin hallarından göründüyü kimi qeyd olunan mübahisəli mənzil iddiaçının daimi yaşayış yeridir. Lakin birinci instansiya məhkəməsinin çıxardığı qətnamə əsas verir ki, gələcəkdə iddiaçı tərəf cavabdehin qeyd olunan mənzildən qeydiyyatdan çıxarılmasına nail olsun. Məhkəmənin qətnaməsinin əsaslandırma hissəsi ilə cavabdeh razı deyil. 1990-2000-ci illər ərzində Azərbaycandan, o cümlədən Naxçıvand an yüz minlərlə vətəndaşlarımız işləyərək özlərinin və ailə üzvlərinin maddi tələbatlarını ödəmək üçün Rusiya, Türkiyə və dünyanın başqa ölkələrinə getmişlər. Əgər hətta cavabdeh 1984-1987-ci illərdə altı aydan artıq müddət ərzində Rusiyada yaşamışdırsa onun mənzilə olan yaşayış və istifadə hüququnu itirməsi ilə bağlı yalnız həmin mənzilin kirayədarı və orada yaşayan digər şəxs məhkəmə qaydasında mübahisələndirə bilərdi. Digər hal ondan ibarətdir ki, 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş arayışda cavadebhin qeyd olunan mənzildə son 10-15 ildir ki, yaşamadığı qeyd olunmuşdur. Cavabdehin fərdi uçot kartoçkasına əsasən qeydiyyatdan çıxmaması kartoçkada öz əksini tapsa da, məhkəmə tərəfindən araşdırılmamışdır. İşin hallarından göründüyü kimi məhkəmə belə nəticəyə gəlmişdir ki, gu ya o, mənzilə olan hüququnu 1984-cü illərin sonlarında itirmişdir. Qaranın altı aydan artıq müddət ərzində yaşayış evini tərk edərək Rusiyaya getməsini və hətta guya həmin vaxt qeyd olunan mənzilin pasport qeydiyyatından çıxması ilə bağlı məhkəmə hər hansı bir mötəbər sübuta istinad etməmişdir. Əksinə onlar tərəfindən təqdim olunmuş cavabdehə məxsus 2004-cü ilə aid fərdi uçot kartoçkasında sonradan həmin mənzilə köçürülməsi barədə heç bir qeyd yoxdur.
18. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(108)-64/22 nömrəli iş üzrə 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.G.Kuimova, (sədrlik edən və məruzəçi), Y.S.Qurbanov və Ə.M.Xıdırov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişd irilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, cavabdeh tərəf apellyasiya şikayətində uzun müddət başqa yerə getmədiyini bildirsə də, işin araşdırılmış hallarından da 6 (altı) aydan daha uzun müddətə mübahisələndirilən mənzildə yaşamadığı məlum olur. Cavabdeh 2004-cü ildə həmin evə yenidən qeydiyyata düşsə də, 2000-ci il sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələrə tətbiq olunan Mülki Məcəllənin 228-ci maddəsinə uyğun olaraq mənzilin mülkiyyətçisi olan X10 ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmadığından, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, e ləcə də mülkiyyətçi ilə birlikdə yaşamadığından cavabdehin Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, ev 60-da yerləşən 11 nömrəli mənzildən istifadə hüququ əmələ gəlməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə yaşayış sahəsindən istifadə hüququ olmadığından həmin hüququn itirilmiş hesab edilməsindən də söhbət gedə bilməz. Buna görə də kollegiya belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin qeyd edilən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı düzgün qənaətə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini qətnamənin ləğvi üçün əsas hesab etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin münasibətlər yaranma zamanına görə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123cü maddəsinin müddəalarına uyğun həll olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi qüvvədən düşmüş Mənzil Məcəlləsinin 60-cı maddəsinin təfsirində yanlışlığa yol vermişdir. Məhkəmə cavabdehin 1983-1999-cu illərdə Rusiyada təhsil almasına, 1990-cı ildə evi təmir etdirərkən toy etməsini nəzərə almamışdır. Həmçinin, məhkəmə 2004-cü ildə cavabdehin həmin mənzilə pasport qeydiyyatına düşməsi barədə faktı sübut etmək üçün Polis orqanına sorğu verm iş, lakın həmin fakt öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə Mənzil Məcəlləsinin 87-ci maddəsini işə tətbiq etməklə yanlışlıqlara yol vermişdir. Həmin norma icarədarla ailə üzvlərinin birgə yaşayış yerini tərk etmələrini nəzərdə tutur. Məhkəmə sübutlara tam və obyektiv qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
24. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 153.1. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüqu qunun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
26. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
27. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
28. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından ist ifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
29. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərki b hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. xx.xx.2000-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi
30. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sı rasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
31. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
32. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
33. Maddə 123, birinci hissə. Mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Mənzil Məcəlləsi
34. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsin də olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
35. Maddə 30.7. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarı 36. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarı
37. Müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahə sində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. "Yaşayış yeri və olduğu yer haqqında” AR Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüquq una xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Həmçinin müvafiq Plenum qərarında o da qeyd olunmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Plenum Qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsa sında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin 11 iyul 2014-cü il tarixli Qərarı
38. Yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən isti fadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.. «“Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli, 2 №li Qərarı
39. Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yar andıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. MPM
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş ha llara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instan siyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin a ktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəm ə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstəri lənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(108)64/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.