Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5403/2021 12.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5403/21 (Açar sözlər: Xüsusi mülkiyyətdə olan torpaq sahəsində başqası tərəfindən fərdi ev inşa edilməsinin hüquqi nəticələri) Bakı şəhəri, 12 oktyabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının Cavabdeh qarşı yaşayış və istifadə hüququna qoyulmuş maneənin aradan qaldırılması tələbinə dair Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-65/2021 nömrəli 27.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında 0,04 ha torpaq sahəsi iddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsində ikimərtəbəli, ümumilikdə 4 otaqdan ibarət fərdi ev inşa edilmişdir. Həmin ev faktiki olaraq Cavabdeh sahibliyindədir. İddiaçı həmin evdən istifadə edə bilmir və ona görə hazırkı mübahisəni başladaraq evdən istifadəyə cavabdeh tərəfindən edilmiş maneənin aradan qaldırılmasını, evə sahibliyin ona keçməsini istəyir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək ona məxsus torpaq sahəsi üzərində olan evindən cavabdeh tərəfindən yaradılmış yaşayış və istifadə hüququna olan maneənin aradan qaldırılması barədə qətnamə qəbul eidlməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, ona məxsus olan ünvan 2 ünvanında 0,04 ha torpaq sahəsi üzərində ikimərtəbəli olmaqla ümumilikdə 4 otaqdan ibarət ev tikib təmir etdirməklə həmin evi mərhum atasının əminəvəsi Cavabdeh ailəsi ilə birlikdə müvəqqəti yaşaması üçün vermiş, bir müddət sonra cavabdehə dəfələrlə müraciət etsə də, cavabdeh evi təhvil verməkdən imtina etmiş, özünə məxsus əmlak kimi mənimsəməyə cəhd etmişdir. Dəfələrə cavabdehə onun mülkiyyətində olan torpaq sahəsində olan evdən çıxmasını bildi rsə də onun tələbinə əməl etməmiş, evi bağlayaraq Bakı şəhərində yaşamağa başlamışdır. Sonradan həmin evin cavabdeh tərəfindən Türkiyə Respublikası vətəndaşlarına kirayə verdiyini öyrənmiş, həmin evdə faktiki olaraq kirayəçilər yaşadığından öz mülkiyyətindən istifadə edə bilməmişdir. Cavabdeh onun mülkiyyətində olan evdə istifadə və yaşayış hüququna maneə yaratdığından həmin maneənin cavabdeh tərəfindən aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qətnaməsi (hakim. G.Səfərəliyeva) ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən Naxçıvan şəhəri, B.Abbasov 4/7A ünvanında yerləşən iddiaçı Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının mülkiyyətində olan torpaq sahəsində və onun üzərində tikilm iş fərdi yaşayış evində Novruzova (Rüstəmova) Gülşən Vaqif qızının yaşayış və istifadə hüququna yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir.
5. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarı, Mülki Məcəlləsinin 139, 146.1, 146.3, 152, 157.2, 165, 394-cü maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyası (hakimlər S.Qarayev - sədrlik edən və məruzəçi, Ə.Xıdırov və M.Allahverdiyev) 2(108)-65/2021 nömrəli 27.04.20 21-ci il tarixli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)- 803/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(078)-803/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Həmin məhkəmə yekun qərar qəbul edərkən mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarına, eləcə də MM-nin 240, 180, 146 və.s maddələrinə istinad etmişdir. Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, torpaq sahəsi iddiaçının xüsusi mülkiyətindədir, onun üzərində inşa edilmiş fərdi ev özbaşına tikilidir, həmin evə qanunla ancaq iddiaçının h üquqlarının tanınması imkanları təsbit olunur (MM-nin 180.3. maddəsi) və ona görə iddia əsaslıdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Həmçinin şikayətdə qeyd edilmi şdir ki, iddiaçının hazırkı, iddianı irəli sürməyə subyektiv hüququ olmamışdır. İddiaçının evə dair heç bir gözlənilən hüququ yoxdur. Əksinə, cavabdehin belə bir hüququ mövuddur. Belə ki, cavabdehin öz hesabına tikdiyi ev hazırda onun istifadəsindədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. İddiaçı şikayəti qəbul etməmiş, iş üzrə məhkəmə qətnaməsinin qanuni və əsaslı olmasına görə qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişdir. Ona görə məhkəmə kollegiyası onun izahatını dinləməmişdir.
14. İddiaçı tərə f məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllə:
15. Maddə. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
17. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
18. Maddə 238.3. Torpaq sahəsinin mülkiyy ətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər.
19. Maddə 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.
20. Maddə 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər.
21. Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.
22. Maddə 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınm az əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.
23. Maddə 243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materia llarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə mübahisə ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
31. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, işə baxan Apelyasiya Məhkəməsi iddia tələbinin qanuni əsası ilə bağlı heç bir dəyərldəndirmə aparmamışdır. Qətnamədən belə qənaət hasil olur ki, məhkəmə tələbin qanuni əsası kimi mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarını, o cümlədən Mülki Məcəllənin 157.2 maddəsini rəhbər tutmuşdur.
32. İddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
33. Apelyasiya Məhkəməsi iddiaçının tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2. maddəsinə istinad etmişdir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibli yindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan normaya əsaslanaraq iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
34. Hazırkı işdə iddiaçının mübahisəli fərdi evin inşa edildiyi torpaq sahəsinin mülkiyyətçisi olması işin mübahisəsiz halı kimi qəbul edilir. Amma, nəzərə almaq lazımdır ki, mübahisə predmeti mülkiyyətdə olan torpaq sahəsi deyil, iddia tələbi torpaq sahəsi üzərində olan evdən cavabdeh tərəfindən yaradılmış yaşayış və istifadə hüququna olan maneənin aradan qaldırıl ması barədədir. Deməli, hazırkı tələbin qanuni əsası kimi 157.2. maddəsinin tətbiq olunmasından ötrü ilk növbədə fərdi evin iddiaçının mülkiyyətində olması zəruri şərtdir. Həmin evin iddiaçının mülkiyyətində olmaması isə işin mübahisəsiz halıdır. Ona görə qeyd olunan normanın tətbiq olnmasını istisna etmək üçün digər zəruri şərtlərin-cavabdehin həmin evə sahbilik etməsi və sahbiliyin qanuni və yaxud qanunsuz olması ilə bağlı əlavə araşdırılmasına zərurət aradan qalxır. Deməli, mülki qanunvericiliyin qeyd olunan norması (MM-nin 157.2. maddəsi) tələbin qanuni əsası kimi düzgün tətbiq edilməmişdir.
35. Nəzərə almaq lazımdır ki, tələbin qanuni əsası kimi bir neçə normanın yoxlanması istinsa deyil. Nəticə etibarı ilə onların hər birinini dispozisiya şərtləri yoxlanmaqla iddianın əsaslılığına qi ymət vermək olar. Məsələn hazırkı işdə Apelyasiya Məhkəməsi tələbin qanuni əsası kimi hazırkı qərarın 18-ci bəndində nəzərdə tutulan normanın tətbiqi imkanlarını də nəzərdən keçirə bilərdi. Həmin normaya görə (Mülki Məcəllənin 238.3. maddəsi) torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Göründüyü kimi qeyd olunan normanın dispozisiya şərtləri iddia tələbinin əlamətlərinə daha uyğun gəlir. Çünki iddiaçı özünə məxsus olan torpaq sahəsi üzərində inşa edilmiş evdən istifadə etmək, qoyulan maneənin aradan qaldırılmasını tələb edir. Lakin, həmin normanın dispozisiya şərtləri də, iş üçün əhəmiyyət kəsb edən halların araşdırılmasını zəruri hesab edir. O cüml ədən, belə istifadənin digər şəxslərin hüquqlarını pozub-pozmamasını araşdırmaq zərurəti ortaya qoyur.
36. Kollegiya qeyd edir ki, hər bir halda, tələbin uğurluluğu məhkəmələr tərəfindən müəyən edilmiş işin faktiki hallarının müvafiq normanın dispozisiya şərtlərinə uyğun gəlibgəlməməsindən asılı olacaq. Hazırkı işdə məhkəmələrin müəyyən etməli olduğu mühüm hal-mübahisəli evin kim tərəfindən (kimin vəsaiti hesabına) inşa edilməsi və kimə məxsus olması ilə bağlı məsələdir. Apelyasiya Məhkəməsi həmin məsələ ilə bağlı 1-ci instansiya məhkəməsinin qeyri-müəyyən mövqeyi ilə razılaşmış və tikilinin kimə məxsus olması məsələsinə aydınlıq gətirməmişdir. Hansıki, mübahisənin həlli həmin halın müəyyən edilməsindən birbaşa asılıdır.
37. Mübahisəli evin iddiaçı tərəfindən inşa edilməsi halını məhkəmə lər mübahisəsiz hal kimi qəbul etməmişlər. Eyni zamanda, evin cavabdeh tərəfindən, onun vəsaiti hesabına inşa edilməsi halını da məhkəmələr birmənalı olaraq müəyyən edilmiş hal kimi qəbul etməmişlər. Apelyasiya Məhkəməsi Mülki Məcəllənin 180-ci maddəsinin müxtəlif bəndlərinə istinad etməklə əslində həmin evin cavabdeh tərəfindən inşa edilməsi, faktiki ona məxsus olmasını istisna etməmişdir, lakin yenə də əmlakın kimə məxsus olması ilə bağlı məsələyə qəti qiymət verməmişdir. Hansıki, tələbin düzgün qanuni əsasının tapılmasında həmin halın müəyyən edilməsi müstəsna rol oynayır.
38. İşdə olan və cavabdeh tərəfindən təqdim edilmiş sübutlar (mübahisəli evin cavabdeh tərəfindən, onun vəsaiti hesabına inşa edilməsi, Naxçıvan şəhərində yaşadıqları müddət ərzində onun ailəsinin istifadəsində olması, oradan köçdükdən sonra onun sahibliyində qalması, Türkiyə Respublikasından olan tələbələrə kirayəyə verilməsi ilə bağlı sübutlar) Apelyasiya Məhkəməsi tərəfindən MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun dəyərləndirilməmişdir. Çünki iddiaçı tərəf torpağın onun mülkiyyətində olması halından başqa cavabdehin dəlillərini təkzib etmək üçün digər sübutlar təqdim edə bilməmişdir.
39. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin mülkiyyətdə olması, həmin torpağın üzərində inşa edilmiş evin də, mülkiyyətçiyə məxsus olması barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Beləki, hazırkı qərarın 19-cu bəndində nəzərdə tutulan normaya görə torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Eyni zamanda mülkiyyəftçinin razılığı ilə torpaq sahəsində digər şə xsin tikinti aparması da qanunla qadağan edilmir (qərarın 20-ci bəndi).
40. Mübahisəli evin cavabdeh tərəfindən və onun vəsaiti hesabına inşa edilməsi halı müəyyən ediləcəyi təqdirdə, həmin evin mülkiyyətçinin razılığı olmadan inşa edilməsi ağlabatan görünmür. Çünki torpaq sahəsində yerləşən iki mərtəbəli, tam təmirli, yaşayış üçün yararlı olan evin inşa edilməsinə və istifadəyə verilməsinə uzun müddət vaxt tələb olunur ki, həmin müddətdə mülkiyətçinin belə inşaat işlərindən məlumatsız olması inandırıcı deyil.
41. Hazırkı qərarın 23-cü bəndində nəzərdə tutulan normaya görə özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. Mübahisəli ev cavabdeh tə rəfindən inşa edilmişdirsə, cavabdehin həmin evə, onun inşasına sərf edilmiş materiala və vəsaitə hüquqları olması istisna deyil.
42. Yuxarıda şərh edilənlər belə qənaətə gəlməyə əsas verir ki, Apelyasiya Məhkəməsi mübahisənin həllində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.
1. Məhkəmə kollegiyası bir məsələni də qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “RiersackBelçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X1rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmiş dir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
43. İşə yenidən baxılarkən apelyasiya məhkəməsi qərarda şərh edilənlərlə bağlı qiymətləndirmə aparmalı, tələbin düzgün qanuni əsası, işin faktiki hallarının tətbiq olunan normaların dispozisiya şərtlərinə uyğunluğu ilə əlaqədar dəyərləndirmə aparmalı və bunun nəticəsindən asılı olaraq mübahisə ilə bağlı yekun qərar qəbul etməlidir.
44. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Naxçıvan MR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-65/2021 nömrəli, 27.04.2021-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova