Məhkəmə qərarları › İş №2(102)-5405/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-5405/2018

03.09.2018 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5405/2018 03.09.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-5405/2018 03 sentyabr 2018-ci il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2018-ci il tarixli 2(107)725/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala rayon Məhkəməsinin (hakim A.İsmayılov) 15.11.201 7-ci il tarixli 2(033)1773/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Zaqatala rayonu ****************** nömrəli tam orta məktəbinə qarşı «işdən çıxarılma barədə əmrin etibarsız hesab edilməsi və işə bərpa edilmə» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Zaqatala rayonu ***************** nömrəli tam orta məktəbinin direktoru Şaiq Qasayevin 12.09.2017-ci il tarixli 62 nömrəli əmrinin etibarsız hesab edilməsi, İddiaçı həmin məktəbdə əvvəlki ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Abbasov, R.Rəfiyev, E.Hüseynov) 04.04.2018-ci il tarixli 2(107)-725/2018 nömrəli qətnaməsi ilə cavabdeh Zaqatala rayonu ******************** nömrəli tam orta məktəbinin dir ektoru X2 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Zaqatala rayon Məhkəməsinin 15.11.2017-ci il tarixli 2(033)1773/2017 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Zaqatala rayonu **************** nömrəli tam orta məktəbinə qarşı, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Zaqatala rayon Təhsil Şöbəsi, X4 və Texnologiya Kolleci və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparatı cəlb edilməklə «işdən çıxarılma barədə əmrin etibarsız hesab edilməsi və işə bərpa edilmə» tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdeh Zaqatala rayonu ************ nömrəli orta məktəbinə qarşı, cavabdehin tə rəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Zaqatala rayon Təhsil Şöbəsi, X4 və Texnologiya Kolleci və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Maliyyə Aparatı cəlb edilməklə «işdən çıxarılma barədə əmrin etibarsız hesab edilməsi və işə bərpa edilmə» tələbinə dair iddia ərizəsi ilə 26.09.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Zaqatala rayonu ************* nömrəli tam orta məktəbinin direktoru Ş6 12.09.2017-ci il tarixli 62 nömrəli əmrinin etibarsız hesab edilməsi və onun işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı A8 X1 rayonu **************** nömrəli tam orta məktəbində 10.09.2009-cu il tarixdən öz ixtisası üzrə ibtidai sinif müəllimi təyin edilmiş və 12.09.2017-ci il t arixədək həmin məktəbdə müəllim işləmişdir. 12.09.2017-ci il tarixdə məktəbin direktoru Ş6 onunla bağlanmış əmək müqaviləsinə xitam verərək, onu işdən çıxarmışdır. İşdən çıxarılmasının əsası kimi onun diplomunun hüquqi əsasının olmaması göstərilmişdir. O, X4 və Texnologiya Kollecində təhsil almışdır və həmin kollecdən ona diplom verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən bu ilin may ayında Zaqatala rayonu üzrə ümumtəhsil məktəb müəllimlərinin diaqnostik qiymətləndirilməsi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı müəllimlərin diplomları yoxlanılmışdır. Yoxlama zamanı onun diplomunun dövlət nümunəli olmadığı aşkar olunaraq, o, diaqnostik qiymətləndirməyə buraxılmamışdır. Məlum olmuşdur ki, X4 və Texnologiya Kolleci tərəfindən ona verilən diplom dövlət qeydiyyatına al ınmamışdır. Bu məsələ ilə bağlı o, X4 və Texnologiya Kollecinin direktoru O6un qəbulunda olanda, ona diplomunun həmin kollecin diplomu olmadığı bildirilmişdir. Onda belə nəticə çıxır ki, həmin kollecdə bu qədər müddət ərzində oxumasına baxmayaraq, ona qeydiyyata alınmayan diplom verilmiş, lakin bundan onun xəbəri olmamışdır. İddiaçının fikrincə, bu işləri qeyd edilən kollecin direktoru O6un özü törətmişdir. Bununla bağlı o, kollecin direktoru O6dan diplomunu təsdiq etməsini xahiş etmiş, lakin O6 bundan imtina etmişdir. Beləliklə də, onların arasında mübahisə yaranmış, sonra o, O6un bu hərəkətləri ilə bağlı bir neçə sosial şəbəkələrə müraciət etmişdir. O6 da ona qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair Zaqatala rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə işə baxaraq, müvafiq qətnamə qəbul etmişdir. Bütün bunlarla bağlı O6 ona verilmiş diplomun guya hüquqi əsasının olmaması və onun həmin kollecdə təhsil almaması barədə Təhsil Nazirliyinə məlumat vermişdir. Bundan başqa, Təhsil Nazirliyinin Maliyyə işləri üzrə rəhbəri Camal Qasımov da Zaqatala rayon Təhsil Şöbəsinə onun diplomunun hüquqi əsasının olmamasına dair məktub göndərmişdir. Nəticədə o, qanunsuz olaraq işdən çıxarılmışdır. Ona verilmiş diplomun hüquqi əsasının olmaması deyiləndə nəyin nəzərdə tutulduğu aydın deyildir və bununla bağlı sübutların məhkəməyə təqdim edilməsini tələb edir. Əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsasları Əmək Məcəlləsində müəyyən edilmişdir. Zaqatala rayonu ************** nömrəli tam orta məktəbinin direktoru Şaiq Qasayev işdən çıxarılma barədə 12.09.2017-ci il tarixli 62 saylı ə mrində əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin müvafiq maddəsinə deyil, yalnız fərziyyələrə istinad etmişdir. Yəni, məktəbin direktoru yalnız Təhsil Nazirliyinin 14.07.2017-ci il tarixli 05-131671/15 saylı məktubunu əsas gətirərək, onu işdən azad etmişdir. Əmək Məcəlləsinin 68ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Məktəbin direktorunun imzaladığı, onun işdən çıxarılması barədə əmrdə Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslar yoxdur. Eyni zamanda, həmin əmrdə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydalara da əməl olunmamışdır. Göründüyü kimi, onun işdən çıxarılması üçün heç bir hüquqi əsas olmamışdır. Onunla bağlı attestasiya keçirilməmiş və onun tutduğu vəzifəyə uyğun olmaması barədə heç bir rəy yoxdur. Məktəbdə işlədiyi dövrdə heç bir inzibati tənbehi olmamışdır. Ona görə də, həmin əmr məhkəmə tərəfindən etibarsız hesab edilməli və o işinə bərpa olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən işin faktiki hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, iddianın rədd edilməsi barədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında idd ianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh Zaqatala rayonu ************** nömrəli orta məktəbin direktoru X3 iddiaçının kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2018-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İ ddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 04.04.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Zaqatala rayonu ************** nömrəli tam orta məktəbinin direktoru X2 apellyasiya şikayətini təmin edib, iş üzrə Zaqatala rayon Məhkəməsinin 15.11.2017-ci il tarixli qətnaməsini ləğv etməklə, İddiaçı cavabdeh Zaqatala rayonu ************** nömrəli tam orta məktəbinə qarşı, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Zaqatala rayon Təhsil Şöbəsi, X4 və Tex nologiya Kolleci və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparatı cəlb edilməklə «işdən çıxarılma barədə əmrin etibarsız hesab edilməsi və işə bərpa edilmə» tələbinə dair iddiasının rədd edilməsi qənaətinə gələrkən, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçının orta məktəbi 2005-ci ildə bitirməsi işin mübahisəsiz halını təşkil edir. Lakin iddiaçıya məxsus olan diplomda onun kollecə 2004-cüildə qəbul edildiyi göstərilmişdir ki, orta məktəbdə təhsil alan şagirdin eyni zamanda paralel olaraq orta ixtisas təhsili müəssisəsində tələbə kimi oxuması mümkün deyildir və respublika təhsil sistemində belə bir qayda mövcu d deyildir. Belə ki, Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu» Qaydalarına görə orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna tam, orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd (attestat və ya diplom) almışşəxslər malikdirlər. Göründüyü kimi, iddiaçıya tam orta təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd olan attestat 25.06.2005-ciildə verilmiş, diplomda isəiddiaçının kollecə daxil olması 2004-cüil kimi qeyd edilmişdir. İddiaçıözüisəizahatında həmin ziddiyyətli məqama heç bir aydınlıq gətirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinəəsasənhakim qətnaməçıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdəolmalarını, həmin işüz rə hansı qanunun tətbiq edilməliolduğunu müəyyən edir. Apellyasiyainstansiyasıməhkəməsidüzgünolaraqqeydetmişdirki, tərəflər arasında yaranmış hüquq münasibətləriəmək münasibətləriilə bağlı yaranan mübahisə olduğundan iddia tələbinəəmək qanunvericiliyinəəsasən hüquqi qiymət verilməlidir. Belə ki, Əmək Məcəlləsinin 2.1-ci maddəsinəəsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsiişçilərləişəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqişəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinəəsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəra itinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsiiləəlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinəəsasən, əmək müqaviləsiişəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görəişçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədii lə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, praktik tibb və ya əczaçılıq fəaliyyətiilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsiilə müəyyən edilmiş qaydada keçirilir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinəəsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqiünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsiüzrəişçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay vəil; əmək müqaviləsinin ləğv edilməsi barədəəmrin (sərəncamın, qərarın) verilməsiüçün əsas hesab olunan rəsmi sənədlər. İddiaçının iddia ərizəsinin məzmunundan da görünür ki, Təhsil Nazirliyi tərəfindən bu ilin may ayında Zaqatala rayonu üzrəümumtəhsil məktəb müəllimlərinin diaqnostik qiymətləndirilməsi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı müəllimlərin diplomları yoxlanılmışdır. Yoxlama zamanı onun diplomunun dövlət nümunəli olmadığı aşkar olunaraq o, diaqnostik qiymətləndirməyə buraxılmamışdır. Məlum olmuşdur ki, X4 və Texnologiya Kolleci tərəfindən ona verilən diplom dövlət qeydiyyatına alınmamışdır. Apellyasiyainstansiyasıməhkəməsidüzgün olaraqqeyd etmişdirki, həqiqətən dəiddiaçının özünün dəapellyasiyainstansiyasıməhkəməsindəverdiyiizahatından müəyyən edilir ki, onu həmin kolleclə bağlayan hər hansı təhsil münasibətləri mövcud olmamışdır. 4 ilə yaxın tədris illəri dövründə cəmi bir dəfə təhsil müəssisəsinə gedən tələbəyə məzmunu heç bir şübhə doğurmayan diplomun verilməsiinandırıcı deyildir. Onun yenidən orta ixtisas təhsil müəssisələrinə qəbul olunmaq üçün imtahanda iştirak etməyə cəhd etməsi onu sübut edir ki, həqiqətən dəiddiaçıözüözünün diplomunun həqiqiliyinə o qədər dəəmin deyildir. Sadalanan hüquq normalarıəsasındaişin halları sistemlişəkildəaraşdırıldıqda müəyyən olunur ki, belə bir təhsil müəssisəsi Azərbaycanda fəaliyyət göstərsə də, X4 və Texnologiya Kolleci tərəfindən İddiaçı verilmiş BB-İİ seriyalı ********** * nömrəli diplom blankı Təhsil Nazirliyi tərəfindən sifariş edilməmiş və Kollecə verilməmişdir. 07.10.1992-ciil tarixdən 19.06.2009-cu ilədək qüvvədəolmuş«Təhsil haqqında» Qanunun 8-ci maddəsində deyilir ki, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqlarıixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. İddiaçı ibtidai sinif müəllimi vəzifəsinə peşəkarlıq səviyyəsinin, ixtisasının uyğun olmasıüçün o, qanunvericilikdə nəzərdə tutulan qaydada təhsil müəssisəsinə q əbul olmalı, təhsil almalı, dövlət ixtisas komissiyasının qərarıilə ona «İbtidai sinif müəllimi» ixtisası verilməli və təhsil almasını təsdiq edən diplom verilməliidi. Lakin işin hallarıilə İddiaçı qanunvericilikdə nəzərdə tutulan qaydada X4 və Texnologiya Kollecinə qəbul olması, təhsil alması, dövlət ixtisas komissiyasının qərarıilə ona «İbtidai sinif müəllimi» ixtisasının verilməsi və təhsil almasını təsdiq edən diplomun qanuniəsaslarla ona verilməsi tamamilə təkzib edildiyinə görə, İddiaçı ibtidai sinif müəllimi vəzifəsinə peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) uyğun olmaması, buna görə də onun «İbtidai sinif müəllimi» vəzifəsinə uyğun olmaması sübut olunur. Göründüyükimi, işəgötürən qismində Zaqatala rayonu ************** nömrəli tam orta məktəbinin direktoru X2 əmək müqavilə sinə xitam verilməsi barədə 12.09.2017-ciil tarixli 62 saylıəmri qanuni vəəsaslı olmuşdur. Belə ki, İddiaçı ibtidai sinif müəllimi vəzifəsinə peşəkarlıq səviyyəsi, ixtisası (peşəsi) uyğun olmadığından, buna görə də o «İbtidai sinif müəllimi» vəzifəsinə uyğun olmadığından, həmin hal Təhsil Nazirliyi tərəfindən müəyyən edildiyindən, işə götürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinəəsasən əmək müqaviləsinin ləğv edilməsi qanuni vəəsaslı olmuşdur. İşə götürənin əmriəsaslıdır, əmrin etibarsız hesab edilməsinə səbəb ola biləcək hallar yoxdur. Apellyasiyainstansiyasıməhkəməsihaqlıolaraqqeydetmişdirki, birinciinstansiya məhkəməsi mübahisəüzrə düzgün nəticəyə gəlməmiş, iddianı təmin edərkən səhvə yol vermişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik e dilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04.04.2018-ci il tarixli 2(107)-725/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar