Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5405/2020 10.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs kimi göstərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5405/20 (Açar sözlər: hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Ərizəçi iştir akı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14345/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ərizəçi Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, altı illik əmək stajı olan əmək kitabçasının bərpası və 9 il 5 ay həbsdə qaldığı müddətin əmək stajı hesab edilməsi və altı il həbsdən əvvəlki əmək stajı ilə birlikdə cəmi 15 il 5 ay əmək stajının olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, bundan əvvəl ərizə məhkəmə icraatında olmuşdur, sübut əldə etmək üçün onun ərizəsi əsasında baxılmamış saxlanılmışdır. Hazırda sü but əldə edildiyindən ərizə yenidən sübutla birlikdə məhkəməyə təqdim olunur. Onun 65 yaşı vardır, lakin qanuni əsaslarla ona düşən təqaüdü vaxtından iki il keçməsinə baxmayaraq hələ də ala bilmir. Belə ki, o 1977-ci ildə həbs edilmiş, 12 il müddətinə cəza almışdır. Bir başa işdən həbs edildiyi üçün sənədləri, o cümlədən əmək kitabçası Bakı şəhəri, Səbail rayon (keçmiş 26-lar) mühafizə idarəsində qalmışdır. O, əmək kitabçasını almaq üçün Maraqlı şəxs1nə rəsmi müraciət etmişdir. Cavabında onun xidməti barədə heç bir məlumat aşkar edilmədiyini bildirmişlər. Birinci: o, tikintidə iki il işləmiş, iki il hərbi xidmətdə olmuş ordudan təxris olduqdan sonra yəni 1974- cü ildən həbs edilənə 1977-ci ilə qədər mühafizə polisində işləmiş, iş məzuniyyətinə və Azərbaycan Dövlət Universitetinin hüquq fak ultəsində qiyabi oxuduğu üçün məzuniyyətlərə çıxmışdır. Xüsusi forma və silahı olmuşdur. Bütün bunlar necə itə bilər ona aydın deyil. Hazırda ona altı illik əmək stajını təsdiq edən əmək kitabçasının bərpası vacibdir. Bu sənəd olmadan o, təqaüd ala bilmir. İkinci: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu əmək kitabçası olmadan təqaüd təyin etmir və həbsdə olduğu müddətin əmək stajı hesab edilməsinin məhkəmə tərəfindən təsdiqini istəyir. Bu sənədlər ona təqaüd almaq üçün lazımdır və onun bu sənədləri başqa yolla əldə etmək mümkün deyil, faktiki olaraq başqa yolu yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim B.Qasımov, iş № 2(007)-1108/2019) ərizənin təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının xx xxxx 1978-ci il tarixli, 62 №-li hökmünə görə, Ərizəçi Azərbaycan SSR CM-nin 15, 17, 171-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, əmlakı müsadirə edilməklə 8 il, 17, 171-ci maddənin hissəsində təqsirli bilinib əmlakı müsadirə edilməklə 12 il, 192-ci maddə ilə təqsirli bilinib 2 il, 193-cü maddənin 2-ci hissəsi ilə təqsirli bilinib 5 il, 194-cü maddənin 2-ci hissəsi ilə təqsirli bilinib 5 il müddətində azadlıqdan mərhum edilmə cəzasına məhkum edilmişdir. Azərbaycan SSR CM-nin 38-ci maddəsi əsasında təyin edilmiş cəzası birləşdirilib az ciddi cəzalı daha ciddi cəza ilə əhatə etmə yolu ilə üzərində əmlakın müsadirə edil məklə 12 il azadlıqdan məhrum edilmə saxlanılmışdır. Ərizəçi təyin edilmiş cəzaların çəkməkdən ötrü möhkəm rejimli islah əmək koloniyası müəyyən edilməklə cəzasının əvvəli xx xxxxxx 1977-ci il tarixdən həbsdə hesab edilmişdir. Ərizəçi Azərbaycan SSR CM-nin 86-cı maddəsinin 3-cü hissəsində və 193-cü maddənin 2-ci hissəsi ilə elan edilmiş müqəssirlik sübuta yetirilmədiyindən həmin maddələrlə bərait verilmişdir. xx.xx.2017-ci il tarixli, 038-11091B-3217 №-li Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin Ərizəçi ünvanladığı məktuba görə, DİN-in Baş Əməliyyat və X1-uçot və Bakı şəhəri Səbail Rayon Mühafizə İdarələrinin cavab məktublarına əsasən onun xidməti barədə heç bir məlumat aşkar edilmədiyindən məsələnin müsbət həlli mümkün olmamışdır. xx.xx.2017-ci il tarixli, 17/6-1375 №-li Azərba ycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Ərizəçi ünvanladığı məktuba görə, Azərbaycan SSR Ali Məhkəməsinin xx.xx.1978-ci il tarixli hökmünə əsasən, Azərbaycan SSR Cinayət Məcəlləsinin 15, 17, 171-ci maddəsinin 2-ci hissəsi; 192; 193-cü maddəsinin 2-ci hissəsi; 194-cü maddəsinin 2-ci hissəsi və 38-ci maddələri ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasınaməhkum edilmiş və Sverdlovsk vilayət Xalq məhkəməsinin xx.xx.1987-ci il tarixli qərarı ilə RSFSR CM-nin 53cü maddəsinə əsasən, xx.xx.1987-ci il tarixdə RSFSR Sverdlovsk Dİİ 13 saylı islah-əmək müəssisəsindən 2 il 6 ay 23 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Ərizəçi NZ № ******* saylı hərbi biletinə görə, 1972-ci ilin noyabr ayından 1974-cü il in noyabr ayına kimi hərbi xidmətdə olmuşdur. xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin Ərizəçi ünvanladığı məktuba görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda sosial sığorta stajı barədə sənədləri şöbələrinə təqdim etdiyi təqdirdə “Əmək pensiyaları haqqında” Azərbaycan Res publikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququna pensiya təyin edən komissiyada baxılacaqdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktlar ı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı ərizəçi 1974-cü ildən həbs edilənə 1977-ci ilə qədər mühafizə polisində işlədiyini bildirmiş, buna dair sübut kimi Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının xx xxxx 1978-ci il tarixli, 62 №-li hökmünü göstərmişdir. Həmin hökmün təsdiq edilmiş surətindən gör ünür ki, Ərizəçi 1976-cı ilin may ayından 26-Bakı komisarları adına rayonun Daxili İşlər Şöbəsində olan müəssisədən kənar mühafizə şöbəsinin respublika prokurorluğunda olan növbədə milis növbətçisi kimi işləmiş və xx xxxxxx 1977ci il tarixdən həbs olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hökmdə Ərizəçi xx.xx.1976- cı il tarixdən Daxili İşlər Şöbəsində olan müəssisədən kənar mühafizə şöbəsində işlədiyi və xx.xx.1977-ci il tarixdən həbs edildiyi qeyd edilsə də, nə vaxta kimi həmin vəzifədə işləməyi barədə heç bir məlumat göstərilməmiş, eyni zamanda ərizəçi tərəfindən bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla da Məhkəmə hesab edir ki, Ərizəçi ərizəsində qeyd etdiyi kimi 1974-cü ildən həbs edilənə 1977-ci ilə qədər mühafizə polisində işləmə si faktı sübuta yetməmişdir. Bundan başqa Ərizəçi tələbinin “9 il 5 ay həbsdə qaldığı müddətin əmək stajı hesab edilməsi” ilə bağlı hissəsi barədə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 1970-ci ildə təsdiq edilmiş Azərbaycan Respublikasının İslah-Əmək Məcəlləsinə əsasən həmin dövrdə məhkumun işlədiyi vaxt iş stajına daxil edilmirdi. Lakin həmin Məcəlləyə xx xxxxxx 1997-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən islah işlərinin çəkildiyi vaxt məhkumun ümumi iş stajına daxil edilir. Qeyd edilməlidir ki, burada sübutetmə yükü üzərinə düşən Ərizəçi ərizəsinin əsasını təşkil edən və sübut qismində tədqiq edilməli olan sübutları məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəçi altı illik əmək stajı olan əmək kitabçasının bərpası, altı il həbsdən əvvəlki əmək stajı, 9 il 5 ay həbsdə qaldığı və şərti azad olduqdan sonrakı 1996-cı ilə qədər olan müddətin əmək stajı hesab edilməsi, yəni cəmi 26 il 5 ay əmək stajının olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini xahiş etsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir və məhkəmə araşdırması zamanı da bu öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-14345/2019) ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(009)-1108/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktları n müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəçi məhz sözügedən hökmə və işin yuxarıda sadalanan müəyyən olunmuş digər hallarına istinadla müvafiq qətnamə çıxarılmasını istəmişdir; halbuki, surəti iş materiallarına əlavə həmin hökmdə Ərizəçi xx.xx.1976-cı il tarixdən Daxili İşlər Şöbəsində olan müəssisədən kənar mühafizə şöbəsində işlədiyi və xx.xx.1977-ci il tarixdən həbs edildiyi qeyd edilsə də, nə vaxta kimi həmin vəzifədə işləməsi barədə heç bir məlumat göstərilməmiş, eyni zaman da ərizəçi tərəfindən nə bu halı, nə də iki il tikintidə, həmçinin şərti azad olunduqdan sonra işlədiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apelyasiya instansiya məhkəməsi ərizəçiyə izah etmişdir ki, onun, xx.xx.1976-cı il tarixdən etibarən qeyri-müəyyən tarixədək Daxili İşlər Şöbəsində olan müəssisədən kənar mühafizə şöbəsində işlədiyi qanuni qüvvədə olan hökmlə müəyyən olunmuşdur və müvafiq orqanın (onun hüquq varisinin) bu halı təsdiq edən müvafiq sənədləri ona verməkd ən imtina etməsi, həmin orqanın hərəkətinin müvafiq məhkəmədə mübahisələndirilməsi üçün əsas təşkil edə bilər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Ərizəçi (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)14345/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında vəkilsiz iştirak et diyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Ərizəçi izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Maddə 407.2. Kass asiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur. Ərizəçi kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun o lmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məh kəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14345/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.