Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5407/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, ştatın ixtisar edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3777/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsindən idd iaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) 10 iyul 2019-cu ildən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Cavabdeh (bundan sonra – MMC və ya cavabdeh) baş ofisinin strukturunun təsdiq edilməsi haqqında əmrinə əsasən Nəqliyyat və Logistika şöbəsinin Nəqliyyat sektoruna yük avtonəqliyyat sürücüsü vəzifəsinə keçirilmişdir.
2. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Ə-87/21 saylı xx.xx.2021-ci il tarixli əmrinə əsasən MMC-nin strukturunda müvafiq dəyişikliklər həyata keçirilmiş, o cümlədən həmin əmrə əsasən iddiaçının tutduğu yük avtonəqliyyatı sürücüsü vəzifəsi ştatı ixtisar olunmuşdur. Bununla əlaqədar, iddiaçıya xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmış və xəbərdarlığı aldığı gündən 9 (doqquz) təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi barədə məlumat verilmişdir. Həmçinin sözügedən xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 (bir) iş günü müddətində əmək funksiyalarının icrasından azad edilərək iş axtarmağa imkan yaradılması və yazılı razılığı olduğu təqdirdə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırkı xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqda rında birdəfəlik ödəniş edilməklə bağlanılmış əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilməsi barədə məlumat verilmişdir.
3. Cavabdehin xx.xx.2021-ci il tarixli 1763 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş, ona əmək haqqı və son haqq-hesabın (istifadə etmədiyi məzuniyyət günləri üçün 23 təqvim günü nəzərə alınmaqla), kollektiv müqavilənin 4.3-cü bəndinə əsasən ona orta aylıq əmək haqqının iki misli miqdarında işdən çıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas kimi xx.xx.2021-ci il tarixli, Ə-87/21 nömrəli əmr və Bakı şöbəsinin razılıq məktubu göstərilmişdir. 4. 2021-ci ilin noyabr ayında cavabdeh tərəfindən iddiaçıya 1138,18 manat işdən çıxarma müavinəti, istifadə edilməmiş məzuniyyət günləri üçün 430,56 manat kompensasiya, noyabr ayı 23,13 manat əmək haqqı, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 107,76 manat olmaqla, cəmi 1699,63 manat pul hesablanmış və tutulmalar çıxıldıqdan sonra 1642,09 manat ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 noyabr 2021-ci il tarixli 1763 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 fevral 1980-ci ildə Şəhərlərarası Rabitə Televiziya Ərazi istehsalat birliyində sürücü kimi iş fəaliyyətinə başlamışdır. 01 oktyabr 1999-cu ildə Birlik ləğv olunduğu üçün Cavabdeh İstehsalat Birliyinin nəqliyyat sexinə sürücü vəzifəsinə keçirilmişdir, Birlik sonradan MMC-yə çevrilmiş, fasiləsiz olaraq həmin müəssisədə çalışmışdır. İxtisar barədə xəbərdarlıq məktubunu aldıqdan sonra ailə və maddi vəziyyəti barədə müxtəlif dövlət orqanlarına müraciətlər etsə də, cavabdeh bu halları nəzərə almadan onunla əmək müqaviləsinə hazırda mübahisələndirdiyi əmrlə xitam vermişdir. 16 noyabr 2021-ci il tarixdə cavabdehə poçt vasitəsi ilə mediasiya prosesinin tətbiqi barədə müraciət göndərmiş və müraciət cavabdehə çatdıqdan sonra 24 noyabr 2021-ci il tarixdə Mediasiya Şurasına ərizə göndərərək mediatorun təyin edilməsini xahiş etmişdir. Lakin rəsmi dəvət edilməsinə baxmayaraq cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 26 fevral 1980-ci ildən işdən azad olunana kimi eyni vəzifədə nöqsansız işləmiş, dəfələrlə mükafat almışdır. Ştatda saxlanılan digər sürücü X3 həmin vəzifədə 2013-cü ildən işləyir. 5 il əvvəl idarə etdiyi yük avtomobilinin mühərrikini xarab etdiyi üçün əmək haqqı alsa da işsiz olmuş və xx.xx.2021-ci il iyun ayının 1-də o, məzuniyyətdə olan işçini əvəz edərkən “UAZ-3301” markalı, 318 nömrəli yük avtomobili ilə yol nəqliyyat hadisəsi törətmiş və avtomobilin təmiri üçün dövlət 1500 manat sığorta ödənişi etmişdir. Buna baxmayaraq işəgötürən ixtisarla əlaqədar onu deyil, iddiaçını işdən azad etmişdir. 2012-ci ildən “şəkərli diabet tip İİ” diaqnozu ilə xəstədir və himayəsində 62 yaşı olan arvadı var. Ailənin yeganə qazanc gətirəni odur.
7. Cavabdehin nü mayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı ştatların ixtisarı ilə əlaqədar olaraq işdən azad edilmişdir. Ona qanunvericiliyin tələbinə uyğun olaraq əvvəlcədən xəbərdarlıq edilmiş və müavinət ödənilmişdir. İddiaçı işdən azad edilərkən Əmək Məcəlləsinin tələbləri gözlənilmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1246/2022 saylı, 01 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim X5) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, ixtisar etmək işəgötürənin hüququdur. Belə ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə görə “...işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək’' işəgötürənin əsas hüquqları kimi təsbit olunmuşdur. Əmək Məcəlləsi ndə işəgötürənin bu hüququnun məhdudlaşdırılması və yaxud şərtləndirilməsinə dair müddəa yoxdur. Əmək Məcəlləsi ilə işəgötürənə verilən bu hüquqdan istifadə edilərək, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Ə-87/21 saylı 21,06.2021-ci il tarixli əmrinə əsasən MMC-in strukturunda müvafiq dəyişikliklər həyata keçirilmiş, o cümlədən həmin əmrə əsasən iddiaçının tutduğu yük avtonəqliyyatı sürücüsü vəzifəsi ştatı ixtisar olunmuşdur. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən “İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən,... işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür”. Məcəllənin 77-ci maddəsinin tələblərinə müvafiq olaraq, əmək müqaviləsinə xitam verilən işçinin təminatları gözlənilmişdir. İşçi doqq uz təqvim həftəsi əvvəldən rəsmi xəbərdarlıq edilmişdir. İşçinin stajı nəzərə alınmaqla ona orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxma müavinəti ödənilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı daha yüksək peşəkarlıq səviyyəsinə malik olduğuna görə işdə saxlanmağa üstünlük hüququna malik olduğunu qeyd etsə də də, bu qayda işçilərin sayının azaldılması hallarına aiddir. İddiaçının vəzifəsi ləğv edildiyindən, qeyd olunmalıdır ki, ştat mövcud deyilsə, həmin vəzifədə işləmək də mümkün deyil.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən “işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə əmək müqaviləsinin ləğv edilməsi” əmək müqaviləsinin ləğv olunmasının qadağan edilən halıdır. Hazırkı iş üzrə isə iddiaçı ilə əmək mü qaviləsinə xitam verilmə əsası ştatın ixtisarıdır.
12. Məhkəmə qeyd etmişdir ki, iddia tələblərinin iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə 05 noyabr 2021-ci il tarixli, 1763 nömrəli əmrin ləğv edilməsi hissəsinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmədiyindən, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən tutularaq ona verilməsi hissələri üzrə araşdırma aparılmasına və bu tələblərə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
13. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia əsassız olduğundan rədd edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 11(ə), 42, 70(b), 77(1), 77(3), 77, 78, 79-cu maddələrinə, Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsini düzgün təfsir etməmiş, MPM-in 77.1-ci maddəsində müəyyən edilmiş sübutetmə yükünü nəzərə almamışdır. Qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, onun işlədiyi ştatdan əlavə cavabdeh cəmiyyətdə başqa sürücü ştatlarının olması, ştatı saxlanılan sürücünün öhdəsində avtomobil olmaması, həmin sürücünün yol nəqliyyat hadisəsi törətməklə işəgötürənə maddi zərər vurması halında, cavabdehin on un işlədiyi ştatı ixtisara salması qanunsuz olmuşdur.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3777/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X4 (sədrlik edən və məruzəçi), X1 və X2) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, qanunvericilikdə işçi ilə bağlanmış əmək müqaviləsinin ştatın ixtisarı əsası ilə ləğv edilməsi və bu zaman işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi işəgötürənin hüququ kimi müəyyən edilmişdir və bu hüququn məhdudlaşdırılması və yaxud hər hansı şəkildə şərtləndirilməsi nəzərdə tutulmamışdır. Hazırkı halda işəgötürən bu səlahiyyətindən is tifadə etməklə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.
19. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 11(ə), 42, 70(b), 77.1, 77.3, 78.1, 79.1-ci, MPM-in 14.2, 77.1, 88, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmənin sübut kimi qiymət verdiyi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Ə-87/21 saylı xx.xx.2021-ci il tarixli əmri nə birinc i instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən sübut kimi təqdim edilməmişdir. Həmin əmrin surəti nə iddiaçıya verilməmiş, nə də Elektron məhkəmə informasiya sistemində elektron kabinet vasitəsilə təqdim edilməmişdir. Məhkəmə Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilməyən sənədi sübut kimi qiymətləndirməklə prosessual normanın tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
23. Maddə 11 (ə). Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, s truktur bölmələri ləğv etmək kimi əsas hüquqları vardır.
24. Maddə 70 (b). Əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər.
25. Maddə 77 (1). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir.
26. Maddə 77 (3). Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir.
27. Maddə 78 (1). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
28. Maddə 79 (1). İşəgötürən tərəfindən işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 407.2. Kassasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
38. Qanunun tələb inə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
42. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə birinci və apellyasiya instansiyası məhkəməsinin baxışı zamanı irəli sürülməmiş hallarla bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3777/2022 nömrəli mülki iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.