Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-541/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Hacıyev Sənan Firudin oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, vəkili Vəkil2, cavabdeh AR X5 Komitəsinin nümayəndəsi X1 və vəkili Vəkil3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayı t Şəhər Məhkəməsinin (hakim İ.Mahmudov) xx.xx.2018-ci il tarixli, 2(060)-*****/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası X5 Komitəsinə və AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “atelyenin alqı-satqısı barədə hərracın nəticələrinin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, ünvan1 ünvanda yerləşən atelyenin alqı-satqısı barədə hərracın nəticələrinin, Əmlak Komitəsi ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı və ******* çıxarışlarının etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Abasov, A.Abbasov, T.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası X5 Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-*****/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilərək, “Aygün” tikiş atelyesinin özəlləşməsinə dair keçirilmiş hərracın nəticələrinin əmək kollektivinin üzvlərinə güzəştli satış üçün nəzərdə tutulmuş müəssisənin ilkin (start) qiymətinin 15%-nin özəlləşdirilməsi hissəsində etibarsız hesab edilməsi, hərracın nəticəsində verilmiş 126,2 və 34,2 kv.m. qeyri-yaşayış sahələrinə dair xx.xx.2018-ci il tarixli çıxarışların da həmin güzəştli 15% hi ssəsində etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, apelyasiya şikayətinin verilməsi üçün ödənilən 15 manat dövlət rüsumunun 10 manatının İddiaçı tutularaq ona qaytarılması qət edilmişdir. Cavabdeh1 iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası X5 Komitəsinə və AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “atelyenin alqı-satqısı barədə hərracın nəticələrinin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan1 ünvanda yerləşən atelyenin alqı-satqısı barədə hərracın nəticələrinin, Əmlak Komitəsi ilə Cavabdeh1 arasında bağla nmış alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı və ******* çıxarışlarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, qəbul edilmiş məhkəmə qətnamələri Cavabdeh1 mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli fərmanı ilə təsdiq edilmiş dövlət proqramına uyğun olaraq ünvan 2 ünvanında yerləşən 126 kv.m-lik və 34.2 kv.m-lik qeyriyaşayış sahələrini X5 Komitəsi tərəfindən k eçirilən hərracda qalib olub 27500 manat məbləğində pulu dövlət büdcəsinə ödəməklə xx.xx.2018-ci ildə mülkiyyət hüququnu təsdiq edən vəsiqə almışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq o, mülkiyyətində olan daşınmaz əmlaka sahiblik və istifadə hüququnu əldə edə bilmir. Çünki həmin əmlaklar iddiaçının istifadəsindədir. İddiaçı da cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahələrindən çıxmaq istəmir. İddiaçıya daşınmaz əmlakların hərraca çıxarılması, hərracın keçirilmə tarixi, hərracın keçirildiyi ünvan barədə ƏMDK tərəfindən dəfələrlə yazılı bildiriş verilməsinə baxmayaraq, iddiaçının üzrlü səbəb olmadan hərracda iştirak etməməsi ilə bağlı cavabdeh təşkilatın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sübutları məhkəmə qanuni əsas olmadan qəbul etməmiş, faktiki halları ar aşdırmamış, maddi və prosessual hüquq normalarını pozaraq iş üzrə əhəmiyyətli olan sübutların təqdim edilməsi üçün cavabdeh təşkilata sorğu göndərməmişdir. Apellyasiya məhkəməsində işə baxılarkən iddiaçı özü etiraf etmişdir ki, Əmlak Komitəsi tərəfindən göndərilmiş bildirişi onunla birgə yaşayan arvadı qəbul etmişdir. Bildirişi ailə üzvləri tərəfindən biri qəbul etdikdə artıq verilmiş sayılır. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 saylı qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdeh AR ƏMDK yanı nda DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-*****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh AR X5 Komitəsinin nümayəndəsi X4 və vəkili Vəkil3 kassasiya şikayətinin təmin edilməsinə etiraz etmədiklərini bildirdilər. Hüquqİ məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı “Aygün” tikiş atelyesində əmək kollektivinin üzvü olmuş, xx.xx.1997-ci il tarixdə həmin müəssisədə müdir vəzifəsinə qəbul edilmiş və xx.xx.2018-ci il tarixədək rəsmi olaraq həmin müəssisədə çalışmışdır. Qeyd edilən atelye xx.xx.2017-ci ildə keçirilən hərrac vasitəsilə Cavabdeh1 tərəfindən özəlləşdirilmişdir. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməs i barədə qəbul etdiyi qətnamənin ləğv edilib iddianın qismən təmin edilməsi qənaətinə gəlmiş apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət müəssisələrində fəaliyyət göstərən əmək kollektivi üzvləri özəlləşdirilən müəssisə və obyektlərin ilkin (start) qiymətinin 15%-ni güzəştli şərtlərlə almaq hüququna malikdirlər. Yalnız əmək kollektivi üzvü güzəştli satışdan imtina etdiyi və ya müvafiq pay ona təqdim olduğu halda güzəştli satışda iştirak etmədiyi təqdirdə həmin hissə də digər qaydada özəlləşdirilir. İşdən görünür ki, İddiaçı “******” tikiş atelyesində əmək kollektivinin üzvü olmuşdur. Beləliklə, onun özəlləşdirilən müəssisənin ilkin (start) qiymətinin 15%-ni güzəştli şərtlərlə almaq hüququ yaranmışdır. Bu səbəbdən apell yasiya kollegiyası hesab etmişdir ki, iddiaçı keçiriləcək hərrac barədə məlumatlandırılmalı, onun qeyd olunan həcmdə güzəştli hissənin alınmasına dair niyyəti öyrənilməli, ondan sonra satışda iştirak etmədiyi təqdirdə əmlak 100% həcmdə özəlləşməyə çıxarılmalı idi. Halbuki, iş materiallarından görünür ki, iddiaçının hərracda iştirakı təmin olunmamış, məhkəməyə onun lazımi qaydada xəbərdar olunmasına və ya onun iştirakdan imtina etməsinə dair heç bir mötəbər və legitim sübut təqdim olunmamışdır. Apelyasiya şikayətində cavabdeh ƏMDK iddiaçıya lazımi qaydada bildiriş göndərildiyini bildirsə də, məhkəməyə bu dəlilini təsdiq etmək üçün iş materiallarının 79-cu səhifəsində olan qəbzin kserosurətini təqdim etmişdir. AR MPM-in 89-cu maddəsinə əsasən, apellyasiya kollegiyası hesab etmişdir ki, həmin sənəd sübut kimi qiymətləndirilə bilməz və eyni zamanda həmin qəbzlə hansı sənədin iddiaçı tərəfindən qəbul edildiyi naməlumdur. Həmin qəbzə çəkilən imza da iddiaçıya məxsus imza ilə heç bir oxşarlıq təşkil etmir. Belə olan halda İddiaçı hərrac barədə lazımi qaydada xəbərdar edilməsindən söhbət gedə bilməz. Eyni zamanda apellyasiya kollegiyası qeyd etmişdir ki, mübahisə edilən özəlləşdirilən müəssisənin ilkin (start) qiymətinin 85%-nə dair hissədə isə iddiaçı da digər şəxslərlə bərabər qaydada özəlləşdirmə hüququna malikdir və onun həmin hissədə biləvasitə xəbərdar edilməsi nəzərdə tutulmamışdır. İşdən görünür ki, hərrac barədə kütləvi informasiya vasitlərində lazımi qaydada məlumat verilmişdir. Belə olan halda iddiaçı 85%-ə dair hissədə özəlləşmədə iştirak hüququndan məhrum edilmiş hesab oluna bilməz. Dövlət əmlakının özəlləşdirilməsi haqqında AR Qanununun 31.1.1-ci maddəsinə əsasən bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır. Beləliklə, apellyasiya kollegiyası hesab etmişdir ki, İddiaçı hərrac barədə lazımi qaydada xəbərdar olunmadığından və artıq mübahisəli əmlak özəlləşdirildiyindən o, yalnız özəlləşdirilən müəssisənin ilkin (start) qiymətinin 15%-ni güzəştli şərtlərlə almaq hüququndan məhrum edilmişdir. Belə olan halda dövlət əmlakının özəlləşdirilməsinə dair qanunvericiliyin tələbləri pozulduğundan özəlləşdirilən müəssisənin ilkin (start) qiymətinin 15%-nin özəlləşdirilməsi hissəsində hərracın nəticələri nin və onun əsasında həmin hissəyə dair verilmiş çıxarışların etibarlılığından söhbət gedə bilməz. Bu hissədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlsə də özəlləşdirilən müəssisənin ilkin (start) qiymətinin qalan 85%-nin özəlləşdirilməsinin qanunauyğun aparılmasına baxmayaraq bütövlükdə hərracın etibasızlığına dair iddianı təmin etməklə, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.4-cü maddinə əsasən, dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. Yenə həmin Məcəllənin 659.1-ci bəndinə görə satın almaqda üstünlük hüququ və hər hansı əşyaya və ya hər hansı hüquqa digər üstünlük hüquqları qanuna görə və ya müqavi lə əsasında əmələ gələ bilər. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” AR Qanununun 2.1-ci maddəsinə əsasən, iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaq üçündövlət əmlakının özəlləşdirilməsi həyata keçirilir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Pr oqramı ilə müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın 4.4.1-ci bəndinə əsasən, dövlət əmlakının hərraclar vasitəsilə satışı özəlləşdirilən əmlakın onun barəsində alıcıdan hər hansı bir şərtin yerinə yetirilməsi tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərin mülkiyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada pul müqabilində özgəninkiləşdirilməsidir. X3 4.2.2-ci bəndinə əsasən, dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin səhmlərinin 15%-i və ya kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektlərin ilkin (start) qiymətinin 15%-i, digər səhmlərin və hissələ rin satışı üsulundan asılı olmayaraq, işçilərə birbaşa güzəştli satışa yönəldilir. Həmin Proqramın 6.1-ci bəndinə əsasən, kiçik müəssisənin nizamnamə kapitalının (obyektin start qiymətinin) 15%-i İİ Dövlət Proqramının 4.2-ci bölməsində nəzərdə tutulmuş qaydada əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışa yönəldilir, kiçik müəssisənin nizamnamə kapitalının (obyektin satış qiymətinin) 85%-i isə İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulmuş satış üsuluna uyğun olaraq satılır. Həmin Proqramın 4.2.5-ci bəndinə əsasən, güzəştli satışa çıxarılan əmlakın əmək kollektivinin güzəştli satışda iştirak etməmiş üzvlərinin sayına mütənasib hissəsi (bütünlükdə əmək kollektivi üzvləri onlara bərabər tutulan şəxslər güzəştli satışdan imtina etdiyi halda hissələri n hamısı) X5 Komitəsinin qərarı ilə özəlləşdirmə planına uyğun olaraq digər satış üsulları ilə özəlləşdirilir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri apellasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya araşdırması nəticəsində apellyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxla nılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bİlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-541/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-541/2020
16.01.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver