Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-541/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 qızına, Cavabdeh2 və Şamaxı rayon notariat kontorunun notariusu X11 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-541/21 (Açar sözlər: etibarnamənin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, iradə ifadəsi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cava bdeh1, Cavabdeh2 və Şamaxı rayon notariat kontorunun notariusu X11 qarşı “etibarnamənin, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, alqı-satqı müqavilələri əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5796/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı əmlaklarına dair sərəncam vermək səlahiyyəti də daxil olmaqla Cavabdeh2 xx xxxxxx 2017-ci ildə etibarnamə verib.
2. Cavabdeh Cavabdeh2 iddiaçının verdiyi etibarnamə əsasında iddiaçının adına qeydə alınan daşınmaz əmlakları alqı-satqı müqavilələri ilə Cavabdeh1 satmışdır. a) Bi rinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı adından Cavabdeh2 verilmiş xx xxxxxx 2017-ci il tarixli 965 reyestrli etibarnamənin verildiyi andan etibarsız hesab edilməsi, həmin etibarnamə əsasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2017-ci il tarixli və xx xxxxxx 2017-ci il tarixli daşınmaz əmlakların İddiaçı adından Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmasına dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrinin qeydlərinin ləğv edilməklə həmin əmlaklar üzərində iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddi a tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “xxxx” QSC-nin İdarə Heyətinin sədri X7 bacısı qızı, digər Cavabdeh2 isə “xxxx” QSC-nin işçisidir.
5. İddiaçının keçmiş əri Şücayət Əkbərov barəsində Azərbaycan Respublikası CMnin 29,120.1.2, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 178.3.2, 228.3-cü maddələri ilə cinayət işi başlanılmış və barəsində xx xxxxxx 2017-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs “xxxx” QSC-nin İdarə Heyətinin sədri X12r.
6. İddiaçı ərindən boşandıqdan sonra Arif Alışanov məcburetmə, aldatma və hədəqorxu yolu ilə onun mülkiyyətində qalan əmlakları almağa yönələn hərəkətlər etmişdir. İddiaçı məcburən polisin inzibati binasına aparılmış, notarius vasitəsi ilə Arif Alışanovun işçisi olan və heç vaxt tanımadığı Cav abdeh2 adına xx xxxxxx 2017-ci il tarixdə baş etibarnamə verməyə məcbur edilmişdir.
7. İddiaçı Cavabdeh2 tanımır, iddiaçının bildiyinə görə bu şəxs Arif Alışanovun işçisidir və Bakı şəhərində yaşayır.
8. Etibarnamə təyziq altında alınmışdır və onun verilməsi dair iddiaçının iradə ifadəsi olmamışdır. Həmin etibarnamə əsasında alqı-satqı müqavilələri bağlanmışdır.
9. Birinci müqavilə xx xxxxxx 2017-ci il tarixdə bağlanmış və bu müqavilə əsasında Cavabdeh2 iddiaçıya məxsus Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 6, 5429 ha torpaq sahəsini guya 25.000 manata digər Cavabdeh1 satmışdır. Halbuki rəsmi rəydən görünür ki, bu torpaq sahəsinin dəyəri 65.000 manatdır.
10. İddiaçı həmin müqavilə üzrə heç bir pul almamış və bu əmlakın satılmasına iradə ifadəsi olmamışdır. Müqavilə Şamaxı rayon notaria t kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmişdir.
11. İkinci müqavilə xx xxxxxx 2017-ci il tarixdə bağlanmışdır. Yenə də eyni şəxslər arasında bağlanan müqavilə əsasında Cavabdeh2 iddiaçıya məxsus Şamaxı rayonu Nağaraxana kəndində yerləşən ümumi sahəsi 194,4 kv.m. olan evi və 0.11 ha torpaq sahəsini 28.000 manata Arif Alışanovun bacısı qızı Cavabdeh1 adına keçirmişdir. Rəydə isə bu evin dəyəri 130.000 manatdır. Qara bazarda isə bu əmlakın dəyəri rəydə göstərildiyindən ən azı 3-4 dəfə çoxdur. Bu baxımdan tam təsdiq olunur ki, cavabdehlər əmlakları qəsdən, bilə-bilə dəyərindən qat-qat aşağı qiymətləndirmişlər.
12. İddiaçıya tam mülkiyyət hüququ ilə məxsus olan Samux şəhərində yerləşən ümumi sahəsi 1.246465 ha olan torpaq sahəsi Cavabdeh2lə Cavabdeh1 vəkalətnaməsi əsasında nümayən dəsi X4 arasında bağlanmış AN-1 ******* nömrəli,xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə 2.000 manata Cavabdeh1 mülkiyyətinə verilmişdir. Halbuki orada bir sot torpaq sahəsi 2.000 manata satılır.
13. Daha sonra yenə İddiaçı mülkiyyətində olan Samux şəhərinin Z.Tağıyev küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 200.6 kv.m olan fərdi yaşayış evi C.X8 arasında bağlanmış AN-10593312 nömrəli, xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 12.000 manata Cavabdeh1 satılıb. Həmin əmlak isə qiyməti təxminən 200.000 manat dəyərində olan villadır.
14. Hər dörd müqavilə formal olaraq bağlanmış və əslində əmlaklar əvəzsiz olaraq Arif Alışanovun mülkiyyətinə verilmişdir.
15. İddiaçının əmlakları satmaq niyyəti olmamış, qeyd olunan alqı-satqı müqavilələri həqiqi iradə ifadəsi deyildir. Şamaxı rayon notariat kontorunda təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli Cavabdeh2 adına verilmiş etibarnamə və həmin etibarnamələr əsasında bağlanmış əqdlər üzrə iddiaçının iradə ifadəsi olmamışdır.
16. İddiaçı etibarnaməni polis müdaxiləsi ilə məcburetmə, zorakılıq, hədə təsiri altında verilmiş, əmlaklarını Camal Nəbivev vasitəsi ilə satmaq niyyəti heç vaxt olmamışdır. İddiaçının belə bir fikri olsaydı, Şamaxı da brokerlik fəaliyyəti ilə məşğul olan qaynı vasitəsi ilə əmlakları satardı.
17. Əmlaklar həqiqi qiymətlərindən ən azı 10-15 dəfə aşağı qiymətə satılmışdır.
18. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337, 339, 351.1 və 404.1-ci maddələrinə istinad etmişdir.
19. İddiaçının ərizəsinə əsasən Şamaxı rayon Notaria t Kontorunun notariusu X14 iş üzrə cavabdeh kimi cəlb edilmişdir.
20. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2020 nömrəli, 19.03 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Vüqar Quliyev)
21. Məhkəmə toplanmış sübutlara, o cümlədən şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, İddiaçı Cavabdeh2 adına xx xxxxxx 2017-ci il tarixli, 7E-965 reyestr nömrəli mülki etibarnamə (əmlakdan istifadə etməyə və üzərində sərəncam verməyə hüquq verən etibarnamə) vermiş, sonuncu müvafiq etibarnamə əsasında iddiaçının mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 6,5429 ha torpaq sahəsini, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən ümumi sahəsi 194,4 kv.m olan evi və 0.11 ha torpaq sahəsini, Samux şəhəri ünvanında yerləşən ümumi sahəsi 1.246465 ha olan torp aq sahəsini və Samux şəhəri, Z.Tağıyev küçəsində yerləşən 0,08 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 200.6 kv.m olan fərdi yaşayış evini alqısatqı müqavilələri əsasında İddiaçı keçmiş həyat yoldaşı X1 tanışı X7 bacısı qızı Cavabdeh1 satmışdır. Daşınmaz əmlakların alqı-satqısına dair xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli müqavilələr Şamaxı rayon notariat kontorunun notariusu X14 tərəfindən, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli müqavilələr isə Gəncə “ASAN” xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu Ağcayev Zülfiqar Möhübbət oğlu tərəfindən rəsmiləşdirilmişdir.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iddia tələbi bir-biri ilə qarşılıqlı əlaqədə olan bir neçə tərkib hissədən ibarətdir: xx xxxxxx 2017-ci il tarixli, 7E965, reyestr nömrəli etibarnamənin; həmin etibarnamə əsasında daşınmaz əmlakların Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmasına dair xx xxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2017-ci il tarixli və xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi; habelə daşınmaz əmlakların dövlət reyestri qeydlərinin ləğv edilməsi.
21. Məhkəmənin mövqeyinə görə iddia tələbinin qeyd olunan tərkib hissələri arasında səbəb-nəticə əlaqəsi mövcuddur və sadalanan hüquqi əhəmiyyətli sənədlər müvafiq olaraq digər hüquqi nəticələrin yaranmasına əsas olmuşdur.
22. Birinci instansiya məhkəməsi iddia tələbinin xx xxxxxx 2017-ci il tarixli, 7E-965, reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi hissəsinə münasibətdə qeyd edib ki, mülki qan unvericiliyin tələblərinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər, yəni daşınmaz əmlakların alqı-satqısı ilə əlaqədar hüquqi prosedurların İddiaçı tərəfindən şəxsən deyil, onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 vasitəsilə həyata keçirilməsi mübahisələndirilən daşınmaz əmlakların alqı-satqısı barədə müqavilələrin etibarsız hesab edilməsi üçün əsas deyildir.
23. Etibarnamənin etibarsız hesab edilməli olduğunu əsaslandırarkən iddiaçının istinad etdiyi hal ondan ibarətdir ki, həmin etibarnamə polis müdaxiləsi ilə məcburetmə, zorakılıq, hədə təsiri altında verilmişdir. İstinad olunan bu hala münasibətdə məhkəmə qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(101)- 408/18 nömrəli hökmünə əsasən şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, İ ddiaçı Şamaxı rayonu notariat kontoruna gələrək tanımadığı hansısa şəxsin adına mülki etibarnamə vermiş, müvafiq etibarnamə rəsmiləşdirilməmişdən əvvəl ona imzalamaq istədiyi etibarnamə ilə bağlı izahlar verilmişdir.
24. Digər tərəfdən şahid qismində dindirilmiş İddiaçı baldızı X3 bildirmişdir ki, qardaşı qızı (həmçinin İddiaçı qızı) X5 ona zəng edərək anasının tanımadığı şəxslər tərəfindən harasa aparıldığı barədə məlumat vermiş, bundan sonra məsələni aydınlaşdırmaq üçün gedərkən İddiaçı polis geyimində olan şəxslər tərəfindən zorla notariat kontoruna aparıldığını görmüşdür. Şahid qismində dindirilmiş İddiaçı qaynı X2 isə qeyd olunan ifadənin ziddinə olaraq İddiaçı mülki geyimdə olan şəxslər tərəfindən notariat kontoruna aparıldığını bildirmişdir.
25. Birinci instansiya məhkəməsi qeyd edi b ki, iddiaçı müvafiq etibarnamənin məcburetmə (zorakılıq və ya hədələmə) nəticəsində verildiyini iddia etsə də, bu mülahizə iddiaçının tərəfində şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə öz təsdiqini tapmayıb, əksinə, şahid ifadələri arasında meydana çıxan ziddiyyət etibarnamənin zorakılıq və ya hədələmə təsiri altında verilməsinə dair şübhələri ortadan qaldıraraq, onunla bağlı hüquqi nəticələrin etibarlılığına təminat yaradır.
26. Etibarsız hesab edilməsi tələb edilən xx xxxxxx 2017-ci il tarixli etibarnaməyə əsasən İddiaçı Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə veril miş bütün əqdləri, o cümlədən, almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipotekaya (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqqı-hesab aparmağı etibar etmişdir. Etibarnamə üzrə hüquqlarından istifadə edən Cavabdeh2 iddiaçının mülkiyyətində olan və yuxarıda qeyd edilən daşınmaz əmlakları xx xxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2017-ci il tarixli və xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqavilələri əsasında digər Cavabdeh1 satmışdır. Mübahisəli alqı-satqı müqavilələrinə dair notariat işlərində olan mədaxil orderlərinə əsasən əmlakların alınması zamanı müqavilə üzrə razılaşdırılan məbləğlər bank hesabına köçürülməklə qəbul edilmişdir.
27. Birinci instansiya məhkəməsi əlavə olaraq qeyd e dib ki, müvafiq etibarnamənin verilmə tarixi ilə qeyd olunan alqı-satqı müqavilələrinin bağlanma tarixlərinin müqayisəsi nəticəsində belə nəticəyə gəlinir ki, iddiaçı iddia tələbində qeyd olunduğu kimi zorakılıq və ya hədələmə təsiri altında məcburiyyət qarşısında qalaraq Cavabdeh2 etibarnamə vermiş olsa belə, onun müvafiq etibarnaməni ləğv etmək üçün kifayət qədər vaxtı olmuş, buna baxmayaraq o, yalnız xx.xx.2017-ci il tarixdə qeyd olunan etibarnamənin ləğvinə dair ərizə ilə müraciət etmişdir. Həmçinin İddiaçı verilən suallara cavab olaraq Cavabdeh2 verdiyi xx.xx.2017-ci il tarixli mübahisəli etibarnamənin həmin tarixdən qısa zaman kəsiyində ləğv etmək üçün notariusa ərizə ilə müraciət etməməsinin və yalnız mübahisəli əmlaklarla bağlı alqı-satqı müqavilələri bağlandıqdan uzun müddət sonra, yəni 17 may2017-ci il tarixdə notariusa həmin etibarnamənin ləğv edilməsi üçün müraciət etməsinin səbəbini açıqlaya bilməmişdir.
28. Məhkəmə həmçinin qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(101)-408/18 nömrəli hökmünə əsasən Şamaxı rayonu Çuxuryurd kəndindəki Dörd yol” deyilən ərazidə yerləşən 6.54 hektar və 5.066 hektar torpaq sahələrinin İddiaçı və onun həyat yoldaşına məxsus olması, əmlaklarının zərər çəkmiş Arif Alışanov və onun yaxınları tərəfindən hədə-qorxu ilə əlindən alınması barədə xüsusatlar cinayət işi üzrə toplanmış və bir-birini əlaqəli surətdə tamamlayan çoxsaylı sübutlarla təkzib edildiyindən bu ifadələr ittihamı təkzib edən sübut qismində qəbul edilməmişdir. Həmin hökmlə hazırda mübahisələndirilən alqı-satqı müqavilələrindən birin in predmeti olan Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 6, 5429 ha torpaq sahəsinin hədəqorxu ilə iddiaçının əlindən alınması məsələsinə hüquqi qiymət verilmiş və bu halın çoxsaylı sübutlarla təkzib edildiyi qeyd edilmişdir.
29. İstinad olunan hökmə əsaslanaraq məhkəmə belə nəticəyə gəlib ki, Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 6,5429 ha torpaq sahəsinin iddiaçının əlindən hədəqorxu ilə alınması məsələsinin öz təsdiqini tapmaması bir-birinə olduqca yaxın tarixlərdə bağlanmış və müvafiq olaraq Şamaxı rayonu Nağaraxana kəndində yerləşən ümumi sahəsi 194,4 kv.m olan evi və 0.11 ha torpaq sahəsinin, Samux şəhəri ünvanında yerləşən ümumi sahəsi 1.246465 ha olan torpaq sahəsinin, Samux şəhəri, Z.Tağıyev küçəsində yerləşən 0,08 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 200.6 kv.m olan fərdi yaşayış evinin alqı-satqısını nəzərdə tutan müqavilələrin də İddiaçı həqiqi iradə ifadəsini əks etdirdiyi qənaətinə gəlməyə əsas verir.
30. Məhkəmə daşınmaz əmlakların həqiqi dəyərindən aşağı qiymətə satılması ilə bağlı qeyd edib ki, alqı-satqı müqaviləsinin predmetini təşkil edən əmlakın qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyənləşdirilir və qanunvericilik qiymətlə bağlı hər hansı imperativ norma təsbit etməmişdir. Bu isə o deməkdir ki, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən müəyyənləşdirilmiş satış qiyməti tərəflərin iradəsi əsasında formalaşdığından həmin müqavilələrin etibarsız hesab edilməsinə zəmin yaratmır.
31. Məhkəmə qeyd edib ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.
32. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin e tibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
33. Həm İddiaçı tərəfindən Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixli etibarnamə verilərkən, həm də sonuncu ilə digər Cavabdeh1 arasında xx xxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2017-ci il tarixli, xx xxxxxx 2017-ci il tarixli və xx xxxxxx 2017-ci il tarixli daşınmaz əmlakların alqı-satqısı müqavilələri bağlanarkən mülki qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçı tələbində müvafiq etibarnaməni zorakılıq və hədə-qorxu təsiri altında verdiyini göstərsə də, bu halı sübut edə bilməmişdir. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.
34. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 139.1, 139.3, 337, 339.4, 340.1, 359.3, 359.4, 362.1, 362.2, 363.1, 404.1, 404.2, 567, 597.1, 598.1, 646.1, 646.2, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
35. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verib.
36. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırlıb, məhkəmənin maddi və prosessual hüquq normalarının pozmasına istinad edilib.
37. Qeyd edilib ki, cavabdehlərin məhkəmə iclasında iştirakı təmin edilməyib, Arif Alışanovun cavabdeh kimi cəlb edilməsi barədə vəsatətləri təmin edilməyib, məhkəmə sübutları düzgün qiymətləndirməyib.
38. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(1 03)-5796/2020 nömrəli, 10.08. 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-14/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.(hakimlər Şeyda Məhərrəmova (sədrlik edən, məruzəçi), Məmməd Məmmədov və Rəşad Həsənov)
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edib ki, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilələr lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış, onları bağlamış şəxslərin arasında iradə vahidliyi mövcud və müqavilələrin forması-məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
40. Apellyasiya instansiyası qeyd edib ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqd təmsilçi vasitəsi lə də bağlana bilər, yəni daşınmaz əmlakların alqı-satqısı ilə əlaqədar hüquqi prosedurların İddiaçı tərəfindən şəxsən deyil, onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 vasitəsilə həyata keçirilməsi mübahisələndirilən daşınmaz əmlakların alqısatqısı barədə müqavilələrin etibarsız hesab edilməsi üçün əsas deyildir. İddiaçı müvafiq etibarnamənin məcburetmə (zorakılıq və ya hədələmə) nəticəsində verildiyini iddia etsə də, bu mülahizə onun tərəfində şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə öz təsdiqini tapmayıb, əksinə, həmin şahidlərin ziddiyyətli ifadələri etibarnamənin zorakılıq və ya hədələmə təsiri altında verilməsinə dair şübhələri aradan qaldırmışdır.
41. Apellyasiya instansiyası da xüsusi vurğulayıb ki, iddiaçı iddia tələbində qeyd olunduğu kimi zorakılıq və hədələmə təsiri a ltında Cavabdeh2 etibarnamə vermiş olsa belə, onun müvafiq etibarnaməni ləğv etmək üçün kifayət qədər vaxtı olmuş, buna baxmayaraq o, yalnız xx.xx.2017-ci il tarixdə qeyd olunan etibarnamənin ləğvinə dair ərizə ilə müraciət etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
42. İddiaçı Səlimova Səlimə (Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
43. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə maddi və prosessual hüquq normalarının pozuntusuna və işin faktiki hallarına istinad edilib. b) K assasiya şikayətinə qarşı tərəfin yazılı etirazı
44. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
45. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil kassassiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.
46. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, ba şqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarındainvestisiya şirkəti fəaliyyətiistisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Maddə 359.4. Xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Maddə 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə ist ənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəy yənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur., Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin i şin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qər ardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qi ymətləndirilməməlidir
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya in stansiyası məhkəməsi tərəfindən qiymət verilib.
51. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
52. İddia tələbi etibarnamənin, etibarnamə əsasında bağlanmış əqdlərin etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi etibarnaməni zorakılıq nəticəsində, iradəsinə zidd olaraq verməsinə istinad edir.
53. Etibarnamə əsasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi tələbi ilkin olaraq etibarnamənin etibarsızlığından doğur. Buna görə də ilkin olaraq etibarnamənin etibarsızlığı tələbi barədə apellyasiya instansiyasının gəldiyi nəticəyə qiymət verilməlidir.
54. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, ddiaçı İddiaçı Cavabdeh2 adına xx xxxxxx 2017-ci il tarixli, 7E-965 reyestr nömrəli mülki etibarnamə (əmlak dan istifadə etməyə və üzərində sərəncam verməyə hüquq verən etibarnamə) vermiş, sonuncu da həmin etibarnamə əsasında iddiaçının mülkiyyətində olan əmlakları xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və və xx.xx.2017-ci il tarixli müqavilələr əsasında özgəninkiləşdirmişdir.
55. İddia tələbinin xx xxxxxx 2017-ci il tarixli, 7E-965, reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi hissəsində müəyyən edilib ki, iddiaçı müvafiq etibarnamənin məcburetmə (zorakılıq və ya hədələmə) nəticəsində verildiyini iddia etsə də, istinad etdiyi bu halı sübut edə bilməyib. Əksinə, iddiaçının tərəfində şahid qismində dindirilmiş şəxslərin ifadələri arasında meydana çıxan ziddiyyətlər etibarnamənin zorakılıq və ya hədələmə təsiri altında verilməsinə dair şübhələri aradan qaldırmışdır.
56. Etibarnamənin məcbure tmə nəticəsində verilməsi halı təsdiqini tapmadığı üçün həmin etibarnamə əsasında alqı-satqı müqavilələrinin də qanuna uyğun bağlanması müəyyən edilmiş, bu zaman hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir.
57. Həmçinin o da müəyyən edilib ki, iddiaçı zorakılıq və ya hədələmə təsiri altında məcburiyyət qarşısında qalaraq Cavabdeh2 etibarnamə vermiş olsa belə, onun müvafiq etibarnaməni ləğv etmək üçün kifayət qədər vaxtı olmuş, buna baxmayaraq iddiaçı yalnız xx.xx.2017-ci il tarixdə qeyd olunan etibarnamənin ləğvinə dair ərizə ilə müraciət etmişdir.
58. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 339.4-cü maddəsini düzgün tətbiq etmişdir.
59. İddiaçının xx xxxxxx 2017-ci il tarixli, 7E-965, reyestr nömrəli etibarnaməni məcburetmə (zorakılıq və ya hədələmə) nəticəsində verməsi halı təsdiqini tapmadığı üçün, başqa sözlə hazırki işin halları Mülki Məcəllənin 339.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun gəlmədiyi üçün iddianın təmin edilməsi istisna edilmişdir.
60. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
61. Kassasiya şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmır.
62. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiy a instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5796/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.