Məhkəmə qərarları › İş №2(102)-541/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-541/2022

07.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-541/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2021-ci il i tarixli, 2(103)7615/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən ve rilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 saylı mənzilinin əsas icarədarı Bağırov Ağayar Xoşqədəm oğlu olmuş, sonuncunun ölümündən sonra Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 11 oktyabr 2005-ci il tarixli sərəncamı ilə mənzilin icarə müqaviləsi dəyişdirilmiş, mənzilin əsas icarədarı İddiaçı1 xxx oğlu hesab edilmişdir. Bağırov X2 xxx oğlunun qardaşıdır. İddiaçı2 xxx oğlu və Cavabdeh 08 oktyabr 2002-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 1 övladları anadan olmuş, nikahları 2004-cü ildə pozulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2004-cü il tarixli qətnaməsi ilə xxxr qızının ünvan 1-ə istifadə hüquqlarının tanınm ası və onun bir azyaşlı uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə hazırki iddia üzrə icraat zamanı mübahisələndirilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2020-ci il tarixli, qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2004-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilərək X1 ünvan 1-ə istifadə hüquqlarının tanınması və onun bir yetkinlik yaşına çatmamış övladı X4 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məh kəməsinin 10 sentyabr 2004-cü il tarixli qətnaməsinin icrası ilə bağlı tərəflərin qarşılıqlı razılaşması ilə xxxr qızı 2013-cü ildən kirayə mənzilə köçürülmüş, kirayə pulu isə iddiaçılar tərəfindən ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin yetkinlik yaşına çatmamış övladı X4 ilə birlikdə ünvan 1 ünvanından istifadə hüquqlarına kompensasiya verilməklə və həmin kompensasiyanın ödənilmiş 25200 manat pul məbləği ilə əvəzləşdirilməklə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2004-cü il tarixli qətnaməsi icraya yönəldilsə də, cavabdehlə İddiaçı2 arasında olan razılaşmaya əsasən, cavabdeh mübahisəli mənzilə köçməmiş, bunun müqabilində isə ona kompensasiya olaraq 2013-cü ildən oğlu ilə kirayədə yaşadıqları ünvan 2 2019-cu ilin avqust ayınadək hər ay 300 manat olmaqla kirayə haqqı İddiaçı2 tərəfindən ödənilmişdir. 7 il müddətində ümumilikdə 25200 manat kirayə pulu ödənilmişdir. Cavabdeh iddiaçılarla bir evdə yaşamamış, onun və oğlunun həmin mənzildə qeydiyyatları formal xarakter daşıyır. Həmçinin, cavabdehin həmin mənzildə hər-hansı əmlakı da yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-cu il tarixli, 2(001)97/2021 nömrəli qətnaməsi ilə (hakim E.M.Mustafayev) iddia təmin edilmiş, Cavabdeh yetkinl ik yaşına çatmamış uşağı X4 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., M.Cəlal küçəsi, 121 saylı evin 81 saylı mənzilindən istifadə hüquqlarına kompensasiya verilməklə və həmin kompensasiyanın kirayə haqqı kimi ödənilmiş 25200 manat pul məbləği ilə əvəzləşdirilməklə xitam verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin R.xxxovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarı, Avropa İnsan hüquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-cu il tarixli, 2(001)-97/2021 nömrəli qətnaməsinin ləğv e dilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2021-ci il i tarixli, 2(103)-7615/2021 nömrəli qətnaməsi ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və F.F.Babayevdan ibarət tərkibdə) iddiaçı xxxqızının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(001)-97/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsini n 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-cü il tarixli, “R.xxxovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il qərarlarına istinad edərək hesab etmişdir ki, hazırki mübahisəli ev xüsusi mülkiyyətdə olmasa belə, mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Daha sonra, məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli qərarına istinad etmiş və qeyd etmişdir ki, Cavabdeh kompensasiya ol araq 2013-cü ildən hal-hazıradək kirayədə yaşadığı ünvan 2 2019-cu ilin avqust ayınadək hər ay 300 manat olmaqla kirayə haqqının 7 il müddətində İddiaçı2 tərəfindən ümumilikdə 25200 manat kirayə pulu ödənilməsinə istinad etsə də, kompensasiya məbləği istifadə hüququ itirilən zaman müəyyən edilir. Cavabdeh üçün əvvəllər kirayə haqqının ödənilməsi, kompensasiya təyin edildiyi halda kompensasiya məbləğinin həmin məbləğlə əvəzləşdirilməsinə əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2021-ci il tarixli, 2(103)-7615/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişdir. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh iddiaçılara atalarından miras qalmış mənzili özəlləşdirməyə maneələr yaradır, məhkəmənin qəbul etdiyi qətnamə isə ona buna imkan yaradır. Bununla da, iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Cavabdeh nümayəndəsi X3 vasitəsi ilə kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2021-ci il i tarixli, 2(103)-7615/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, gəlinən nəticə qanuni olmuşdur. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstün lük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitam ı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesa b edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və p rosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, mübahisələndirilən yaşayış sahəsi xüsusi mülkiyyətdə olmasa belə, mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Bu zaman məhkəmə İddiaçı2 xxx oğlunun və Cavabdeh 2002-ci ildə nikaha daxil olmalarına istinad etmişdir. Lakin məhkəmə həmin mövqeyini əsaslandırmamışdır. Belə ki, apellyasiya məhkəməsinin də göstərdiyi kimi, mübahisələndirilən mənzil hazırda dövlət mənzil fonduna aiddir və mübahisəli hüquq münasibətləri 2002-ci ildə yaranmışdır. Nəzərə alınmalıdır ki, cavabdehin mübahisəli ya şayış sahəsinə istifadə hüquqlarını müəyyən edən və qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli qətnaməsi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53cü maddəsinə əsaslanmışdır. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edilməli olmasını əsaslandırmamış, mübahisəyə mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilməsinin mümkünlüyünü araşdırmamış və bununla MPM-in 217.2-ci maddəsinin tələblərini pozmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin mahiyyəti cavabdehə kompensasiya verilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməs idir. İddiaçı artıq 7 il ərzində ödənilmiş kirayə haqqının kompensasiya məbləği kimi hesab edilməklə, cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməklə, cavabdehin istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü bildirmiş, lakin hesab etmişdir ki, artıq ödənilən məbləğ kompensasiya kimi qiymətləndirilə bilməz, kompensasiya məbləği istifadə hüququ itirilən zaman müəyyən edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkün olması qənaətinə gəldiyi halda, maddi hüquq normalarının tələblərinə əsasən təklif olunmalı komp ensasiyanın məbləğini müəyyən etməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq k ompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Göründüyü kimi, mübahisəyə Mülki Məcəllənin 228.2-ci maddəsinin tətbiq edilməli olduğu halda da, bu maddənin tətbiqində Konstitusiya Məhkəməsi Plenumunun rəsmi şərhi baxımından səhvə yol vermişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə hansı maddi hüquq normalarının tətbiq edilməli olması yenidən yoxlanılmalı, cavabdehin yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinə mümkün olduğu qənaətinə gəldiyi halda, qanunvericiliyin tələblərinə əsasən bu əsaslandırılmalı, Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarına uyğun olaraq hazırki tələb üzrə əda lətli kompensasiya məbləği müəyyən edilməli və tərəflərin bu məbləğə olan münasibətləri aydınlaşdırılmalıdır. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 avqust 2021-ci il i tarixli, 2(103)-7615/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar