Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-541/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı xxx oğlunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma, evin boşaldılması, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı xxx oğlunun Cavabdeh qarşı “cavabdehin övladları ilə birgə fərdi yaşayış evindən çıxarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1965/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 25 yanvar 2023- cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. X3 xx.xx.2018-ci il tarixli müqavilə əsasən xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 0.0313 ha torpaq sahəsi üzərindəki 57 kv.m olan fərdi yaşayış evini oğlu – İddiaçı xxx oğluna (bundan sonra “iddiaçı”) bağışlayıb. Həmin ev xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınıb.
2. İddiaçı ilə Cavabdeh (bundan sonra “cavabdeh”) 2007-ci il tarixdə qeyri-rəsmi ailə qurublar, 23 sentyabr 2009-cu ildə isə nikahlarını rəsmiləşdiriblər. Birgə nikahdan tərəflərin 20 noyabr 2008-ci il təvəllüdlü Amil və 15 oktyabr 2009-cu il təvəllüdlü Xədicə adlı iki uşaqları var.
3. Tərtər Rayon Məhkəməsinin 04 avqust 2015-ci il t arixli, 2(061)-736/2015 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur.
4. Mübahisə cavabdehin iddiaçının mülkiyyətinə keçmiş evdə yaşaması ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin və övladları 20 noyabr 2008-ci il təvəllüdlü X5, 15 oktyabr 2009-cu il təvəllüdlü X1 Tərtər şəhəri, Heydər Əliyev prospekti, 79 ünvanda yerləşən fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş ediblər.
6. İddia tələbi onunla əsaslandırılıb ki, nikahları pozulduqdan sonra az yaşlı övladları cavabdehin himayəsində qalmış və övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıdan aliment tutulması müəyyən edilmişdi r. Fərdi yaşayış evinin bir qismi bağışlanma ilə iddiaçının adına, bir qismi isə iddiaçının qardaşının adına verilmişdir.
7. Hazırda cavabdeh və övladları iddiaçı ilə hər gün dalaşır, onu söyüb, təhqir edir, onunla yola getmirlər. Demək olar ki, hər gün aralarında mübahisə olur və onlar Polis şöbələrinə gedirlər. Cavabdeh dəfələrlə iddiaçını şərləyərək Polis şöbəsinə müraciət edib. Övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment müəyyən edilməsinə və iddiaçının davamlı olaraq aliment ödəməyinə baxmayaraq övladları iddiaçı ilə yola getmirlər, onu söyüb təhqir edirlər. İlk öncə aliment tutulması müəyyən edilsə də, daha sonra icra qaydasında alimentə xitam verilmiş, sonradan cavabdeh alimenti bərpa etmişdir və hər ay iddiaçı övladlarına aliment ödəyir.
8. İddiaçı cavabde hdən evdən çıxmasını tələb etsə də, cavabdeh evdən çıxmayacağını, iddiaçıya istədiyi yerə şikayət etməsini bildirmişdir.
9. İddiaçı cavabdehi və uşaqlarını bir gün belə evində nə saxlamaq, nə də ki, görmək istəmir. Belə bir insanlar iddiaçıya lazım deyil.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1 və 157.2-ci maddələrinə istinad ediblər.
11. Cavabdeh iddiya yazılı etiraz vermiş və həmin etirazını birinci instansiya məhkəməsində müdafiə edərək göstərmişdir ki, hazırda yaşadıqları ünvanda iki yaşayış evi vardır ki, həmin fərdi yaşayış evinin birində o, uşaqları ilə birlikdə, digər fərdi yaşayış evində isə iddiaçı tək yaşayır. Ailə qurduğu vaxtdan sözügedən evdə gəlin köçərək yaşamışdır. Cavabdehin ona 10000 manat aliment borcu olmuş, cavabdehlə aralarında olan aliment bor cunun qarşılığında sözügedən yaşayış evində övladları ilə birgə övladlarının 18 yaşı tamam olanadək yaşayacağı barədə razılaşmışlar. Həmin vaxt iddiaçıya inanıb Tərtər rayon İcra və Probasiya şöbəsinə gedərək iddiaçının ona olan 10000 manat aliment borcunun silinməsi barədə ərizə vermişdir. İddiaçı isə sonradan hazırki iddianı qaldırmışdır. Başqa yaşayış yeri və ev almağa maddi imkanı yoxdur. Buna görə də iddianını təmin edilkməsinə etiraz edir.
12. Tərtər Rayon Məhkəməsinin 2(061)-348/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli, qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Kamil Rzayev)
13. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən edib ki cavabdeh iddiaçını arvadı olub, onlar 2007-ci ildə qeyri-rəsmi ailə qurublar, cavabdeh hazırda yaşadığı evə gəlin köçmüş, ni kahlarını 23 sentyabr 2009-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahdan tərəflərin iki uşağı doğulub, Tərtər Rayon Məhkəməsinin 04 avqust 2015-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulub. Cavabdeh və iki uşağı hazırda sözügedən ünvanda yaşayırlar. Evin qeydiyyat vəsiqəsi 14 yanvar 2022-ci il tarixdə iddiaçını adına qeydə alınmışdır.
14. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab edib ki, tərəflər arşında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və bu baxımdan Mülki Məcəllənin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll edilməlidir.
15. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini məqsədəuyğun hesab etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh 2007-ci ildə faktiki, 23 sen tyabr 2009-cu ildə isə rəsmi nikaha daxil olublar, cavabdeh gəlin gəlmiş, həmin evdə onların iki uşağı doğulmuş, onlar birgə təsərrüfat aparmışlar. Cavabdeh həmin evdə uzun müddət yaşamaqala yaşayış hüququ əldə etmişdir. Həmçinin uşaqlar həmin evdə anadan olublar və iddiaçının doğma övladları olmaqla, gələcəkdə iddiaçını vərəsələridirlər.
16. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı ilə cavabdeh 2007-ci ildə faktiki ailə qurarkən və 23 sentyabr 2009-cu ildə nikahlarını rəsmi qeydə aldırarkən mübahisədə adı keçən ev mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmədiyindən iddiaçının özünə münasibətdə tələbi üzrə Mülki Məcəllənin 11-ci və MPM-in 13-cü maddələrinin tələblərinə görə analogiya əsasında dövlət mənzil fonduna aid olan normalar tətbiq edilməlidir.
17. Birinci instansiya məhk əməsi belə qənaətə gəlib ki, iddiaçı ilə cavabdeh arasında yaşayış evinə istifadə hüququ ilə bağlı hüquq münasibətləri 01 sentyabr 2000-ci ilədək yarandığından və qeyd edilən tarixdə analoji münasibətləri tənzimləyən norma kimi 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri mövcud olmuşdur. Həmin normaların məzmunu hazırki münasibətlər üzrə mövcud olan mübahisəli evin statusuna daha çox uyğundur və mahiyyətcə biri-biri ilə ziddiyyət təşkil etmir. Buna görə də hazırki mübahisənin həllinə qanunun analogiyası üzrə Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri tətbiq edilməlidir.
18. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Mənzil Məcəlləsinin qeyd edilən normalarının tələbləri və işin halları baxımından cavabdeh mübahisədə adı keçən evdə uzun müddət yaşamı ş, bununla da həmin evə yaşayış və istifadə hüququ qazanmışdır. Buna görə də iddianın təmin edilməsi məqsədəuyğun hesab edilə bilməz.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 11, 153.1, 153.3, 153.4-cü, Mənzil Məcəlləsinin 53, 54-cü, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2, 3-cü, Mülki Prosessual Məcəllənin 13.4, 14.2 və 217.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə araşdırma aparmadan ədalətsiz qətnamə çıxarmışdır. Belə ki, ev iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdeh və uşaqları hər gün iddiaçı ilə dalaşır, onu söyüb təhqir edir, yola getmirlər, evin onların olduqlarını iddia edirlər. Hər gün aralarında mübahisə olur və tez-tez polis şöbəsinə gedirlər.
22. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1965/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(061)-348/2022 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmişdir. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov, Afiq Hüseynzadə)
23. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh 2007-ci ildə faktiki olaraq evlənmiş, 2009-cu ilin sentyabr ayını n 23-ü nikahlarını rəsmiləşmişlər. Cavabdeh ərinin valideynləri ilə yaşadığı Tərtər şəhəri, Heydər Əliyev prospekti, 79 ünvanında yerləşən evə gəlin köçmüşdür. Həmin vaxtdan cavabdeh iddiaçı ilə birlikdə orada yaşamışdır. Həmçinin birgə nikahdan olan uşaqları da onlarla birlikdə həmin evdə yaşamışlar. Sonradan tərəflərin arasında münasibətlər pisləşdiyinə görə nikahları rəsmi olaraq pozulmuşdur. 15 oktyabr 2009-cu il təvəllüdlü X4 və 20 noyabr 2008-ci il təvəllüdlü X6 adlı uşaqları cavabdehin himayəsində saxlanmışdır. Hazırda iddiaçı cavabdehin uşaqları və əşyaları ilə birlikdə mülkiyyətində olan evindən çıxarılmasını tələb edir. Cavabdeh 2007-ci il tarixdə Tərtər şəhəri, Heydər Əliyev prospekti, 79 ünvanında yerləşən evinə köçən zaman mübahisəli ev iddiaçının anası olan mərhum X2 adına ol muşdur. Sumaya Quluyeva xx.xx.2018-ci il tarixdə evi iddiaçıya bağışlamış və bunun əsasında həmin yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və iddiaçıya bu barədə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün tətbqi etməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdeh arasında yaşayış evinə istifadə hüququ ilə bağlı münasibətlərin 01 sentyabr 2000-ci ilədək yarandığına və mübahisədə adı keçən evin mülkiyyət hüququ əsasında qeydiyyata alınmadığına görə mübahisənin həllinə 01 oktyabr 2009 -cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tətbiq edilməli olmasını göstərsə də, lakin işin hallarına görə iddiaçı ilə cavabdeh 2007-ci ildə faktiki evləniblər, cavabdeh iddiaçının valideynlərinin evinə köçüb və nikahlarını 2009-cu ildə rəsmişləşdiriblər. Cavabdeh 2007-ci ildə mübahisəli evə köçən zaman mülkiyyətçi (ümumi birgə) iddiaçının anası olub.
25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı halda cavabdeh mübahisəli evə 2007-ci ildə köçdüyündən və həmin vaxt mübahisəli ev iddiaçının anası Sumaya Quluyevanın mülkiyyətində olduğundan Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarının tələbləri baxımından cavabdehin mübahisəli evə istifadə hüququnun yaranıby aranmadığı məsələsi xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun müəyyən edilməlidir.
26. Apellyasiya instansiya məhkəməsi göstərilənlərə əsasən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin mülki hüquq münasibətlərindən irəli gəlməklə, Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulmuş qaydada mübahisəli ev üzrə əvvəlki mülkiyyətçi ilə yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququna dair notariat qaydasında təsdiq olunan müqavilənin olması, bununla da onun həmin mənzil üzərində qanundan və ya müqavilədən irəli gələn istifadə hüququnun yaranması müəyyən edilməmişdir. Belə olan halda C avabdeh mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququnun olması istisna edilir.
27. İddiaçıya münasibətdə cavabdehin mübahisəli evdən istifadə hüququnun yaranıb-yaranmadığı məsələsini isə apellyasiya instansiya məhkəməsi Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələblərinə uyğun həll edilməli olmasını göstərmiş və qeyd etmişdir ki, həmin maddənin tələblərinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Cavabdeh iddiaçıya münasibətd ə həmin şəxslərə aid deyildir. Belə ki, tərəflər arasında nikah 2015-ci ildə rəsmi qayda pozulduqdan sonra mübahisəli ev əvvəlki mülkiyyətçi olan iddiaçının anası S.Quliyeva tərəfindən 2018-ci il tarixdə iddiaçıya müqavilə əsasında bağışlanmış və sonuncu da 2022-ci ildə həmin evə dair mülkiyyət hüququnu qeydiyyata aldırmışdır. Göründüyü kimi, Mənzil Məcəlləsinin tələbləri baxımından da cavabdehin mübahisəli mənzildən istifadə etmək hüququ yaranmamışdır.
28. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlib ki, cavabdehin iddiaçının mülkiyyətində olan evdən istifadə hüququ olmasa da, cavabdeh evə qanunsuz sahiblənməklə iddiaçının mülkiyyətində olan evdə yaşamasına iman vermir, iddiaçı hazırda özünə məxsus olan əmlakla bağlı mükiyyət hüquqlarını həyata keçirə bilmir ki, bu da iddiaçının m ülkiyyət hüququnun pozulmasına səbəb olmaqdadır.
29. Yetkinlik yaşına satmayan uşaqların evdən çıxarılması tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsini mövqeyi ondan ibarət olub ki, bu tələb də əsaslıdır, çünki nikah pozularkən uşaqlar cavabdehin (ananın) yanında saxlanılıblar.
30. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1-152.5, 228.1, 228.2-ci, Mənzil Məcəlləsinin (yeni) 30.1-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və A zərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ediməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti belə əsaslandırılıb: - məhkəmə iddiaçının uşaqlar barəsində vəzifələrini nəzərə almamaqla Ailə Məcəlləsinin 56.1 və 75.1-ci maddələrinin tələblərini pozub; - məhkəmə uşaqların iddiaçının ailə üzvləri olmasını və həmin evdən istifadə hüquqlarının olmasını nəzərə almamaqla Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərini pozub; - qanunvericiliyin tələblərinə uyğun olaraq işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməli olduğu, işin tam tədqiqi mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalı olduğu halda, apelyasiya instansiya məhkəməsində bunlar nəzərə alınmamış və araşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. İddiaçı kassasiya şikayətinə qarşı etiraz vermişdir. Etirazda evin mülkiyyətçisinin iddiaçı olmasına istnad edilməklə, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanıl ması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilm əsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Az ərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı - 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» 8 oktyabr 2013-cü il tarixli Qərarı - Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. - Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə ol unan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən ape llyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hal ları araşdırması kimi qiymətləndirilməməlidir
35. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyinə görə kollegiya qətnaməni tam yoxlayır.
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
38. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
39. İddia tələbi iddiaçının mülkiyyətində olan evdən cavabdehin (azyaşlı uşaqları və əmlakı ilə birgə) çıxarılması barədədir. İddiaçı tələbinin əsası kimi ona istinad edib ki, mübahisədə adı keçən evin mülkiyyətçisidir, cavabdeh onun keçmiş arvadıdır.
40. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə də iddiaçı ilə cavabdeh 2007-ci ildə faktiki evləniblər, cavabdeh iddiaçının valideynlərinin evinə köçüb və nikahlarını 2009-cu ildə rəsmişləşdiriblər. Cavabdeh 2007-ci ildə mübahisəli evə köçən zaman evin mülkiyyətçisi (ümumi birgə) iddiaçının anası olub.
41. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 23-30-cu bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdə əks edilənlərdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq mü nasibətinin yaranma tarixi, həmin vaxt mübahisədə adı keçən evin statusu və tətbiq edilməli olan maddi hüquq normaları baxımından iş üçün əhəmiyyəti olan bütün digər halları araşdırmışdır. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
42. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası həmin dəlilləri – məhkəmənin iddiaçının uşaqlar barəsində vəzifələrini, uşaqların iddiaçının ailə üzvləri olmaqla, həmin evdən istifadə hüquqlarının olmasını nəzərə almamaqla Ailə Məcəlləsinin 56.1, 75.1-ci və Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərini pozması – əsassız sayır. Belə ki, bu dəlillərin iddia tələbi tələbi ilə hər hansı hüquqi bağlılığı yoxdur. Üstəlik, işin müəyyən edilmiş hallarına görə birgə nikahdan olan uşaqlar cavabdehin himayəs ində saxlanıb.
43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1965/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirlmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.