Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-541/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı və iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin boşaldılması və təhvil verilməsi, kirayə haqqı, mənzilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi” tələbi və iddiaçı Cava bdeh3 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5892/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən ikinci iş üzrə iddiaçı Cavabdeh3 kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli fərdi yaşayış evinin, 13 nömrəli mənzili 13 yanvar 1996-cı ildən İddiaçı mülkiyyətindədir.
2. Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 2001-ci ildən etibarən həmin mübahisəli ünvanda iddiaçının qardaşı ilə birlikdə yaşamışlar. Cavabdeh2 mübahisəli ünvana qeydiyyata da düşmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli fərdi yaşayış evinin, 13 nömrəli mənzilindən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 1 nömrəli yaşayış evinin 13 nömrəli mənzili iddiaçının mülkiyyətindədir. 2001-ci ildə iddiaçının xalası (cavabdeh) Cavabdeh3 Bakı şəhərində yaşamaq üçün mənzillərinin olmadığını, həyat şəraitlərinin ağır olduğunu və kirayə haqlarının baha olduğunu bildirərək iddiaçıya məxsus olan həmin mənzildə müvəqqəti olaraq cüzi kira yə haqqı qarşılığında yaşamaqlarına icazə vermələrini xahiş etmişdir. Həmin dövrdə iddiaçı özü ailəsi ilə birlikdə Salyan rayonunda yaşamış, qeyd olunan mənzildə iddiaçının qardaşı yaşamışdır. İddiaçının razılığı ilə xalası və onun ailəsi müvəqqəti olaraq həmin mənzildə iddiaçının qardaşı ilə birlikdə yaşamağa başlamışdır. İddiaçının qardaşı ilə birlikdə yaşayarkən kirayə haqqı ödənməmiş, 2005-ci ildə iddiaçının qardaşı həmin mənzildən köçdükdən sonra cavabdehlər 2009-cu ilə qədər hər ay 100 manat kirayə haqqı ödəmişlər. Sonra isə ailə vəziyyətlərinin ağır olması bəhanəsi ilə ödənişi dayandırmışlar. 2009-cu ildə iddiaçının xalası oğlu (cavabdeh) Cavabdeh2 məktəb və hərbi xidmətlə bağlı Bakı şəhərində qeydiyyata düşməsinin vacib olduğu bildirilərək, onun müvəqqəti yaşadıqları mənzilə qeydiy yata düşməsinə icazə verilməsini xahiş etmişlər. Mənzilin mülkiyyətçisi olan iddiaçının razılığı ilə Cavabdeh2 həmin mənzilə qeydiyyata düşmüşdür.
5. İddiaçının həyat yoldaşı 2013-cü ildə vəfat etmişdir. Bir müddət rayonda yaşayan iddiaçı daha sonra övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə köçmüş və "xxxx" ASC-nin baş ofisində çalışmağa başlamışdır. Yaşadığı yerin şəhər kənarında olması, iş yerinə getməsinin və azyaşlı övladlarının məktəbə gedib-gəlməsinin olduqca böyük əziyyətlə həyata keçməsi səbəbindən iddiaçı öz mənzilinə köçmək istəmiş, xalasına ailəsi ilə birlikdə mənzilindən çıxmasını və mənzili ona təhvil verməsini bildirmişdir. Xalası (cavabdeh) Cavabdeh3 ailəsi ilə birlikdə son bir ildən artıq müddətdir ki, faktiki olaraq iddiaçıya məxsus olan mənz ildə yaşamadıqlarına baxmayaraq, mənzili təhvil vermək istəməmiş, mənzildə əşyalarının olmasını, mənzildə yaşayarkən təmir etdiklərini və s. kimi bəhanələr gətirməyə başlamışdır. Hazırda faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşayan və "xxxx" ASC-də çalışan iddiaçı şəhərin mərkəzində özünə məxsus mənzili olduğu halda, azyaşlı övladları ilə birlikdə şəhər kənarında şəraitsiz və çətin şərtlər altında yaşamaqdadır.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152 və 228-ci maddələrinə istinad etmişdir.
7. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, əlavə olaraq özünün mənzilə köçürülməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kirayə haqqı olaraq ödəməyi öhdələrinə götürdükləri 21.600 (iyirmi bir min altı yüz) manat və ödəni lmiş 135 (yüz otuz beş) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, qəbul ediləcək qətnamənin iddiaçının razılığı ilə ünvan 1 nömrəli yaşayış evinin 13 nömrəli mənzilinə qeydiyyata düşmüş Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas sayılmasının qətnamədə qeyd edilməsini xahiş etmişdir.
8. Tələb onunla əsaslandırılmışdır ki, tərəflər arasında kirayə haqqı ilə bağlı müvafiq razılaşma olmasına baxmayaraq cavabdehlər 2009-cu ildən bugünə kimi mülkiyyətçi olan iddiaçıya heç bir ödəniş etməmişlər. 2010-cu ildən etibarən hər ay üçün sadəcə 150 manat hesablasalar, bu günə kimi cavabdehlərin iddiaçıya 21.600 manat (150 m x 12 ay = 1800 x 12 il =21.600) borcu vardır.
9. Cavabdeh3 da iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mübahisədə adı keçən mənzilə dair al qı-satqı əqdinin 2022-ci ilin yanvar ayından etibarlə sayılması, cavabdehdən 10000 manat mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh3 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Vüsalə Əliyev bacısı Dürnisə Əmirovanın qızıdır. Yaxın qohum olmağı səbəbindən İddiaçı və onun anası 2000-ci ilin iyun ayında 1994-cü il və ya 1995-ci illərdə çox ucuz qiymətə aldığı, yaşamaq üçün heç bir şaraiti olmayan, istismara tam yararsız Bakı şəhəri, Nəsimi r-nu, Səməd Vurğun küçəsi, dalan 2, ev 5-də yerləşən 13 saylı bir otaqlı mənzilində kirayə pulu ödəmədən qalmağı onlara təklif etmişdir. Yaxın qohumluq münasibətlərini nəzərə alaraq onun təklifi ilə razılaşmışdı və sonra, yəni 2000-ci ilin iyun, iyul aylarında həmin evə köçmüşlər. Evdə yaşamaq üçün h eç bir şərait olmasa da, 2000-ci ilin son aylarına, yəni oktyabr ayının axırına kimi həmin evdə çox çətin şəraitdə yaşamışlar. Evə köçdükdən sonra yaşamağın dözülməz və heç cürə mümkün olmaması səbəbindən evdən çıxmaq və başqa şəraitli evə köçmək fikrinə düşmüş və bu barədə İddiaçı bildirmişlər. İddiaçı və anası Dürnüsə bildirmişlər ki, evi təmir etməyə onların maddi imkanları yoxdur, buna görə də təklif etmişlər ki, həmin evi onlar alsınlar, təmir edib yaşasınlar.
11. Həqiqətən Cavabdeh3 evi olmadığına və əvvəllər kirayədə qaldığına görə ailə üzvləri ilə birlikdə evin sahibi İddiaçı və onun anası, yəni bacısı Dürnisənin iştirakı ilə evə bir neçə dəfə baxdıqdan, məsləhətləşdikdən sonra evi almaq qərarına gəlmişlər. Hətta bir neçə dəfə həmin evi almaqda tərəddüd etsə də, bacısının və onun q ızının, həmçinin ailə üzvlərinin təkidi ilə evi almağa razılıq vermişdir. Çünki həmin dövrdə bu tipli evləri heç kim almırdı. Həmin evin ailəli adamlar üçün yaşamağa heç bir şəraiti yox idi. Belə ki, evin hamam və tualeti, paltar asmağa həyəti belə, yox vəziyyətində idi. Həmin evin damı çürümüş, tavanın taxtaları evin içinə sallanmış, evin divarları çat vermiş, döşəməsi isə tam dağılmış və hər an uçmaq təhlükəsi olmuşdur. Beləliklə, cavabdeh İddiaçı və onun anası ilə evin qiymətinə dair olan razılaşmalarına əsasən belə qərara gəlmişlər ki, evin dəyərinin əvəzi olaraq 1200 ABŞ dolları onlara ödəyir və bundan sonra onlar tərəfindən həmin mənzildə yaşadıqları 4 il müddətində ödəmədikləri kommunal xərcləri onlar ödəsinlər. Aralarında olan sövdələşmənin yekun nəticəsinə görə, həmin evin təmiri tərəflərindən aparıldıqdan sonra evin notarial rəsmiləşməsi aparılmalı idi. Bu barədə tərəflər arasında əldə olunan olan razılıqdan sonra evin razılaşdırılmış satış qiymətini, yəni 1200 ABŞ dolları cavabdeh İddiaçı ödəmiş və bundan sonra həmin evdə yaşamağa davam etmişlər.
12. Sözsüz ki, həmin ev yaşamaq üçün tam yararsız vəziyyətdə olsa da, evi aldıqlarına və buna görə ev sahibinə evin dəyərini ödədiklərinə görə, həmin evdə yaşamaq və evi təmir edib şərait qurmaq məcburiyyətində qalmışlar. Bu səbəbə görə də yaxın dostların və tanışların həm maddi, həm də digər formada olan dəstəkləri sayəsində evin qonşuluğunda 7 ay kirayədə qalmaqla həmin evi divarlarını, tavanını, döşəməsini yerindən sökmüş, yenidən tikmiş, təmir edərək hamısını təzələyərək həmin evə köçmüşlər. Evin yenidən tikilməsi və yaşamaq üçün tam hazır vəziyyətə gətirilməsi üçün ümumikdə 12.500 dollardan artıq vəsait xərcləmişlər.
13. İddiaçı Cavabdeh3 bacıcı və hazırki iş üzrə cavabdeh İddiaçı evi yenidən tikib təmir edəndən sonra onlara gəlmiş və “ev gördü” adı ilə evə baxıb onlara xeyir-dua vermişlər. Həmin vaxt, yəni onlar qonaq olduqları və evin içində çay içib söhbət etdikləri əsnasında onlara evi sənədləşdirmək və buna görə notariusa getmək lazım olduğunu onlara təklif etsələr də, onlar onunla yoldaşının bu təklifinə etiraz etməmiş və bildirmişlər ki, evin sənədləşdirilməsi çox sadə bir işdir, istənilən boş vaxtlarında bunu edəcəklər. Ancaq hər dəfə onları arxayın edib evin alğı-satqısını etməkdən yayınmışlar. Onların niyyətlərinin aldatmaq olmalarını heç vaxt ağıllarına gətirməzdilər. Yaxın qohumluq səbə bəbindən evin alğı-satqı yolu ilə rəsmiləşməsi üçün notariusa getməklə bağlı hər dəfə onlara deməyə belə utanırdılar. Hətta bir dəfə cavabdeh İddiaçı və anası Dürnüsə evin sənədləşdirilməsi ilə bağlı yarızarafat, yarıciddi formada bildirmişlər ki, ”sizi evdən çıxardan var ki, sənədləşdirmək barədə hər dəfə bizə bunu deyirsiz?!”.
14. Cavabdeh İddiaçı 2000-ci ildən hazıradək olan müddətdə evi adlarına keçirməsə də, son vaxtlar da bildirirdi ki, ”ev onsuz da sizindir, nə vaxtı hökümət bu əraziləri sökərsə, onda evə görə veriləcək pul sizə çatacaq”. Doğrudan da, son müddətə kimi cavabdeh İddiaçı və anası Dürnisənin səmimiliyinə heç bir şübhə olmamışdır. Ancaq cavabdeh və anasının onların inam və etibarından sui-istifadə edib evin adlarına rəsmişlədirməkdən imtina etmələrinin arxasında çox cidd i məqəsədlərinin olması son ildə üzə çıxmışdır. Hətta onlar öz çirkin niyyətlərini həyata keçirmək məqsədi ilə 2000-ci ildən indiyə kimi, yəni 22 il müddətində onlara gəlib-getmiş və yaxın qohumluq münasibətlərini davam etdirmişlər. Həmin dövrdə, yəni 2000-ci ildə kommunal tipli evlərin satış qiyməti həddindən artıq ucuz idi. Mübahisə etdikləri ev kimi evlər, yəni yaşamaq üçün heç bir şəraiti olmayan, eyni ölçülü evin dəyəri 1500 və ya 2000 manat (dollar) idi. Yaşamaq üçün minimum şəraiti olan, yaşamaq üçün xüsusi təmirə ehtiyacı olmayan bu tipli və ölçülü 1 otaqlı evin qiyməti isə 3000 və ya 4500 dollar arasında dəyişirdi. Həmin evlərin qiymətinin aşağı və ya yuxarı olması məsələsi isə evin yerləşdiyi yerdən, evə giriş-çıxışın münasib olması məsələsindən, evin həyətinin geniş olmasından a sılı idi. Evi aldıqdan bir neçə gün sonra, hətta təmirə başladıqları ilk günlərdə rastlaşdıqları çox ciddi problemlərlə, həmçinin evin yerləşdiyi həyətə küçədən dönmə yolunun narahatlığı və ümumi həyətin sıxlığı onların rahat yaşayışına ciddi maneələr yaratığından və gələcəkdə də yaradacağından hazırki iş üzrə cavabdehlə və anası Dürnüsə ilə bir neçə dəfə həmin evi geri qaytarmaq barədə söhbətlər etmiş, verdikləri pulu geri tələb edib daha geniş məhlədən, giriş-çıxışı sərbəst olan həyətdən ev almaq və ya Bakı şəhərinin Sulu Təpə deyilən ərazisindən boş torpaq almaq istədiklərini bildirmiş, lakin cavabdeh istəyini bilərəkdən ciddi qəbul etməmiş, hər dəfə yalançı ümidlər verərək onu aldatmışdır.
15. İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğu n küçəsi, dalan 2, ev 5-də yerləşən 13 saylı mənzilinin alqı-satqısına dair əqdi, yəni müqaviləni tamamilə icra edərək evin dəyərini 1200 ABŞ dollarını ödəsə də, digər tərəf kimi İddiaçı əqdin notariat qaydasında təsdiqlənməsindən faktiki olaraq boyun qaçırmış və onu aldatmışdır.
16. İddiaçı Cavabdeh3 tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 324.1, 329.2, 335.2 (köhnə redaksiyada), 385.1, 386.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinad etmişdir.
17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1367/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə hər iki iddia üzrə mülki işlər bir icraatda birləşdirilmişdir.
18. Birinci instansiya məhkəməsi mübahisədə adı keçən mənzildə təmir-bərpa işlərinin aparılıb-aparılmaması və aparıldığı halda təmir-bərpa işlərinin nə dəyərini müəyyən edil məsi məqsədilə 24 yanvar 2023-cü il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Məhkəmə Ekspertizası Mərkəzinə tapşırmışdır.
19. Təmir-tikinti işlərinə dair smeta sənədlərinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməsi barədə ekspert vəsatəti təmin edilmədiyinə görə ekspertizanın aparılmasından imtina edilmişdir.
20. Birinci instansiya məhkəməsində iddiaçı (cavabdeh) İddiaçı öz iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdeh3 ona qarşı qaldırdığı “alğı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi”nə dair tələbə isə etiraz edərək, göstərmişdir ki, cavabdehlər mənzildə yaşamır, yanvar ayında ekspertiza təyin edildikdən sonra usataları çağırıb evə təmir işləri aparmışlar.
21. Birinci instansiya məhkəməsində cavabdeh (iddiaçı) Cavabdeh3, onun nümayəndəsi və vəkili Nümayəndə2 “alğı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi”nə dair iddia tələbini müdafiə edərək həmin tələbi təmin edilməsi, “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi”nə dair iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
22. Birinci instansiya məhkəməsində birinci iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi”nə dair iddia tələbinə etiraz edərək, həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
23. Birinci instansiya məhkəməsində şahid X4 bildirmişdir ki, o, Vüsalənin xalası Cavabdeh3 bacısıdır. Onlar həmin ünvana 2000-ci ildə köçüblər. Onlar oraya köçəndə ev tam hazır vəziyyətdə idi. Evdə əşya və s. hər şey var idi. Onlar 1 qəpik də verməyiblər. Evdə elə də təmirə ehtiyac yox idi. Kirayə haqqı belə ödəmirdilər. Oğlunun kirayə puluna 5 il köməklik ediblər. Ayda 100 ABŞ dolları. Evin təmir edildiyini gördükdə təəccüblənmişdir, çünki evin o qədər təmirə ehtiyacı yox idi. Həmçinin, cavabdehlər ev alıblar. Çinarənin adına ipotekaya ev götürüblər. Evə köçdükləri zaman ev qəzalı vəziyyətdə deyildi.
24. Birinci instansiya məhkəməsində şahid X5 bildirmişdir ki, onun bibisi mübahisəli ünvanda yaşamışdır. O da arada bibisinin yanına gedib-gəlmişdir. Son illərdir ki, cavabdehlərin orada yaşamasına şahid olmamışdır. Təmir işləri də görməyiblər.
25. Birinci instansiya məhkəməsində şahid X3 bildirmişdir ki, onun anası mübahisəli ünvanda yaşamışdır. Sonra özü də ora kö çmüşdür. Məlahət xanım onun qapı qonşusudur. 5 ildir ki, orada yaşayır. İrina xanımı tanımır. Bibisini də orada görməmişdir. Ola bilsin ki, ondan əvvəl yaşayıb həmin ünvanda. O, həmin ünvanı Məlahətin evi kimi tanımışdır. Evin Vüsalə xanıma məxsus olduğunu indi öyrənir. O, həmin ünvana köçəndə onlar orada yaşayırdılar. Anası oraya 2000-ci ildə köçüb. Orada yaşadıqları müddət ərzində cavabdehlərin bir çox təmir işləri görməsinin şahidi olmuşdur. Təmir işləri olanda Məlahət xanım və qızı onlarda qalırdı.
26. Birinci instansiya məhkəməsində şahid X2 bildirmişdir ki, 2022-ci ildən həmin ünvanda yaşayır. Cavabdeh1 və onun ailə üzvləri onun qonşusudur. O, oraya köçəndən cavabdehlər orada yşayırdılar. İddiaçı tanımır. Heç vaxt görməmişdir. Fərhadgilin təmir işlərini apardıqlarının şahidi olmuşdur.
27. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(006)314/2023 nömrəli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin olunmuş, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2- də yerləşən 5 nömrəli yaşayış evinin 13 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, İddiaçı ünvan 1 nömrəli yaşayış evinin 13 saylı mənzilə köçürülməsi, hazırki qətnamənin Cavabdeh2 ünvan 1 nömrəli yaşayış evinin 13 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. (hakim Natavan Tağıyeva)
28. Birinci instansiya məhkəməsi işdəki sənədlərə, tərəflərin izahatına və şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli fərdi yaşayış evinin 13 nömrəli mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 2001-ci ildən etibarən həmin mənzildə daşınmaz əmlakla bağlı qanunla müəyyən olunmuş və qeydə alınmış hər hansı hüququ olmadan yaşamışlar.
29. Birinci instansiya məhkəməsinin mövqeyinə görə belə olan halda, cavabdehlər mübahisəli mənzilə hər hansı bir hüquq olmadan orada qalaraq mənzili zəbt etmiş sayılırlar. Belə ki, iddiaçı mülkiyyətində olan mənzilin boşaldılmasını və mənzildən çıxmalarını cavabdehlərdən tələb etsə də, sonuncular mənzil üzərində heç bir h üquqları olmadığı halda mənzildən çıxmır və iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Bundan başqa, Cavabdeh2 İddiaçı iradəsinə zidd olaraq onun mənzilində qeydiyyatda qalması mülkiyyətdən istifadə hüququna xələl gətirir.
30. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisədə adı keçən mənzil cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qanunsuz sahibliyindən alınmalı və cavabdehlər həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli və İddiaçı həmin mənzilə köçürülməli, eyni zamanda qətnamə mübahisəli mənzildə qeydiyyatda olan Cavabdeh2 qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməlidir.
31. Birinci instansiya məhkəməsi iddia tələbinin birinci iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 kirayə haqqı olaraq ödəməyi öhdələrinə götürdükl əri 21.600 manat pul vəsaitinin və ödənilmiş 135 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı onunla cavabdehlər arasında kirayə haqqının ödənilməsi barədə müvafiq razılaşma olduğunu iddia etsə də, bunu təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir.
32. Birinci instansiya məhkəməsi ikinci iş üzrə iddiaçı Cavabdeh3 “alğı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi” tələbinə dair iddiasını əsassız hesab edərək göstərmişdir ki, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı ilə mübahisəli mənzilə dair aralarında şifahi olaraq razılaşdırılmış alğı-satqı müqaviləsinin bağlanıldığını iddia edərək cavabdehə 1.200 ABŞ dolları ödədiyini, lakin cavabdehin əqdin notariat qaydasından təsdiqlənməsindən imtina etdiyini bildirsə də, tələbini əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir.
33. Birinci instansiya məhkəməsinə görə tərəflər arasında belə bir razılaşma olmuşdursa belə, yenə də cavabdeh İddiaçı ilə Cavabdeh3 arasında Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, dalan 2, ev 5-də yerləşən 13 saylı mənzilə dair aparılmış alğı-satqı 2002-ci ilin yanvar ayından etibarlı sayıla bilməz. Belə ki, Mülki Məcəllənin 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır.
34. Bununla əlaqədar birinci instansiya məhkəməsi “İ.K. Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyanına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarın istinadən göstərmişdir ki, həmin Qərara əsasən MM-nin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş ol malıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MMin 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: - yazılı formada bağlanması;-notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqıs ı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-nin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Odur ki, iddia tələbi mübahisəli mənzilə dair aparılmış alğı-satqının 2002-ci ilin yanvar ayından etibarlı sayılması hissəsində təmin edilə bilməz.
35. Birinci instansiya məhkəməsi ikinci iş üzrə iddia tələbinin cavabdeh İddiaçı mənəvi zərərə görə 10.000 manatın alınaraq iddiaçıya verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb əsas tələblə bağlı olduğundan və əsas tələb də təmin edilməyindən mənəvi zərərin tutulması hissəsində tələb təmin edilməməlidir.
36. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 335.2 (24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş), 372.1, 647.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
37. Birinci iş üzrə Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, İddiaçı iddia tələbinin rədd, öz iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
38. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaç ı iddia tələbini təmin edərkən maddi hüquq norması kimi istinad etdiyi hüquq normalarının təbiqində ciddi pozuntuya yol vermiş, faktiki olaraq qəbul etdiyi qətnamədə işin faktiki hallarını və tərəflərin qarşılıqlı münasibətlərini qətiyyən nəzərə almamış və nəticədə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iddiaçı olaraq onun izahatından, şahidlərin izahatlarından, qonşuların məhkəməyə ünvanladıqları müraciətindən və tədqiq edilmiş sübutlardan müəyyən olunmuşdur ki, həmin mənzil ona satıldıqdan sonra tam yararsız və qəzalı vəziyyətdə olduğuna və yaşayış üçün yararsız olduğuna görə mübahisə olunan mənzil 2000-ci ildən sonra tam sökülmüşdür. Həmin mənzilin yerində təmamailə yenidən başqa ölçüdə və başqa hündürlükdə mənzil tikilmişdir. Yəni İddiaçı mübahisə etdiyi 13 saylı mənzil fak tiki cəhətdən mövcud deyildir. Çıxarış əsasında İddiaçı ona məxsus olduğunu iddia etdiyi mənzil Cavabdeh3 tərəfindən 2000-ci ildən sökülmüş və həmin mənzilə məxsus olmuş tikintiyə tam yararsız materillar zibilliyə atılmışdır. Hazırda mövcud olan və ailəsi ilə birlikdə yaşadığı mənzil dövlət qeydiyyatından keçməyən özbaşına tikilidir və faktiki olaraq ona – Cavabdeh3 məxsusdur və onun sahibliyindədir. Həmin özbaşına tikiliyə İddiaçı mülkiyyət hüququ yoxdur. İddiaçı çıxarış əsasında ona məxsus olduğunu iddia etdiyi 13 saylı mənzilin 2000-ci ildən sonra onun – Cavabdeh3 ailə üzvüləri tərəfindən sökülərək yerində başqa mənzil tikliməsini bilir və həmin sökülmənin bilvasitə şahidlərindən biridir. Mülkiyyət hüququ ilə ancaq kağız, yəni çıxarış üzərində mövcud olan, lakin faktiki olaraq 2000-ci i ldən sonra tamamilə sökülmüş və mövcud olmayan 13 saylı mənzilin boşaldılaraq iddiaçıya verilməsini tələb etmək absurddur və məntiqsizlidir. İşin tədqiqi zamanı müəyyən olunmuş iş üçün mühüm əhəmiyyət kəsb edən həmin hallar və tərəflərin qarşılıqlı münasibətləri əsas götürülməklə Nəsimi rayon Məhkəməsinin həmin qətnaməsi tamamilə ləğv edilməli və iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməlidir. İddiaçı mülkiyyət kimi tələb etdiyi 13 saylı mənzil 2000-ci ildən söküldüyünə və yerində təmamilə başqa mənzil tiklidiyinə görə yeni tikilmiş mənzilə İddiaçı mülkiyyət mübahsəsi açması və məhkəmədə iddia qaldırması əsassızdır. Yəni, 13 saylı mənzilin yerində tikilmiş yeni ev və ya mənzilin İddiaçı heç bir aidiyyəti yoxdur. İddiaçı məhkəməyə təqdim etdiyi çıxarışda göstərilən mənzil mövcud deyildir. Buna görə də qətnamənin əsaslandırıcı hissəsində mülkiyyətin müdafiəsi ilə bağlı məhkəmənin istinad etdiyi Mülki Məcələnin müvafiq maddələrinin tətbiqi əsassız və qanunsuzdur. Məhkəmə Cavabdeh3 və işdə iştirak edən ailə üzvülərinin izahatında evin sökülərək yerində başqa ev tikilməyinə dair bildirdiklərinə heç bir hüquqi qiymət verməmiş və nəticədə iş üçün mühüm əhəmiyyət kəsb edən tərəflərin qarşlıqlı münasiblərini və işin faktiki hallarına dair MPM-nin 217.3-cü və 217.4-cü maddələrinin tələbləri kobud pozmuşdur. İş üçün mühüm əhəmiyyət kəsb edən həmin hallara məhkəmə hüquqi qiymət verməklə İddiaçı məxsus olmuş 13 saylı evin sökülməsini, həmin mənzilin əvəzində tamamilə başqa mənzilin tikilməsini,13 saylı həmin evin 20 (iyirimi) ildən artıq mövcud olmadığını nəzərə alma lı və İddiaçı hazırki iddia tələbi ilə 13 saylı mənzilə dair çıxarışda göstərilmiş, lakin faktiki olaraq mövcud olmayan mənzilin boşaldılması tələbinə dair iddiasını onun subyektiv hüququnun olmaması səbəbindən təmin etməməli idi. İddiaçı mülkiyyətçiliyi ancaq çıxarışdan ibarətdir. Bu səbəbə görə də, mülkiyyyətçi kimi İddiaçı mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı iddiaçı kimi iddia qaldırmaq və özünə məxsus olmayan özbaşına tikilinin boşaldılmasını MPM-nin normaları əsasında tələb edə bilməzdi.
39. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5892/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Fərrux Qasımov)
40. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq göstərmişdir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin birinci iş üzrə iddianın qismən təmin edilən Cavabdeh3 aid hissəsində, ikinci iş üzrə iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, birinci iş üzrə digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmiş, Cavabdeh3 onların adından qətnaməni mübahisələndirmək üçün subyektiv hüququ isə yoxdur.
41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən mübahisə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, dalan 2-də yerləşən 5 nömrəli fərdi yaşayış evinin 13 nömrəli mənzili hazırda da İddiaçı mülkiyyətindədir. Cavabdeh3 2001-c i ildən etibarən həmin mübahisəli ünvanda iddiaçının qardaşı ilə birlikdə yaşamışlar.
42. Apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən mənzilin xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmasını və Cavabdeh3 2001-ci ildən etibarən həmin mənzildə daşınmaz əmlakla bağlı qanunla müəyyən olunmuş və qeydə alınmış hər hansı hüququ olmadan yaşadığını nəzərə alaraq İddiaçı Cavabdeh3 qarşı “zəbt olunmuş mənzilin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi”nə dair tələbini əsaslı hesab edərək birinci instansiya məhkəməsinin həmin hissədə iddianın təmin edilməsi ilə bağlı mövqeyini qanuni və əsaslı saymışdır.
43. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitutsiyasının 13 və 29-cu maddələrinə istinadən göstərmişdir ki, qeyd edilən normalarda mülkiyyət hüququnun müd afiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, həmin ev hazırda cavabdehin qanunsuz sahibliyində olduğundan, iddiaçı əmlakının özgənin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir.
44. Ca vabdeh hal-hazıradək həmin evdən çıxmayaraq, həmin evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur.
45. Apellyasiya instansiyası məhkəməsi həmçinin ikinçi iş üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “alğı-satqı müqaviləsinin (əqdin) etibarlı hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edərək vurğulamışdır ki, Mülki Məcəllənin 24 iyun 2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsd iqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etiarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir.
46. Apellyasiya instansiyası məhkəməsi “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyanına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarına əsasən hesab etmişdir ki, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdin etibarlı hesab olunması üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Buna görə də iddia tələbi mübahisəli mənzilə dair aparılmış alğı-satqının 2002-ci ilin yanvar ayından etibarlı sayılması hissəsində təmin edilə bilməz.
47. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 cavabdeh İddiaçı vurulmuş mənəvi zərərə görə 10.000 manatın alınaraq iddiaçıya verilməsi ilə bağlı iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin möqeyi ilə razılaşaraq qeyd etmişdir ki, həmin tələb əsas tələblə bağlı olduğundan və əsas tələb də təmin edilmədiyindən, mənəvi zərərin tutulması hissəsində iddia tələbi düzgün olaraq təmin edilməmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi apellyatorun mübahisələndirilən evin vaxtı ilə onlar tərəfindən sökülərək yenisinin tikilməsi, çıxarışda birinci iş üzrə İddiaçı adına olan Bakı şəhəri, S.Vurğun küçəsi, Dalan 2- də yerləşən 5 nömrəli yaşayış evinin, 13 nömrəli mən zilin fakitki olaraq mövcud olmaması, həmin mənzilin özbaşına tikili olması ilə bağlı dəlillərinin heç bir mötəbər sübutla təsdiq edilmədiyindən əsassız hesab edərək göstərmişdir ki, iş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən Qeydiyyat vəsiqəsinə əsasən S.Vurğun, Dalan 2 küçəsindəki 5 nömrəli yaşayış evinin, 13 nömrəli mənzili X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.1996-cı il tarixdə qeydiyyat aparılmışdır.
49. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əlavə olaraq Mülki məcllənin 146.1 və 146.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
50. İkinci iş üzrə iddiaçı Cavabdeh3 (vəkil Nümayəndə2) ka ssasiya şikayəti verərək qətnamənin ləğv, İddiaçı iddia tələbinin rədd, öz iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
51. Kassasiya şikayəti apelyasiya şikayətini dəlillərinə uyğun məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı mülkiyyət sənədi ilə adına olmuş Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, dalan 2, ev 5, mənzil 13-ə dair “çıxarışın qüvvədən düşmüş hesab edilməklə ləğv edilməsi və sair” tələblə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində Cavabdeh3 tərəfindən iddia qaldırılmışdır. Hazırda həmin iş məhkəmənin icraatındadır. Həmin işə mahiyyəti üzrə baxılıb qurtaranadək apellyasiya instansiyası məhkəməsi iş üzrə icraatın dayandırılması haqqında qərardad qəbul etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
52. İddi açı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin rədd edilməsini, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5892/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2.Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz ist ədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 335.2 (xx.xx.2005-ci il tarixədək qüvvədə olan redaksiyada). Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etiarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2- ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol v erilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
54. Kassasiya şikayətində cavabdeh (iddiaçı) Cavabdeh3 apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Buna görə də məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi birinci iş üzrə Cavabdeh3 aid iddianın qismən təmin edilən hissəsi, ikinci iş üzrə iddianın təmin edilməyən hissəsi üzrə olmuşdur. Bu baxımdan, qətnaməni tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
55. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təc rübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Apellyasiya instansiyası məhkəməsi cavabdehin (iddiaçının) apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, onun şikayətinin dəlillərinə tam qiymət vermişdir.
58. Birinci iş üzrə iddia tələbi mülkiyyətin müdafiəsi ilə bağlı olub, vindikasiya iddiasıdır. İddiaçı mülkiyyətçisi olduğu mənzili Cavabdeh3 qanunsuz sahibliyindən geri tələb edir. Həmin tələb üzrə işin müəyyən edilən halları ondan ibarət omuşdur ki, mübahisədə adı keçən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur, Cavabdeh3 2001-ci ildən etibarən həmin mənzildə daşınmaz əmlakla bağlı qanunla müəyyən olunmuş və qeydə alınmış hər hansı hüququ olmadan yaşayır.
59. İkinci iş üzrə iddia tələbi alğı-satqı müqaviləsinin etibarlı sayılması barədədir. Cavabdeh3 cavabdeh İddiaçı ilə mənzili alğı-satqı etdiyini, mənzilin dəyərini ödədiyini, lakin sonuncunun həmin əqdi notriatda təsdiq etməkdən yayınmasına istinad etmişdir. Həmin tələb üzrə müəyyən edilən işin hallarına görə isə Cavabdeh3 cava bdeh İddiaçı ilə hər hansı yazılı razılaşmanı təqdim edə bilməmişdir. Halbuki “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyanına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli Qərarına əsasən Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqi üçün müqavilənin yazılı formada tərtib edilməsi ən mühüm şərtdir.
60. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hər iki iddia tələbi, eləcə də cavabdeh (iddiaçı) Cavabdeh3 apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır.
61. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 4148-c i bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
62. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlllər apelyasiya şikayətinin də dəlilləri olmuşdur və məhz həmin dəlillərə qiymət verməklə apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərlən nəticəyə gəlmişdir.
63. İddiaçı mübahisədə adı keçən mənzilə mülkiyyət sənədinin Cavabdeh3 tərəfindən mübahisələndirilməsi və bu səbəbdən hazırki işin icraatının dayandırılmalı olduğu halda, apellyasiya instansiyası məhkəməsinin icraatı dayandırmaması barədə dəlil də əsaslı deyil.
64. Belə ki, əvvəla, həmin vəsatəti apellyasiya instansiyası məhkəməsi əsassız olması motivi ilə protokol qaydasında təmin etməyib. Bundan başqa, İddiaçı hazırda mübahisədə adı keçən mənzilin mülkiyyətçisidir, bu iddianı da mülkiyyətçi kimi irəli sürmüşdür.
65. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
66. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (iddiaçı) Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5892/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.