Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5410/2019 17.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X4 və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(103)2853/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayon məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(009)2894/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim M.A.Bağrova) İddiaçı Cavabdeh MTK qarşı “sökülmüş mənzilin əvəzində iki otaqlı mənzilin verilməsinə dair razılaşmaya əsasən müqavilənin bağlanmış hesab edilməsi, kirayə və digər xərclərin ödənilməsi” barədə iddiası təmin edilərək, iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, XXX küçəsində yerləşən 55/9 saylı evin 18-saylı mənzilin cavabdeh təşkilata təhvil verilməsi, həmin mənzilin sökülməsi ilə əlaqədar olaraq mənzilin yerində inşa edilən binada layihə sənədlərində nəzərdə tutulan iki otaqlı təmirli mənzilin iddiaçıya verilməsi barədə müqavilənin bağlanmasının cavabdeh təşkilata həvalə edilməsi, eləcə də cavabdeh təşkilatdan iddiaçının xeyrinə 01 iyun 2017-ci il tarixdən 2018-ci ilin noyabr ayınadək ödənilməli olan aylıq 350 manat kirayə haqqı kimi 6.300 manat, mənzildən köçmək üçün birdəfəlik ödənilməli ola n, lakin ödənilməmiş 350 manat olmaqla, cəmi 6.600 manat pulun tutulması və cavabdeh təşkilatdan iddiaçının xeyrinə 01 dekabr 2018-ci il tarixdən başlayaraq cavabdeh təşkilat tərəfindən inşa edilən binanın tam başa çatana və iddiaçıya təhvil verilənədək hər ay 350 manat kirayə haqqının tutulması qət edilib. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(103)2853/2019 saylı qətnaməsi ilə (hakimlər X.A.Cəmilova sədrlik edən, məruzəçi, İ.K.Xəlilov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qətnaməsi qismən, “iddiaçıya mənzilin təhvil verilməsi” hissəsində ləğv edilib, həmin hissədə iddia ərizəsinin qismən təmin edilərək, iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, XXX küçəsi, 55/9 saylı evin, 18 saylı mənzilin cavabdeh təşkilata təhvil verilməsi və mənzilin sökülməsi ilə əlaqədar olaraq həmin mənzilin yerində inşa edilən binadan iddiaçının təhvil verdiyi mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan (20 faizdən aşağı olmayan) təmirli mənzilin iddiaçıya təhvil verilməsinin cavabdeh təşkilata həvalə edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “sökülmüş mənzilin əvəzində iki otaqlı mənzilin verilməsinə dair razılaşmaya əsasən müqavilənin bağlanmış hesab edilməsi, kirayə və digər xərclərin ödənilməsi” barədə iddia qaldırıb və tələblərini onu nla əsaslandırıb ki, 20 fevral 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, XXX küçəsi, 55/9 saylı evin, 2 otaqlı, tikililəri ilə birlikdə sahəsi 86,5 kv.metr olan 18-saylı mənzili mülkiyyətində olub. Mənzilin yerləşdiyi binanın yaxınlığında cavabdeh təşkilat tərəfindən yüksək mərtəbəli yaşayış evininin tikintisi barədə məlumat daxil olduqdan bir müddət sonra cavabdeh təşkilatın əməkdaşları onun mənzilinə gələrək, mənzilin yerləşdiyi evin altında olan torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasının tikintisi üçün cavabdeh təşkilata ayrıldığını bildirmişlər. Cavabdeh təşkilatın əməkdaşları ilə danışıqlar zamanı belə qərara gəlinmişdir ki, cavabdeh təşkilat onunla müqavilə bağlayaraq söküləcək mənzilin əvəzində ona inşa ediləcək çoxmənzilli yaşayış binasıdan iki otaqlı mənzil verəcək. Lakin cavabdeh təşkilat onunla əldə olunan razılığı pozaraq müqavilə bağlamadan, ona yalnız köçmək üçün 150 manat və bir aylıq kirayə haqqı kimi 350 manat pul ödədikdən sonra 29-30 may 2017-ci il tarixdə ona məxsus olan mənzili və həyətdə olan tikililəri qəflətən sökmüşdür. Cavabdeh təşkilatın əməkdaşları onun qardaşı Faiq Abdullayevlə danışıqlar apararkən bildirmişlər ki, guya onun mənzili ilə bağlı bağlanacaq müqavilə iləəlaqədar Bakı şəhəri, Səbail rayon İHB-nın müavini Abit Əliyevlə danışmaq lazımdır və müqavilə layihəsi ondadır. Bakı şəhəri, Səbail rayon İHB-nın müavini Abit Əliyev, qardaşı ilə ilkin görüşdüyü zaman müqavilə bağlanması və aylıq kirayə haqqının ödənilməsi ilə bağlı problem olmadığını bildirsə də, sonradan qardaşının onunla görüşmək cəhdləri güya İcra Hakimiyyətində işlərin çox olması səbəbindən mümkün olmamışdır. Tikinti işlərini aparan cavabdeh təşkilatın səlahiyyətli nümayəndələri bu işlərin onlara aid olmadığını bildirərək hazırda onun mənzilinin yerində işlər görməkdə davam edirlər. O, Qarabağ müharibəsi veteranıdır və hazırda cavabdehin təqsiri üzündən mənzilsiz qalıb və bir ildən artıqdır ki, kirayədə yaşayır. Ona görə də təhvil verdiyi iki otaqlı mənzilin əvəzində yeni tikiləcək binadan iki otaqlı, təmirli mənzilin verilməsinə dair onunla müqavilənin bağlanması vəzifəsinin cavabdeh təşkilata həvalə edilməsi və cavabdeh təşkilat tərəfindən 01 iyun 2017-ci il tarixdən qətnamə çıxarılan günədək hər ay üçün 350 manat olmaqla kirayə haqqının, mənzildən köçmək üçün birdəfəlik ödənilməli olan lakin ödənilməmiş 150 manat pulun, qə tnamə çıxarıldığı vaxtdan bina tikilib başa çatana və təmirli şəkildə ona təhvil verilənədək hər ay üçün 350 manat kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdeh təşkilata həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı nümayəndəsi Faiq Abdullayev və vəkili Fərzəli Əliyev kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı və Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq nor malarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya mənzilin təhvil verilməsi hissəsində ləğv edilib, həmin hissədə iddia tələbi qismən təmin edilməsinə və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmasına baxmayaraq, cavabdeh təşkilat qətnamə ilə razılaşaraq ondan ümümiyyətlə kassasiya şikayəti verm əyib. İddiaçı isə kassasiya şikayətində qətnamənin bütövlükdə ləğv edilib, işin yenidən apellyasiya qaydasında baxılmasını xahiş etsə də, əslində qətnaməni ona iki otaqlı mənzilin verilməməsi hissəsində mübahisələndirib. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, həmin hissədə iddia tələbini qismən təmin edərkən, iddiaçının mülkiyyətində iki otaqlı, ümumi sahəsi 41,60 kv.metr olan mənzilin olmasına, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə mənzilin yerləşdiyi ərazinin çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi üçün cavabdeh təşkilatın istifadəsinə ayrılmasına, iddiaçının mülkiyyətində olan mənzili bu məqsədlə cavabdeh təşkilata təhvil verməsi faktının işin mübahisəsiz halı hesab edilməsinə, h azırki mübahisənin iddiaçının təhvil verdiyi mənzilin sahəsi və otaqlarının sayı və cavabdeh təşkilat tərəfindən ona təklif edilən mənzilin sahəsi, otaqlarının sayı ilə bağlı yaranmasına, qanuna və digər normativ hüquqi aktlara əsasən mənzilin otaqlarının sayı və sahəsinin texniki pasporta və çıxarışa əsasən müəyyən edilməsinə, işin bu halının başqa sübutlarla təsdiq edilməsinin yolverilməz olmasına, yeni inşa edilən binada iddiaçının əvvəlki mənzilinə uyğun ölçüdə iki otaqlı mənzil olmadığı üçün layihədə nəzərdə tutulan daha artıq sahəli iki otaqlı mənzilin verilməsinin əsassız varlanmaya səbəb olmasına, əksinə, cavabdeh təşkilatın təklif etdiyi bir otaqlı mənzilin iddiaçının razılığı ilə təcrid etməklə iki-üç otaqlı mənzil şəkilində istifadə edilməsinin mümkün sayılmasına və sair istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 152.6, 157.5-ci maddələrinin və digər maddi prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 12 sentyabr 1994-cü il tarixli “Texniki Pasport”a və 20 fevral 2004-cü il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, XXX küçəsi, 55/9 saylı evdə yerləşən, 2 otaqlı, ümumi sahəsi 41,60 kv.metr, yaşayış sahəsi 33,0 kv.metr, 1-ci otağın sahəsi 19,7 kv.metr, 2-ci otağın sahəsi 13,3 kv.metr, mətbəxin sahəsi 8,6 kv.metr, hündürlüyü 3,0 metr olan 18 saylı mənzil iddiaçının mülkiyyətində olub. Eləcə də işdən görünür ki, Bakı şəhəri, Səbail rayon İHB-nın 22 dekabr 2016-cı il tarixli, 175 saylı sərəncamı ilə Səbail rayonu,XXX qəsəbəsi ərazisində yerləşən, uzun müddət istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olan XXX küçəsi 70“A”-70 və XXX küçəsi 55/9, 57 və 59 saylı ünvanlarda yerləşən 1-2 mərtəbəli yaşayış binalarının sökülməsi cavabdeh təşkilata həvalə edilib və həmin təşkilata sahəsi 0,5 ha ərazidə çox mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilib. Həmin sərəncamla eyni zamanda ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvvəqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdərilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması cavabdeh təşkilata həvalə edilib. İşin mübahisə olunmayan digər hallarından isə görünür ki, iddiaçının mülkiyyətində olan mənzil cavabdeh təşkilat tərəfindən sökülməsinə baxmayaraq, bu günədək sökülmüş mənzilin yerində tikiləcək yaşayış binasından iddiaçıya veriləcək mənzilə dair tərəflər arasında hər hansı müqavilə bağlanmayıb. İddia ərizəsindən görünür ki, iddiaçı, cavabdeh təşkilata təhvil verdiyi iki otaqlı mənzilin əvəzində ona yeni tikiləcək binadan məhz iki otaqlı təmirli mənzilin verilməsinə dair onunla müqavilə bağlanması vəzifəsinin cavabdeh təşkilata həvalə edilməsini iddia edir. Cavabdeh təşkilat isə iddiaçının mülkiyyətində olan mənzilin Texniki Pasportuna və Qeydiyyat Vəsiqəsinə əsaslanaraq, cavabdeh təşkilata iki otaqlı mənzil təhvil versə də, i ddiaçının mülkiyyətində olmuş mənzilin ümumi sahəsinin 41,60 kv.metr, yaşayış sahəsinin 33,0 kv.metr, yeni tikiləcək binada isə bir otaqlı mənzilin ümumi sahəsinin 66,0 kv.metr, iki otaqlı mənzilin ümumi sahəsinin isə 94,0 kv.metr olmasını və beləliklə də, mənzilin yerində inşa ediləcək binada layihə sənədlərində nəzərdə tutulan iki otaqlı təmirli mənzilin iddiaçıya təhvil verilməsi barədə müqavilənin bağlanmasının həmin təşkilata həvalə edilməsinin qanunsuz olmasını göstərib iddia tələbinə etiraz edib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini araşdırıb, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən iddiaçıya mənzilin təhvil verilməsi hissəsində ləğv edib, həmin hissədə iddia tələbini qismən təmin edib, iddiaçının mülkiyyətində olmuş mənzilin cavabdeh təşkilata təhvil verilməsi və mənzilin sökülməsi ilə əlaqədar olaraq həmin mənzilin yerində inşa edilən binadan iddiaçının təhvil verdiyi mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan (20 faizdən aşağı olmayan) təmirli mənzilin ona təhvil verilməsi vəzifəsini cavabdeh təşkilata həvalə etməklə düzgün nəticəyə gəlib. Belə ki, əvvəla, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin Maddənin İİ hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin Maddənin İV hissəsinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın 33-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Eələcə də Azərbaycan Resp ublikası Mənzil Məcəlləsinin 31.8-ci maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə razılaşmaya əsasən ondan satın alınan yaşayış sahəsinin əvəzinə dəyəri satınalma qiymətinə daxil edilməklə, başqa yaşayış sahəsi verilə bilər. Sadalanan maddi hüquq normalarının mənasından da göründüyü kimi mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər və dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür və yalnız yaşayış sahəsinin mülkiyyətçisi ilə razılaşmaya əsasən ona satın alınan yaşayış sahəsinin əvəzinə dəyəri satınalma qiymətinə daxil edilməklə, başqa yaşayış sahəsi verilə bilər. Hazırki işdən, iddia ərizəsindən görünür ki, iddiaçının mülkiyyətin də olmuş mənzil məhz onunla olan razılaşmaya əsasən, yəni yeni tikiləcək hündür mərtəbəli yaşayış binasında ona müvafiq qaydada təmirli mənzilin verilməsi şərt ilə cavabdeh təşkilat tərəfindən sökülüb və bu fakt işin mübahisə olunmayan halıdır. İddiaçı özü də kassasiya şikayətində bu faktı inkar etməyib. Lakin, hazırda tərəflər arasında yeni tikiləcək hündür mərtəbəli yaşayış binasında iddiaçıya veriləcək mənzilin otaqlarının sayı və mənzilin sahəsi ilə bağlı fikir ayrılığı yaranıb. İddiaçı iddia edir ki, onun mülkiyyətində olmuş və cavabdeh təşkilat tərəfindən sökülən iki otaqlı mənzilin sahəsi orada olan tikililərlə birlikdə 86,5 kv.metr olduğu üçün cavabdeh təşkilat tərəfindən inşa edilən yeni yaşayış binasından ona məhz iki otaqlı mənzil verilməli və bu barədə onunla müqavilə bağlama sı öhdəliyi cavabdeh təşkilatın öhdəsinə qoyulmalıdır. Kassasiya instansiyası məhkəməsi iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, mənzil qanunverciliyinə görə, yaşayış sahəsi dedikdə- Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunverciliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin ümumi sahəsi- vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrənin sahəsinin məcmusundan ibarətdir (Mənzil Məcəlləsinin 12.2, 12.5-ci m addələri). Maddələrin mənasından göründüyü kimi mənzilə aid olan balkonlar və ya eyvanlar, o cümlədən mənzilin yan, arakəsmə və sair divarları altına düşən sahələr yaşayış sahəsinin ümumi sahəsinə aid edilə bilməz və yalnız vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrənin sahəsinin məcmusu- yaşayış sahəsinin ümumi sahəsəni təşkil edir. Bu mənada cavabdeh təşkilat iddiaçının mülkiyyətində olmuş və yaşayış sahəsinin ümumi sahəsini təşkil edən sahədən az olmayaraq, ona yeni tikilmiş hündür mərtəbəli yaşayış binasından müvafiq yaşayış sahəsi verməyə borcludur və bu zaman mənzilə aid olan balkon və eyvanlar, eləcə də mənzilin yan, arakəsm ə və sair divarları altına düşən sahələr yaşayış sahəsinin ümumi sahəsinə aid edilə bilməz. Eyni zamanda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.4-cü maddəsinin mənasına görə, yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edildiyindən, mənzilə xidmət göstərən balkon və eyvanlar, eləcə də mənzilin yan, arakəsmə və sair divarları altına düşən sahələr mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi, yəni otaq sayıla bilməz. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüq uqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA İddiaçı kassasiya şikayəti təmin edilməsin. ALDİ: İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli, 2(103)-2853/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5410/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5410/2019
17.09.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver