Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5410/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı9, İddiaçı10, X12, İddiaçı1, X6, İddiaçı5, İddiaçı2, İddiaçı16, İddiaçı11, İddiaçı14, İddiaçı7, İddiaçı12, İddiaçı3, İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh3 MTK-ya və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti vermək üçün prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı9, İddiaçı10, X12, İddiaçı1, X6, İddiaçı5, İddiaçı2, İddiaçı16, İddiaçı11, İddiaçı14, İddiaçı7, İddiaçı12, İddiaçı3, İd diaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh3 MTK-na və Cavabdeh2 qarşı “gecikdirilmiş pul məbləğinə görə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8899/2021 nömrəli, 18 avqust 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 11 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2020-ci il tarixli etibarnamə ilə İddiaçı16 başqa digər iddiaçılar tərəfindən Vəkil məhkəmələrdə onları təmsil etməyə səlahiyyət verilmişdir. 2. 30.03.2021-ci il tarixli etibarnamə ilə İddiaçı16 tərəfindən Vəkil məhkəmələrdə onu təmsil etməyə səlahiyyət verilmişdir.
3. Vəkil tərəfindən Binəqədi Rayon Məhkəməsinə İd diaçı9 adına xx.xx.2020-ci il tarixli və İddiaçı16 adına isə xx.xx.2021-ci il tarixli order verilmişdir.
4. Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinə İddiaçı9 adına xx.xx.2021-ci il tarixli order verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8899/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci ildə Vəkil, İddiaçı1 və İddiaçı7 elektron kabinetində yerləşdirilmişdir.
6. Qeyd edilən qətnamə xx.xx.2021-ci ildə X7 qəbzə imza etdirilməklə təqdim olunmuşdur. xx.xx.2020-ci il tarixli etibarnamə ilə İddiaçı16 başqa digər iddiaçılar tərəfindən X7 bütün dövlət və qeyri-dövlət orqanlarında onları təmsil etməyə səlahiyyət verilmişdir.
7. İddiaçıların nümayəndəsi və vəkili Vəkil iş materialları ilə tanış olmaq üçün 01 iyul 2022-ci il tarixində rəsmi qayda da məhkəməyə ərizə ilə müraciət etmiş, xx.xx.2022-ci ildə iş materialları ilə tanış olduğu və sənədlərin surətini aldığı barədə qəbz imzalamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı9, İddiaçı15, İddiaçı11, İddiaçı5, İddiaçı10, İddiaçı6, İddiaçı8, İddiaçı3, İddiaçı7, İddiaçı14, İddiaçı2, İddiaçı1, İddiaçı12, İddiaçı4, İddiaçı13 və İddiaçı16 Cavabdeh1, Cavabdeh3 MTK-na və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı3 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 35.000 manat, əldən çıxmış faydaya görə 30.000 manat, mənəvi zərərə görə 5.000 manat məbləğində pulun, İddiaçı15 xeyrinə (X2 vərəsəsi) gecikdirilmiş pul məbləğinə görə 41.000 manat məbləğində, əldən çıxmış faydaya görə 35.000 manat məbləğində, mənəvi zərərə görə 10.000 manat məbləğində pulun, İddiaçı8 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 21 900 manat məbləğində, əldən çıxmış faydaya görə 10.000 manat məbləğində, mənəvi zərərə görə 5.000 manat məbləğində pulun, İddiaçı6 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 34 200 manat məbləğində, əldən çıxmış faydaya görə 10.000 manat məbləğində, mənəvi zərərə görə 5.000 manat məbləğində pulun, İddiaçı13 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 22.500 manat məbləğində, əldən çıxmış faydaya görə 10.000 manat məbləğində, mənəvi zərərə görə 5.000 manat məbləğində pulun, İddiaçı9 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 41.825 manat məbləğində, əldən çıxmış faydaya görə 40.000 manat məbləğində, mənəvi zərərə görə 5.000 mana t məbləğində pulun, İddiaçı7 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 29.700 manat məbləğində, əldən çıxmış faydaya görə 10 000 manat məbləğində, mənəvi zərərə görə 5.000 manat məbləğində pulun, İddiaçı5 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 30.000 manat məbləğində, əldən çıxmış faydaya görə 30.000 manat məbləğində, mənəvi zərərə görə 5.000 manat məbləğində pulun, İddiaçı11 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 30.000 manat məbləğində, əldən çıxmış faydaya görə 30 000 manat məbləğində, mənəvi zərərə görə 5.000 manat məbləğində pulun, İddiaçı2 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 57.000 manat məbləğində, əldən çıxmış faydaya görə 30.000 manat məbləğində, mənəvi zərərə görə 5 000 manat məbləğində pulun, İddiaçı14 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 25 800 manat məbləğində, ə ldən çıxmış faydaya görə 10.000 manat məbləğində, mənəvi zərərə görə 5000 manat məbləğində pulun, İddiaçı10 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 17.640 manat məbləğində, əldən çıxmış faydaya görə 10.000 manat məbləğində, mənəvi zərərə görə 5.000 manat məbləğində pulun, İddiaçı4 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 24.300 manat məbləğində, əldən çıxmış faydaya görə 10.000 manat məbləğində, mənəvi zərərə görə 5000 manat məbləğində pulun, İddiaçı12 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 30 000 manat məbləğində, əldən çıxmış faydaya görə 30.000 manat məbləğində, mənəvi zərərə görə 5000 manat məbləğində pulun, İddiaçı1 xeyrinə (X1 nümayəndəsi) gecikdirilmiş pul məbləğinə görə 9.600 manat məbləğində, əldən çıxmış faydaya görə 10.000 manat məbləğində, mənəvi zərərə görə 10.000 manat məb ləğində pulun, İddiaçı16 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 12 150 manat məbləğində, əldən çıxmış faydaya görə 10.000 manat məbləğində, mənəvi zərərə görə 5000 manat məbləğində pulun tutulması, tutulacaq pul məbləğlərinin ödənilməsinin Cavabdeh2 adına rəsmiləşdirilmiş Cavabdeh3 MTK-ya məxsus ünvan 1 ünvanında inşa edilmiş 16 mərtəbəli binanın 1 və 2ci mərtəbələrində yerləşən ümumi sahəsi 890 kv.m. olan qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2966/2021 nömrəli, 31 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim: Məhəmməd Rüstəmli) iddia tələbləri qismən təmin olunmuş, Cavabdeh1 İddiaçı3 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 24 400,6 (iyirmi dörd min dörd yüz manat, altmış qəpik) manat və mənəvi z ərərə görə 1000 (bir min) manat olmaqla cəmi 25 400,6 (iyirmi beş min dörd yüz manat, altmış qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı15 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 17 457,9 (on yeddi min dörd yüz əlli yeddi manat, doxsan qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 18 457,9 (on səkkiz min dörd yüz əlli yeddi manat, doxsan qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı8 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 18 979,4 (on səkkiz min doqquz yüz yetmiş doqquz manat, qırx qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla, cəmi 19 979,4 (on doqquz min doqquz yüz yetmiş doqquz manat, qırx qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı6 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 27 755,4 (iyirmi yeddi min yeddi yüz əlli beş manat, qırx qəpik) manat və m ənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 28 755,4 (iyirmi səkkiz min yeddi yüz əlli beş manat, qırx qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı13 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 19 280,9 (on doqquz min iki yüz səksən manat, doxsan qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 20 280,9 (iyirmi min iki yüz səksən manat, doxsan qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı9 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 34 953 (otuz dörd min doqquz yüz əlli üç) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 35 953 (otuz beş min doqquz yüz əlli üç) manat məbləğində; Cavabdeh1 İddiaçı7 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 17 478 (on yeddi min dörd yüz yetmiş səkkiz) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 18 478 (on səkki z min dörd yüz yetmiş səkkiz) manat məbləğində; Cavabdeh1 İddiaçı5 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 15 124,6 (on beş min bir yüz iyirmi dörd manat, altmış qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 16 124,6 (on altı min bir yüz iyirmi dörd manat, altmış qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı11 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 24 317,8 (iyirmi dörd min üç yüz on yeddi manat, səksən qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 25 317,8 (iyirmi beş min üç yüz on yeddi manat, səksən qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı2 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 49 600,3 (qırx doqquz min altı yüz manat, otuz qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 50 600,3 (əlli min altı yüz manat, otuz qəpik ) manat məbləğində; Cavabdeh1 İddiaçı14 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 21 809,4 (iyirmi bir min səkkiz yüz doqquz manat, qırx qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 22 809,4 (iyirmi iki min səkkiz yüz doqquz manat, qırx qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı10 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 15 744,8 (on beş min yeddi yüz qırx dörd manat, səksən qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 16 744,8 (on altı min yeddi yüz qırx dörd manat, səksən qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı4 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 21 014,6 (iyirmi bir min on dörd manat, altmış qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 22 014,6 (iyirmi iki min on dörd manat, altmış qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı12 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 24 248,8 (iyirmi dörd min iki yüz qırx səkkiz manat, səksən qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 25 248,8 (iyirmi beş min iki yüz qırx səkkiz manat, səksən qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı1 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 8478,5 (səkkiz min dörd yüz yetmiş səkkiz manat, əlli qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 9478,5 (doqquz min dörd yüz yetmiş səkkiz manat, əlli qəpik) manat məbləğində; Cavabdeh1 İddiaçı16 xeyrinə gecikdirilmiş pul məbləğinə görə 9943,8 (doqquz min doqquz yüz qırx üç manat, səksən qəpik) manat və mənəvi zərərə görə 1000 (bir min) manat olmaqla cəmi 10 943,8 (on min doqquz yüz qırx üç manat, səksən qəpik) manat məbləğində vəsaiti n tutulması, iddianın digər hissələrdə təmin edilməməsi, Cavabdeh1 ödənilmiş dövlət rüsumunun 13 (on üç) manatının tutularaq İddiaçı9 ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçılar qətnamədən birgə apellyasiya şikayəti verərək, onun qismən – iddia tələblərinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunmasını və iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8899/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev ) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2966/2021 saylı, 31 may 2021-ci il tarixli qətnaməsi iddiaçıların m übahisələndirdikləri hissədə, yəni iddia tələblərinin təmin olunmaması ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmışdır. 12. 16 iyul 2022-ci il tarixdə bütün iddiaçıların nümayəndələri (vəkilləri) olan Vəkil bütün iddiaçıların adından kassasiya şikayəti, habelə iddiaçılar İddiaçı9, İddiaçı1 və İddiaçı7 adından prosessual müddətin bərpa olunmasına dair ərizələr vermişdir.
13. İddiaçı9 adından verilmiş ərizədə qətnamənin ona rəsmi qaydada təqdim edilmədiyi və ötən müddət ərzində səhhətində problemlər yarandığı, İddiaçı1 adından verilən ərizədə qətnamənin elektron kabinetə yerləşdirilməsinin onun rəsmi təqdim olunması mənasına gəlmədiyi, İddiaçı7 adından verilmiş ərizədə qətnamənin rəsmi təqdim edilmədiyi və oğlunun xəstəliyi ilə bağlı bir müddət Türkiyə Respublikasında olduğu irəli sürülmüş, kassasiya şikayəti vermə müddətinin bərpası xahiş edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8899/2021 nömrəli, 18 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər – E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və V.N.Sadıqov) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8899/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair iddiaçılar İddiaçı9, İddiaçı1 və İddiaçı7 nümayəndələri (vəkilləri) Vəkil tərəfindən verilmiş ərizələrin təmin edilməməsi və bütün iddiaçıların adından verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
15. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli qətnamə iddiaçılar İddiaçı8, İddiaçı14, İddiaçı5, İddiaçı13, İddiaçı7, İddiaçı1, İd diaçı3, İddiaçı2, habelə İddiaçı16 nümayəndəsi X4 iştirakı ilə elan edilmiş, xx.xx.2021-ci il tarixində bütün iddiaçıların nümayəndəsi (vəkili) olan Vəkil, həmçinin iddiaçılar İddiaçı1, Cavabdeh2 və İddiaçı7 elektron kabinetlərində yerləşdirilmiş, 24 noyabr 2021-ci il tarixdə isə bütün iddiaçıların nümayəndəsi olan Etibar Alıyevə qəbzə imza etdirilməklə təqdim olunmuşdur. Göründüyü kimi, qətnamənin iddiaçılara, o cümlədən İddiaçı9, İddiaçı1 və İddiaçı7 verilmədiyi (çatdırılmadığı) barədə irəli sürülənlər təsdiqini tapmır və müddətin üzrlü səbəbdən ötürülmüş olması barədə hər hansı sübut mövcud deyildir. Nəzərə alınmalıdır ki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti e tməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
16. Həmçinin qeyd edilmişdir ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir,mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir.
17. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, m əhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçəndən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər.
18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MPM-in 128.1, 133.1, 405.0.1, 408.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçılar kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadda qətnamənin xx.xx.2021-ci il tarixində bütün iddiaçıların nümayən dəsi (vəkili) olan Vəkil, həmçinin iddiaçılar İddiaçı1, Cavabdeh2 (cavabdehdir) və İddiaçı7 elektron kabinetlərində yerləşdirildiyi, 24 noyabr 2021-ci il tarixdə isə bütün iddiaçıların nümayəndəsi olan Etibar Alıyevə qəbzə imza etdirilməklə təqdim olunduğunu qeyd etsə də işdən görünür ki, bütün iddiaçılar Vəkil etibarnamə vermiş olsalar da onunla apellyasiya məhkəməsində yalnız İddiaçı9 müqavilə bağlayaraq səlahiyyəti təsdiq olunmuş və order təqdim edilmişdir. Yəni apellyasiya instansiyasında digər iddiaçılara münasibətdə vəkilin səlahiyyətləri order alınaraq təsdiq edilmədiyi üçün Vəkil həmin digər iddiaçıların vəkili olmamışdır. O digər bütün iddiaçların vəkili olmadığına görə də, onun (vəkilin) elektron kabinetinə qətnamənin yerləşdirilməsi, həmin qətnamənin digər bütün iddiaçılara rəsm i qaydada verilməsi hesab edilə bilməz. Başqa sözlə Quliyeva X3 Məhkəməsində yalnız İddiaçı9 nümayəndəsi və vəkili olmuşdur.
21. Həmçinin qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin bu iş üzrə qətnaməsi iddiaçılardan yalnız İddiaçı9 nümayəndəsi və vəkili Vəkil Şiraslna qızının və İddiaçı7 elektron kabinetinə yüklənilmişdir. Yəni qalan bütün iddiaçılar qətnaməni almamış, başqa sözlə qətnamə onlara rəsmi qaydada verilməmişdir. Ona görə də onların müddətin bərpasına dair ərizə verməsinə lüzum qalmır. İddiaçı9 ötürülmüş müddətin bərpasına dair ərizə vermişdir. Onun müddəti ötürməsinə əsas səbəb, onun digər iddiaçılarla birlikdə kassasiya şikayəti vermək məqsədi olmuşdur. Çünki ayrılıqda kassasiya şikayətinin verilməsi sonradan digər iddiaçıların da kassasiya şikayəti vermək hüquqlarına zərər yetirəcəyini düşünmüşdür. İddiaçı7 elektron kabinetinə qətnamə yerləşdirilsə də o bunu (hüquqi savadının olmamasına görə) qətnaməni alması kimi dəyərləndirməsə də qanunla müəyyən edilmiş müddətin bərpasına dair ərizə vermişdir. Həmin ərizədə kassasiya şikayətini vaxtında verməməsinin üzürlü səbəbini göstərmişdir. Yəni müddətin bərpasına dair ərizəyə bir cox sənədlər əlavə edilmişdir ki, həmin sənədlərdən görünür ki, İddiaçı7 oğlu X5 onkoloji xəstə olduğu üçün onu tez-tez Türkiyədə müalicə olunması üçün aparır. Oğlunun müalicə olduğu dövr qətnaməni aldıqdan sonrakı ayları da əhatə edir. İddiaçı7 həmin dövrdə oğlunun yanında qaldığı üçün üzürlü səbəbdən kassasiya şikayətini də vaxtında verə bilməmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi İddiaçı7 müddətin ötürülməsinin üzürlü sayılması üçün təqdim etdiyi sənədlərə heç toxunmamış və onlara sübut kimi qiymət verməmişdir. İddiaçı1 elektron kabineti olmuş olsa da ona bu barədə bildiriş-sms gəlməmişdir. Cünki sms-in gəlməsi üçün onun elektron poçt ünvanı olmalıdır. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarılmış arayışdan görünür ki, İddiaçı1 elektron poçt ünvanı yoxdur. Ona görə də o həmin qətnamənin elektron sistemə yerləşdirilməsi barədə məlumat ala bilməmiş və bu üzdən də qətnamə ona rəsmi qaydada verilməmişdir. Buna baxmayaraq İddiaçı1 kassasiya şikayətinin verilməsi üçünn qanunla müəyyən edilmiş müddətin bərpasına dair ərizə vermişdir. Lakin apellyasiya məhkəməsi göstərilən halları nəzər almayaraq İddiaçı1 münasibət də ərizəni təmin etməmişdir.
22. Qərardadda göstərilir ki “Qətna mə 24 noyabr 2021-ci il tarixdə isə bütün iddiaçıların nümayəndəsi olan Etibar Alıyevə qəbzə imza etdirilməklə təqdim olunmuşdur.” Bununla da bağlı bildiririk ki, əvvəla Etibar Əliyev həmin qətnaməni iddiaçılara təqdim etməmişdir. X13 həmin qətnamənin verilməsi qanunsuzdur. Cünki, Etibar Əliyev iddiaçıların heç birinin yaxın qohumu deyildir. Və bunu təsdiq edən heç bir sənədi yoxdur. Halbuki, MPM-in 69.11-ci maddəsinə görə məhkəmədə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Ona görə də iddiaçılar tərəfindən 25 sentyabr 2020-ci il tarixində Etibar Əliyevə verilmiş etibarnamədə bir çox dövlət orqanlarında iddiaçıl arı təmsil etməyə səlahiyyət verilsə də, ona məhkəmədə iddiaçıların adından hər hansı hərəkəti etməyə səlahiyyət verilməmişdir. Bütün bu yuxarıda qeyd edilənlər onu göstərir ki, qətnamə iddiaçılara qanunun tələb etdiyi kimi rəsmi qaydada verilməmiş və qətnamə iddiaçılar tərəfindən alınmamışdır. Həmin qətnamə iddiaçılara rəsmi qaydada verilməmişsə onda qətnamədən kassasiya şikayəti vermək müddəti hələ başlamamışdır.Şikayət vermək müddəti başlamamışdırsa onda həmin müddət ötürülməmişdir. Bundan başqa bu iş üzrə olan qətnamənin surətini almaq üçün iddiaçıllar apellyasiya məhkəməsinə 07 iyun 2022-ci il tarixində rəsmi qaydada ərizə ilə müraciət etmiş. Həmin ərizəyə 16 iyun 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, qətnamə iddiaçılara 29 oktyabr 2021-ci il tarixində göndərilmişdir. Amma iş materiallarında həmin qətnamənin iddiacılar tərəfindən alınmasını təsdiq edən heç bir poçt qəbzi və xəbərnaməsi yoxdur. Göründüyü kimi, apellyasiya məhkəməsi qeyd edilmiş bütün bu halları nəzərə almamış və bununla da qeyd olunan prosessual normaları pozmaqla xx.xx.2022-ci il tarixli qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
24. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.
25. Maddə 73.5. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir.
26. Madd ə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
27. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
28. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
29. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
30. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərd ə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
31. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
32. Maddə
146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildiri şi rəsmi qaydada verilmiş hesab edilir.
33. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində...
34. Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutl ara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır
40. Belə ki, Mülki Prosessual Məcəlləyə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edil miş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 iyun 2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və mə hkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur”.
42. Baxılan işin materiallarında apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdehlərə rəsmi qaydada verilməsi nəticəsinə gəlmək mümkünsüzdür. Mülki Prosessual Məcəllənin məhkəmə sənədinin rəsmi qaydada verilməsi qaydalarını müəyyən edən 135.5-ci maddəsində sənədin rəsmi qaydada verilmiş hesab edilməsinin 4 halı nəzərdə tutulmuşdur: sənədin 1) ünvan sahibinin özünə verilməsi; 2) ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çat mış ailə üzvlərindən birinə, onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilməsi; 3) “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə; yaxud 4) kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə verilməsi.
43. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərardadda qətnamənin xx.xx.2021-ci il tarixində bütün iddiaçıların nümayəndəsi (vəkili) olan Vəkil, həmçinin iddiaçılar İddiaçı1, Cavabdeh2 (cavabdehdir) və İddiaçı7 elektron kabinetlərində yerləşdirildiyi, 24 noyabr 2021-ci il tarixdə isə bütün iddiaçıların nümayəndəsi olan Etibar Alıyevə qəbzə imza etdirilməklə təqdim olu nduğunu qeyd edir.
44. Lakin iş materialları ilə müəyyən olunur ki, bütün iddiaçılar Vəkil etibarnamə vermiş olsalar da, o, (Vəkil) apellyasiya instansiyası məhkəməsində iddiaçılardan yalnız İddiaçı9 ilə müqavilə bağlayaraq ona münasibətdə səlahiyyətli olmuşdur.
45. Apellyasiya instansiyasında digər iddiaçıllarla vəkil (Kamilə Qulyieva) arasında müqavilə bağlanmadığı və müvafiq olaraq order təqdim edilmədiyi üçün Vəkil həmin iddiaçların vəkili olmamışdır.
46. Belə olan halda o, digər iddiaçıların vəkili olmadığına görə də, onun (vəkilin) elektron kabinetində qətnamənin yerləşdirilməsi, həmin qətnamənin digər bütün iddiaçılara rəsmi qaydada verilməsi nəticəsinə gəlmək mümkün deyildir.
47. Qətnamənin surəti rəsmi olaraq çatdırılmış şəxslər müddətin üzürlü səbəbdən buraxılmasına istinad edərə k bərpa edilməsinə dair ərizə ilə müraciət etmişlər. Hər biri isə müvafiq olaraq müddətin üzürlü səbəbdən ötürülməsinə dair dəlillər irəli sürmüş olsalar da, məhkəmə həmin dəlilləri əsassız hesab etmiş, lakin bu mövqeyini əsaslandırmamışdır.
48. Apellyasiya instansiya məhkəməsi qərardadında göstərir ki, qətnamə 24 noyabr 2021-ci il tarixdə bütün iddiaçıların nümayəndəsi olan Etibar Alıyevə qəbzə imza etdirilməklə təqdim olunmuşdur.
49. Lakin qeyd edilməlidir ki, Etibar Əliyevin iddiaçılar və ya onlardan hər hansı biri ilə qohum olması və ya onun prosesi iştirakçısı kimi işə cəlb olunması müəyyən edilmir.
50. Halbuki, MPM-in 69.1-1-cu maddəsinə görə məhkəmədə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.
51. Qətnamənin surətinin Etibar Əliyevə verilməsinə görə iddiaçılara çatdırılmış hesab edən məhkəmə kollegiyası nəzərə almır ki, verilmiş etibarnamədə bir cox dövlət orqanlarında iddiaçıları təmsil etməyə səlahiyyət verilsə də, ona məhkəmədə iddiaçıların adından hər hansı hərəkəti etməyə səlahiyyət verilməmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin rəsmi qaydada iddiaçılara çatdırılmış hesab etsə də bu mövqeyi əsaslandırılmadan qalmışdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, işdə iştirak edən şəxsin məhkəmə icraatı barədə məlumatlı olması həmin icraatın nəticəsində qəbul edilmiş məhkəmə aktını rəsmi qaydada alması və bununla da prosessual müddətin axımının başlanması kimi qi ymətləndirilə bilməz.
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş kassasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi və müvafiq olaraq müddətinin bərpa edilməsinə dair ərizəyə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8899/2021 nömrəli iş üzrə 18 avqust 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş müvafiq olaraq kassasiya şikayətinin mümkünlüyü barədə məsələnin müzakirə edilmə si və müddətinin bərpa edilməsinə dair ərizələrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.