Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5412/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X3 cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa 18.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3782/2021 nömrəli iş üzrə 07 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, X5 01.11.1997-ci ildən 14.09.2017-ci il tarixədək X müxtəlif vəzifələrdə işləmişdir. 14.09.2017-ci ildə öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. 15.09.2017-ci ildən X işləmiş və 30.06.2018-ci ildə əmək müqaviləsinin müddəti bitdiyindən əmək müqaviləsinə xitam verilmişdir.
2. Bundan sonra X direktorunun 17.09.2018-ci il tarixli əmri ilə, müddətli əmək müqaviləsi bağlanmaqla X təlim ustası vəzifəsinə işə qəbul edilmişdir. X1 ilə 17.03.2019cu ildə 3 ay müddətinə və yenidən 17.06.2019-cu ildə 1 ay müddətinə müddətli əmək müqavilələri bağlanmışdır. 15.07.2019-cu il tarixli xxx saylı əmrlə 17.06.2019-cu il tarixli əmək müqaviləsinin müddəti bitdiyindən əmək müqaviləsinə xitam verilmişdir.
3. X5 qeyd edilən əmr dən narazı olduğundan 15.07.2019-cu il tarixli 184 saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli, 2(001)6691/2019 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh X qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı X5 ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə X 15 iyul 2019-cu il tarixli, xxx nömrəli əmrin ləğv edilməsi, X4 15 iyul 2019-cu il tarixdən 17 iyul 2019-cu il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının X tərəfindən ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.
5. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegi yasının 09 dekabr 2019-cu il tarixli, qətnaməsi ilə iddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin həmin hissədə təmin edilməsi və iddiaçı X3 X istehsalat təlim ustası vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək müqaviləsinə uyğun əmək haqqının ödənilməsi qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli, qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Bundan sonra qətnamə icra edilərək, X5 m übahisələndirilmiş müddətli (bir aylıq) 17.06.2019-cu il tarixli əmək müqaviləsi əsasında işə bərpa edilmiş və 2 gün sonra müddəti bitdiyindən əmək müqaviləsinə xitam verilmişdir.
8. Sənaye və İnnovasiyalar üzrə X tərəfindən Binəqədi rayon icra və probasiya şöbəsinə, həmçinin məlumat üçün X4 ünvanlanmış 22 sentyabr 2020-ci il tarixli, 321 nömrəli məktubun surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 01 sentyabr 2020-ci ıl tarixli icraata başlamaq haqqında qərarını və Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2020-ci ıl tarixli qərarını əsas götürərək Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinin 09 dekar 2019cu il tarixli, 2(103)-14433/2019 nömrəli qətnaməsi icra edilərək, X5 mübahisələndirilmiş müddətli (bir aylıq) əmək m üqaviləsi əsasında işə bərpa edilmiş və bu barədə müvafiq əmr verilmişdir. Bu əsasla X5 onun əmək kitabçasına dəyişiklik etmək və son haqq hesabı alması üçün X dəvət edilmişdir.
9. X tərəfindən X4 ünvanlanmış 23 sentyabr 2020-ci il tarixli, 328 nömrəli məktubun surətindən görünür ki, X ilə X5 arasında bağlanmış 17 iyun 2019-cu il tarixli müddətli (bir aylıq) əmək müqaviləsinin 2.3-cü maddəsinə əsasən əmək münasibətlərinə müvafiq əmrlə xitam verilmişdir. Məlumat üçün bildirilmişdir ki, məhkəmədə mübahisələndirdiyi və məhkəmənin qəbul etdiyi qərar yalnız X ilə X5 arasında bağlanmış 17 iyun 2019-cu il tarixli müddətli (bir aylıq) əmək müqaviləsi üzrə olmuşdur. Eyni ilə nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərarının son səhifənin ilk abz asında göstərilir ki, “Bu qaydaya uyğun olaraq işdən çıxarma əmri ləğv edilmiş işçi vəzifəsinə bərpa edilməli, onunla işəgötürən arasındakı sonrakı münasibətlər (əmək münasibətlərinin davam etdirilməsi, əmək haqqının ödənilməsi, əmək müqaviləsinə xitam verilməsi və s.) əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməlidir. Bu əsasla əmək kitabçasında müvafiq qeydin aparılması üçün Sənaye və İnnovasiyalar üzrə X dəvət olunmuşdur.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli, 405 nömrəli Qərarı ilə X və X bazasında X yaradılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı X5 cavabdeh X qarşı müddətli əmək müqaviləsinin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edər ək, onunla X arasında bağlanmış 17 iyun 2019-cu il tarixli əmək müqaviləsinin etibarsızlığı, onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi və məcburi işburaxmaya görə ona kompensasiya ödənilməsi və cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanın əvəzi kimi 10.000 manat kompensasiyanın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1993-1997-ci illər ərzində Xa təhsil alaraq “Texnoloq, İstehsalat təlim ustası” orta ixtisasına yiyələnmişdir. 01 noyabr 1997-ci ildən 15 sentyabr 2017-ci il tarixə kimi, yəni 20 il fasiləsiz olaraq X “təlim ustası”, “müəllim”, “operator”, “dispetçer” kimi müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. İşlədiyi müddət ərzində heç bir intizam qaydasının pozuntusuna yol verməmiş və ona görə də intizam cəzası almamışdır. X direktoru X təklifi ilə X köçürülmüş və 15 sentyabr 2017 - 30 iyun 2018-ci il tədris ilində ixtisası üzrə iş olmadığına görə eyni binada yerləşən X “İstehsalat təlim ustası” kimi fəaliyyət göstərmişdir. 17 sentyabr 2018-ci il tarixdən onun və eləcə də X direktoru X razılığı ilə yenidən 20 il fasiləsiz işlədiyi əvvəlki iş yerinə, yəni X “İstehsalat təlim ustası” vəzifəsinə qaytarılmışdır. 14 iyul 2019- cu il tarixdə X direktor müavini ona şifahi bildirmişdir ki, artıq onun əmək müqavilənə xitam verilmişdir və o, işdən azaddır. Dəfələrlə müraciət etməyinə baxmayaraq işdən çıxarılma barədə əmrin surətini və əmək kitabçasını ala bilməmişir. X direktoru X 15 iyul 2019-cu il tarixli xxx saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci ma ddəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin vaxtı bitdiyi üçün onun bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu əmrin qanunsuz və əsassız olmasına görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində X qarşı "əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi" tələbi ilə mülki iddia qaldırmışdır. Məhkəmənin 20 sentyabr 2019-cu il tarixli 2(001)6691/2019 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə X 15 iyul 2019-cu il tarixli, 184 nömrəli əmri ləğv edilməsi və ona 15 iyul 2019-cu il tarixdən 17 iyul 2019-cu il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının X tərəfindən ödənilməsi qət edilmişdir. Lakin o, məhkəmənin bu qətnaməsindən narazı qaldığı üçün ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikay əti vermiş və məhkəmənin 09 dekabr 2019-cu il tarixli 2(103)-14433/2019 saylı qətnaməsi ilə onun şikayəti qismən təmin edilmiş və onun X "İstehsalat təlim ustası" vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Qarşı tərəfin vermiş olduğu kassasiya şikayəti təmin edilməmiş və Azərbayean Respublikası Ali Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(102)-2648/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Lakin icra prosesində məlum olmuşdur ki, ilkin iddia zamanı o, hüquqşünas olmadığından onunla X arasında bağlanmış 17 iyun 2019-cu il tarixli əmək müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmamışdır. Onu işə bərpa edən X direktoru 2 gündən sonra onu yenidəm işdən azad edərək onunla bağlanmış 17 iyun 2019-cu il tarixli əmək müqaviləsinin müddətli olmasını və onun başa çatmasına iki gün qalmasını əsas tutmuşdur. Bu isə insanların Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş əmək hüquqlarına həqarətli yanaşmadan başqa bir şey deyildir. Belə çıxır ki, guya o, 2 iş günündən ötrü 1 il 6 ay məhkəmələrdə vaxt itirmişdir. O, uzun müddət işsiz qaldığı və maddi təminatdan məhrum olmağı səbəbindən psixi sarsıntı keçirmiş və hətta hamilə ikən uşağını itirmişdir. Ona görə də ona bu sarsıntıları yaşadan cavabdeh tərəf 10.000 manat həcmində mənəvi zərər ödəməlidir.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim: M.Rüstəmli) 2(001)1066/2021 saylı, 28.01.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, “17 iy un 2019-cu il tarixli əmək müqaviləsinə qanuni qüvvəyə minmiş qətnamələrlə etibarlı müddətli əmək müqaviləsi kimi hüquqi qiymət verilmiş və cavabdeh tərəfindən icra olunmuşdur.
15. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırda həmin müqavilənin etibarsız və ya müddətsiz sayılması tələbi təmin edilə bilməz.
16. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə ona kompensasiya ödənilməsi və cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanın əvəzi kimi 10.000 manat kompensasiya alınıb ona ödənilməsi” hissələri ilə əlaqədar isə qeyd etmişdir ki, iddia tələbinin bu hissələri törəmə tələblərdir və bu tələblərin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “17 iyun 2019-cu il tarixli əmək müqaviləsinin etibarsızlığı, həmin əmək müqaviləsinin müddətsiz hesab edilməsi” hissəsinin təmin olunub- olunmamasından asılıdır. Bunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissələrdə də təmin edilməməlidir.
17. Məhkəmə öz mövqeyini Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 82.3, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3782/2021 nömrəli iş üzrə 07 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)1066/2021 saylı, 28.01.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddianı n qismən təmin edilməsi, 15.07.2019-cu il tarixli, xxx saylı işdən çıxarılma barədə əmrin etibarsız hesab edilməsi, İddiaçı ilə X arasında bağlanmış 17.06.2019-cu il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsi, 17.07.2019-cu il tarixdən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə hesablanmış əmək haqqının cavabdeh X tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmamışdır.
21. Belə ki, işin hallarına əsasən, iddiaçı 1997-ci il tarixindən X müxtəlif vəzifələrdə çalışmışıdır.
22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə görə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İşin hallarından görünür ki, iddiaçı X 20 ildən artıq çalışmışdır. Belə olan halda, Əmək Məcəlləsinin qeyd edilən maddəsinin tələblərinə əsasən, onunla bağlanan əmək müqaviləsi müddətsiz hesab edilməlidir.
23. İddiaçının sonradan X keçirilməsi ilə bağlı kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli, 405 nömrəli Qərarı ilə X və X bazasında X yaradılmışdır. Bu hal onu deməyə əsas verir ki, iddiaçının sonradan X keçirilməsi onun bir müəssisədə 5 ildən az işləməsi kimi qiymətləndirilə bilməz.
24. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, cavabdehin iddiaçı ilə müddətli əmək müqaviləsi bağlaması Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun deyildir.
25. Belə ki, iddiaç ı ilə müddətli əmək müqaviləsinin bağlanmasına əsas verən Əmək Məcəllənin 47-ci maddəsində təsbit edilən hallardan hər hansı biri mövcud deyildir. Yəni, əmək müqaviləsinin müddətli bağlanması Əmək Məcəllənin 47-ci maddəsində təsbit edilən hallardan hər hansı birinə əsaslanmır.
26. Kollegiya həmçinin qeyd etmişdir ki, İddiaçı X "Təlim ustası", "Müəllim", "Operator”, "Dispetçer" vəzifələrində çalışmışdır ki, həmin vəzifələr il boyu görülə bilməyən mövsümi işlər kateqoriyasına aid deyildir.
27. Kollegiya qeyd edilən hüquq normasının tələblərinə, iş materiallarına və tərəflərin izahatlarına əsasən hesab edir ki, İddiaçı ilə X arasında bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olmadığından əmək müqaviləsi müddətsiz hesab edilməli və 17.07.2019-cu il tarixdən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə hesablanmış əmək haqqı iddiaçıya ödənilməlidir. Çünki, iş materiallarında olan qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)14433/2019 saylı, 09.12.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı işə bərpa edilmiş və məcburi iş buraxmaya görə əmək haqqı ödənilmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçı 2 gün işlədikdən sonra onunla olan əmək müqaviləsinə əmək müqaviləsinin müddəti bitdiyinə görə xitam verilmişdir. İddiaçı işə bərpa olunduğuna və məcburi iş buraxmaya görə əmək haqqı ödənildiyinə görə, ona hazırki iddia tələbi üzrə məcburi iş buraxmaya görə əmək haqqı 15.07.2019-cu il tarixindən deyil, 17.07.2019-cu il tarixindən ödənilməlidir.
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəs ində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.
29. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfindən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır.
30. İddia tələbinin və apellyasiya şikayətinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı 10000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyan a görə 10000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
34. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir
35. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
36. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
37. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübu tlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi
40. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. (maddə 45 (5))
41. Əmək müqaviləsi a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyə ti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmirtikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəy i olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən müddətə bağlana bilər. (maddə 47)
42. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. (maddə 300.1) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tar ixli Qərarı
43. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətənd aşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Mülki Prossesual Məcəllə
44. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
45. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
46. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tət biq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
47. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnam ə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanu ni əsas ola bilməz.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3782/2021 nömrəli iş üzrə 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.