Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5416/2021 13.08.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Aqil Əzizağa oğlu Abbasov İddiaçı Müslüm qızının vəkili və nümayəndəsi Vəkil kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı vəkili və nümayəndəsi Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1152/2020 nömrəli 1 fevral 2021-ci il tarixli qərardadından kasasiya şikayəti vermişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 1 fevral 2021-ci il tarixli qərardadının İddiaçı Müslüm qızının 9 mart 2021-ci il tarixdə alması barədə sonuncunun imzalı qəbzi vardır. (i.v.161) İddiaçı vəkili və nümayəndəsi Vəkil Bakı Ape llyasiya Məhkəməsinə 9 iyun 2021-ci il tarixdə ərizə ilə müraciət edərək, 1 fevral 2021-ci il tarixli qərardadının surətinin ona təqdim edilməsini xahiş etmiş və 17 iyun 2021-ci il tarixli məktubla qeyd edilən qərardadın surəti nümayəndə Vəkil göndərilmişdir. (i.v.175, 183) İddiaçı vəkili və nümayəndəsi Vəkil Bakı Apellyasiya Məhkəməsinin 1 fevral 2021-ci il tarixli qərardadından kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə 13 iyul 2021-ci il tarixdə daxil olmuşdur. (i.v.196) Mülki Prosessual Məcəllənin 405.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Mülki Prosessual Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Qeyd edilənlərdən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 1 fevral 2021-ci il tarixli qərardadının İddiaçı 9 mart 2021-ci il tarixdə təqdim edilməsi barədə poçt qəbzi olsa da, həmin qərardaddan kassasiya şikayəti 13 iyul 2021-ci il tarixdə verilməklə, qanunla müəyyən edilmiş 10 günlük müddəti ötürülmüş, müddətin bərpası ilə bağlı ərizə də verilməmişdir. Qərardadın surətinin iddiaçının nümayəndəsinə 17 iyun 2021-ci il tarixli məktubla göndərilməsi ilə bağlı qeyd edilməlidir ki, hazırki işdə prosessual müddətin axımı qərardadın surətinin iddiaçının nümayəndəsinin aldığı vaxtdan deyil, iddiaçının özünün aldığı vaxtdan hesablanmalıdır. Belə ki, Mülki Pr osessual Məcəllənin 405.0.2-ci maddəsi apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün 10 günlük müddətin axımının başlanğıcı kimi qərardadın işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi günü nəzərdə tutur. Qeyd edildiyi kimi, barəsində kassasiya şikayəti verilən qərardadın da iddiaçıya 9 mart 2021-ci il tarixdə təqdim edilməsi barədə poçt qəbzi vardır. Apellyasiya instansiyası isə qeyd edilən xüsusatları nəzərə almadan prosessual müddəti ötürülməklə verilmiş kassasiya şikayətini kassasiya instansiyasına göndərmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 408.2-ci maddəsinə görə bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizə daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Göstərilənlərə əsasən hesab edirəm ki, kassasiya şikayəti icraata qəbul edilməməli və mülki iş kassasiya şikayəti ilə birlikdə şikayətin qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 405.0.2 və 408-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1111/2021 nömrəli 1 fevral 2021-ci il tarixli qərardadından İddiaçı Müslüm qızı, vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-5416/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-5416/2021
13.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver