Məhkəmə qərarları › İş №2(102)-542/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-542/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-542/2022 13.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Rəsulova Aysel Ələddin qızının, Cavabdeh3 və vəkili Vəkil iştirakları ilə, Bakı Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-727/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 13 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 15.12.2014-cü il tarixli, İPK 02 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 26 faiz olmaqla 54000 ABŞ dolları məbləğində kredit verilmişdir. 15.12.2014-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 15.12.2014-cü il tarixli, İPK 02 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq mülkiyyətində olan Bakı şəh əri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 saylı evin, 2 saylı mənzilini İddiaçı ASC-yə ipoteka qoymuşdur. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 195000 manat qiymətləndirmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 saylı evin, 2 saylı mənzili İddiaçı ASC-nin Riyad filialı qarşısında ipoteka ilə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 918 nömrəli reyestr kitabının 85280 nömrəli vərəqində qeyd edilmişdir. 26.01.2015 -ci il tarixli, İPK 03 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 26 faiz olmaqla 89000 ABŞ dolları məbləğində kredit verilmişdir. 26.01.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 26.01.2015-ci il tarixli, İPK 03 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 saylı evin, 2 saylı mənzilini İddiaçı ASC-yə ipoteka qoymuşdur. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 195000 manat qiymətləndirmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 saylı evin, 2 saylı mənzili İddiaçı ASC-nin Riyad filialı qarşısında ipoteka ilə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 918 nömrəli reyestr kitabının 85280 nömrəli vərəqində qeyd edilmişdir. Cavabdeh1 ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borcunu ödəməzsə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. 15.11.2016-cı il tarixli bildirişdən görünür ki, Cavabdeh2 bank qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 saylı evin, 2 saylı mənzilinə tutmanın yönəldilməsi proseduruna başlanılacağı barədə xəbərdar edilməsinə dair bildiriş göndərilmişdir. İddiaçı ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı 22.11.2016-cı il tarixli ərizədən görünür ki, İddiaçı ASC Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 saylı evin, 2 saylı mənzilə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmiş, həmin bildiriş ********** nömrə ilə, 23.11.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. 08.07.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 15.12.2014-c ü il tarixli, 02 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borc üzrə 45613.92 ABŞ dolları, müqavilənin qüvvədə olma tarixinə 12749.09 ABŞ dolları faiz, 30802.06 ABŞ dolları cərimə, illik 5 faizlə 5823.60 ABŞ dolları, ümumi 94988.67 ABŞ dolları borcu vardır. 08.07.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 26.01.2015-ci il tarixli, 03 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borc üzrə 86298.77 ABŞ dolları, müqavilənin qüvvədə olma tarixinə 28222.11 ABŞ dolları faiz, 55657.96 ABŞ dolları cərimə, illik 5 faizlə 10548 ABŞ dolları, ümumi 180726.84 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29593 nömrəli, 14.06.2019-cu il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddi açı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.12.2014 və 26.01.2015-ci il tarixli kredit müqavilələrinə əsasən iş materiallarına təqdim edilmiş əlavə sənədlər tam olmadığından hazırki hesablama zamanı Cavabdeh1 banka olan əsas, faiz və cərimə borcunu müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18622 nömrəli, 31.03.2020-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, 15.12.2014 və 26.01.2015-ci il tarixli kredit müqavilələri üzrə Cavabdeh1 banka olan əsas, faiz və cərimə borcunu müəyyən etmək mümkün olmamışdır. "xxxx" MMC tərəfindən verilmiş LP-33/2019 saylı, 08.07.2019-cu il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 saylı e vin, 2 saylı mənzilin hazırki bazar qiyməti 500000 manat təşkil edir. Cavabdeh1 tərəfindən İddiaçı ASC-yə ünvanlanmış 02.03.2015-ci il və 22.12.2015-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə dollar kreditinin manata çevrilməsini və ödəmə qabilyyəti olmadığı üçün ona məhkəmədə iddia qaldırılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5734 nömrəli, 30.04.2021-ci il tarixli ekspert rəyindən görünür ki, 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 15.12.2016-cı il tarixinə Cavabdeh1 44736,06 ABŞ dolları əsas, 12 900,09 ABŞ dolları faiz; 26.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 27.01.2017-ci il tarixinə 85 433,53 ABŞ dolları əsas, 28 911,21 ABŞ dolları fa iz borcunun yarandığı müəyyənləşdirilmiş, Cavabdeh1 15.12.2016-cı il tarixindən 08.07.2019-cu il tarixinə qədər 5% hesabı ilə 5823,60 ABŞ dolları, 27.01.2017ci il tarixindən 08.07.2019-cu il tarixinə qədər 5% hesabı ilə 10 548 ABŞ dolları borc hesablanmalı olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 45613.92 ABŞ dolları əsas, müqavilənin müddəti üzrə 15.12.2016-cı il tarixinə 12749.09 ABŞ dolları faiz, müqavilənin müddətinin bitdiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün əsas borca illik 5% hesablanmış 5823.60 ABŞ dolları faiz borcunun, 30802.06 ABŞ dolları cərimə borcunun, cəmi 94988.67 ABŞ dolları borcun, 26.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 86298.77 ABŞ dolları əsas, müqavilənin müddəti üzrə 26.01.2017-ci il tarixinə 28222.11 ABŞ dolları faiz, müqavilənin bitdiyi tarixdən sonra gecikdirilmiş vaxt üçün əsas borca illik 5% hesablanmış 10548 ABŞ dolları faiz, 55657.96 ABŞ dolları cərimə borcunun, cəmi 180726.84 ABŞ dolları borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, bildir işin qeydiyyatı üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov pr., 125 saylı evin 2 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməklə açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, mənzil satıldıqdan ən geci 1 ay ərzində Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında 15.12.2014-cü il tarixli İPK-02 №-li kredit müqaviləsi bağlanmış və iddiaçı müqavilənin 1.2, 1.3 və 1.4-cü maddələrinə əsasən illik 26 % olmaqla 24 aylıq müddə tə cavabdehə 54000 ABŞ dolları məbləğində mənzil alınması məqsədilə kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmiş və iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında 26.01.2015-ci il tarixli İPK-03 №-li kredit müqaviləsi bağlanmış və iddiaçı müqavilənin 1.2, 1.3 və 1.4-cü maddələrinə əsasən illik 26 % olmaqla 24 aylıq müddətə cavabdehə 89000 ABŞ dolları məbləğində mənzil alınması məqsədilə kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. 15.12.2014-cü il tarixli İPK-02 №-li kredit müqaviləsi üzrə ödənişin təminatı kimi Cavabdeh2 ilə bağlanmış 15.12.2014-cü il tarixli İM 02 №-li İpoteka müqaviləsinə əsasən Cavabdeh2 məxsus olan AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin RX seriyalı ****** * saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 131.9 kv.m ümumi sahəsi olan 4 otaqlı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmiş və eyni zamanda 26.01.2015-ci il tarixli İPK-03 №-li kredit müqaviləsi üzrə ödənişin təminatı kimi Cavabdeh2 ilə bağlanmış 26.01.2015-ci il tarixli Sonrakı İpoteka müqaviləsinə əsasən Cavabdeh2 qızına məxsus olan AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin MH seriyalı ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 131.9 kv.m ümumi sahəsi olan 4 otaqlı mənzil bank qarşısında sonrakı ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş qrafik cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarlmasına dair öhdəliyi vaxtında və lazi mi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Göstərilənlərə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında 15.12.2014-cü il tarixli İPK-02 №-li kredit müqaviləsi üzrə kredit müqaviləsindən irəli gələn ödənilməmiş müvafiq olaraq 45614 ABŞ dolları əsas borc, 13940 ABŞ dolları faiz borcu, cəmi 59554 ABŞ dolları, həmçinin iddiaçı ləğvetmə prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında 26.01.2015-ci il tarixli İPK-03 №-li kredit müqaviləsi üzrə kredit müqaviləsindən irəli gələn ödənilməmiş müvafiq olaraq 86299 ABŞ dolları əsas borc, 26166 ABŞ dolları faiz borcu, cəmi 112465 ABŞ dolları, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xi dmət haqqının Cavabdeh1 iddiaçının xeyrinə tutulmasına, tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan ipotekaya qoyulmuş ünvan 3 ünvanında yerləşən 131.9 kv.m ümumi sahəsi olan 4 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsi ilə satılması, satıldıqdan 01 (bir) ay sonra Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 mənzildən çıxarılmaqla boşaldılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim T.Axundov, iş № 2(004)-14/2020) iddia qismən təmin edilərək, Cavabdeh1 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 45613 (qırx beş min altı yüz on üç) ABŞ dolları 92 (doxsan iki) sent əsas borc, 12749 (on iki min yeddi yüz qırx doqquz) ABŞ dolları 09 (doqquz) sent faiz borcu, 300 (üç yüz) ABŞ dolları cərimə borcu, ümumilikdə 58663 (əlli səkkiz min altı yüz altmış üç) ABŞ doları 01 (bir) sent məbləğində pul vəsaiti (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla); 26.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 86298 (səksən altı min iki yüz doxsan səkkiz) ABŞ dolları 77 (yetmiş yeddi) sent əsas borc, 28222 (iyirmi səkkiz min iki yüz iyirmi iki) ABŞ dolları 11 (on bir) sent faiz borcu, 300 (üç yüz) ABŞ dolları cərimə borcu, ümumilikdə 114820 (bir yüz on dörd min səkkiz yüz iyirmi) ABŞ doları 88 (səksən səkkiz) sent məbləğində pul vəsaitinin (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla), bildirişin qeydə alınması üçün 10 (on) manat dövlət rüsumunun, 20 (iyirmi) manat xidmət haqq ının tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan iş üzrə ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 131.9 kv.m ümumi sahəsi olan 4 otaqlı mənzilinə yönəldilməsi və mənzilin açıq hərracdan satılması, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh2 verilməsi, ipoteka predmetinin ilkin satış məbləğinin 500000 (beş yüz min) manat müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 131.9 kv.m ümumi sahəsi olan 4 otaqlı mənzilə tutma yönəldikdən və s atıldıqdan ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzili könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılmaları, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 37%-i, yəni 11 (on bir) manat 10 (on) qəpiyi iddiaçıya aid edilməsi, qalan 63%i, yəni 18 (on səkkiz) manat 90 (doxsan) qəpik ödənilmiş məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 40 (qırx) manat ekspertiza xərcinin iddia qismən təmin edildiyindən, 37%-i, yəni 14 (on dörd) manat 80 (səksən) qəpiyi iddiaçıdan, qalan 63%-i, 25 (iyirmi beş) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaitinin isə Cavabdeh1 tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab etmişdir ki, bank tərəfindən 15.12.2014cü il tarixli, 02 saylı kredit müqaviləsi üzrə hesablanmış 30802.06 ABŞ dolları; 26.01.2015ci il tarixli, 03 saylı kredit müqaviləsi üzrə hesablanmış 55657.96 ABŞ dolları dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 15.12.2014-cü il tarixli, 02 saylı kredit müqaviləsi üzrə 300 ABŞ dolları və 26.01.2015-ci il tarixli, 03 saylı kredit müqaviləsi üzrə 300 ABŞ dolları məbləğinədək azaldılmalıdır. Məhkəmə hesab etmişdir ki, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü ed ilmiş, Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 saylı evin, 2 saylı mənzilinə yönəldilməli və həmin mənzil açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına borcun ödənilməsi təmin edilməlidir. Məhkəmə iddia tələbinin müqavilə müddəti bitdikdən sonra 5 faizlə 15.12.2014-cü il tarixli, 02 saylı kredit müqaviləsi üzrə 5823.60 ABŞ dolları və 26.01.2015-ci il tarixli, 03 saylı kredit müqaviləsi üzrə 10548 ABŞ dolları məbləğinin tutulması hissəsi ilə belə qərara gəlir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı, cavabdehin rəsmi müraciətinə və eləcə də, tərəfindən kredit öhdəliklərinin uzun müddət icra edilməməsinə baxmayaraq, qanunvericilikdə müəyyən edilmiş iddia müddətlərinə dair hüquqlarından istifadə edərək kredit müqavilələrinin qüvvədə olma müddətləri bitdikdən sonra (iddia müddətini gözləyərək) məhkəməyə müraciət etməklə əldən çıxmış faydaya dair riskləri özü daşımışdır. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hazırda ləğv prossesində olduğu vəziyyətdə, onun kredit vermək (əldən çıxmış faydanı yenidən tədavülə buraxaraq ondan gəlir əldə etmək) imkanının olmadığı halda, əldən çıxmış faydanın da, nədən ibarət olmasına dair məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Qətnamədən iddiaçı bank apellyasiya şikayəti verərək onun qismən – iddia tələbinin təmin edilməyən hissəsində - ləğv və iddianın tam təmin olunmasına dair; cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə şikayət verərək qətnamənin ləğv və kredit borcunun qanunvericiliyin tə ləblərinə uyğun yenidən hesablanmaqla müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bankın apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə cavabdehin cərimə borcunun məbləğlərini tənasübsüz şəkildə azaltmış, müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün əsas borca 5%-lə hesablanmış faiz borcunun ödənilməsi tələbini təmin etməməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Elçin və Cavabdeh3lər apellyasiya şikayətlərini belə əsaslandırmışlar ki, məhkəmə işi birtərəfli araşdırmış, ölkədə baş vermiş devolvasiyadan sonra banka ünvanladıqları müraciəti nəzərə almamış, təyin etdiyi ekspertizaların düzgün olmayan rəyinə istinad etmiş, təkrar məhkəmə-mühasibatşünaslıq ekspertizası keçirilməsi barədə vəsatətlərini əsassız olaraq təmin etməyərək qanunsuz qərar çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev, iş № 2(103)-727/2021) iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-14/2020 saylı iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsinin “Cavabdeh1 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 45 613 (qırx beş min altı yüz on üç) ABŞ dolları 92 (doxsan iki) sent əsas, 300 (üç yüz) ABŞ dolları cərimə borcunun, ümumilikdə isə 58 663 (əlli səkkiz min altı yüz altmış üç) ABŞ dolları 01 (bir) sent məbləğində pul vəsaitinin (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla); 26.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 86 298 (səksən altı min iki yüz doxsan səkkiz) ABŞ dolları 77 (yetmiş yeddi) sent əsas, 300 (üç yüz) ABŞ dolları cərimə borcunun, ümumilikdə isə 114 820 (bir yüz on dörd min səkkiz yüz iyirmi) ABŞ dolları 88 (səksən səkkiz) sent məbləğində pul vəsaitinin (ödəniş günü ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla) tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi” hissələrində dəyişdirilməsi, Cavabdeh1 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 44 736,06 (qırx dörd min yeddi yüz otuz altı dollar 6 sent) ABŞ dolları əsas, 12 749,09 ABŞ dolları faiz, 2000 (iki min) ABŞ dolları cərimə borcu olmaqla cəmi 59 485,15 (əlli doqquz min dörd yüz səksən beş manat 15 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə); 26.01.2015-ci il tarixli müqavilə üzrə isə 85 433,53 ABŞ dolları əsas, 28 222,11 ABŞ dolları faiz, 4000 (dörd min) ABŞ dolları cərimə borcu olmaqla cəmi 117 655,64 (yüz on yeddi min altı yüz əlli beş dollar 64 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) İddiaçı ASC-nin xeyrinə tutulması, qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 70 (yetmiş) manatı Cavabdeh1, 30 (otuz) manatı isə İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN ******* ***, X1, Kod 210005, VÖEN **********, M/hAZ85NABZ**********0003003944, SWİFT-BİK CTREAZ22), qiymətləndirmə ekspertizasının dəyəri olan 250 (iki yüz əlli) manat Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, hesab№:AZ30GUNA********************, Bank:"xxxx"ASC,VÖEN:**********, Müxbir hesab:AZ25NABZ**********00000479, KOD: 505594, SWİFT: GUNAAZ22) keçirilməsi, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmiş, birinci instansiya məhkəməsi də haqlı olaraq onun hərəkə tlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi Cavabdeh1 tutulmalı olan əsas kredit borclarının məbləğlərini düzgün müəyyənləşdirməmişdir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən iki dəfə mühasibatşünaslıq ekspertizası təyin olunmuş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 14.06.2019-cu il və 31.03.2020-ci il tarixli rəylərdə “ödəniş qəbzlərində olan məbləğlərin hesabdan çıxarış məlumatlarında əks olunmadığı”, “təqdim edilmiş sənədlərdə cari hesabdan çıxarış olmadığı” əsas göstərilməklə Cavabdeh1 banka olan əsas, faiz və cərimə borcunu müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla apellyasiya baxışı zamanı təkrar ekspertiza təyin olunmuş, bu təyinat əsasında verilmiş ekspert rəyində 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 15.12.2016-cı il tarixinə Cavabdeh1 44 736,06 ABŞ dolları əsas, 12 900,09 ABŞ dolları faiz; 26.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 27.01.2017-ci il tarixinə 85 433,53 ABŞ dolları əsas, 28 911,21 ABŞ dolları faiz borcunun yarandığı müəyyənləşdirilmiş, Cavabdeh1 15.12.2016-cı il tarixindən 08.07.2019-cu il tarixinə qədər 5% hesabı ilə 5823,60 ABŞ dolları, 27.01.2017-ci il tarixindən 08.07.2019-cu il tarixinə qədər 5% hesabı ilə 10 548 ABŞ dolları borc hesablanmalı olduğu vurğulanmışdır. Kollegiya ekspertiza rəylərini təhlil edərək, eyni zamanda iddia tələbinin həcmini nəzərə alaraq belə qənaətə gəlir ki, Cavabdeh1 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 44 736,06 ABŞ dolları, 26.01.2015-ci il tarixli müqavilə üzrə 85 433,53 ABŞ dolları əsas borc məbləğləri tutulmalıdır. İddiaçı ASC-nin fəaliyyəti 27.01.2016-cı il tarixindən dayandırılmış, cavabdehlə bağlanan kredit müqavilələrinin müddəti isə 15.12.2016-cı il və 27.01.2017-ci il tarixlərdə bitmişdir. Başqa sözlə, iddiaçı bank 27.01.2016-cı il tarixindən iflas prosesində olmaqla kommersiya fəaliyyəti ilə məşğul ola və kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi. İddiaçının aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu tələb etməsi əsassızdır. Bu qənaətə gələrkən kollegiya, Cavabdeh1 ölkədə devolvasiya prosesləri baş verdikdən sonra - 02.03. 2015-ci il tarixdə və 22.12.2015-ci il tarixdə - banka müraciət edərək müqavilənin ləğvini, habelə ona qarşı məhkəmədə iddia qaldırılmasını istəmiş olmasını da nəzərə alır və hesab edir ki, göstərilən tarixlərdən sonrakı dövr üçün ondan bankın xeyrinə əlavə faizlərin tutulması ədalətli olmamaqla, bu cür yanaşma hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkil Rəsulova Aysel Ələddin qızı) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelly asiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-727/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə 15.12.2014-cü il tarixli və 26.01.2015-ci il tarixli kredit müqavilələri üzrə gecikdirilmiş vaxt üçün hesablanan illik beş faiz məbləğinin təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh3 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)727/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsinin qismən, yəni 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 12749.09 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimə borcu, 26.01.2015-ci il tarixli müqavilə üzrə 28222.11 ABŞ dolları faiz, 4000 ABŞ dolları cərimə borcu hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Rəsulova Aysel Ələddin qızı kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, qarşı tərəfin şikayətinə etiraz edərək, şikayətin təm in edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, qarşı tərəfin şikayətinə etiraz edərək, şikayətin təmin edilməsini xahiş etdilər. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə o lunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı və Cavabdeh3 kassasiya şikayəti vermiş, qətnaməni qismən mübahisələndirmişdirlər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətlərinin dəlillərinə uyğun qismən yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəl iyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə il ə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatla r sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslə rin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayə ti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətlərinin dəlillər apellyasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya instaniyası məhkəməsi bütün dəlillərə tam və hərtərəfli qiymət vermiş, təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edərək müvafiq nəticəyə gəlmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-727/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar