Məhkəmə qərarları › İş №2(102)-542/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-542/2023

25.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-542/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən çıxarılma, özbaşına inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, torpağa icarə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2022-ci il tarixli, 2(104)-83/2022 nömrəli qətnaməsindən cavabdehlər tərəfind ən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Ağdam rayon İcra Hakimiyyəti başçısının 21 noyabr 2005-ci il tarixli sərəncamı ilə Ağdam rayonunun inzibati ərazisindən Ağdam rayonuna müvəqqəti istifadə üçün verilmiş 2 saylı qış otlaq sahəsindən 40 hektar torpaq sahəsi Cavabdeh3 10 il müddətinə icarəyə verilmişdir. 16 yanvar 2006-cı il tarixli icarə müqaviləsi ilə Ağdam rayonu İcra hakimiyyətinin mülkiyyətində olan 40 hektar torpaq sahəsi qoyunçuluğun inkişaf etdirilməsi məqsədi ilə 10 il müddətinə Cavabdeh3 icarəyə verilmişdir.

2. Ağdam rayonu, Ergi ərazisində yerləşən 30 hektar kənd təsərrüfatı təyinatlı (Örüş otlaq) torpaq sahəsi Ağdam rayon İcra Hakimiyyətinin mülkiyyətində olmaqla, 06 iyul 2019-cu il tarixli icarə müqaviləsi ilə İddiaçı 06 iyul 2024-cü il tarixədək icarəyə verilmişdir. Sonuncunun icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonunun Ergi ərazisində yerləşən 30 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları, torpaq sahəsində tikilmiş yardımçı binaların cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Ağdam rayonunun Ergi ərazisində yerləşən 30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi icarə hüququ əsasında iddiaçının istifadə sində olsa da, həmin torpaq sahəsindən cavabdehlər istifadə edir və torpaq sahəsi üzərində tövlə tikintisinə başlamışlar. Dəfələrlə cavabdehlərdən onun istifadəsinə verilmiş torpaq sahəsini boşaltmağı tələb etsə də, cavabdehlər bundan imtina etmişlər.

5. Ağdam Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(013)-2075/2019 nömrəli qətnaməsi ilə (hakim M.Ş.Niftəliyev) iddia təmin edilmiş, İddiaçı icarə hüququ əsasında məxsus olan Ağdam rayonunun Ergi ərazisində yerləşən 30 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmaları, həmin torpaq sahəsində tikilmiş yardımçı binaların Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hesabına sökülməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının icarəsinə verilmiş torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilərək, 11 ha hissəsi şumlanmış, qalan hissədə bir otaqlı tikili tikilmiş, 10 ədəd ağac əkilmiş, 3x4 metr ölçüdə göy çadır qurulmuşdur. Cavabdehlərin iddiaçıya icarə hüququ əsasında məxsus olan torpaq sahəsindən istifadə etmələri üçün hər hansı bir hüquqi əsas olmamışdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3, 140, 146.1, 146.2, 157.8, 180.1, 180.2, 180.4-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

8. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(013)-2075/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilm əsini xahiş etmişlər.

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2022-ci il tarixli, 2(104)-83/2022 nömrəli qətnaməsi ilə (hakim Ə.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ç.B.Məmmədovun və F.Ə.Mehtiyevin iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(013)-2075/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi əlavə olaraq göstərmişdir ki, mübahisəli torpaq sahəsinin məhz Ağdam rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış 06 iyul 2019-cu il tarixli icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş torpaq sahəsi olması işin faktiki halı kimi təsdiq olunmuşdur. Belə ki, cavabdehl ər özləri işin bu halını apellyasiya şikayətlərində etiraf etmişlər. Daha sonra həmin torpaq sahəsinin əvvəllər onların icarəsində olan torpaq sahəsi olduğunu göstərməklə Ağdam rayon İcra Hakimiyyəti başçısının 05 iyul 2019-cu il tarixli sərəncamının ləğvi barədə məhkəmədə iddia qaldırmış, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 may 2022-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlan ılmışdır. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarı onunla əsaslandırılmışdır ki, iddiaçı ilə icarə müqaviləsi 16 yanvar 2016-cı il tarixdə başa çatmış və onun mübahisə olunan torpaq sahəsi ilə hüquqi bağlılığı yoxdur.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə mübahisəsi məhz Ağdam rayon İcra Hakimiyyəti başçısının 05 iyul 2019-cu il tarixli 107 nömrəli sərəncamı ilə İddiaçı icarəsinə verilmiş 30 hektar torpaq sahəsindən cavabdehlərin çıxarılması barədədir və həmin torpaq sahəsi ilə cavabdehlərin heç bir hüquqi bağlılığı yoxdur. Mübahisə olunan torpaq sahəsi mülkiyyət və əqdlərdən doğan hüquqi nəticə üzrə onların istifadəsində deyildir. Mübahisəli torpaq sahəsi qanuni əsasla İddiaçı icarəsində olan torpaq sahəsidir.

12. Apellyasiya instansiyası məhkəməsi gəl diyi nəticənin hüquqi əsası kimi Torpaq Məcəlləsinin 83.1, 84, 111-ci, Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

13. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2022-ci il tarixli, 2(104)83/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Torpaq Məcəlləsinin 70ci, Mülki Məcəllənin 152, 152.2, 152.5, 157.2, 164.1, 239.2-ci, Mülki Prosessual Məcəllənin 88, 106-cı maddələrinin tələb ləri pozulmuşdur. Belə ki, iddiaçının icarəsinə verilmiş torpaq sahəsi əvvəllər qanuni əsaslarla cavabdehlərin istifadəsində olmuşdur. İcarə müqaviləsinin müddəti bitdikdən sonra dəfələrlə icarə müqaviləsinin uzadılması üçün Ağdam rayon İcra Hakimiyyətinə müraciət edilsə də, cavabdehlərlə müqavilə bağlamamışdır. Torpaq sahəsinin koordinatlarını və sərhədlərini müəyyən etmək üçün iş üzrə ekspertiza təyin edilməli olduğu halda, işə baxan məhkəmə bunu etməmişdir. İş üzrə ekspertiza keçirilsəydi, torpağın sərhədini dəqiq müəyyən etmək olardı ki, cavabdehlərin istifadəsində olan torpaq sahəsinin sərhədləri hardadır.

15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

16. Kassasiya şikayətinə qarşı etiraz ver ilməmişdir. Kassasiya baxışının hədləri:

17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

18. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – sub yektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 51-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 66-cı maddəsinin 1 və 2-ci hissələrinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hü quqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmi n reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin 1, 3 və 4-cü hissələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 84-cü maddəsinin 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istif adəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsa sən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir (bax bəndlər 10-12). Məhkəmə kollegiyası gəlinən nəticə ilə tam razılaşır.

24. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində hazırda iddiaçının icarə hüququnun olması və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması işin mübahisəsiz hallarıdır. Cavabdehlərin ha zırki kassasiya şikayəti ilə faktiki olaraq icarəçinin hüquqlarını mübahisələndirilir. Halbuki, icra hakimiyyəti və iddiaçı arasında bağlanmış icarə müqaviləsi və sonuncunun hüququnun dövlət qeydiyyatı cavabdeh tərəfindən qanunvericiliklə müəyyən olunan qaydada inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilsə də, iddiaları qeyri-mümkün hesab olunmuşdur (bax bənd 10).

25. Cavabdehlərin istifadəsində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi məqsədi ilə ekspertizanın keçirilməməsinə dair kassasiya şikayətinin dəlili də əsassızdır.

26. Belə ki, iş materiallarından müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsində cavabdeh tərəfin vəsatəti əsasında iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspertin 26 iyul 2021-ci il tarixli rəy inə əsasən Ağdam rayon İcra Hakimiyyəti başçısının 21 noyabr 2005-ci il tarixli 168 nömrəli sərəncamına əsasən Cavabdeh3 icarəsinə verilmiş 40 ha torpaq sahəsinin koordinatları əks etdirən sənəd məhkəmənin məktubuna əlavə olunmadığından həmin mübahisəli torpaq sahəsi ilə İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********06 reyestr nömrəli və ********** qeydiyyat nömrəsi ilə icarəsinə verilmiş 30 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini təyin etmək mümkün olmadı.

27. Digər tərəfdən apellyasiya məhkəməsinin qeyd etdiyi kimi, mübahisəli torpaq sahəsinin məhz icarə müqaviləsi əsasında iddiaçının icarəsinə verilmiş torpaq sahəsi olmasını cavabdehlər həm apellyasiya şikayətlərində, həm də inzibati məhkəmə icraatı qaydasında verdikləri iddiada etir af etmişlər.

28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 sentyabr 2022-ci il tarixli, 2( 104)-83/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar