Məhkəmə qərarları › İş №2(102)-5420/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5420/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5420/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: avtodayanacağın (qarajın) təhvil-təslim edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin təmin olunması, maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu, Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı avtodayanacağın (qarajın) təhvil-təslim edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin təmin edilməsi, maddi zərərin ödənilməsi tələbinə dair m ülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3620/2022 nömrəli, 20 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə 21 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə "xxxx" MMC arasında notarial qaydada bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı sahibliyində olan Təbriz küçəsi, ev 99 ünvanında, binanın həyətində yerləşən, ümumi sahəsi 23 kv metr olan avtodayanacağı (qarajı) "xxxx" MMC-yə təhvil verməyi, "xxxx" MMC isə həmin avtodayanacağın əvəzinə (kompensasiya olaraq) Təbriz küçəsi, ev 99 ünvanında yerləşən 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv metr olan avtodayanacağı İddiaçı istifadəsinə ve rilməsini, bundan başqa İddiaçı digər avtomobilini yeni tikilən binanın həyətində saxlamağa icazə verməyi, Cəbrayılova X1, ev 99 ünvanında mülkiyyətinə olan avtodayanacağın (qarajın) sökülərək "xxxx" MMC tərəfindən yerində hündür mərtəbəli yaşayış binasının tikilməsinə razılıq verməyi öhdəsinə götürmüşdür. 2. ünvan 3 ünvanında qeydiyyatda olan iddiaçının həqiqətən də, ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli “A” yaşayış binasının – 2-ci mərtəbəsində yerləşən 15 saylı dayanacağa görə xx.xx.2020-ci il tarixdən **-GA-*** nömrəli maşın üçün aylıq 150 (yüz əlli) manat icarə haqqı ödəməsi barədə "xxxx" MTK tərəfindən 10 saylı, xx.xx.2021-ci il tarixli maliyyə arayışı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə müraciət edərə k, onunla “X3” MMC arasında bağlanmış 14 oktyabr 2017-ci il tarixli müqaviləyə və aralarında olan razılaşmaya əsasən, ünvan 5 ünvandakı binanın həyətində yerləşən, ümumi sahəsi 23 kv metr olan avtodayanacağının (qarajının) əvəzinə Təbriz küçəsi ev 99 ünvanında yerləşən, yeni inşa edilmiş 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv metretr olan, 74 və 75 sayı ilə nişanlanmış avtodayanacağın (qarajın) ona təhvil verilməsi və həmin 74 və 75 sayla nişanlanmış, ümumi sahəsi 30 kv metr olan avtodayanacağa (qaraja) iddiaçının - İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsinin təmin olunması öhdəliyinin “X3" MMC-nin üzərinə qoyulması, iddiaçıya dəymiş maddi zərərin - 4500 (dörd min beş yüz) manatın və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh “X3” MMCdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, “X3” MMC ilə 14 oktyabr 2017-ci il tarixdə ünvan 5 ünvanda binanın həyətində yerləşən ümumi sahəsi 23 kv metretr olan avtodayanacağını (qarajını) “Şirkət”ə təhvil verməyi, ”Şirkət“ isə həmin avtodayanacağın (qarajın) əvəzinə (kompensasiya olaraq) Təbriz küçəsi ev 99 ünvanında yerləşən 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv metr olan avtodayanacağın onun istifadəsinə verilməsi, digər avtomobilini yeni tikilən binanın həyətində saxlamağa icazə verilməsi və avtodayanacağa (qaraja) çıxarış verilməsi baradə notarial qaydada təsdiqlənmiş müqavilə bağlamışdır. Mənzilin verilməsi barədə müqavilədə göstərilir ki, bina 18 ay müddətində təhvil veriləcəkdi. Deməli, avtodayanacağın da təhvil verilməsi müddəti 18 aydır. Lakin, həmin müddətin 2019-cu ilin aprel ayında bitməsinə baxmayaraq avtodayanacaq bu günə kimi ona təhvil verilməmişdir. Müqavilə bağlanarkən onun əvvəl qarajı olduğuna və iddiaçının avtodayanacağın yerini seçməkdə üstünlük hüququnun olduğuna görə ilkin olaraq ona təqdim olunmuş layihəyə uyğun avtodayanacağı birinci mərtəbədən seçmişdir. Layihəyə görə avtodayanacaqlar birinci mərtəbə və zirzəmi qatında göstərilirdi. Lakin sonradan layihədə dəyişiklik edilmiş və müəssisənin rəhbərliyi tərəfindən iddiaçı ilə danışıqlara vəkil edilmiş Mahir Eyvazovun xahişi əsasında zirzəmi qatından avtodayanacağın yerini bir şərtlə müəyyən etmişdir ki, həmin yerin gələcəkdə yağış suları və digər mənbələrdən olan su ilə dolması təhlükəsi olmasın. Arala rında olan razılıq Mahir Eyvazov tərəfindən müəssisənin rəhbərliyi ilə razılaşdırıldı və həmin yer hal-hazırda 74 və 75 sayla nişanlanmış 30 kv metr sahəsi olan avtodayanacaqdır. “X3” MMC tərəfindən ünvan 6 ünvanda inşa edilən yaşayış binalarının tikintisi başa çatmışdır, zirzəmi qatındakı avtodayanacaqlar da sakinlərə verilir və ya satılır. Lakin, müqavilə əsasında ona təhvil verilməli olan binanın zirzəmi qatında 74 və 75 sayla nişanlanmış 30 kv metr sahəsi olan avtodayanacaq (qaraj) onun mülkiyyətinə verilməli olduğu halda dəfələrlə müraciət etməsinə baxmayaraq ona təhvil verilmir. İddiaçı 25 avqust 2021-ci il tarixdə cavabdeh “X3" MMC-yə pretenziya (Xəbərdarlıq) məktubu göndərərək, həmin binanın zirzəmi qatında 74 və 75 sayla nişanlanmış 30 kv metretr avtodayanacağın (qarajın) 10 gün m üddətində ona - İddiaçı təhvil-təslim edilməsi və həmin 30 kv metretr avtodayanacağa (qaraja) iddiaçının adına çıxarış verilməsinin təmin edilməsini “X3” MMC-yə təklif etmişdir. Əks halda məhkəməyə müraciət edəcəyi barədə onlara xəbərdarlıq olunmuşdur. Pretenziya (Xəbərdarlıq) məktubu 27 avqust 2021-ci il tarixdə “X3" MMC-nin rəhbərliyi tərəfindən təhvil alınmışdır. Pretenziya (Xəbərdarlıq) verilməsindən 2 aya yaxın müddət keçməsinə baxmayaraq, “X3” MMC tərəfindən pretenziyaya (xəbərdarlığa) hər hansı bir cavab verilməmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh “X3" MMC tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmişdir. 2019-cu ilin aprel ayında ona təhvil təslim edilməli və çıxarış verilməli olan avtodayanacağın (qarajın) bu günə kimi ona təhvil ver ilməməsi nəticəsində cavabdeh tərəfindən ona külli miqdarda zərər vurulmuşdur. Belə ki, o, avtomobilini təhlükəsiz yerdə saxlamaq üçün hər ay 150 manat xərcləməli olmuşdur. Artıq 30 aydır ki, avtodayanacaq (qaraj) ona təhvil verilmir və bu günə kimi ona 4500 ( 150x30=4500 ) manat zərər dəymişdir.

5. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə verdiyi izahatında göstərmişdir ki, iddia tələbini qismən qəbul edir. Cavabdeh olaraq satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə göstərilən 30 kv metr olan avtodayanacağın təhvil verilməsi ilə razıdır, iddia tələbinin qalan hissəsini qəbul etmir

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-347/2022 nömrəli iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 14 oktyabr 2017-ci il tarixli müqavilə şərtlərinə əsasən ünvan 5 ünvanında binanın həyətində yerləşən ümumi sahəsi 23 kv metretr olan avtodayanacağının (qarajının) əvəzinə Təbriz küçəsi ev 99 ünvanında yerləşən, yeni inşa edilmiş 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv metretr olan avtodayanacağın (qarajın) təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 3345 (üç min üç yüz qırx beş) manat məbləğəndə pulun və 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflərin müqavilə öhdəliklərinə əsasən cavabdeh iddiaçı dan ünvan 5 ünvanında binanın həyətində yerləşən ümumi sahəsi 23 kv metr olan avtodayanacağı təhvil almaq hüquqlarına malik olduğu kimi, eyni zamanda həmin müqavilə əsasında qeyd edilən yeni inşa edilmiş 3 saylı binanın zirzəmi qatında ümumi sahəsi 30 kv metr olan, avtodayanacağın ona təhvil verilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. İş üzrə cavabdeh həmin əmlakı iddiaçıya təhvil verilməli olmasına dair vəzifələrini isə icra etməyərək, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, cavabdeh həmin qarajı iddiaçıya təhvil vermədiyindən iddiaçı həmin vəzifənin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Buna görə də, iddia tələbi bu hissədə təmin edilməlidir.

8. Məhkəmə iddia tələbinin «məhz 74 və 75 sayla nişanlanmış avtodayanacağın (qarajın) iddiaçıya təhvil-təslim edilməsi» hissəsini əsassız hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış 14 oktyabr 2017-ci il tarixli müqavilədə təhvil verilməli olan qarajın 74 və 75 sayla nişanlanmış olması müəyyən olunmur, muqavilədə bu cür razılaşma yoxdur. Buna görə də, iddia tələbinin qeyd olunan hissəsi təmin oluna bilməz.

9. Həmçinin iddia tələbinin «74 və 75 sayla nişanlanmış ümumi sahəsi 30 kv metretr olan avtodayanacağa (qaraja) iddiaçının - adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin tələb təmin oluna bilməz. Belə ki, iş üzrə cavabdeh əmlakın dövlət qeydiyyatına alınması ilə bağlı vəzifənin daşıyıcısı sayıla bilməz. Həmin vəzifə müvafiq dövlət orqanlarının səlahiyyətinə aid olmaqla cavabdeh iddiaya bu hissədə cavab verməli şəxs olmadığından rədd edilməlidir

10. Məhkəmə iddia tələbinin «iddiaçıya dəymiş maddi zərərin - 4500 (dörd min beş yüz) manat pulun” tutulması hissəsini qismən əsaslı hesab edərək, zərərin əvəzinin ödənilməsinə münasibətdə hesab etmişdir ki, cavabdeh tərəfindən 14 oktyabr 2017-ci il tarixli müqavilə vaxtında icra edilmədiyi üçün iddiaçı özünə məxsus avtomaşını başqa avtodayanacaqda saxlamağa məcbur olmuşdur. Bu barədə iddiaçı tərəf məhkəməyə «Makro İnşaat” MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışını təqdim etmişdir. Həmin sübutla müəyyən edilmişdir ki, iddiaçı ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli “A” yaşayış binasının – 2-ci mərtəbəsində yerləşən 15 saylı dayanacağa görə xx.xx.2020-ci il tarixdən avtomaşın üçün aylıq 150 (yüz əlli) manat icarə haqqı ödəyir. Belə olan halda, xx.xx.2020-ci il tarixdən iddiaçının məhkəməyə müraciət etdiyi vaxta qədər 19 oktyabr 2021-ci il tarixədək (22 ay 9 gün) maddi ziyan dəyməsi müəyyən olunduğundan həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.(22 ay x 150 = 3300 ay 150/30=5x9=45manat, 3300+45=3345 manat)

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21, 148.2, 152.1, 157.2, 178.8, 324.1, 355.2, 385.1, 389.1, 399.1, 405.1, 425.1, 425.2, 442, 448.1, 452.1 və 1096.1-ci, Mənzil Məcəlləsinin 112.1, 113.1 və 113.2-ci, MPM-in 14.2, 77.1, 119.1, 217.4-cü madələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təm in edilməməsi hissəsində ləğv edilərək həmin hissədə də iddianın təmin olunması barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış rayon məhkəməsinin “74” və "xxxx" sayla nişanlanmış dayanacaq yerlərinin iddiaçıya təhvil verilməsi barədə” tələbi əsassız hesab etməsi barədə nəticəsi qanunsuzdur. Məhkəmə bu nəticəsini onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər arasında bağlanmış müqavilədə “74” və "xxxx" sayla nişanlanmış dayanacaq yerlərinin iddiaçıya təhvil verilməsi nəzərdə tutulmamışdır. Lakin rayon məhkəməsi nəzərə almamışdır ki, xx.xx.2017-ci il tarixli müqavilə bağlanan zaman nə bina, nə də ki, avtodayanacaqların yerləşdiyi zirzəmi qatı hələ mövcud deyildi. “74” və "xxxx" sayla nişanlanmış dayanacaq yerinin verilməsi iddiaçı ilə cavabdeh MMC arasında əldə olunmuş şifahi razılaşma ilə müəyyən edilmişdir. Rayon məhkəməsi bu xüsusatı müəyyən etmək üçün həmin əraziyə baxış keçirməli və ya ekspertiza təyin etməli idi, lakin bunu etməmişdir. Bundan başqa Rayon Məhkəməsi iddianın “iddiaçıya təhvil verilməli olan “74” və "xxxx" sayla nişanlanmış dayanacaq yerinə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına müvafiq "xxxx" verilməsinin təmin edilməsi öhdəliyinin cavabdeh MMC-nin üzərinə qoyulması barədə” hissəsini təmin etməməklə də iş üzrə səhv nəticəyə gəlmişdir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, cavabdeh MMC bu barədə öhdəliyi aralarında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə ilə üzərinə götürmüşdür. Daha sonra Rayo n Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı, cavabdeh MMC-nin qanuna zidd hərəkəti nəticəsində avtomobilini başqa, yəni "xxxx" MTK-ya məxsus dayanacaqda saxlamaq və buna görə də həmin MTK-ya hər ay 150 manat məbləğində pul ödəmək məcburiyyətində qalmışdır. İddiaçı 30 ay ərzində həmin ödənişi etmişdir ki, bu da 4500 manat məbləğini təşkil edir. Bu hal həmin MTK-nın verdiyi arayışla təsdiq edilir.

14. Cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə hələ də qüvvədədir. Müqaviləyə görə, MMC ümumi sahəsi 30 kv metr olan dayanacağı iddiaçıya təhvil verməlidir və MMC bu öhdəliyin icrasından imtina etmir. Amma iddiaçı dayanacaq yerini qəbul etməyərək, “74” və "xxxx" sayla nişanlanmış dayanacaq yerlərinin ona verilməsini tələb edir. İddiaçının bu tələbi müqavilənin şərtlərinə zidd olmaqla əsassızdır, çünki həmin yerlərin ümumi sahəsi 45 kv metrdən artıqdır. Bundan başqa iddiaçı avtomobili təhlükəsiz yerdə saxlamaq üçün hər ay 150 manat olmaqla cəmi 4500 manat məbləğində pul vəsaiti xərclədiyini bildirərək, həmin məbləğin MMC-dən tutularaq ona ödənilməsini tələb etsə də, işə baxmış rayon məhkəməsi bu iddianı qismən təmin edərkən nəzərə almamışdır ki, iddiaçı özünə məxsus avtomobilin təhlükəsiz yerdə saxlamaq üçün şəraitin yaradılması ilə bağlı MMC-yə müraciət etməmişdir. Digər tərəfdən "xxxx" MTK tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışı mötəbər sübut kimi qiymətləndirilə bilməz

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3620/2022 nömrəli iş üzrə 20 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov) hər iki apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmış, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edlmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı qarajı MMC-yə təhvil vermiş, MMC qarajı sökmüş və qarajın yerləşdiyi sahə daxil olmaqla, həmin ərazidə yeni yaşayış binası inşa etmişdir. İddiaçı ilə MMC arasında bağlanmış müqavilədə nəzərd ə tutulmuş dayanacaq yeri MMC tərəfindən iddiaçıya hələki təhvil verilməmişdir.

18. Apellyasiya instansiya məhkəməsi tərəflər arasındakı xx.xx.2017-ci müqavilənin yazılı formada bağlanmasını nəzərə alaraq göstərmişdir ki, əgər iddiaçı “74” və "xxxx" sayla nişanlanmış dayanacaq yerlərinin ona təhvil verilməsi ilə bağlı onunla cavabdeh MMC-nin razılığa gəlməsini bildirirsə, onda bunu təsdiq edə biləcək məhz yazılı razılaşmanı sübut kimi əsas gətirə bilərdi. Lakin iddiaçı bu kimi sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestrindən” müvafiq “Çıxarışın” verilməsi cavabdehin səlahiyyətlərinə aid olmadığından və məhkəmə bu kimi öhdəliyin icrasını cavabdehin üzərinə qoya bilmədiyindən iddiaçının apellyasiya şikayəti “74” və "xxxx" sayla nişanlanmış dayanacaq yer inin MMC tərəfindən ona təhvil verilməsi ilə yanaşı həmin yerə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” iddiaçının adına müvafiq "xxxx" verilməsi”nin cavabdehə həvalə olunması hissədə təmin edilə bilməz.

19. Dəymiş ziyanla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, MMC iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsini nəzərə alaraq iddiaçıya vurulan zərərin qarşısını almaq məqsədilə avtomobilin müvəqqəti olaraq başqa yerdə saxlanılması üçün iddiaçıya başqa dayanacaq yeri ayırmalı və ya bu məsələni iddiaçının öhdəsinə buraxaraq iddiaçının bununla bağlı qarşılaşdığı xərclərin ödənilməsini təklif etməli idi. Lakin MMC bu kimi addım atmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Digər tərəfdən cavabdeh MMC, "xxxx" MTK tərəfindən iddiaçıya verilmiş xx.xx.20 21-ci il tarixli maliyyə arayışını mötəbər sübut kimi qəbul edilməsinin qeyrimümkün olduğunu bildirsə də, bu mövqeyini əsaslandırmamışdır. Bu baxımdan hesab edilməlidir ki, birinci instansiya məhkəməsi cavabdeh MMC tərəfindən iddiaçıya zərərin vurulması və vurulmuş zərərin əvəzinin MMC tərəfindən iddiaçıya ödənilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Cavabdeh MMC-nin apellyasiya şikayətində ifadə edilmiş və birinci instansiya məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır. Rayon məhkəməsinin müzakirə edilən bu nəticəsinə aid olan, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə gəldikdə isə qeyd edilməlidir ki, iddia ərizəsinə rayon məhkəməsi tərəfindən vurulmuş “daxil olma” ştampından görünür ki, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə rayon məhkəməsinə daxil olmuşdur. "xxxx" M TK tərəfindən iddiaçıya verilmiş və iddiaçının rayon məhkəməsinə təqdim etdiyi 10 saylı, xx.xx.2021-ci il tarixli maliyyə arayışından isə görünür ki, iddiaçı özünə məxsus avtomobili MTK-ya məxsus dayanacaqda xx.xx.2020-ci il tarixdən etibarən saxlayır və MTK-ya ayda 150 manat icarə haqqı ödəyir. Adi riyazi hesablamadan aydın olur ki, iddiaçının qeyd edilən MTK-ya məxsus dayanacaqda avtomobili saxlamağa başladığı tarixdən iddia ərizəsinin rayon məhkəməsinə təqdim edildiyi tarixədək olan müddət 22 ay 9 gün təşkil edir. İş materiallarından görünür ki, işə rayon məhkəməsi tərəfindən baxılan zaman, iddiaçı, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, birinci instansiya məhkəməsi 3345 manat mə bləğində pulu cavabdeh MMC-dən iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində ifadə edilmiş və rayon məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.

20. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.1, 423.1, 442, 443.1, 445.2.1 və 448-ci, MPM-in 14.2, 77.1 və 218.3-cü madələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, nə birinci instansiya, nə də apellyasiya məhkəməsi “ 74 ” və “ 75 ” sayla nişanlanmış dayanacaq yerinin həqiqətən 30 kv metretr deyil, 45 kv metretr olmasına aydınlıq gətirməmiş, həmin məsələni araşdırmamışdır. Halbiki, məhkəmə məsələni düzgün həll etmək üçün yerli baxış keçirə bilərdi və həmin yerin ölçüsünü yerində müəyyən edərək və həmin yerin cizgisini cavabdehdən alaraq yekun qərar qəbul edə bilərdi. Lakin, məhkəmə kollegiyası həmin halları araşdırmadan qətnamə qəbul etmiş və maddi hüquq normalarının tələblərini pozmuşdur.

24. Bundan başqa qeyd edilmişdir ki, “X3” MMC əmlakın dövlət qeydiyyatına alınması ilə bağlı vəzifənin daşıyıcısı olmasa da, müqavilədə çıxarışla bağlı nəzərdə tutulmuş bənd həmin qeydiyyatın həyata keçirilməsi üçün tələb olunan sənədlərin tərtib edilməsi və çıxarış alınması üçün həmin sənədlərin reyestr xidmətinə göndərmək öhdəliyini özündə əks etdirir. Məhkəmə kollegiyası isə həmin məsələyə sırf Reyestr Xidmətinin səlahiyyətləri baxımından qiymət vermişdir ki, bu da səhv qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.

25. Qətnamədən həmçinin cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı əsassız olar aq məhkəməyə müraciət etmişdir. Belə ki, sözügedən müqavilə hələ də qüvvədədir və cavabdeh tərəfindən müqaviləyə uyğun olaraq ümumi sahəsi 30 kv metr olan avtodayanacağın İddiaçı təhvil verilməsinə razılıq verilmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət olunan tarixə qədər iddiaçı tərəf bilərəkdən qarajı təhvil almamışdır. Çünki həmin şəxsin iddia ərizəsində qeyd etdiyi qarajların ümumi sahəsi 45 kv metrdən artıqdır. Halbuki müqavilə üzrə cavabdehin öhdəliyinə uyğun olaraq yaşayış binası tikildikdən bu günə qədər 30 kv metr sahəsi olan qaraj özgəninkiləşdirilməmiş və iddiaçı üçün ayrılmışdır.

27. Bundan başqa iddiaçı tərəf ilk növbədə sübut etməli idi ki, onun mülkiyyətində avtomobil var. Bu hissə ilə bağlı sübutlar iş materiallarında mövcud deyildir. İcarə münasibətləri ilə bağlı müqavi lənin olub-olmaması ilə bağlı cavabdehin sualını məhkəmə iclasında qarşı tərəfin nümayəndəsi Cəbrayılov Bəşir cavablandıra bilmədiyindən belə bir müqavilənin olmadığı müəyyən edilmişdir. Bu baxımdan da həmin maliyyə arayışının mötəbər sübut olmadığı bir daha öz təsdiqini tapır. İddianın təmin olunan hissəsi ilə bağlı rəsmi ödənişlər də iş materiallarında mövcud deyildir. Maliyyə arayışı ödənişin hüquqi şəxsin bank hesabına daxil olduğunu göstərən sənəd deyil, formal sənəddir və istənilən anda tərtib oluna bilər. Belə ki, məhkəmə tərəfindən sadəcə xx.xx.2021-ci il tarixli maliyyə arayışına istinad edərək belə bir nəticəyə gəlinməsi əsassızdır. Digər tərəfdən İddiaçı Nərimanov rayonu, Təbriz küçəsinə yaxın hər hansısa ərazidə yaşamadığından qeyd olunan ərazidə başqa bir hüquqi şəxslə qaraj la bağlı müqavilə imzalanması da iddianın formal olduğunu göstərən sübutdur. İddiaçının nümayəndəsi (Bəşir Cəbrayılov) apellyasiya instansiya məhkəməsində göstərmişdir ki, ümumiyyətlə avtomobili o idarə edir və avtomobili Gənclik metro stansiyasından yuxarıda yerləşən Koroğlu parkı yaxınlığındakı qarajda saxlayır. Belə ki, mütəmadi olaraq həmin əraziyə şəxsi biznesinin idarə edilməsi məqsədi ilə gedir. Faktiki olaraq həmin qarajın yerləşdiyi ərazi ilə Nərimanov rayonu, Təbriz küçəsi arasında kifayət qədər şəhərdaxili məsafə var. Həmçinin məhkəmə özü də "xxxx" MTK-ya məxsus qarajın harada yerləşməsini dəqiqləşdirməli olduğu halda bunu etməmişdir.

28. Bununla yanaşı qeyd edilmişdir ki, ümumi məlum hal ondan ibarətdir ki, Azərbaycan Respublikası ərazisində mənzil tikinti kooperativləri binala rın tikintisi ilə məşğuldur. Bu qrup şirkətlər yaşayış binasının sakini olmayan şəxslərə qarajların icarəsini həyata keçirmir. Digər tərəfdən məhkəmənin araşdırmadığı digər hal hansı səbəbdən qarşı tərəfin bu günə qədər qarajı təhvil almaması olmuşdur. Həmçinin tərəflər arasında bağlanan 14 oktyabr 2017-ci il tarixli müqavilədən də görünür ki, Sevilə digər avtomobilini yeni tikilən binanın qarşısında saxlamağa icazə verilmişdir.

29. İddiaçı ilə “X3” MMC arasında bağlanan və hazırki iddia tələbinin predmetini təşkil etməyən müqaviləyə əsasən Şirkət həmin binada İddiaçı əla təmirli mənzil təhvil verməli idi. Həmin hissədə də qarşı tərəf ərizə ilə Şirkətə müraciət edərək təmir edilməsinə icazə verməmiş və daha sonra təmiri (həyata keçirilmədiyi bəhanəsi ilə) təmir xərclərinin “X3” MMC-dən tut ulması üçün məhkəməyə müraciət etmişdir. Müqavilənin icrasına maneə qarşı tərəfdən yaradıldığı üçün iddia tələbləri rədd edilmişdir. Buna görə də mənzilə köçməyən İddiaçı qarajı da təhvil almaqda maraqlı olmamışdır (heç ehtiyacı da olmamışdır) ki, süni şəkildə Şirkətin onun qarşısında öhdəliyi yaranmış olsun. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

32. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ nu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

33. Maddə 324.1 Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir;

34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkə n tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

38. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zam anı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməmiş hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. İddiaçı və cavabdeh "xxxx" MMC-nin kassasiya şikayətlərində irəli sürülmüş dəlillər onların apellyasiya şikaytələrinin dəlilləri eyni məzmunlu olmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, kassasiya instansiyası məhkəməsi bu qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət görmür.

49. Qeyd o lunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3620/2022 nömrəli, 20 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar