Məhkəmə qərarları › İş №2(102)-5422/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5422/2022

10.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5422/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və X2 qarşı, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 İddiaçı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-5422/2022 Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Bakı şəhəri, 10 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6010/2022 nömrəli iş üzrə 15 avqust 2022-ci il ta rixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-4139/2018 nömrəli iş üzrə 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) İddiaçı iddiası təmin edilməməmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiası təmin edilmiş, MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, X1 cavabdeh MMC-nin inşa etdiyi mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, MMC ilə X3 arasında bağlanmış xx.xx.201 3-cü iİ tarixli müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdeh MMC-nin üzərinə qoyulması, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlər İddiaçı və MMC-dən tutularaq müstəqil tələb irəli sürən üçüncü şəxs X2 ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 133 manatın İddiaçı tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

2. İşdə iştirak etməyən şəxs Maraqlı şəxs qətnamədən şikayət verərək, 21 noyabr 2018-ci il tarixli qətnamənin ləğv edilərək, mənzilə onun sahiblik və istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6010/2022 nömrəli iş üzrə 15 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Xumar Mərdanova) apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 354.2-ci maddəsinin tələblərinə əməl edilməsi üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayəti işdə iştirak etməyən şəxs tərəfindən verilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qətnamənin ilk öncə həmin şəxsin hüquq və vəzifələrinə toxunubtoxunmamasını, daha sonra isə MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı, yoxlamanın nəticəsində isə qərardad qəbul etməli olduğu halda, qanunun tələbinə əməl etməmiş, heç bir araşdı rma aparmadan və qərardad çıxarmadan, apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

5. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 364.2, 366.1, 366.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

6. Maraqlı şəxs kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəm əsi şikayətə tam hüquqlu məhkəmə kimi baxmaqdan yayınmış, öz vəzifələrini icra etmədən işi geri qaytarmışdır. Birinci instansiya məhkəməsinin 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə kassatorun maraqlarına toxunulmuş və buna qarşı məhkəmədə iştirakı təmin olunmadığı üçün lazımi dəlil və sübutları məhkəməyə təqdim edə bilməmişdir.

8. Kassator öz şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, Mülki Prosessual Məcəlləsinin 361, 364.1, 366, 372.1, 372.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

10. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 11. 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.

12. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.

13. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müdd ətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

14. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

15. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

16. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

17. Apellyasiya instansiyası məhkəməsinin aktı maraqlı şəxsin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

19. Belə ki, Maraqlı şəxs Yasamal Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli qətnaməsindən işdə iştirak etməyən şəxs kimi apellyasiya şikayəti vermişdir (§ 1-2).

20. Qanuna əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir (§ 12).

21. Bu qaydaya riayət olunmadığından apellyasiya instansiyası məhkəməsi şikayəti qeyri-mümkün saymışdır (§ 4).

22. Belə olan halda, apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilmişdir və kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

23. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdı r.

24. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6010/2022 nömrəli iş üzrə 15 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar