Məhkəmə qərarları › İş №2(102)-5423/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5423/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5423/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əşir qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5423/21 (Açar sözlər: pul) Bakı şəhəri, 28 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Əşir qızının iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1523/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 28 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9919 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 20 ildən yuxarıdır ki, Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində “F.S” gözəllik salonunu işlədir. Həmin salon qeydiyyatda olduğu ünvanda yerləşir. Başqa bir firmada işləyən Cavabdeh ayrı-ayrı vaxtlarda gözəllik salonu üçün istifadə olunan mallardan gətirib satış məqsədilə onlara göstərəndə onunla münasibəti yaranmışdır. 3-4 il öncə cavabdeh ondan saç boyası istəmiş və bildirmişdir ki, həmin malı artıq qiymətə satıb, onun da pulunu gətirib verəcək. Dəfələrlə ondan boya alıb satan cavabdeh həmişə də gətirib pulunu qaytarmışdır. Bu minvalla onda Elnarəyə qarşı inam yaranmış və iş birliyi qurmuşlar. Cavabdeh 2017-ci ilin müxtəlif tarixlərində və 21.07.2018-ci ildə 20-30 günə pulunu qaytarmaq şərtilə hər dəfə ondan bir neçə yüz manatlıq NOX, ZONO və SELECCİON adlı saç boyaları götürüb aparmışdır. Boyaları cavabdehə hər dəfə qaimələrlə imza atdırmaqla vermişdir. Qaimənin bir nüsxəsi onda, bir nüsxəsi isə cavabdehdə qalmışdır. Qaimədə hansı boyanın götürülüb, hansı salona verilməsi, qiymətləri, ədədinin neçəyə olması, nə qədər qaytarılacağı və s. bütün məlumatlar qeyd olunmuşdur. Üstündən bir müddət keçdikdən sonra onda şübhələr yaranmış və görmüşd ür ki, cavabdeh götürdüyü saç boyalarının pulunu qaytarmır. Səbəbini ondan soruşanda müxtəlif bəhanələr işlədərək demişdir ki, anasının qıçı sınıb, şəkəri qalxıb, vaxtı yoxdur, bir az gözlə, hələlik qaytara bilmir. Bir az da dözmüş, lakin pulunun qaytarılmayacağını hiss edib cavabdehin evinə gedərək anası ilə görüşmüşdür. Lakin bunların heç bir nəticəsi olmamışdır. Dəfələrlə telefon vasitəsilə əlaqə saxlamış, lakin cavabdeh pulunu verməkdən qərəzli olaraq boyun qaçırmışdır. Bir müddətdən sonra telefon zənglərinə də cavab verməmişdir. Hal-hazırda cavabdehin ona malların dəyəri olaraq ümumilikdə 9919 manat borcu vardır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 sentyabr 2020-ci il tarixli, 2(060)-1106/2020 saylı qərardadı ilə (hakim Günel Tanrıverdiyeva) mə hkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın apaırlması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 4/941 nömrəli, 11.01.2021-ci il tarixli rəyinə əsasən 2(060)-1106/2020 saylı mülki işin 5-11-ci, 13-27-ci 29-37-ci 42-48-ci, 50-66-cı, 6884-cü vərəqlərində olan qaimələrin surətlərində Cavabdeh adından əks olunan imzalar eyni şəxs, Cavabdeh tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(060)-78/2021 saylı qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) iddia tələbi təmin edilərək, Cavabdeh 9919 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan “Qaimə”lər dən görünür ki, Cavabdeh tərəfdən ümumi dəyəri 10367 manat olan müxtəlif markalı saç boyaları təhvil almışdır. Məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Ona görə də iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2, 385.1, 739, 740, 1091, 1092.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 106, 119, 217, 220.5-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Şəmsəddin Abasov- sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Məmmədov) 2(105)1523/2021 saylı, 21 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(060)-78/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh iş materiallarına sübut kimi əlavə edilmiş öz aralarında sadə formada tərtib olunmuş qaimələri mübahisələndirmiş, həmin qaimələrdəki imzaların ona məxus olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və həmin qaimələrdəki imzaların ca vabdehə məxsus olması təsdiq olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tərəflər alqı-satqı münasibətlərində olmuş, qaimələr tərtib edilməklə nisyə götürülmüş saç boyalarının dəyəri ödənilmədiyindən cavabdehin tələb olunan borcu yaranmışdır. İş materiallarından aydın olur ki, tərəflər arasında yazılı müqavilə olmamış, bağlanmış şifahi müqavilələrdə müddət müəyyən edilməmiş, lakin əşyaların qiymətləri verilmiş qaimələrdə nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış şifahi müqavilələrə əsasən, Cavabdeh həmin müqavilələrdə müəyyən edilmiş əmlakları iddiaçıdan almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında onların dəyərini iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavil ələr əsasında iddiaçıdan müqavilə predmetlərini almasına dair hüququndan istifadə etmiş, lakin onların dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya müqavilələr üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə cəmi 10367 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, qaimələrlə və tərəflərin izahatları ilə də təsdiq olunur. Bununla belə, hazırda iddiaçı cavabdehdən 9919 manat tələb etdiyindən MPM-nin 218.3-cü maddəsinə əsasən mübahisə məhz bu məbləğdə araşdırılır və iddia tələbinin əsaslılığı müəyyən edilir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilm ədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və həmin iş üzrə ədalətli qətnaməsi çıxarılması üçün işə yenidən Sumqayıt Apellyasiya Məhkəməsində baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsində onun tərəfindən izahat verilsə də izahatı nəzərə alınmamışdır. İddiaçı onun qohumu X1 2018-ci ildə zəng edərək 2000 manat borcu qalmasını bildirmişdir. O, məhkəmə iclasında şifahi vəsatət versə də, vəsatəti qəbul edilməmişdir. Bundan başqa, İddiaçı Əşir qızı məhkəmə iclasında və iddia ərizəsində qeyd etmişdi r ki, güya ki, ona verilən nisyə mallar qaimə vasitəsi ilə həyata keçirilmişdir. Məhkəmə həmin qaimələri sübut kimi qəbul edib, xətşünaslıq ekspertizası təyin etmişdir. Beləliklə həmin qaimələrdəki imzaların onun şəxsi imzası olduğu ekspert vasitəsilə təstiqlənmişdir. Lakin bu halda sual yaranır ki, məhkəmə bu qaimələri sübut kimi qəbul edirsə, həmin qaimələrdə onun iddiaçıdan malları nisyə formasında qəbul etdiyini sübuta yetirən heç bir hal yoxdur. Belə ki, həmin qaimələrdə malın adı, qiyməti və aşağı hissəsində onun və iddiaçının imzaları vardır ki, o malı təhvil almış, iddiaçı isə həmin malın pulunu qəbul etmişdir. Digər tərəfdən, məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, qaimələrə əsasən o, iddiaçıdan 10367 manat məbləğində mal götürmüşdür. Bu halda növbəti sual yaranır ki, onun tərə findən 10367 manatlıq mal götürülərək, həmin malın müəyyən bir pul məbləği necə ödənilib? Belə ki, iddiaçı iddia ərizəsində qeyd edib ki, yaranmış borc 9919 manat məbləğində təşkil edir. Bu halda isə məhkəmə araşdırma aparmalı idi ki, məhz 10367 manat pul məbləğindən müəyyən bir məbləğin qaytarılması hansı sənədə əsasən həyata keçirilib. İddiaçı özü də təstiqləyir ki, o müəyyən bir pul məbləğini qaytarmışdır. Əslində isə malı alarkən pul dərhal həmin qaimlərə əsasən ödənilmişdir və beləliklə də onun iddiaçıya heç bir borcu yoxdur, çünki borcu təsdiq edən sənədi iddiaçı məhkəməyə təqdim edə bilmir. Bundan başqa, qaimələrin yuxarı hissəsində “əvvəlki borc” qrafası vardır. Əgər onun iddiaçıya borcu olsaydı, İddiaçı həmin qaimənin borc qrafasında əvvəlki borcunu qeyd etməli idi, lakin qaimələr dəki “əvvəlki borc” qrafası boşdur. Bütün bunlara əsasən belə nəticəyə gəlmək olar ki, məhkəmə iş üzrə heç bir araşdırma aparmamış və heç bir dəlil sübutları iddiaçıdan tələb etməmiş qətnamə çıxarmışdır ki, göstərilənlərə əsasən həmin qətnamə ləğv edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh və vəkili Vəkil2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. X2 adlı şəxs özünün cavabdehin vəkilinin köçməkçisi olmasını göstərməklə məhkəməyə teleqram ünvanlayaraq cavabdehin vəkilinin ölkə xaricində xəstələnməsi ilə əl aqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. X2 hazırki mülki iş üzrə tərəf olmadığından və onun statusu iş materialları ilə müəyyən edilmədiyindən teleqramın mənzmunu nəzərə alınmır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı Əşir qızı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nın 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə

448. Əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bo rclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1 Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və et irazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının həd ləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətləri üzrə qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya in stansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alqı-satqı münasibətləri olmuş, bu fakt iş materiallarında olan qaimələrlə öz təsdiqini tapmış, cavabdehin iddiaçı qarşısında öhdəliyini icra etməsi isə müəyyən edilməmişdir. Apelyasi ya şikayətində olduğu kimi kasasiya şikayəti də formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Həyata keçirilmiş kasasiya yoxlaması nəticəsində cavabdehin kasasiya şikayətində göstərdiyi xüsusatlar üzrə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş k asasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1523/2021 nömrəli iş üzrə 21 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar