Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5425/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1, Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə, 3-cü şəxslər Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına və AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5425/21 (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Bakı şəhəri, 05 oktyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərk ibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Nümayəndə, vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X1 və vəkili Vnın iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1525/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı Nümayəndə tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Nümayəndə Cavabdeh1 və Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 və ünvan 1 ünvanında yerləşən mənzillərə dair X2 ilə Cavabdeh1 arasında Sumqayıt şəhər 1 saylı Notariat Kontorunda 06.08.2020-ci il tarixdə bağlanmış 4 Ə-219 və 4Ə-218 reyestr nömrəli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, o, R ilə 1998-ci il tarixdən rəsmi nikah qeydiyyatı olmadan ər-arvad kimi yaşamışlar. Bir neçə il yaşadıqdan sonra 2004-cü ildə bir otaqlı mənzil alıblar. Onların faktiki nikah münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü İddiaçı dünyaya gəlib. O, həmin uşağa atalıq və öz soyadını vermiş və əsl ailə kimi yaşamağa davam etmişlər. Uşaq doğulandan sonra bir otaq darısqal olduğu üçün həmin bir otağı satıb 2008-ci ildə ünvan 2 ünvanda yerləşən 2 otaqlı mənzil alıb və orada yaşamağa başlayıblar. Əlavə olaraq ünvan 1 ünvanda yer ləşən 1 otaqlı mənzili də alıblar. 2019-cu ilin noyabrında R xəstələnmiş və müayinələr nəticəsində ona mədəaltı vəzinin pankrativi diaqnozu qoyulmuşdur. 3 ay onun iştirakı və köməyilə bütün müalicələr aparılsa da, nəticə olmadığı üçün Sevinc xahiş edib ki, onu Türkiyədəki bacısı Kifayətin yanına göndərsin. 02.03.2020-ci il tarixdə o, Naxçıvan vasitəsilə onu İqdir şəhərinə göndərib. Ordakı müayinələrdən məlum olub ki, onda bağırsaq xərçəngi vardır. Bir neçə ay orada müalicə alandan sonra evə qayıdıb. Həmin vaxt onun vəziyyəti yaxşı deyildi. Bir neçə müddət Bakıda müalicə olunmuşdur. Onkoloji Dispanserin həkiminin təyinatı ilə ona dərmanlar yazılmış və vurulmağa başlamışdır. Həmin dərmanlar ağrıkəsici və narkotik tərkibli olduğu üçün R bütün günü narkotik sərxoşluğu altında olurdu. 25.08.202 0-ci il tarixdə Sevinc ona deyib ki, ağır vəziyyətindən istifadə edib ona bağışlama müqaviləsinə imza etdiriblər və hər iki mənzili bacısı Kifayətin oğlu etibarnamə əsasında anası Cavabdeh1 adına keçirib. Bunu nəyə görə etdiyini soruşanda Sevinc bildirib ki, həmin vaxt ağır narkotik iynələrin təsiri altında olub və nə etdiyini, nəyə imza etdiyini bilməyib. Bunu yalnız bacısı bu yaxınlarda ona bu barədə məlumat verəndə bilib. O, bunu eşidəndən sonra dərhal notariat kontoruna gedib və notarius bildirib ki, həqiqətən də arvadı 06.08.2020-ci il tarixdə hər iki mənzilin bacısı Kifayətə bağışlaması barədə müqavilələrə imza edib. Nəyə görə belə xəstə adamın müqavilələrini təsdiq etdiyini soruşanda notarius bildirib ki, Sevinc bunu könüllü edib. 06.09.2020-ci il tarixdə Sevincin bacısı Kifayət Tür kiyədən gəlib və həmin gündən onun öz evinə gəlib-getməyinə və uşağı ilə ünsiyyətə qadağa qoyub. Həmin vaxtdan o, arvadını və uşağını görə bilmir. Hazırda onun uşağı yad əllərdə köməksiz, sahibsiz və himayəsiz qalmışdır. Belə ki, uşağın anası ölüm ayağındadır. Sevincin bacısı Kifayət qanunsuz olaraq mənzillərə sahib çıxaraq bacısının ölümünü gözləyir ki, tez evləri satıb Türkiyəyə qaçsın. Kifayət uzun müddətdir ki, Türkiyədə yaşayır, orada vətəndaşlıq alıb. İndi o, mənzilləri zəbt edərək Rnın ağır vəziyyətindən, uşağın azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edir və mənzilləri satmaq planı qurub. Artıq bir otaqlı mənzilin satılması üçün maklerlərə məlumat verib və 25 senytabr 2020-ci il tarixdə mənzilin yerləşdiyi binanın sahə ustası iddiaçıya zəng edərək evin satışa çıxarıldığını bildirib. Onun o mənzillərə ehtiyacı yoxdur. Onun ailəsi və mənzili vardır. İndi Sevincin ölüm ayağında olmasından istifadə edərək Kifayətin həmin mənzilləri mənimsəməsi nəticəsində onun oğlu çöldə qalacaqdır və anası ölən kimi mənzilsiz və sahibsiz qalacaq, Kifayət isə bu mənzillərə sahib çıxacaqdır. R iddia ərizəsində üçüncü şəxs kimi göstərilsə də, 08.10.2020-ci il tarixində vəfat etdiyindən iş üzrə üçüncü şəxslər sırasından çıxarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 fevral 2021-ci il tarixli 2(060)-679/2021 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı qanuni nümayəndəsi olmaqla hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. İddianın təmin edilməsi üçün iddiaçı Rnın bağışlama müqavilələrini bağlayarkən öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olmasını sübut etməlidir. ünvan 3 ünvanlanmış 22.10.2020-ci il tarixli məktubunda notarius bağışlama müqavilələrini imzalayarkən Rnın şüurunun yerində olduğunu, onun davranışlarında hər hansı pozuntunun hiss edilmədiyini bildirmişdir. Həmçinin notarius müqavilələri təsdiq etməzdən əvvəl R ilə söhbət apardığını, Sevincin hazırkı iş üzrə iddiaçıya inanmadığı üçün mənzilləri bacısına bağışlamaq istəməsini bildirdiyini qeyd etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi iddiaçının ərizəsi əsasında Komissiya tərəfindən R ilə söhbət aparıldığını, Sevincin bağışlama müqavilələrini bilərək və istəyərək imzaladığını bildirdiyini məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir. İddiaçı məhkəmə iclasında anasının mənzilləri bilərək və istəyərək xalasına bağışladığını, onun özünün buna etiraz etmədiyini və atası ilə birlikdə qalmaq istəmədiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar mübahisəli mənzillərin R tərəfindən şüurlu surətdə, bilərək və istəyərək Cavabdeh1 bağışlanması qənaətinə gəlməyə imkan verir. İddiaçı isə həmin halların əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəməyə Rnın xəstəlik tarixçəsini təqdim edərək ona tətbiq edilən dərmanların psixi pozuntuya səbəb olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edilməsi barədə vəsatət vermişdir. Lakin, həmin vəsatət məhkəmə tərəf indən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, R artıq vəfat etdiyi üçün onun qəbul etdiyi dərmanların həmin vaxt onda psixi pozuntuya səbəb olub-olmadığını ekspert dəqiqliklə müəyyən edə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 346.1, 346.2, 346.3, 346.4, 666.1, 667.1, 668.1.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3, 49.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumq ayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) 2(105)-1525/2021 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(060)-679/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə kollegiyası məhkəmə tərəfindən yetkinlik yaşına çatmayan Pin mənafeyini nəzərə almaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, məhkəmə kollegiyası iclasında İddiaçı bildirmişdir ki, halhazırda xalası ilə birlikdə yaşayır. Onun anası xəstə olan vaxtlarda da xalası ona və anasına baxmışdır. O, hesab edir ki, anası mənzilləri bil ərək və istəyərək xalasına bağışlayıb. O, buna etiraz etmir. Eyni zamanda o, atası ilə birlikdə qalmaq istəmir. Məhkəmə kollegiyası qeyd edilən hallar mübahisəli mənzillərin R tərəfindən şüurlu surətdə, bilərək və istəyərək Cavabdeh1 bağışlanması qənaətinə gəlməyə imkan verir. İddiaçı isə həmin halların əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəməyə Rnın xəstəlik tarixçəsini təqdim edərək ona tətbiq edilən dərmanların psixi pozuntuya səbəb olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edilməsi barədə vəsatət vermişdir. Lakin, həmin vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, R artıq vəfat etdiyi üçün onun qəbul etdiyi dərmanların həmin vaxt onda psixi pozuntuya səbəb olubolmadığını ekspert dəqiqliklə müəyyən edə bilməz. Od ur ki, məhkəmə kollegiyası iddiaçının məhkəmə tərəfindən ekspertizanın keçirilməməsi barədə gətirdiyi dəlili qəbul etmir və bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apelyasiya şikayəti isə təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı Nümayəndə (vəkili Vəkil) kasasiya şikayəti verərək ape lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə kollegiyası işin obyektiv, hərtərəfli və tam araşdırılması üçün bütün tədbirləri görməmiş, iddianın əsasını təşkil edən dəlili müəyyən etmək üçün ekspertiza təyin etməmiş və nəticədə maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə zamanı müəyyən edilən halları, yəni şəxsin ağır vəziyyətdə və hərəkətlərinin nəticəsini dərk etmək və anlamaq iqtidarında olub-olmamasını müəyyən etmək üçün xüsusi biliyə mütləq ehtiyac olmuşdur. O, məhkəmənin ekspertiza keçirilməsi barədə vəsatətinin təmin edilməməsi ilə razılaşa bilmir v ə hesab edir ki, hakimin bu dəlili tam qanunsuz və əsassızdır. Əqdlər bağlanarkən notarius Rnın azyaşlı uşağının olmasını bildiyi halda, bu barədə qəyyumluq orqanına müraciət etməmiş və bu əqdlər üzrə həmin orqanın rəyini almamışdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1, Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin, 3-cü şəxslər Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının və AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəb ləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X3 və vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 346.4. Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etd iyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibəti ni tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Belə ki, iddiaçı apelyasiya şikayətində olduğu kimi 2 dəlilə, yəni iş üzrə bağışlayanın psixi vəziyyəti ilə əlaqədar ekspertizanın təyin edilməsi və notarius tərəfindən müqavilə təsdiqlənərkən bağışlayanın azyaşlı övladının olmasını bilib onun mənafeyi naminə uşağın mənafeyini qoruyan qurum olan Qəyyumluq Orqanına müraciət etməməsi ilə əsaslandırmışdır ki, hər iki dəlilin əsassızlığı işə baxmış aşağı instansiya məhkəmələr tərəfindən düzgün müəyyən edilmiş və həmin dəlillərin əsassızlığı düzgün hüquqi mövqe nümayiş etdirilməklə kifayət qədər aydın əsasındırılmışdır. Belə ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, əmlakı bağışlayan şəxs işə məhkəmədə baxılan zaman vəfat etdiyi üçün iddiaçının tələb etdiyi ekspertizanın təyin edilməsi qeyri-mümkün olmuş, bu səbəbdən məhkəmələr haqlı olaraq iddiaçının bu barədə vəsatətini təmin etməmişdir. Digər tərəfdən, iddiaçının azyaşlı uşaqla bağlı dəlili üzrə isə qeyd edilməlidir ki, işə birinci instansiya məhkəməsində baxılarkən azyaşlı uşağın izahatı alınmış və o, anasının bağışlam a müqaviləsini bilərəkdən bağlamasını, özünün isə atası ilə yaşamaq istəmədiyini bildirmişdir. Belə olan halda iddiaçının ikinci dəlilinin də əsassızlığı müəyyən edilmiş olmuşdur. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsası hesab edilə bilməz. Göstərilən xüsusatlarla yanaşı qeyd edilməlidir ki, ümumi kasasiya yoxlaması həyata keçirilərkən isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Nümayəndə tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1525/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.